Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1333/2019 17.04.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Qədirov İlqar Hümmət oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 dekabr tarixli 2-1(103)2815/2018 nömrəli qərarındankassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdeh tərəfindən verilmiş vəsatəti və işin materia llarını nəzərdən keçirib aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat məbləğindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla iddiaçının əmək pensiyasının təyin edildiyi tarixdən yenidən hesablanması və yenidən hesablanma zamanı yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. 2 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 18 oktyabr tarixli 2-1(82)4060/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 dekabr tarixli 2-1(103)-2815/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Cavabdehin və vəkilinin nəzərinə çatdırılmışdır ki, işin materiallarına görə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 dekabr tarixli qərarı poçt rabitəsi vasitəsi ilə cavabdehə 2019-cu il 5 yanvar tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 2019-cu il 11 fevral tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim olmuşdur. Prosessual müddətin cavabdeh tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməyi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı bildirilmişdir. Cavabdeh 2019-cu il 8 aprel tarixdə vəsatətlə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 dekabr tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Vəsatətin dəlilləri: Cavabdeh prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi qeyd edir ki, Bakı Apellyasiya Məhkəmə sinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 dekabr tarixli qərarı 2019-cu il 5 yanvar tarixdə (qeyri-iş günü) gözətçi tərəfindən qəbul edilmiş, lakin o, məhkəmə aktını kargüzarlığa vaxtında təqdim etmədiyindən, qeydiyyata gec – 2019-cu il 9 yanvar tarixdə salınmışdır. Bu səbəbdən, qərardan kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Cavabdehin vəkili vəsatətdə göstərilənləri müdafiə edərək şikayət üzrə kasasiyanın mümkün sayılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Vəsatət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Normanın məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Məhkəmə aktının təqdim edildiyi 2019-cu il 5 yanvar tarixdən cavabdehin sərəncamında 1 ay sərbəst prosessual müddət olmuşdur. Lakin həmin müddətdən cavabdeh istifadə etməmişdir. Beləliklə, prosessual müddətin buraxılmasında cavabdeh təqsirsiz olmamışdır. Ca vabdehin istinad etdiyi hal da müddətin buraxılmasında onun təqsirini aradan qaldırmır. Belə ki, daxil olan sənədin yanvarın 5-də cavabdehin işçisi tərəfindən qəbul edilməsinə baxmayaraq, yanvarın 9-da kargüzarlıq xidmətinə təhvil verildiyi nəzərə alındıqda belə, cavabdehin sərəncamında 25 gün sərbəst müddət olmuşdur. Lakin cavabdeh həmin müddətdən də istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və cavabdehin iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 24, 90, 96-cı maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Prosessual müddətin bərpasına dair vəsatət təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 dekabr tarixli 2-1(103)-2815/2018 nömrəli qərarından cavabdeh tərəf indən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.
Məhkəmə qərarları › İş №2-1(102)-1333/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1333/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver