Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1333/2020 14.07.2020 ALİ MƏHKƏMƏ İddiaçının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə Açar söz: torpaq sahəsinə çıxarışın verilməsi GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə çıxarışın verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-273/2020 nömr əli, 21.01.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17.06.2020-ci il tarixində yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: Bakı şəhəri XDS İK-nin 15.09.1988-ci il tarixli, 5/208 saylı qərarı, 36 BTK-nın 28.10.1988-ci il tarixli, 01 saylı protokolu ilə Mərdəkan bağ massivində yerləşən 0.25 hektar sahədən ibarət **** saylı bağ sahəsi İddiaçı oğluna verilmiş və 10.12.2005-ci ildə iddiaçıya Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN-4323D nömrəli, KOD 00306043 saylı şəhadətnamə verilmişdir. İddiaçı Ünvan1 yerləşən sahəsi 0.25 ha olan, **** saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrind ə qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh 193022449634 saylı, 26.07.2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və qeyd edilmişdir ki, idarənin arxiv sənədlərində torpaq sahəsinin mülkiyyətə verilməsinə dair keçmiş DTXK tərəfindən verilmiş JN-4323D (Kod:00306043) şəhadətnamə barədə məlumat aşkar edilməmişdir. Həmçinin, bildirilmişdir ki, eyni nömrəli şəhadətnamə Sabunçu rayonu ərazisində digər fiziki şəxsin adına verilmiş, bundan əlavə göstərilən sahəyə digər fiziki şəxslər tərəfindən müraciətlərin edilməsi qeyd edilmişdir. Bununla razılaşmayan İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsin ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ünvan1 yerləşən sahəsi 0.25 ha olan, **** saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçıya məxsus şəhadətnamənin arxivdə olmamasına istinad edərək iddiaçının müraciətindən imtina etsə də, həqiqətə uyğun olmaması ilə bağlı heç bir sübut toplamadığından həmin şəhadətnamə mülkiyyət hüquqlarının qeydiyyatı üçün mötəbər hesab olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya h üquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə göstərilən JN-14422 nömrəli şəhadətnamənin iddiaçının adına olduğu qeyd olunmasına baxmayaraq, elektron kadastr məlumatına əsasən həmin şəhadətnamə Xətai rayonunda digər fiziki şəxsin (JN 14422 A.A.A.) adınadır və Ünvan2 saylı məhəllədə yerləşir. İddiaçı oğluna Ünvan1-də **** nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat (sənəd) İdarənin arxivində aşkar edilməmiş, bu səbəbdən də ərizənin icrası mümkün olmamı şdır və göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2310/2019 saylı, 01.08.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Ünvan1-də yerləşən sahəsi 0,25 hektar olan, **** saylı bağ torpaq sahəsi üzərində İddiaçı oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2310/2019 saylı, 01.08.2019-cu il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-273/2020 nömrəli, 21.01.2020-ci il tarixli qərarına əsasən, ca vabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2310/2019 saylı, 01.08.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN - 4323D nömrəli (KOD 00306043) şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.5-ci maddəsinə əsasən iddiaçının qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-273/2020 nömrəli, 21.01.2020-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şik ayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə cavabdehin iddia ərizəsində etirazında sadaladığı hallar məhkəmələr tərəfindən nəzərə alınmamış, ekspertiza keçirilməsi və üçüncü şəxslərin cəlb edilməsi barədə İdarənin vəsatətləri təmin edilməmiş, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materialları və şikayətdə qeyd olunan faktlar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Kassator, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 55, 67, 68, 111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 7.1, 8, 9, 11.1, 12.1-ci, “Torpaq islahatı haqqında” Qanunun 10-cu, İnzibati Prose ssual Məcəllənin 90-96-cı maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-273/2020 nömrəli, 21.01.2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasınd a baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-273/2020 nömrəli, 21.01.2020-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvanla dığı 193022449634 saylı, 26.07.2019-cu il tarixli cavab məktubunda torpaq sahəsinin mülkiyyətə verilməsinə dair keçmiş DTXK tərəfindən iddiaçının adına verilmiş eyni nömrəli şəhadətnamənin Sabunçu rayonu ərazisində digər fiziki şəxsin adına, iddiaya dair etirazda isə həmin şəhadətnamənin Xətai rayonunda digər fiziki şəxs Məmmədova Səbinə Mahmud qızının adına verildiyi qeyd edilmişdir. Halbuki, iddiaçının adına verilmiş şəhadətnamənin nömrəsi JN-4323D, iddiaya dair etirazda A.A.A. adına verilmiş şəhadətnamənin nömrəsi JN 14422 göstərilmiş, Sabunçu rayonunda olan digər fiziki şəxs haqqında məlumat isə açıqlanmamış, ona verilən şəhadətnamənin nömrəsi və kodu göstərilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublik ası Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-4323D nömrəli, KOD 00306043 saylı şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Q anunun 8.0.5-ci maddəsində göstərilən aktlardan biri hesab edildiyindən, cavabdeh inzibati orqanın hərəkətsizliyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiy-yatına alınmalı deyildirsə; 15,1 2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1,3. hüquqların dövlət q eydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1 4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyicı sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cu maddəsində nəzərdə tutulmuşqeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Halbuki, məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırkı iş üzrə müəyyən edilməmiş, imtinaya əsas olan hallar əsaslandırılmamışdır. Göründüyü kimi, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan isə Ünvan1 yerləşən, sahəsi 0.25 ha olan, **** saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından göstərilən əsaslar olmadan imtina etmiş, bununla da yuxarıda göstərilən normaların tələblərini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh orqan həm kassasiya şikayətində, həm də imtina məktubunda iddiaçının təqdim etdiyi şəhadətnamənin digər fiziki şəxsin a dına olmasına istinad edərək həmin şəhadətnamənin mötəbər olmadığını bildirsə də, bu mövqeyini əsaslandıra bilməmiş, iddiaçının təqdim etdiyi sözügedən şəhadətnamənin həqiqətə uyğun olmadığını, həmin şəhadətnamənin digər fiziki şəxsə məxsus olmasını təsdiqləyən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, yuxarıda qeyd olunan normanın tələblərinə uyğun olaraq sözügedən şəhadətnamə mötəbər hesab olunmalıdır və apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq sözügedən şəhadətnaməni mötəbər hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda da cavabdeh sözügedən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, belə şərtlərin mövcudluğunu sübut edə bilməmiş, iddiaçı isə daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün qanuni əsasların mövcud olduğunu sübut edə bilmişdir. İnzibati-Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-273/20 20 nömrəli, 21.01.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1333/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1333/2020
14.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver