Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1333/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ər azi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 mart tarixli, 2-1(103)-53/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1375 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 18 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, sözügedən bağ sahəsinin idarənin elektron baza məlumatlarına əsasən digər şəxsin istifadəsinə verilmiş ərazidə yerləşməsi və göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi əsasları ilə ərizənin icrasının mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 28 oktyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 1200 kv.metr olan 1375 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlə t reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1375 saylı bağ sahəsi ləğv edilmiş Bağlar Təsərrüfati İdarəsi ilə iddiaçı arasında 2005-ci il 26 dekabr tarixdə bağlanmış 36531 saylı müqavilə əsasında onun istifadəsinə verilmiş, qeyd olunan vaxtdan bağ sahəsi onun tərəfindən təyinatı üzrə istifadə edilir. İddiaçı müvafiq qaydada sənədlərini toplayaraq, sözügedən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 2019-cu il 27 sentyabr tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqanın 2019-cu il 18 oktyabr tarixli, **********55 saylı cavab məktubu ilə ona imtina edilmiş, imtinaya əsas kimi bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edilməsinə istinad edilmişdir. İddiaçıya görə cavabdehin imtinası əsassız və qanunsuz olmaqla onun qeyd olunan torpaq sahəsi üzərində istifadə hüquqlarını məhdudlaşdırır. Belə ki, bağların bölgüsünə dair sxematik xəritə hər hansı səlahiyyətli dövlət orqanı tərəfindən tərtib və təsdiq edilməmiş, məhz həmin xəritə bəsit vasitələrlə tərtib edilmiş, yekunda isə Ləhiş bağları ərazisində yerləşən bağların 90 faizi üzrə sürüşmə yaranmışdır ki, demək olar ki, bütün bağ sahələri məhkəmə qərarları əsasında icraya yönəlmişdir. Cavabdeh orqan tərəfindən nəzərə alınmamışdır ki, bağ sahəsi 4 tərəfdən hasara alınmaqla iddiaçının faktiki istifadəsindədir və bununla bağlı hər hansı məhkəmə çəkişməsi və ya qonşu mübahisəsi mövcud deyildir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli, 2-1(82)3918/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 1200 kv.metr olan 1375 saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş m üvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanuniliyi mübahisələndirilməmişdir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və məhkəmə araşdırması zamanı göstərilən halların heç birisi hazırkı iş üzrə müəyyən edilməmiş, iddia ərizəsinə etirazda isə imtinaya əsas olan hallar əsaslandırılmamışdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 mart tarixli, 2-1(103)-53/2021 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, göstərilən bağ sahəsi idarənin elektron baza məlumatlarına əsasən digər şəxsin ("xxxx" MMC) istifadəsini veri lmiş 101 ha ərazi daxilində yerləşir. Həmçinin, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Qeyd olunan səbəblərə görə, ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü araşdırılmamış, müvafiq ünvanda ekspertiza təyin edilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi prosessual hüquq normaları kobud şəkildə pozulmuş, həmçinin üçüncü şəxslərin cəlb edilməsi barədə idarə tərəfindən verilmiş vəsatətlər təmin edilməmiş və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza keçirilməlidir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 mart tarixli, 2-1(103)-53/2021 nömrəli qərarı ləğv olunmalı və İddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmalıdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin vəkili Vəkil 2021-ci il 14 sentyabr tarixdə məhkəmə iclasında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
13. İddiaçı və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olma dan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 14.
17. Mülki Məcəllə: Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar... Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obye ktlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır...
15. Torpaq Məcəlləsi: Maddə
4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. (...)
6. Azərbaycan Respublikası Mülki Məc əlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.
16. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsini n tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, haz ırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməs inin həmin qənaətini, bu qənaətin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmasını yuxarıda istinad edilən maddi hüquq normalarının və İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
22. Apellyasiya instansiyası məhkəməsi işin materiallarını, o cümlədən işdə iştirak edən şəxslərin dəlillərini (o cümlədən, apellyasiya şikayətinin dəlillərini) işin digər halları ilə yanaşı Mülki Məcəllənin və Torpaq Məcəlləsinin yuxarıda istinad edilən normalarının tələbləri nəzərə alınmaqla araşdırılmalı və qiymətləndirməli idi.
23. Mülki Məcəllənin və Torpaq Məcəlləsinin yuxarıda istinad edilən normalarının tələblərinə görə, fiziki obyekt, daşınmaz fərdi-müəyyən əşya olan torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərh ədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.
24. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, cavabdeh imtinanın və apellyasiya şikayətinin dəlili kimi iddiaçının fərdi-müəyyən əşya kimi “göstərdiyi”, “iddia etdiyi” torpaq sahəsinin uyğunsuzluğuna istinad edir. Yəni iddiaçıya “yerləşmə vəziyyətinə görə” ayrılmış 1375 saylı bağ sahəsi (deməli, həm də torpaq sahəsi) üçüncü şəxsə məxsus ərazidə olduğu halda, o, hazırkı məzmunda iddia tələbi ilə faktiki olaraq “yerləşmə vəziyyətinə görə” digər ərazidə yerləşən bağ (torpaq) sahəsinə iddia edir. Başqa sözlə, sənəddə göstərilən 1375 saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsi ilə iddia olunan torpaq sahəsi fərqli ərazilərdə yerləşirlər.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 57.8 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
26. Məhkəmə kollegiyası Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri, Sabunçu rayon İcra hakimiyyəti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və X1 Təşkili üzrə Dövlət Agentliyinin üçüncü şəxs qismində cəlb edilməsinə dair cavabdehin şikayətinin dəlili ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, dövlət hazırkı icraatda cavabdeh inzibati orqan (müvafiq icra hakimiyyəti orqanı) vasitəsilə təmsil olunmuşdur. Bu isə, cavabdehi həmin orqanların hüquqi yardımından istifadə etmək (onlarda olan sübutlardan istifadə etmək, mütəxəssis cəlb etmək, irəli sürdüyü dəlillərin əsasına dair rəy almaq və s.) imkanından məhrum etmir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
28. Yuxarıda gös tərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 mart tarixli, 2-1(103)-53/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.