Məhkəmə qərarları › İş №2-1(102)-1333/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1333/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1333/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1993-cü il tarixli; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə “əmrin ləğvi və işə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)521/2023 nömrəli qərarından iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 2015-ci il tarixdən leytenant hərbi rütbəsi verilməklə Cavabdehnə həqiqi hərbi xidmətə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə baş leytenant hərbi rütbəsi verilmişdir

2. Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin 0433/Ş nömrəli, xx.xx.2021ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən və “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.6-cı bəndini rəhbər tutaraq Nazirliyin Böhran Vəziyyətlərində X1-kommunikasiya texnologiyaları idarəsinin Şəbəkələrin, əməliyyat sistemlərinin istismarı və təhlükəsizliyi şöbəsinin zabiti baş leytenant İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdə n ehtiyata buraxılması, qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinə göndərilməsi əmr edilmişdir. Əsas: X2 Mərkəzinin xx/xx-00212 saylı 26 fevral 2021-ci il tarixli məktubu və təqdimatı.

3. Belə ki, Cavabdeh Tibbi Xidməti Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli sidikdə narkotestlərin təyini analizindən görünür ki, Opium (OPİ) - neqativ, Kokain (COC) - neqativ, Marixuana (THC) - pozitiv, Metamfetamin (MET) - neqativ, Benzodiazipin (BZO) neqativdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X8 150/K saylı xx.xx.2021-ci il tarixli məhkəmə-kimyəvi ekspertizanın nəticələrindən görünür ki, İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkot ik vasitə hesab edilən “Kannabinonid” aşkar edildi. Qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 15 aprel 2021-ci il tarixli, 0433/Ş nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh və Səhiyyə Nazirliyinin “Məhkəmə-kimyəvi ekspertiza” tərəfindən sübutlar tam və hərtərə fli araşdırılmamış, inzibati orqanın qəbul etdiyi inzibati aktın qanuniliyi tam yoxlanılmamışdır. Belə ki, o, Azərbaycan Respublikası Cavabdeh Akademiyasının Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinə 2011-ci ildə daxil olub dövlət büdcəsi hesabına təhsil almışdır. Təhsil aldığı 4 il müddətində akademiyanı nizamlı, intizamli, kursant olaraq müvəffəqiyyətlə 2015-ci ildə bitirib həmin il təyinatını leytenant rütbəsi ilə Cavabdeh (FHN), X2 mərkəzinin (BVİM), informasiya kommunikasiya texnologiyaları idarəsinin, şəbəkələrin əməliyyat sistemlərinin istismarı və təhlükəsizliyi şöbəsinin zabiti vəzifəsinə təyin edilmişdir. X2 mərkəzində 6 il xidmət apardığı müddət ərzində, həyat üçün təhlükəli sayılan ərazilərdə, yüksək mərtəbəli binaların damında, hündür mərtəbəli obyek tlərin üzərində Cavabdehnə məxsus təhlükəsizlik kameralarına xidmət göstərmişdir. Lakin işlədiyi idarədə bəzi şəxslər qərəzli şəkildə rəqabətə girərək onun bu vəzifədən kənarlaşdırılmağı üçün müxtəlif maneələr törətmişdirlər. Sonuncu dəfə xx.xx.2021-ci il tarixində Nazirliyin daxili tədqiqat idarəsi tərəfindən o və iş yoldaşları S.H, H.N, M.C həmin idarəyə dəvət olunmuş, orada narkotik vasitələrindən istifadə etdikləri barədə məlumat daxil olduğu bildirilmiş, ona və iş yoldaşlarına bu məsələni könüllü olaraq qəbul edib izahat yazmaqları təklif edilmiş, bu məsələyə könüllü olaraq razılaşmadıqları halda onları Cavabdeh poliklinikasına aparacaqlarını bildirmişlər. O, öz yerinə cavabında narkotik vasitələrinin istifadəçisi və aludəçisi olmadığından əmin olaraq buna razılıq vermişdir. Çünki 6 i l xidmət apardığı müddət ərzində həyat üçün təhlükəli sayılan ərazilərdə, yüksək mərtəbəli binaların damında Cavabdeh nəzarət kameralarına xidmət göstərərkən ona böhtanla atılan bu maddənin təsiri altında olsa idi bu yüksəkliklərdə xidmət aparmağı mümkünsüz olardı. Amma bunlar nəzərə alınmayaraq ona böhtan atılaraq əsassız yerə onu Cavabdeh poliklinikasına könülsüz olaraq analiz verməyə aparmışlar. Ondan və iş yoldaşlarından orada (sidik) vasitəsilə analiz götürülmüşdür. Analizin cavabı olaraq narkotik vasitə sayılan (marixuana THC) aşkar edilmişdir. Ancaq bu analiz qeyri-şəffaf keçirilmiş və onlara testin necə keçirildiyi barədə heç bir məlumat verilməmişdir. Onlar daxili tədqiqat idarəsinə qayıdaraq nəticələrdən razı olub-olmadıqlarını soruşmuşlar. Buna cavab olaraq analizin nəticəsinin üzərində narazılığını bildirmişdir. Lakin onunla birlikdə aparılan əməkdaşlar analizin nəticəsiylə razılaşmışlar. Bundan sonra o, həmin əməkdaşlarla (THC nəticəsi pozitiv olan) birlikdə könülsüz olaraq təkidlə məhkəməkimyəvi ekspertizaya dəvət olunmuşdur. Orada daxili tədqiqat idarəsinin 2 əməkdaşı onlardan öncə həkimin otağına daxil olub qapını bağlamış, 3-5 dəqiqə söhbətdən sonra o, otağa daxil olarkən “sən hələ gözlə” ifadəsini işlətmiş, bu da onda məsələnin onlardan öncə danışılıb razılaşdırıldığına (həkimin və tədqiqatın əməkdaşları arasında) şübhə doğurmuşdur. Əgər belə bir hadisə həqiqətən baş vermişdirsə, Cavabdeh daxili tədqiqat idarəsinin əmri ilə onları qanuni şəkildə yoxlanış üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika “Narkoloji Mərkəzə” müayinə ü çün qrup halında deyil, tək göndərilməli idilər. Onların “Məhkəmə-kimyəvi ekspertiza”ya həm də Fövqəladə Halların Nazirliyinin Tibb Xidməti Tibb Mərkəzinə qrup şəklində göndərilməyi qanuna uyğun deyildir. O, bu məsələ ilə (analizin nəticələri) razılaşmadığını öz təqrirində qeyd etmişdir. O, “Məhkəmə-kimyəvi ekspertiza”sının şöbə rəisinin yanına gedərək yenidən analiz vermək üçün müraciət etmişdir. Cavabında bildirmişdir ki, ondan yalnız fiziki şəxs olduğu halda analiz götürməyə ixtiyarları var. Lakin onun fəaliyyət göstərdiyi qurumdan məktub ünvanlanmalıdır və həmin halda yenidən analiz götürməyə hüquqları var, əks halda mümkün deyil. Ondan qəlyan istifadə edib-etməməsi soruşulmuş, o, da siqareti tərgitmək məqsədi ilə gün ərzində mütəmadi olaraq qəlyandan istifadə etdiyini bildirmişdir. Əg ər qəlyan istifadəçisidirsə, narkotik sayılan (Ekspertizanı THC) analizin nəticəsində çıxması normal haldır deyə bildirilmişdir. Çünki qəlyan istifadəçilərinin əksəriyyətində bu hallarla qarşılaşdıqlarını bildirmişdir. O, tütün məmulatlarından şəxsi qəlyanında istifadə edir və qanunvericiliyə əsasən şəxsi qəlyandan istifadə etmək qadağan deyil. Lakin onun məsələyə qeyri-obyektiv yanaşılması və onda (marixuana THC) maddə olmadığı halda heç bir əsaslı səbəb olmadığından qəlyan çəkdiyini səbəb gətirərək bu maddənin (THC) qəlyanın tərkibində olaraq aşkarlandığını Ekspert etmək üçün Ekspertizanın rəyində əleyhinə rəy çıxarmışlar. Onlar maddənin (THC) qəlyanın tərkibində olduğunu bildirərək onda maddə (THC) olduğun aşkarlandığını bildirmişlər. O, bu məsələyə etirazını bildirərək dəfələrlə yenidə n analiz verməyə çalışsa da ona mane törətmişlər. xx.xx.2021-ci il tarixində analizə aparıldığı halda işdən xx.xx.2021-ci il tarixində kənarlaşdırılmışdır. Cavabdehin etirazları:

7. İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı 2015-ci il tarixdən leytenant hərbi rütbəsi verilməklə Cavabdehnə həqiqi hərbi xidmətə qəbul edilmişdir. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - qanun) 24.3-cü maddəsinə əsasən peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Azərbaycan Respublikası Naz irlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 10-cu hissəsinə əsasən müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışanlar nəzərdə tutulur. Göstərilənlərə əsasən 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzində iddiaçı dövrü tibbi müayinədən keçirilmiş, müayinənin nəticələrinə əsasən onun sidiyində “Marixuana” narkotik maddəsi aşkar edilmişdir. Qeyd olunan müayinənin nəticələrinin yoxlanılması məqsədilə qanuna müvafiq olaraq, İddiaçı ixtisaslaşmış tibb müəssisəsində müayinəsinin təşkil edilməsi məqsədilə Azərbaycan Respub likası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 həmin tarixdə Nazirlik tərəfindən müraciət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 həyata keçirilmiş yoxlamanın nəticəsində iddiaçıdan götürülmüş qan və sidik nümunələrinin tərkibində “Kannabinoid” narkotik maddəsi aşkar edilmişdir. Bununla da Nazirlik tərəfindən keçirilmiş ilkin yoxlamanın nəticəsi öz təsdiqini tapmışdır. Qanunun 6.7ci maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 10-cu hissəsinə əsasən narkotik vasitə istifadəçilərinin müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışmalarına yol verilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” X8 həyata keçirilmiş yoxlamanın nəticələrini özündə əks etdirən 21 yanvar 2021-ci il tarixli 150/K saylı məhkəmə-kimyəvi akt əsasında Azərbaycan Respublikası Cavab deh 15 aprel 2021-ci il tarixli 0433/Ş nömrəli əmrinə əsasən İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-cı il tarixli, 2-1(118)-3475/2022 saylı qərarı ilə (hakim: A.Ə.Əhədova) ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi iddiaçı barəsində əlverişsiz inzibati akt olan mübahisələndirilən əmrin verilməsi üçün əsas olan halın, yəni iddiaçının qan və sidik nümunələrində narkotik vasitələrin aşkar edilməsi faktının öz təsdiqini tapmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-521/2023 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/ A.P.Oruczadə və R.Ə.Səmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edilmişdir ki, hazırkı iş üzrə iddiaçıdan xx.xx.2021-ci il tarixdə FHN-in Tibb Xidməti Tibb Mərkəzində sidik nümunəsində narkotik vasitə aşkar olunmuş, eyni gündə Məhkəmə-Tibbi Ekspertiza və X3 götürülmüş qan və sidik nümunələrinin tərkibində də narkotik maddə aşkar olunmuşdur. Hər iki tibbi analiz bölmələrində analiz nümunələri iddiaçıdan götürülmüş, eyni gündə götürülmüş və nəticələrində narkotik vasitə istifadəsi müəyyən olunmuşdur. Odur ki, iddiaçı barəsində əlverişsiz inzibati akt olan mübahisələndirilən əmrin verilməsi üçün əsas olan hal, yəni iddiaçının qan və sidik nümunələrində narkotik vasitələrin aşkar edilməsi faktı öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırarkən “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci, 2.2-ci, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci, 2-ci, 156-cı, 168-ci, “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 6.7-ci, 10.1-ci, 24.3-cü, 24.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 10-cu bəndinə istinad edilmişdir.

13. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində Mülki Prosessual Məcəllənin 102-ci, 271.1-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, işə baxan məhkəmələr əsas olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X8 150/K saylı xx.xx.2021 -ci il tarixli məhkəmə kimyəvi ekspertizasının rəyini əsas götürərək səhv qərara gəlmişlər. Ekspertizanın həyata keçirilməsi bir sıra kobud pozuntularla müşayiət olunmuşdur. Analiz ilkin olaraq Birliyin Məhkəmə-Kimya şöbəsinin rəisi Mətan ət Axundova tərəfindən xx.xx.2021-ci il tarixdə götürüldüyü halda 15.01 2021-ci il tarixdə yoxlanışa göndərilmişdir. Bu zaman aralığında götürülən (96 saat) götürülən analizin hansı şəraitdə saxlanılması ilə bağlı suallara məhkəməyə dəvət edilən ekspert İlahə Cəfərova tərəfindən aidiyyəti üzrə cavablandırılmamışdır. İddiaçı ekspertizanı aparan xanımın Attestasiyadan keçmədiyini iddia edir. Çünki ekspertiza rəyindən görünür ki, xanımın tibbi təhsili yoxdur və peşəkarlıq səviyyəsi çox aşağıdır. Məhkəmədən öncə rəy icra hakimiyyətinə göndərilməli və müzakirə olunmalı sonda qərar verilməli idi. Eyni zamanda işə kiçik zabitlərin şərəf məhkəməsinin protokolu da əlavə olunmayıb.

15. Məhkəmə iclas protokollarında məhkəmə iclasının mühüm anları əks etdirilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəmə sinə protokola qeyd təqdim edilsə də, məhkəmə həmin qeydi rədd etmişdir. Halbuki həmin qeydlərdə iddiaçının işinin mahiyyəti ilə bağlı mühüm məsələlər öz əksini tapmışdır. Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesində ekspert İlahə Cəfərovaya “restoranlarda və istirahət mərkəzlərində verilən qəlyan vasitələrində istifadə olunan tütün məmulatlarının tərkibində narkotik vasitə hesab edilən Kannabinoid (THC) aşkarlanması halları mümkündürmü?” şəklində iddiaçının verdiyi suala ekspert tərəfində aşağıdakı şəkildə cavab verilmişdir: “Araşdırmamıza əsasən, bəzi restoran və istirahət mərkəzlərində istifadə olunan qəlyan vasitələrində olan tütün məmulatlarının alışqanlıq yaratması və daimi vərdiş halına çevrilməsi üçün belə maddələr qatılır və nəticədə müəyyən qəlyan istifadəçilərinin qan və sidik nümunələrində narkotik vasitə hesab edilən Kannabinoid (THC) tərəfimizdən aşkarlanmışdır.” İddiaçının daimi qəlyan istifadəçisi olduğu və ekspertin bu formada ifadəsini məhkəmə görməzdən gələrək heç bir əsaslı sübuta istinad etmədən yanlış qərara gəlmiş və iddiaçının hüquqlarını pozmuşdur.

16. Bundan başqa iddiaçının ekspertə ünvanladığı “Mənimlə birlikdə xx.xx.2021-ci il tarixində Məhkəmə-Kimya şöbəsinə narkotik və psixotrop maddələrin təyini üçün göndərilmiş Məsimli Cavidin qan və sidik nümunələrindən yalnız sidik nümunəsi qeyd edilmişdir. Məsimli Cavidin qan nümunəsinin nəticəsi hansı maraqlar çərçivəsində rəydə qeyd edilməmişdir?” sualına ekspert aşağıdakı formada cavab vermişdir: “Məhkəmə-Tibbi Ekspertizada işləyən qızlar qan nümunəsinin nəticəni qeyd etməyi unutmuşlar” Göründüyü kimi suallara olduqca primitiv cavab verən ekspertin rəyinin həqiqiliyinə kifayət qədər şübhələr mövcuddur.

17. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X8 150/K saylı xx.xx.2021-ci il tarixli məhkəmə kimyəvi ekspertizasının rəyi tərtib edilərkən Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamənin 3.2-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, iddiaçıya ekspertiza üçün göndəriş yazan idarə rəisi, X7 xidməti vəzifəsindən suiistifadə etdiyinə görə və vəzifəsində neqativ hallara yol verdiyinə görə vəzifəsindən xidməti uyğunsuzluğa görə kənarlaşdırılmışdır.

18. Məhkəmə “Narkoloji Xidmət və Nəzarət haqqında” Qanunun 24.4-cü maddəsini iddiaçının işi üzrə tətbiq edərək səhv nəti cəyə gəlmişdir. Həmin maddədə qeyd edilir ki, “Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. Bu şəxslərin icb ari narkoloji müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Sözügedən maddə müvafiq qanuna “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli qanunla əlavə edilmişdir və iddiaçının işinə tətbiq edilə bilməz. Belə ki, həmin maddə xx.xx.2021-ci il tarixdə başlayan prosesə tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyanın 149.7-ci maddəsi ilə ziddiyyət təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanun Maddə 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və döv lət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Maddə 2.2. Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Maddə 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Az ərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.... Maddə

10. Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələri 10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar:... 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə;... 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə;.... Maddə 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsin də göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:.... 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə;... Maddə 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər..... Maddə 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir:.... 33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə;.... Maddə 33.3. Bu Qanunun 33.1.2-33.1.12-ci maddələrində göstərilən əsaslara görə fövqəladə hallar orqanları əməkdaşlarının xidmət keçməsinə xitam verilməsi fövqəladə hallar orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir.

21. Əmək Məcəlləsi Maddə

72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: … b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması 22. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: 1. bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. 2. bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komp lektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar:... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)

161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.

162. Hərbi qulluqç ularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən; korpusun (diviziyanın) idarəsində bilavasitə rəis və korpus (diviziya) komandiri və ya onun müavini tərəfindən; Silahlı Qüvvələr növü idarəsində — bilavasitə rəis və müvafiq qoşun (xidmət) növünün rəisi tərəfindən; Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının aparatında — bilavasitə rəis və idarə (şöbə, xidmət) rəisi tərəfindən; polkovniklərlə — bilavasitə rəis, həmçinin korpus (diviziya) komandiri, Silahlı Qüvvələr (qoşun) növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən; general və admirallarla — bilavasitə rəis və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən. Həqiqi hərbi xidmətdən buraxılası şəxslərlə söhbətə zərurət olduqda müvafiq qurumların nümayəndələri cəlb edilirlər. Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqq ında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının təqdim qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müə yyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər, ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. Hərbi qulluqçunun hərbi xidmətə, habelə suüstü gəmilərdə və xüsusi qurğularda xidmətə yararlı lıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi müayinə haqqında Əsasnaməyə uyğun, uçuş işlərinə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi müayinəsi haqqında Əsasnaməyə uyğun həyata keçirilir. 168. hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. 23. “Narkoloji xidmət və nəzarət haqqında” Qanun Maddə 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 1.0.1. Narkoloji xidmət - insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə halla rının, habelə narkoloji xəstəliklərin qarşısının alınmasına yönəldilmiş tibbi (narkoloji yardım) və sosial tədbirlərin məcmusudur;... 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir; 1.0.12. Həkim-narkoloq - narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxsdir;... Maddə 6.7. əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

10. Tibbi yoxlama (narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi) 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. 10.2. Tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda narkoloji xəstəliyin diaqnozu həkim-məsləhət komissiyası tərəf indən müəyyən edilir. 10.3. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. 10.4. Təhqiqat, istintaq orqanları və ya məhkəmənin qərarı əsasında aparılan tibbi yoxlamanın xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 10.5. Narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına verilməlidir. 10.6. Tibbi yoxlamanın aparılması qaydası Azər baycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

24. Narkoloji nəzarətin təmin edilməsinə yönəldilmiş xüsusi tədbirlər 24.1. Əhalinin narkoloji xəstəliklərə düçar olması hallarının profilaktikası məqsədilə 18 yaşına çatmamış şəxslərə tütün məmulatlarının və spirtli içkilərin satılması, habelə ictimai iaşə obyektləri istisna olmaqla ictimai yerlərdə spirtli içkilərin istifadə edilməsi qadağandır. 24.2. Azərbaycan Respublikasının ərazisində istehsal olunan bütün spirtli içkilərin və tütün məmulatlarının qabları üzərində onların insanın səhhətinə göstərdiyi mənfi təsiri əks etdirən, habelə onların 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi haqqında qeydlər olmalıdır. 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizl iyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəs ində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (1 iyul 2022-ci ilə qədər qüvvədə olan redaksiya). 24.4. Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-c i hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır: Bənd

1. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bənd

2. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Bənd

3. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin gö stərişi əsasdır. Bənd

5. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Bənd

6. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstə liyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydası “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 7-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır: Bənd

1. Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir. Bənd

2. Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edi lir. Bənd

3. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda, şəxsin narkoloji xəstəliyinin diaqnozunu həkim-məsləhət komissiyası müəyyən edir. Bənd

6. Tibbi yoxlama aparılarkən həkim-məsləhət komissiyasının üzvləri yoxlanılan şəxs haqqında məlumatları və yoxlamanın nəticəsini xüsusi jurnalda qeyd edirlər. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-narkoloqun və ya həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilir.... Bənd

21. Tibbi yoxlamanın nəticəsi tibbi-məsləhət komissiyasının rəyi şəklində tərtib olunur.

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydası nda yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mü mkün hesab edilmişdir.

28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddianın predmetini Azərbaycan Respublikası 15 aprel 2021-ci il tarixli, 0433/Ş nömrəli əmrinin ləğv edilməsi təşkil edir. Həmin əmrlə müəyyən olunur ki, iddiaçı xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış, əmrdə iddiaçının narkotik maddələrdən istifadə etməsi halının aşkar edilməsi müəyyən edilmişdir.

32. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzər də tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır. 33. “Narkoloji xidmət və nəzarət haqqında” haqqında Qanunun iddiaçı barəsində mübahisə olunan əmr imzalanan zaman qüvvədə olmuş 24.3-cü maddəsinə görə şəxs işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidir. Şəxsin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

34. Qanunvericilikdə tibbi müayinə (tibbi yoxlama) narkoloji tibb müəssisəsində keçirilir. İşin hallarından göründüyü ki, iddiaçı narkoloji tibb müəssisəsində tibbi yoxlamadan keçmişdir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin İ. Peşə növlərinin və vəzifələrin siyahısında:

10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr nəzərdə tutulmuşdur.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydalarına əsasən şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxl amadan keçirilməlidir. Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir. Tibbi yoxlama aparılarkən həkim-məsləhət komissiyasının üzvləri yoxlanılan şəxs haqqında məlumatları və yoxlamanın nəticəsini xüsusi jurnalda qeyd edirlər. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-narkoloqun və ya həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilir. Tibbi yoxlamanın nəticəsi tibbiməsləhət komissiyasının rəyi şəklində tərtib olunur. Rəydə yoxlama keçirən şəxsin adı, tibbi yoxlama zamanı aparılmış müayinələr, rəyin əsaslandırılm ası və sair əks etdirilir və müəssisənin möhürü ilə təsdiq olunur.

37. Hazırki iş üzrə iddiaçının tibbi yoxlamasının həkim-narkoloq tərəfindən həyata keçirilməsi, həkim-narkoloq tərəfindən rəy tərtib edilməsi, tibbi yoxlama zamanı aparılmış müayinələr, rəyin əsaslandırılması, rəyin möhürlə təsdiq olunması barədə məhkəməyə sübut təqdim (rəy) edilmişdir.

38. Azərbaycan Respublikasının Nazirlər Kabineti özünün 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydasını təsdiq etmişdir. Sözügedən Qaydaların 1-3-cü bəndlərində də aşkar şəkildə təsbit edilmişdir ki, əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır.

39. Məh kəmə kollegiyası qeyd edir ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd (“contra legem”) olmamasını və qanunla nəzərdə tutulmayan (“praeter legem”) tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında (“secundum legem”) həyata keçirilməsini də müəyyən edir. Beləliklə, inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Bu mənada, hazırkı işin hallarına münasibətdə qanunçuluq prinsipinin tələbləri baxımından şəxsin narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələri qəbul etməsi faktı həm qanunvericinin səlahiyyətləndirdiyi müvafi q orqan tərəfindən müəyyən olunmalı, həm də qeyd edilən faktın mövcudluğunu sözügedən orqan qanunun tələb etdiyi mötəbər və aidiyyəti sübutlarla təsdiq etməlidir.

40. Hazırkı iş üzrə iddiaçının xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılması onun narkotik maddələrdən istifadə etməsi halının aşkar edilməsi nəticəsində olduğundan, cavabdeh inzibati orqan narkotik maddələrdən istifadə etməsi barədə ixtisaslaşmış rəy almalı olmuşdur.

41. Qeyd olunmalıdır ki, iddiaçı Cavabdeh Böhran Vəziyyətlərində X1 kommunikasiya texnologiyaları İdarəsinin şəbəkələrin, əməliyyat sistemlərinin istismarı və təhlükəsizliyi şöbəsinin zabiti baş leytenant rütbəsində xidmət edərkən narkoloji sərxoşluq hallarının müəyyən olunması məqsədilə əvvəlcə FHN-nin Tibb Xidmətinin Tibb Mərkəzində dövri tibbi müayinəyə cəlb edilmiş, tibbi müayinə zamanı iddiaçıdan götürülmüş analiz nümunəsində sidik narkotestlərin təyini nəticəsində Marixuana (THC) aşkar olunmuşdur. Analizin nəticəsinə iddiaçı etiraz etdiyi üçün ondan götürülmüş qan və sidik nümunələrinin Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 Məhkəmə-kimya şöbəsində narkotik vasitə, psixotrop, uyuşdurucu və kefləndirici maddələrin olub-olmamasının təyini ilə bağlı iddiaçıdan qan və sidik nümunələri götürülmüş, nümunələr əsasında məhkəmə-kimyəvi tədqiqatı aparılmış, həmin tədqiqat xx.xx.2021-ci il tarixə başa çatmış və nəticədə iddiaçıdan götürülmüş analiz nümunələrinin tərkibində təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmişdir.

42. İddiaçı kassasiya şikayətində ekspertiza zamanı ondan qan və sidik nümunələrini n xx.xx.2021-ci il tarixdə götürülməsinə baxmayaraq xx.xx.2021-ci il tarixdə ekspert müayinəsinə başlandığını və xx.xx.2021-ci il tarixdə başa çatdığını, keçən zaman müddətinin analizin nəticələrinin mötəbərliyinə təsir edə biləcəyini iddia etmişdir.

43. Məhkəmə kollegiyası bildirir ki, qeyd edilən dəlilin araşdırılması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən müvafiq sorğu ünvanlanaraq tədqiqat üçün götürülmüş qan və sidik nümunələrinin saxlanma müddəti, həmin nümunələrin maksimum nə qədər müddətə saxlana bilməsi, saxlanma müddəti ərzində tərkibinin dəyişib-dəyişməməsi, bu dəyişmənin ekspertiza tədqiqatının nəticəsinə təsir edib-etməməsi, eləcə də kannabinoid və marixuananın (THC-nin) tərkibində oxşarlıq (eynilik) olub-o lmaması, eyni şəxsdən götürülmüş qan və sidik nümunəsində eyni vaxtda aşkar edilməsinin mümkünlüyü barədə məlumat (izah) tələb edilmişdir.

44. Bununla bağlı birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 məhkəmə-kimya şöbəsinin ekspert kimyaçısı, eyni zamanda ekspert tədqiqatını bilavasitə aparmış xx.xx.2021-ci il tarixli, 150K nömrəli ekspert rəyini vermiş ekspert İlahə Cəfərova izahat verərkən bildirmişdir ki, məhkəməkimya şöbəsinə narkotik və psixotrop maddələrin təyini üçün göndərilmiş qan və sidik nümunələri şöbənin arxivində xüsusi tələb olunan şəraitdə (qaranlıq və xüsusi temperaturda) 6 ay müddətində saxlanılır. Saxlanma müddəti bitdikdən sonra aktlaşdırılaraq məhv edilir (atılır). Saxlanma müddəti ərzində (6 ay ərzində) qan və sidik nümunələrində məhkəmə kimya tədqiqatı nəticəsinə, yəni aşkarlanan “Kannabinoid”-ə təsir edəcək heç bir dəyişiklik baş vermir. Kannabinoid və marixuana (THC) çətənə bitkisindən alınır və təbii mənşəli narkotik vasitə hesab edilir. Kannabinoid və marixuananın (THC) tərkibi eynilik təşkil edir. Kannabinoid qrupunun qeyri-qanuni narkotik vasitələrinin ən çox yayılmış formaları bunlardır: marixuana, nəişə, həşiş və həşiş yağıdır. Bunlar isə bir-birindən kəmiyyət və keyfiyyətcə fərqlənir. Marixuana - bitkinin yuxarı hissəsinin (yarpaqları və gülləri) qurudulmuş formasıdır.

45. Bundan başqa işin araşdırılmış hallarına əsasən xx.xx.2021-ci il tarixdə FHN-in Tibb Xidməti Tibb Mərkəzində narkoloji müayinə və Məhkəmə-Tibbi Ekspertizası X3 verilən narkoloji analizin nəticələri ilə bağlı iddi açıdan izahat alınarkən iddiaçı rəylə bağlı hər hansı qeydlərini etməmiş, izahat verməkdən imtina etmişdir. Bu hal onun barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda da öz təsdiqini tapmışdır.

46. İddiaçıya barəsində cavabdehin təşəbbüsü ilə aparılmış narkotestin nəticəsinin təqdim edilməsi, onun alınmış nəticəyə dair münasibətinin öyrənilməsi, iddiaçıya narkotik vasitələrdən istifadəyə görə ehtiyata buraxılacağı barədə məlumat verilməsi, onunla bu barədə söhbət aparılması, iddiaçıya narkotik vasitələrdən istifadə etməməsi barədə sübutların təqdim edilməsinə şərait yaradılması, başqa sözlə, inzibati icraatın düzgün aparılması hazırki iş üzrə müəyyən olunmuşdur. Digər tərəfdən, cavabdeh orqanının istinad etdiyi testin mötəbərliliyini şübhə altına alacaq hər hansı sübut iddiaçı t ərəfindən təqdim edilməmişdir.

47. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 21(103)-521/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar