Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1334/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası iddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar sözlər: güzəştli şərtlərlə 60 yaşdan pensiya təyin olunması Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın təyin olunması” tələbinə dair i ş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-175/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1959-cü ildə Bakı şəhərində doğulmuşdur və Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayır. İddiaçının əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər X9 kombinatında operator, xx.xx.1979cu ildən xx.xx.1983-cü ilə qədər N.Nərimanov adına NQÇİ-də quyuların əsaslı və yeraltı təmiri sexində dülgər-qüllə quraşdırıcısı, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə qədər X8 çilingər, xx.xx.1983-cü ildən xx.xx.1995-ci ilə qədər «Azneft» İB X4 İdarəsində sürücü, xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilə qədər «Xəzərdənizneftqaz» İB 1 saylı Texnoloji Nəqliyyat İdarəsində sürücü, xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək «X5» Tresti İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsində sürücü, xx.xx.2009cu ildən xx.xx.2014-cü ilə qədər «X5» Trestinin Tamponaj İdarəsində quyuların sementlənməsi üzrə maşinist vəzifəsində işləmiş, xx.xx.2014-cü ildən hal hazırki vaxta qədər isə «X5» X2 Quyuların Möhkəmləndirilməsi sahəsində quyuların sementlənməsi üzrə maşinist peşəsində işləyir. İddiaçı məktubla ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçıya ********* *3 saylı, xx xxxx 2019-cu il tarixli məktubla cavab verərək, güzəştli iş stajının 12 il 6 aydan az olduğunu və bu səbəbdən ona pensiya təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra, yəni xx.xx.2019-cu il tarixdə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək pensiyaları haqqında qanunvericiliyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahı üzrə işləmiş kişilər 60 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Onun 60 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixə qədər 41 il 5 ay 4 gün ümumi iş stajı, 13 il 5 ay 29 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajı vardır. Buna görə də cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Cavabdehin etirazları: Cavabdehin etiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş pensiya təyin etməkdən imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4358/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilmə si və hazırki dövrə qədər yaranmış fərqin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, İddiaçı «X5» Trestindəki güzəştli iş stajı 9 il 8 ay 12 gün təşkil edir. Yəni iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilə qədər xarrat-qüllə quraşdırıcısı vəzifəsində «X5» Trestrində deyil, N.Nərimanov adına NQÇİ-də Quyuların əsaslı və yeraltı təmiri sexində işləmişdir. Həmin İdarələr isə ayrıdır. «Xarrat-qüllə quraşdırıcısı» vəzifəsi «qüllə quraşdırıcılar» ümumi ad altında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 10- cu Bölməsinin 1-ci yarımbölməsi olan «Qazma»nın a) fəhlələr bəndində qeyd olunmuşdur. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2019-cu il tarixdə apelyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-175/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər V.M.Ağayev (sədrlik edən və məruzəçi), A.B.Nuriyeva və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Qərarın surəti cavabdehə xx.xx.2020-ci ildə çatdırılmış və cavabdehin nümayəndəsi və vəkili xx.xx.2020-ci ildə həmin qərardan kass asiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Məhkəmə hesab etmişdir ki, “Xarrat-güllə quraşdırıcısı” vəzifəsi “qüllə quraşdırıcılar” ümumi ad altında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01 2007-cı il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu Bölməsinin 1-ci yarımbölməsı olan “Qazma"nın a) fəhlələr bəndində qeyd olunmuşdur. Lakin məhkəmənin istinad etdiyi Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli 12 saylı Qərarına baxdıqda müəyyən edilir ki, qeyd edilən qərarın həmin fəhlələr bölməsində güzəştli pensiyaya çıxmaq hüququ verən üç ayrı-ayrı peşələr olan “qüllə quraşdırıcıları”, “qüllə quraşdırıcıqaynaqçıları” və “qüllə quraşdırıcı-elektrik montyorları” adlı peşələr qeyd edilsə də, orada “xarrat-qüllə quraşdırıcısı” peşəsi qeyd edilməmişdir. Əgər qeyd edilən “xarrat-qüllə quraşdırıcısı” peşəsi güzəştli pensiya hüququ verən qüllə quraşdırıcısı peşəsinin daxilində olsaydı, onda siyahıda qeyd edilən digər iki peşə, yəni “qüllə quraşdırıcı-qaynaqçıları” və “qüllə quraşdırıcı-elektrik” peşələri həmin siyahıda ayrıca qeyd edilməzdi. Həmin üç peşənin ayrı ayrılıqda göstərilməsi də, yalnız bu peşələrin güzəştli pensiya hüququ verən peşələr olmasını göstərir. Ancaq məhkəmə “güllə quraşdırıcısı” sözünə əsaslanaraq “xarratgüllə quraşdırıcısı” peşəsinin “qüllə quraşdırıcısı” peşəsi adı ilə qeyd edildiyini göstərmiş, nəyə əsas lanaraq belə bir nəticəyə gəldiyini əsaslandırmamışdır. Həmçinin iş materiallarından göründüyü kimi, iddiaçının həmin peşədə işləməsi və həmin peşənin ona güzəştli pensiya hüququ verməsi ilə əlaqədar iş yerindən hərhansı bir arayış təqdim edilməmişdir. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Əsaslandırıcı hissə Kollegiya iddiaçının iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublika sı İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının əmək kitabçasında xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər X9 kombinatında operator, xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilə qədər N.Nərimanov adına NQÇİ-də Quyuların əsaslı və yeraltı təmiri sexində dülgər-qüllə quraşdırıcısı, xx.xx.1983-cü ildən xx.xx.19 83-cü ilə qədər X8 çilingər, xx.xx.1983-cü ildən xx.xx.1995-ci ilə qədər «Azneft» İB X4 İdarəsində sürücü, xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilə qədər «Xəzərdənizneftqaz» İB 1 saylı Texnoloji Nəqliyyat İdarəsində sürücü, xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək «X5» Tresti İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsində sürücü, xx.xx.2009-cu ildən xx.xx.2014-cü ilə qədər «X5» Trestinin Tamponaj İdarəsində quyuların sementlənməsi üzrə maşinist vəzifəsində işlədiyi, xx.xx.2014-cü ildən hal hazırki vaxta qədər isə «X5» X2 Quyuların Möhkəmləndirilməsi sahəsində quyuların sementlənməsi üzrə maşinist peşəsində işləməsi əksini tapmışdır. İddiaçı onun 60 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixə 41 il 5 ay 4 gün ümumi stajının və 13 il 5 ay 29 gün zərərli peşələrdə stajı olduğunu bildirərək, güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş edir. İddia tələbinin hüquqi əsasını təşkil edən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun Qanunun 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ə mək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu normanın dispozisyia şərtləri əsasında işin halları təhlil olunduqda görünür ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür və 60 yaşı xx.xx.2019-cu ildə tamam olmuşdur. Həmin tarixə iddiaçının ümumi iş stajının 25 ildən çox olması və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarıdır. İddia tələbinin təmin edilə bilməyəcəyi barədə cavabdehin gətirdiyi dəlil, yalnız iddiaçının güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən sosial sığorta stajına malik olmamasıdır. İşə baxan məhkəmələrin gəldiyi qənaə tə görə iddiaçının «X5» Trestində işlədiyi dövrdə güzəştli şərtlərlə pensiya hüququ verən staj müddəti 9 il 8 ay 12 gün təşkil edir. Həqiqətən də əmək kitabçasında iddiaçının xx.xx.2009-cu ildən xx.xx.2014-cü ilə qədər «X5» Trestinin Tamponaj İdarəsində quyuların sementlənməsi üzrə maşinist, xx.xx.2014-cü ildən xx.xx.2019-cu il tarixədək «X5» Trestinin Tamponaj İdarəsində tamponaj bölümündə quyuların sementlənməsi sexində maşinist işləməsi əksini tapmışdır. İddiaçının işlədiyi bu peşə sahəsi güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən peşədir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siya hısı»nın 10-cu bölməsinin «qazma» adlanan 1-ci yarımbölməsində «fəhlələr» bəndində quyuların sementlənməsi üzrə maşinistlər qeyd olunmuşdur. İddiaçının bu Siyahıda qeyd olunan quyuların sementlənməsi üzrə maşinist kimi stajı 9 il 8 ay 12 gün təşkil edir. «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işl ədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Baxılan iş üzrə də məhkəməyə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin – «SOCAR» şirkətinin xx.xx.2019-cu il tarixli arayışı təqdim olunmuşdur və həmin arayışda iddiaçının xx.xx.2009-cu ildən xx.xx.2019-cu il tarixədək «X5» Trestinin Tamponaj İdarəsində işlədiyi quyuların sementlənməsi üzrə maşinist peşəsinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə olduğu göstərilmişdir. İddia tələbi təmin edilərkən məhkəmə iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilə qədər N.Nərimanov adına NQÇİ-də quyuların əsaslı və yeraltı təmiri sexində işlədiyi dülgər-qüllə quraşdırıcı peşəsini də güzəştli şərt lərlə əmək pensiyası hüququ verən peşə olduğunu müəyyən etmişdir (qərarda iddiaçının bu peşəsi xarrat-qüllə quraşdıran göstərilmişdir, lakin bu xəta işin mahiyyətinə təsir etmir). Həqiqətən də Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu bölməsinin «qazma» adlanan 1-ci yarımbölməsində «fəhlələr» bəndində «qüllə quraşdırıcıları» qeyd olunmuşdur. Bu peşə 2 saylı Siyahıda da 2130100a-11587 kodla ağır peşə kimi müəyyən olunmuşdu. Cavabdeh tərəf məhz iddiaçının dülgər-qüllə quraşdırıcı peşəsinin qeyd olanan Siyahılara uyğunlaşdırılmasından narazıdır və mövqeyini onunla əsaslandırır ki, Siyahıda əksini tapmış «qüllə qura şdırıcıları», ifadəsi bütün qüllə quraşdırıcıları deyil, gördükləri işə görə təsnifatlaşdırılıb Siyahıda göstərilən qüllə quraşdırıcı-qaynaqçını, qüllə quraşdırıcı-elektrik montyorlarını nəzərdə tutur. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız sayır. Doğrudur ki, Siyahılarda «qüllə quraşdırıcıları» sətrindən sonra «qüllə quraşdırıcılarıqaynaqçıları» və «qüllə quraşdırıcıları-elektrik montyorları» qeyd olunmuşdur. Lakin hər iki siyahıda «Qazma» yarımbölməsində «fəhlələr» sözündən sonra iki nöqtə qoyulmaqla digər peşələr sadalanır və hər peşə nöqtəli vergüllə ayrılır. Dilçilik qaydalarına əsasən, iki nöqtə durğu işarəsi, ümumi fikirdən sonra onun izahı verilərkən, yaxud ondan sonra hər hansı sadalamaya ehtiyac olarkən işlənir. İki nöqtə, yazıda təsnifat mətnində sonra əlavə edilən b ölgüdən əvvəl qoyulur. Nöqtəli vergül işarəsi isə mürəkkəb və ya geniş sadə cümlələrin nisbətən müstəqil hissələrini bir-birindən ayırmaq üçün qoyulur. Bu qaydalardan çıxış edərək demək olar ki, siyahıda göstərilən «fəhlələr» anlayışı ümumi, ondan sonra nöqtəli vergüllə göstərilən digər peşələr isə hər biri müstəqil olan sahələrdir. «Qüllə quraşdırıcıları» da müstəqil anlayışdır və məzmunu baxımından, «Qazma» bölməsində ayrılıqda sadalanmamış qüllə quraşdırıcıları onun əhatə dairəsindədir. İddiaçının neft hasilatı sahəsində işlədiyi “dülgər-qüllə qaruşdırıcısı” peşəsi də Siyahının «Qazma» istehsalat sahəsinə aid olduğundan, bu peşə «qüllə quraqşdıranlar» peşəsinə uyğunlaşdırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilə qədər (3 il 8 ay 20 gün) N.Nərimanov adına NQÇİ-də Quyuların əsaslı və yeraltı təmiri sexində işlədiyi dülgər-qüllə quraşdırıcı peşəsini də güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşəyə aid etməkdə haqlı olmuşdur. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən stajı 12 il 6 aydan çoxdur. İddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması cavabdeh tərəfindən mübahisələndirilmir. Ona güzəştli pensiya təyin olunması üçün «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri mövcuddur. Kassasiya şikayətinin dəlilləri əsassızdır və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar yoxdur. Azərbaycan Res publikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-175/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1334/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1334/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver