Məhkəmə qərarları › İş №2-1(102)-1334/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1334/2021

07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1334/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 61 yaşına çatmış qadına təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə (hüquqi varisi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Regi onal ərazi filialı) qarşı (üçüncü şəxs “X” Xeyriyyə cəmiyyəti) “2019-cu il 05 may tarixdən təyin edilmiş pensiyanın həmin tarixdən bərpa olunmasının cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 23 aprel tarixli, 2-1(105)-65/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2019-cu il 05 may tarixdən təyin edilmiş pensiyanın həmin tarixdən bərpa olunmasını xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 25 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, əmək kitabçasında qeyd edilmiş 1997-ci il 4 fevral - 2006-cı il 1 fevral tarixlərə aid “X” Xeyriyyə Cəmiyyətindəki əmək stajı yerində yoxlanılarkən qeyd edilən dövrlərə aid əmrlər kitabının saxlanılmadığı məlum olmuşdur. Lakin müəssisədə saxlanılan əmək haqqı cədvəllərində 2002-ci il 01 yanvar tarixdən 2005-ci il 31 dekabr tarixədək iddiaçının adına rast gəlinmişdir. Buna görə də, iddiaçının 20 il 10 ay 03 gün əmək stajı vardır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 10 dekabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 1997-ci il 04 fevral tarixdən 2006-cı il 01 fevral tarixə qədər “X” Xeyriyyə Cəmiyyətində işlədiyi üçün əmək stajının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ba rədə ərizə ilə məhkəməyə müraciət edərək 2019-cu il 5 may tarixdən təyin edilmiş pensiyanın həmin tarixdən bərpa olunmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı bu günə kimi müxtəlif işlərdə işləmiş və bütün işlədiyi idarələr əmək kitabçasında qeyd edilmişdir. 25 ildən artıq sığorta stajına malikdir. “X” Xeyriyyə Cəmiyyətində əmrlər kitabının saxlanılmaması onun təqsiri olmamışdır. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 27 iyul tarixli, 2-1( 118)-439/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2019-cu il 05 may tarixdən təyin edilmiş pensiyanın həmin tarixdən bərpa olunması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçının İT-İ seriyalı, ******* saylı əmək kitabçasında 1997-ci il 04 fevral tarixdən 2006-cı il 01 fevral tarixədək “X” Xeyriyyə cəmiyyətində xadimə işləməsi öz əksini tapmışdır. İddiaçının qeyd edilən dövrlərə aid əmrlər kitabının və əmək haqqı cədvəllərinin tam şəkildə saxlanılmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Bundan başqa İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədl ər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 1997-ci il 04 fevral tarixdən 2006-cı il 01 fevral tarixədək “X” Xeyriyyə cəmiyyətində iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Beləliklə, iddiaçının mübahisə edilən dövrlərdə işləməsi öz təsdiqini tapmışdır. Bu isə cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının dayandırılmasının əsassız olduğunu göstərir və iddiaçının təkrar müraciəti zamanı onun pensiya hüququ təm in edilməli idi.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 14 oktyabr tarixli, 2-1(105)-422/2020 nömrəli qərardadı ilə iş üzrə cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 23 aprel tarixli, 2-1(105)-65/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 27 iyul tarixli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçının 1997-ci il 04 fevral t arixdən 2005-ci il 31 dekabr tarixə qədər “Xə Cəmiyyətində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə iddiaçıya pensiya hüququnun yarandığı 2019-cu il 5 may tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının həmin tarixdən bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı 25 ildən artıq sığorta stajına malik olduğundan cavabdeh iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasını dayandırmaqda haqlı olmamış, birinci instansiya məhkəməsi pensiyanın bərpa olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, qanuni məhkəmə qərarının ləğvinə səbəb ola bilməz. Eyni zamanda kollegiya qeyd etmişdir ki, iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyindən, həmi n ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının 1997-ci il 04 fevral tarixdən 2005-ci il 31 dekabr tarixə qədər “Xə Cəmiyyətində işlədiyi müddətlər sosial sığorta stajına daxil etməklə, 2019cu il 5 may tarixdən təyin edilmiş pensiyanın həmin tarixdən bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaç ının işlədiyi “XXə Cəmiyyətinin sədri Nigar Mənsimova da onun yalnız 2002-ci il 1 yanvar tarixdən 2005-ci il 31 dekabr tarixədək əmək haqqı aldığını təsdiq etmişdir. Həmçinin, həmin cəmiyyətin sədri x məhkəmə iclasında verdiyi izahatda cəmiyyətin əvvəllər Yasamal rayonunda yerləşdiyini, binanın söküldüyünü və seyflərinin oğurlandığını və bu səbəbdən də sənədlərin itdiyini bildirmişdir. Lakin iddiaçı 1997-ci il 04 fevral tarixdən 2006-cı il 01 fevral tarixədək işlədiyini iddia etmiş və sənədlərin itirildiyi əsas arqument kimi göstərilir. Lakin iddiaçının adının 2002-ci il 01 yanvar tarixdən 2005-ci il 31 dekabr tarixədək olan dövrdə əmək haqqı cədvəllərində olduğu müəyyən edilmişdir. Göründüyü kimi işlədiyi müddət ilə əmək haqqı aldığı müddət üstüstə düşmür. Həmçinin seyf oğurlandıqda sən ədlərin müəyyən qisminin (04.02.199701.01.2002 və 31.12.2005-01.02.2006) itirilməsi özü-özlüyündə iddiaçının 1997-ci il 04 fevral tarixdən 2006-cı il 01 dekabr tarixədək fasiləsiz həmin cəmiyyətdə işləməsi ilə bağlı şübhə doğurur. İddiaçının əmək kitabçasına müvafiq olaraq onun ümumilikdə 27 il 10 ay 10 gün sosial sığorta stajı vardır. "XXə Cəmiyyətində işlədiyi dövr ərzində (1997-ci il 04 fevral – 2006-cı il 01 fevral) onun 8 il 11 ay 27 gün sosial sığorta stajı vardır. Lakin iddiaçının adının “XXə Cəmiyyətində 2002-ci il 01 yanvar tarixdən 2005ci il 31 dekabr tarixədək əmək haqqı cədvəllərində öz əksini tapdığından həmin illər üzrə onun sosial sığorta stajı 03 il 12 ay təşkil edir. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 22 il 10 gün 13 gün təşkil edir. b. məhkəmə icraatı i ştirakçılarının izahatları

15. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

16. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alı nmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

18. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kass asiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edil ən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

22. İddiaçının 1958-ci il mayın 5-də doğulduğu nəzərə alındıqda, onun 61 yaşının tamam olduğu 2019-ci il 5 may tarixdən, “Əmək pensiyaları ha qqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır.

23. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.

24. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən onun 25 ildən artıq iş (sığorta) stajı vardır

25. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, əmək kitabçasında qeyd edilmiş 1997-ci il 4 fevral - 2006-cı il 1 fevral tarixlərə aid “XXə Cəmiyyətindəki əmək stajı yerində yoxlanılarkən qeyd edilən dö vrlərə aid əmrlər kitabının saxlanılmadığı məlum olmuşdur. Lakin müəssisədə saxlanılan əmək haqqı cədvəllərində 2002-ci il 1 yanvar tarixdən 2005-ci il 31 dekabr tarixədək iddiaçının adına rast gəlinmişdir. Buna görə də, iddiaçının 20 il 10 ay 03 gün əmək stajı vardır.

26. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdeh iddiaçının mübahisələndirilməyən sosial sığorta stajının 22 il 10 il 13 gün təşkil etdiyini təsdiq etmişdir.

27. Göründüyü kimi, cavabdeh iddiaçının 1997-ci il 4 fevral – 2002-ci il 1 yanvar tarixləri arasındakı iş dövrünü mübahisələndirir.

28. Məhkəmə kollegiyası 1997-ci il 4 fevral - 2002-ci il 1 fevral tarixlərə aid “XXə Cəmiyyətindəki əmək stajı ilə bağlı cavabdehin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarın ləğvinin əsası kimi qəbul etmir. B elə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...

29. Normaların tələblərindən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir.

30. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən o, 25 ildən artıq iş stajına malikdir.

31. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

32. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

33. Göründüyü kimi, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığını sübuta yetirdiyi halda, həmin staj dövrlərini qəbul etməyə bilərdi. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 23 aprel tarixli, 2-1(105)-65/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar