Məhkəmə qərarları › İş №2-1(102)-1334/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1334/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1334/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan X1rşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(105)-237/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətin in mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaqlarının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar və qanunvericiliyin tələblərinə uyğun olaraq 135000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-1(085)19/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, X3 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.2735 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar dövlət büdcəsi hesabına 97200 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

3. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021-ci il tarixli 21(105)-05/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2021-ci il tarixli 2-1(102)- 902/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021-ci il tarixli 21(105)- 05/2021 nömrəli qərarı ləğv edilm iş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyul 2022-ci il tarixli 2- 1(105)-23/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2- 1(085)19/2019 nömrəli qərarı dəyişdirilərək İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən, MA seriyalı ******* nömrəli Çıxarışa əsasən 0,10807 ha “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyalı torpaq sahəsinin 0,0282 ha (282 kv.metr) hissəsinin, həmçinin MA seriyalı ******* nömrəli Çıxarışa əsasən 0,1655 ha “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyalı torpaq sahəsinin bütövlüklə dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 15.178,33 manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

6. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli 2-1(102)-1859/2022 nömrəli qərarı ilə kasasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-23/2022 nömrəli, 8 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin olunmamışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(105)-237/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş Sumqayıt İnzibati-İqtisad i Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 21(085)19/2019 nömrəli qərarı dəyişdirilərək İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0,1937 ha (0,0282 ha+0,1655 ha) torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 63270,17 (altmış üç min iki yüz yetmiş manat 17 qəpik) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulmuşdur.

8. Həmin qərar 26 dekabr 2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir.

9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə: Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlə rlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. … Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM) Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada veril məsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.

10. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.

11. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.

12. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.

13. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı ş ikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

14. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinin tələblərinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş işdə iştirak edən şəxslərə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə çatdırılmalıdır.

15. Göründüyü kimi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu və tərəflərin “elektron kabinet”inin mövcud olduğu məhkəmələrdə məhkəmə aktlarının tərəflərə məxsus elektron kabinetdə yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş təqdim etməni özündə ehtiva edir. Başqa sözlə, məhkəmə aktının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış tərəflərə məxsus elektron kabinetə yerləşdirilməsi həmin aktın təqdim edilməsi kimi qəbul edilir

16. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(105)-237/2023 nömrəli qərarı 26 dekabr 2023-cü il tarixdə cavabdehin elektron kabinetə yerləşdirilmişdir. Lakin həmin qərardan kassasiya şikayəti 6 fevral 2024-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apelyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur.

17. Cavabdehə Ali Məhkəmə tərəfindən göndərilən bildirişdə 1 aprel 2024-cü il tarixədək yuxarıda göstərilən nöqsanın aradan qaldırılması, yəni prosessual müddətin üzrlü səbəblərdən və təqsiri olmadan buraxıldığını təsdiq edən sübutların və müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə məlumat verilmiş dir.

18. Lakin cavabdeh tərəfindən prosessual müddətin buraxılmadığını təsdiq edən hər hansı sübut və ya prosessual müddətin ötürülməsinin üzrlü səbəbləri barədə müvafiq ərizə məhkəməyə təqdim edilməmişdir.

19. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün yuxarıda istinad edilən normalarla müəyyən olunmuş prosessual müddət cavabdeh tərəfindən buraxılmışdır. Odur ki, kassasiya şikayəti mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

20. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

21. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(105)-237/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar