Məhkəmə qərarları › İş №2-1(102)-1335/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1335/2019

09.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1335/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı Apellyasiya Məhkəməsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 09.07.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı məhkəmə işi haqqında linkin bağlanması və kompensasiya ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.01.2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş maddi və mənəvi zərəri 5.300 manat vəsaitin kompensasiya kimi verilməsinə və Bakı Apellyasiya Məhkəməsinin bazasında qeyd edilən linkin http;//bakuappealcourt.gov.az/uploads/images/documents/2-1(103)-35316_7as520sd075d7003109e30a7a23937ad.pdf) silinməsinə göstəriş verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 06.12.2018-ci il tarixli qərardadı ilə (hakim. T.Əsədova; iş No 2-1(81)-4801/2018) iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.01.2019-cu il tarixli qərardadı ilə (sə drlik edən S.Seyidova, hakimlər V.Məmmədov və İ.Əhmədov; iş № 21(103)-383/2019) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli qərardadınındəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, qərardadı ləğv edib, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxmış apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir, nəticədə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş iddiaçı A.Azvazlı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh Məhkəmənini nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı iştirak etdiyi məhkəmə işi barədə məlumatın Bakı Apellyasiya Məhkəməsinin bazasında olan http; //bakuappealcourt.gov.az /uploads /images /documents /2-1(103)-353-16_7as520sd075d7003109e30a7a23937ad.pdf linkin silinməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin iddiaçıya ünvanladığı 12.11.2018-ci il tarixli məktubda Bakı Apel laysiya Məhkəməsinin internet səhifəsinin Axtarış bölməsində iddiaçı ilə bağlı hər hansı məlumatın olmaması, “Google” axtarış sisteminə müdaxilə səlahiyyətlərinin olmaması qeyd edilmişdir. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərk haqlı olaraq belə hesab etmişdir ki, qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər - tərəfin səlahiyyətli məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır; Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 9-cu bəndinə müvafiq olaraq məhkəmə iddianın mümkünlünü yoxlayarkən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyasının ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s. Də mövcudluğu yoxlanılmalıdır. Bu əsaslara görə, iddiaçının iddia tələbi ona cavab verməli olan inzbati orqana qarşı qaldırılmadığından 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, i ddiaçının kassasiya şikayətində göstərilən dəlilləri əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyas iya Məhkəməsinin 18.01.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 18.01.2019-cu il tarixli qəraradadı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar