Məhkəmə qərarları › İş №2-1(102)-1335/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1335/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1335/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək kitabçasında olan peşə və vəzifənin Siyahıda olan istehsalat sahəsi, peşə və vəzifə ilə üst-üstə düşməməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X6, X3 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanın da Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “60 yaşının tamam olduğu 12.04.2019cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-327/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıd akı qərarı qəbul etdi. təsviri hissə: xx.xx.1959-cu ildə Ermənistan SSR-nin Quqark rayonunda doğulmuş iddiaçı 1976-cı ildən 10.03.1977-ci ilə qədər Bakı şəhəri 25 №-li Texniki Peşə Məktəbində təhsil almış, 11.11.1977-ci ildən 29.11.1979-cu ilə qədər Sovet Ordu sıralarında hərbi xidmətdə olmuşdur. Əmək kitabçaları və arxiv arayışlarına əsasən 19.05.1977-ci ildən 19.10.1977-ci ilə qədər “Azərbalıqticarət” Bakı şəhər Soyuducu İdarəsinin 1 №-li Kompressor sexində 2-ci dərəcəli soyuducu qurğuların maşinisti, 04.06.1980-cı ildən 17.02.1982-ci ilə qədər Ermənistan SSR Kirovakan Topdan Ticarət Bazasında maşinist, 28.04.1982-ci ildən 25.01.1984-ci ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu, 20.08.1984-cü ildən 21.12.1988-ci ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla t əmizlənməsi üzrə xlorçu və 2-ci dərəcəli xlorçu operator (ammonyakla işləyən), 01.07.1989-cu ildən 03.10.1989-cu il tarixə qədər “Azərətsüdticarət” İdarəsinin 1 №-li kompressor sexində çilingər, 03.10.1989-cu ildən 20.04.1994-cü ilə qədər kompressor qurğularının maşinisti, 16.08.2005-ci il tarixdən 01.12.2008-ci il tarixə qədər “xxxx” ASCnin Bakı Kanalizasiya Xidməti İdarəsinin Kanalizasiya Nasos X1 23 saylı nasos stansiyasına 4-cü dərəcəli nasos qurğuları maşinisti, 01.12.2008-ci ildən 31.03.2011-ci ilə qədər 35 saylı nasos stansiyasında 4-cü dərəcəli maşinist, 05.05.2010-cu ildən 11.05.2011-ci ilə qədər AR X4 “Azərkontrakt” SC “Azərətsüd” X16 Birliyinin 1 №-li kompressor sexində əvəzçilik qaydasında 5-ci dərəcəli kompressor qurğularının maşinisti, 01.04.2011-ci ildən 01.06.2011-ci il tar ixə qədər Kanalizasiya Nasos X1 35 saylı nasos stansiyasında 4-cü dərəcəli nasos qurğuları maşinist, 09.05.2011-ci ildən 01.02.2012-ci ilə qədər “xxxx” ASC-nin Balaxanı şəhər tullantılarının çeşidlənməsi məntəqəsində təmir elektriki vəzifəsində işləmiş, 01.02.2012-ci ildən hazırki vaxta qədər isə həmin ASC-də elektromexanik vəzifəsində işləyir. Azərbaycan Respublikası X4 “Azərkontrakt” SC “Azərətsüd” X16 Birliyi tərəfindən verilmiş 1118 №-li 23.04.2019-cu il tarixli Arayışda qeyd edilir ki, iddiaçının 19.05.1977-ci ildən 19.10.1977-ci ilə qədər “Azərbalıqticarət” Bakı şəhər Soyuducu İdarəsinin 1 №-li Kompressor sexində 2-ci dərəcəli soyuducu qurğuların maşinisti, 01.07.1989-cu ildən 03.10.1989-cu il tarixə qədər “Azərətsüdticarət” İdarəsinin 1 №-li kompressor sexində çilingər, 03.10.1989-c u ildən 20.04.1994-cü ilə qədər kompressor qurğularının maşinisti, 05.05.2010-cu ildən 11.05.2011-ci ilə qədər AR X4 “Azərkontrakt” SC “Azərətsüd” X16 Birliyinin 1 №-li kompressor sexində əvəzçilik qaydasında 5-ci dərəcəli kompressor qurğularının maşinisti vəzifələrində işlədiyi dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-14341 kodu ilə ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuları maşinisti peşəsinə uyğundur. İddiaçının 2006-cı ildən hazırki vaxta qədər 25.015,92 manat pensiya sığorta kapitalı vardır (Məlumat). O, ərizə ilə 18.07.2019-cu il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə 02.08.2019-cu il tarixli məktub ünvanlanmış, imtinaya səbəb kimi iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması qeyd olunmuşdur. İddiaçı 15 oktyabr 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşı tamam olduğu tarixdən, yəni 12.04.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahı üzrə 60 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 12.04.2019-cu il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 60 yaşı tamam olduğu 12.04.2019-cu il tarixə qədər 29 il 2 ay 22 gün ümumi iş stajı, 12 il 8 ay 8 gün zərərli iş stajını tamamlamışdır. Zərərli iş stajını təsdiq edən müvafiq arayış verilmişdir. Nəhayət 60 yaşı tamam olan tarixdən, yəni 12.04.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin, cavabdeh 02.08.2019-cu il tarixli imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi qeyd olunmuşdur ki, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Azərbaycan Respublikası X4 “A zərkontrakt” SC “Azərətsüd” X16 Birliyi tərəfindən ona 1118 №-li 23.04.2019-cu il tarixli güzəştli arayış verilmişdir. Həmin Arayışda iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-14341 kodu ilə ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuları maşinisti peşəsinə uyğundur. Bundan əlavə, 28.04.1982-ci ildən 25.01.1984-ci ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu, 20.08.1984-cü ildən 21.12.1988-ci ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu və 2-ci dərəcəli xlorçu operator (ammonyakla işləyən) vəzifələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tari xli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının Xİİ bölməsinin 2130302a-13652 və XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-14341 koduna uyğundur. Bu əsasdan iddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-1(81)-4485/2019 saylı iş) 6 noyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 60 yaşı tamam olduğu 12.04.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 19.05.1977-ci ildən 19.10.1977-ci ilə qədər “Azərbalıqticarət” Bakı şəhər Soyuducu İdarəsinin 1 №-li Kompressor sexində 2-ci dərəcəli s oyuducu qurğuların maşinisti, 01.07.1989-cu ildən 03.10.1989-cu il tarixə qədər “Azərətsüdticarət” İdarəsinin 1 №-li kompressor sexində çilingər, 03.10.1989-cu ildən 20.04.1994-cü ilə qədər kompressor qurğularının maşinisti, 05.05.2010-cu ildən 11.05.2011-ci ilə qədər AR X4 “Azərkontrakt” SC “Azərətsüd” X16 Birliyinin 1 №-li kompressor sexində əvəzçilik qaydasında 5-ci dərəcəli kompressor qurğularının maşinisti vəzifələrində işlədiyi dövrlər AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-14341 kodu ilə ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuları maşinisti peşəsinə uyğunlaşdırılmışdır. İddiaçının 04.06.1980-cı ildən 17.02.1982-ci ilə qədər Ermənistan SSR Kirovakan Topdan Ticarət Bazasında maşinist, 28.04.1982-ci ildən 25.01.1984-ci ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu, 20.08.1984-cü ildən 21.12.1988-ci ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu və 2-ci dərəcəli xlorçu operator (ammonyakla işləyən) vəzifələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının Xİİ bölməsinin 2130302a-13652 və XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-14341 koduna uyğunlaşdırılmalıdır. Belə ki, həmin müəssisələr Ermənistan Respublikasında yerləşdiyindən və həmin ölkə ilə müharibə şəraiti mövcud olduğundan iddiaçının həmin peşələrin güzəştli iş stajı sayılması ilə əlaqədar arayış əldə etməsi mümkünsüzdür. Hazırki qanunvericiliklə təhsil mü ddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. Odur ki, iddiaçının 60 yaşı tamam olduğu 12.04.2019-cu il tarixə qədər 29 il 2 ay 22 gün ümumi iş stajı, 12 il 8 ay 8 gün zərərli iş stajı mövcuddur. Bundan başqa, iddiaçının minimum pensiya kapitalına malik olub-olmaması məsələsi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmədiyindən və imtina məktubunun əsası kimi qeyd olunmadığından, iddiaçının həmin kriteriya üzrə minimal sığorta kapitalına malik olmasını inzibati orqan qəbul etmişdir. Bu əsasdan həmin hal işin mübahisələndirilməyən halı kimi qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 noyabr 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəm əsinin İnzibati kollegiyası (hakimlər X9-məruzəçi, X7 və X5, 2-1(103)-327/2020 saylı iş) 21 yanvar 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 10 fevral 2020-ci il tarixdə qərarın surətini almış, 6 mart 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: İddiaçının təqdim etdiyi sənədlərdən aydın olur ki, o, “kompressor qurğularının maşinisti” və “xlorçu” peşələrində çalışıb. Məhkəmənin istinad etdiyi peşənin (“ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuları maşinisti”) iddiaçının çalışdığı peşə ilə əlaqəsi müəyyən edilmir. Siyahıda başqa sahələr üzrə “kompressor qurğularının maşinisti” vəzifəsi var; yəni NK, istəsəydi “soyuducu qurğular” deyil, “kompressor qurğuları” ifadəsinə yer verərdi; bir sözlə, “kompressor qurğusu” ifadəsi Siyahıya yad deyil. Məhkəmənin istinad etdiyi peşənin adı, “ammonyaklı soyuducu qurğuları” ilə bağlıdır. İddiaçının əmək kitabçasında bu barədə, yəni onun ammonyaklı soyuducu qurğulara xidmət etməsi ilə bağlı qeyd yoxdur. Halbuki peşənin adından görünür ki, bu peşənin Siyahıya daxil edilmə səbəbi məhz “ammonyak” maddəsindən istifadə edilməsilə bağlıdır. “Xlorçu” peşəsinə gəldikdə, iddiaçının əmək kitabçasında onun “xlorçu” peşəsində çalışması qeyd edilsə də, əmək kitabçasının tərcüməsində, orijinalda olmayan, “ammonyakla işləyən” ifadəsi əlavə edilmişdir. Yəni orijinalla, tərcümə arasında fərq var. İddiaçı Kir ovakan Topdan Ticarət Bazasında çalışıb. Bu hissədə məhkəmənin istinad etdiyi kod - 2130302a-l3652-dir: sənaye çirkab suların təmizlənməsi, mineral kükürd turşusunun, qazların fraksiyalaşdırılması və kompremirləşdirilməsi, polietilenin, sintetik spirtin, katalitik krekinqin, piroliz qurğularında məşğul olan qaz doldurma maşınlarının maşinistləri. 2130302a-13652 kodu altında olan peşə 2 nömrəli Siyahının Xİİ bölməsinə aiddir. Həmin bölmə isə, “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanır. Dolayısı ilə, iddiaçının çalışdığı peşənin Xİİ bölmə ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda, məlum kod adı altında “xlorçu” peşəsi öz əksini tapmayıb. Göründüyü kimi, iddiaçının yetərli güzəştli iş stajı olmadığından ona bu əsasla pensiya təyin edilməsi mümkün deyildir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ nun yarandığı 60 yaşdan, yəni12 aprel 2019cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdehin mövqeyinə görə iddiaçı qanunvericilikdə tələb olunan ümumi və güzəştli iş stajı toplamadığından ona əmək pensiyası təyin edilməsi mümkün deyildir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı güzəştli şərtlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olm uşdur. Apelyasiya instansiyası məhkəməsi iddiaçının güzəştli iş stajının mövcud olduğunu bildirmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının min imum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahı üzrə, Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahı üzrə, həmçinin Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə müəyyən edilmişdir. İddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya tə yin olunması üçün azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması müəyyən edilməlidir. İddiaçının əmək kitabçasına əsasən, o, 60 yaşı tamam olanadək ayrı-ayrı vaxtlarda soyuducu qurğuların maşinisti, kompressor sexində çilingər, kompressor qurğularının maşinisti, maşinist və xlorçu peşələrində işləmişdir. İddiaçının işləmiş olduğu X4 “Azərkontrakt” SC “Azərətsüd” X16 Birliyi tərəfindən verilmiş 1118 №-li 23.04.2019-cu il tarixli arayışla onun 19.05.1977-ci ildən 19.10.1977-ci ilə qədər “Azərbalıqticarət” Bakı şəhər Soyuducu İdarəsinin 1 №-li Kompressor sexində 2ci dərəcəli soyuducu qurğuların maşinisti, 01.07.1989-cu ildən 03.10.1989-cu il tarixə qədər “Azərətsüdticarət” İdarəsinin 1 №-li kompressor sexində çilingər, 03.10.1989-cu ildən 20.04.1994-cü ilə qədər kompressor qurğularının maş inisti, 05.05.2010-cu ildən 11.05.2011-ci ilə qədər X4 “Azərkontrakt” SC “Azərətsüd” X16 Birliyinin 1 №-li kompressor sexində əvəzçilik qaydasında 5-ci dərəcəli kompressor qurğularının maşinisti vəzifələrində işlədiyi dövrlər AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-14341 kodu ilə ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuları maşinisti peşəsinə uyğun olması qeyd edilmişdir. Arayışda iddiaçının 01.07.1989-cu ildən 03.10.1989-cu il tarixə qədər “Azərətsüdticarət” İdarəsinin 1 №-li kompressor sexində çilingər işlədiyi peşənin Siyahıda olması qeyd edilsə də, konkret olaraq çilingər peşəsinin Siyahıda olan hansı peşə ilə üstüstə düşməsi göstərilməmiş, məhkəmə bu peşə ilə bağlı h üquqi qiymətləndirmə aparmamışdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçının işlədiyi kompressor qurğularının maşinisti peşəsinin iş yerinin verdiyi arayışa əsasən Siyahıda olan ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti peşəsinə uyğun olduğunu qəbul edərək bu hissədə şikayətin dəlillərini əsaslı saymır. Bununla belə bu peşə üzrə iddiaçının işlədiyi dövr 12 il 6 ay təşkil etmir. Cavabdeh apelyasiya şikayətində iddiaçının əmək kitabçasında xlorçu peşəsində çalışması qeyd edilsə də, əmək kitabçasının tərcüməsində orijinalda olmayan “ammonyakla işləyən” ifadəsi əlavə edildiyini bildirmiş, apelyasiya məhkəməsi İPM-in 87.8ci maddəsinin tələbinə əməl etməyərək qərarında apelyasiya şikayətinin bu dəlilinə münasibət bildirməmişdir. İddiaçının əmək kitabçasının işdə olan surətindən onun 1 dekabr 1987-ci ildə hansı peşədə işləməsi ümumiyyətlə oxumaq mümkün deyil, bu səbəbdən iddiaçının Siyahıda olan ammonyakla işləyən xlorçu peşəsində işləməsini hazırkı halda müəyyən etmək mümkün olmur. Odur ki, əmək kitabçasının əsli tələb edilib iddiaçının Siyahıda olan peşədə işləyib-işləməməsi müəyyən edilməlidir. Apelyasiya məhkəməsi iddiaçının işlədiyi xlorçu peşəsinin Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının Xİİ bölməsinin 2130302a-13652 və XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-14341 koduna uyğun olması ilə bağlı heç bir əsaslandırma aparmamışdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-327/2020 saylı, 21 yanvar 20 20-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar