Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1335/2021 11.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin qoyulması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası nümayəndəsi X11, vəkili Vəkil iştirakı ilə, Əmlak Məsələləri Dövlət Komitəsinin İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (bu ndan sonra cavabdeh) qarşı (üçüncü şəxslər X4, X9 və X2, bundan sonra üçüncü şəxslər) “torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-34/2021 saylı, 9 aprel 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və digər 3 nəfər fiziki şəxsin birgə mülkiyyətində ünvan 1 ünvanında qeyri-yaşayış sahəsi mövcuddur.
2. Cavabdeh 25.01.2019-cu il tarixdə iddiaçıya bildiriş göndərərək ünvan 1 ünvanında özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi 3600,0 kv.metr torpaq sahəsinin satın alınmasını və ya satınalma hüququ ilə icarəyə götürülməsi ni təklif etmişdir.
3. İddiaçı 12.02.2019-cu il tarixdə hazırkı cavabdeh orqana müraciət edərək onun mülkiyyətində olan və M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış binasının altındakı 3600,0 kv.metr torpaq sahəsinin ona satılmasına razılığını bildirmiş və satınalma ilə bağlı məlumatın ona verilməsini xahiş etmişdir.
4. Cavabdeh 25.02.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.04.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 05.10.2016-cı il tarixli, 377 nömrəli Qərarına əsasən torpaq sahəsinin normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Eyni zamanda, iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi 36000 manat təşkil edən 3600 kv.metr torpaq sahəsi satın alınması məqsədilə iddiaçıya təklif edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 28 mart 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə yerləşən torpaq sahəsinin hər kvadrat metrinin 100 manat olmaqla, cəmi 3600 manat məbləğində müəyyən edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya təklif olunan qiymət torpağın normativ və bazar qiymətinə uyğun gəlmir.
6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, özəlləşdirməyə çıxarılmış dövlət mülkiyyətində olan əmlakın qiymətinin təyin edilməsi hüququ satıcı kimi dövlətə və onun adından çıxış edən səlahiyyətli icra hakimiyyəti orqanına məxsusdur və əmlakın dəyəri müvafiq qanunvericiliyə uyğun müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikаsı Nazirlər Kabinetinin 27.04.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Ə sasnamə”nin 6-1-ci bəndinə əsasən torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. ünvan 1 ünvanında özəlləşdirilmiş qeyriyaşayış binasının yerləşdiyi 3600,0 kv.metr torpaq sahəsinin bazar dəyəri yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinə əsasən, qiymətləndirici təşkilat tərəfindən müəyyən edilmişdir.
7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X12, 2-1(085)-820/2019 saylı iş) 17 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 1 9 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 6.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin normativ qiyməti hal-hazırda bazar dəyərindən aşağı olduğu halda onun qiymətləndirilməsi düzgün olaraq “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun iddiaçıya təklif edilmişdir.
9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Sumqayıt Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının (hakimlər X17məruzəçi, X13 və X14, 2-1(105)-60/2020 saylı iş) 21 yanvar 2020-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2019-cu il tarixli qərarı ləğv edilmiş, iddiaçının ünvan 1ndə yerləşən torpaq sahəsinin hər kvadrat metrinin 100 manat olmaqla, cəmi 3600 manata iddiaçıya satılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan müvafiq Əsasnamənin 6-1-ci bəndinə istinad edərək təklif olunan əmlakın satış qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq təşəkkül tapan bazar dəyəri əsasında satılmalı olduğunu iddia etsə də, hazırki mübahisəyə həmin bəndin tətbiqi əsassızdır. Belə ki, daşınmaz əmlaka mü lkiyyət hüququ barədə şəhadətnamə iddiaçıya 05.03.1998-ci il tarixdə verilmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi müvafiq Əsasnamədə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 377 saylı Qərarı 05.10.2016-cı il tarixdə qəbul edildiyindən iddiaçıya münasibətdə tətbiq oluna bilməz.
12. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X6-məruzəçi, X15 və X3, 2-1(102)-1296/2020 saylı iş) 2 iyun 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Ape lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.01.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
14. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halı araşdırmamış, cavabdehin təklif etdiyi qiymətin bazar qiymətinə uyğun olub-olmadığını müəyyənləşdirməmişdir. Mübahisəli torpaq sahəsində yerləşən “Avtomotoservis” məntəqəsinin qeyri-yaşayış sahəsi iddiaçıdan başqa digər 3 nəfərin-X4, X9 və X1 birgə mülkiyyətindədir. Qeyriyaşayış sahəsi 4 fiziki şəxsin birgə mülkiyyətində olduğundan həmin tikilinin yerləşdiyi torpaq sahəsi də tikilinin mülkiyyətçilərinin ümumi istifadəsindədir. İşə təkrar baxan məhkəmə cavabdehin təklif etdiyi məbləğin bazar qi ymətinə uyğun olub-olmadığının araşdırılması məqsədilə torpaq sahəsinin qiymətləndirilməsi üçün müvafiq ekspertiza təyin etməli, müvafiq sorğular göndərərək həmin ərazidə satılan torpaq sahələrinin qiymətini müəyyən etməli, qeyri-yaşayış sahəsinin digər mülkiyyətçilərini işə cəlb edərək əsaslı qərar qəbul etməlidir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.02.2021-ci il tarixli qərardadı ilə qeyri yaşayış sahəsinin birgə mülkiyyətçiləri -X4, X9 və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
16. Üçüncü şəxslər 30.03.2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, həmçinin iddiaçı və cavabdehə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişlər. Eyni zamanda üçüncü şəxslər məhkəmənin ümumi şöbəsinə ərizə təqdim edərək, ünvan 1 ünvanında özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi 3600,0 kv.metr torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçıya satılmasına etiraz etmədiklərini bildirmişlər.
17. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2020-ci il tarixli qərardadı ilə mübahisəsi gedən torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə mütəxəssis rəyinin verilməsi “Ekspert” LTD firmasına həvalə edilmişdir. 18. “Ekspert” LTD müəssisəsinin 4 dekabr 2020-ci il tarixli rəyinə əsasən ünvan 1ndə yerləşən həmin ərazidə satılan torpaq sahələrinin bir kv.metrinin bazar qiyməti 2019cu ilin yanvar-fevral ayları üçün 1 manat 80 qəpik təşkil etmişdir. ünvan 1ndə yerləşən “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv metr torpaq sahəsinin bazar qiyməti 2019-cu ilin yanvar-fevral ayları üçün 6500 manat təşkil etmişdir.
19. İddiaçı ilkin tələbində torpaq sahəsinin 3600 manat məbləğində müəyyən edilməsini tələb etsə də, məhkəmə kollegiyasının iclasında ekspertin rəyinə uyğun olaraq iddia tələbini dəqiqləşdirərək, ünvan 1ndə yerləşən “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv metr torpaq sahəsinin bazar qiyməti 6500 manat qiymətləndirilərək iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Ərizənin icraata qəbulu ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırıl an iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X10məruzəçi, X18 və X7, 2-1(105)-34/2021 saylı iş) 9 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, iddia təmin olunaraq ünvan 1ndə “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv m torpaq sahəsinin bazar qiyməti 6500 manat müəyyən edilərək iddiaçıya satılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
22. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh 25.02.2019cu il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin dəyərinin 36000 manat təşkil etməsini bildirsə də, həmin qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq müəyyən edilməmişdir. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 19.07.2019-cu il tarixdə cavabdehə məktub ünvanlanaraq torpaq sahəsinin bazar dəyəri barədə qiymətləndiricinin rəyi tələb edilmiş, yalnız bundan sonra məhkəmənin sorğusuna cavab vermək zərurəti yarandığından cavabdeh təşkilat “X24” MMC-yə müraciət etmiş və sonuncu tərəfindən “Dövlət əmlakının qiymətləndirilməsi” barədə 01.08.2019-cu il tarixli rəy verilmişdir. Rəyə əsasən, mübahisəsi gedən torpaq sahəsinin bazar qiyməti 36000 manat müəyyən edilmişdir. Bununla da müəyyən edilir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 25.02.2019-cu tarixdə torpaq sahəsinin qiymətinin 36000 manat olduğunu bildirsə də, qoyulmuş qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq müəyyən edilməmişdir. Məhkəmənin təşəbbüsü ilə keçirilmiş qiymətləndirmə zamanı “Ekspert” LTD müəssisəsi tərəfindən verilmiş 4 dekabr 2020-ci il tarixli rəydə ayrı-ayrı ekspertlərin, qiymətləndirici mütəxəssislərin üm umiləşdirilmiş rəylərinə, birja-bazar məmulatlarına, hüquqmüəyyənedici və texniki sənədlərə və s məlumatlara istinad edilmiş, plan-sxem çəkilmiş, fotoşəkillər çəkilmiş, internet məlumatlarından istifadə edilmiş, qiymətləndirmə zamanı uyğun satışların müqayisəsi metoduna üstünlük verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş rəy isə bir səhifədən ibarət olmaqla, qiymətləndirmə haqqında hesabat tərtib edilməmiş, hansı metodla qiymətləndirmənin aparıldığı, hansı məlumatlara əsasən qiymətin müəyyən edilməsi barədə heç bir qeyd aparılmamış, aparılmış təhlillər nəticəsində torpaq sahəsinə 36000 manat qiymət qoyulduğu qeyd edilmiş, bu təhlillərin nədən ibarət olması rəydə açıqlanmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası mübahisəsi gedən torpaq sahəsinin bazar qiymətinin müəyyən edil məsində “Ekspert” LTD müəssisəsi tərəfindən verilmiş rəyi daha mötəbər sübut hesab etmişdir.
23. Cavabdeh 7 may 2021-ci il tarixdə qərarın surətini almış, 7 iyun 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 24. “Ekspert LTD” firması tərəfindən mübahisəli torpaq sahəsinin dəyərinin 6500 manat olmasına dair verilmiş 04.12.2020-ci il tarixli rəy əsassızdır və torpaq sahəsinin həqiqi bazar dəyərini əks etdirmir.
25. Məhkəmənin də həmin rəyi əsas tutmaqla dövlət mülkiyyətində olan torpaq sahəsinin dəyərindən bir neçə dəfə ucuz qiymətlə özəlləşdirilməsi vəzifəsini cav abdehin üzərinə qoyması qanunsuz və ədalətsizdir. Belə ki, mübahisəli torpaq sahəsi Şabran şəhərində yerləşir və hazırda hər hansı şəhər ərazisində 100 kv.m torpaq sahəsinin bazar dəyərinin 180 manat olmasına dair məlumat qeyri-obyektivdir və həqiqiliyi şübhə doğurur.
26. Məhkəmə isə “Ekspert LTD” firmasının rəyinin obyektivliyinin kifayət qədər şübhə yaratmasına baxmayaraq, təkrar ekspertiza təyin etməməklə həmin rəyi əsas tutmaqla ədalətsiz qərar qəbul etmişdir.
27. İddiaçı tərəfindən iş apellyasiya məhkəməsinin icraatında olan zaman iddianın dəyişdirilməsi və apellyasiya məhkəməsinin də dəyişdirilmiş tələbi təmin etməsi prosessual normaların aşkar surətdə pozulması ilə müşayiət olunmuşdur. Belə ki, İnzibati Prosessual Məcəllənin apellyasiya instansiyası məhkəməsində şikayət üzrə İcraata aid normaları müəyyən edən X fəslində apellyasiya instansiyası mərhələsində iddianın dəyişdirilməsinin mümkünlüyü nəzərdə tutulmamışdır.
28. İddiaçı tərəfindən apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilmiş ərizə hər hansı formal xətanın aradan qaldırılması, aydın olmayan tələbin dəqiqləşdirilməsi və ya natamam məlumatların tamamlanması İlə bağlı olmamış, həmin ərizə ilə iddia dəyişdirilmişdir (iddianın həcmi azaldılmışdır). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
31. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatland ırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 32. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun: Maddə
5. Məcburi qiymətləndirmə halları Aşağıdakı hallarda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır: (-); dövlət və bələdiyyə əmlakı satıldıqda və ya borc öhdəlikləri ilə bağlı olaraq başqasına verildikdə; (-). Maddə
7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakim iyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə
8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yen idən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 33. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpa qla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
34. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması q aydaları haqqında Əsasnamə”: 1.Bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir. (-). 4.Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. (-).
8. Torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsi ha qqında Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. (-).
10. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir.
11. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.
35. Azərbaycan Respublikası Nazirlər Kabine tinin 27 aprel 1998-ci il tarixli 93 nömrəli qərarı ilə təsdiq olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə:
1. Bu Əsasnamə “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə və qüvvədə olan digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətini müəyyən edir.
2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri iki hissəyə bölünür: texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra - sərbəst torpaq sahələri). (-).
3. Torpaq sahələrinin normativ qiymətini müəyyən etmək üçün Bakı şəhəri və onun ətrafın dakı torpaq sahələri 12 zonaya, Sumqayıt və Gəncə şəhərləri 6 zonaya, Naxçıvan, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri 4 zonaya, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərləri 3 zonaya, digər rayon mərkəzlərinin 2 zonaya bölünərək 1-5 nömrəli Əlavələrdə göstərilən müvafiq zona əmsalları tətbiq edilir.
6. Sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəli əlavələrdə göstərilən əmsallar 7 nömrəli əlavədəki zonaların bazis qiymətinə vurulmaqla müəyyən edilir. 6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməs i “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir 5 oktyabr 2016-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 oktyabr 2016-cı il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1696) ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci hissə əlavə edilmişdir.
36. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər mater iallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxı ş keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya inst ansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya gen iş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
37. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikay ət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
38. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv olunmalıdır.
40. İşin hallarından görünür ki, iddiaçı və digər 3 nəfər fiziki şəxsin mülkiyyətində ünvan 1ndə özəlləşdirilmiş qeyri-yaşayış sahəsi vardır. 25.01.2019-cu il tarixdə cavabdeh iddiaçıya bildiriş göndərərək həmin qeyri-yaşayış binasının yerləşdiyi 3600,0 kv.metr torpaq sahəsinin satın alınmasını və ya satınalma hüququ ilə icarəyə götürülməsini təklif etmişdir. 12.02.2019-cu il tarixdə iddiaçı cavabdehə müraciət edərək onun mülkiyyətində olan qeyri-yaşayış binasının altındakı 3600,0 kv.metr torpaq sahəsinin ona satılmasına razılığını bildirmiş və satınalma ilə bağlı məlumatın ona verilməsini xahiş etmişdir. Cavabdeh 25.02.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi 36.000 manat təşkil edən 3600 kv.metr torpaq sahəsi satın alınması məqsədilə iddiaçıya təklif edilmişdir.
41. Təklif olunan qiymətlə razılaşmayan iddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək torpaq sahəsinin 3.600 manat məbləğində, təkrar işə baxan apelyasiya məhkəməsinə təqdim etdiyi ərizəsində isə torpaq sahəsinin bazar qiymətinin 6.500 manat qiymətləndirilməklə iddiaçıya satılmasını xahiş etmişdir.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 nömrəli qərarı ilə təsdiq olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnaməyə 5 oktyabr 2016-cı il tarixdə əlavə edilmiş 6-1-ci bəndində qeyd olunmuşdur ki, torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aş ağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir.
43. Apelyasiya instansiya məhkəməsi birinci dəfə işə baxarkən qərarında torpaq sahəsinin dəyərinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 6-1-ci bəndinə əsasən bazar qiymətlərinə uyğun olaraq müəyyən edilməsinin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, iddiaçı və digər şəxslər tərəfindən qeyd edilən torpaq sahəsində yerləşən tikili 1998-ci ildə özəlləşdirilmiş, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilm iş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 6-1-ci bənd isə 05.10.2016-cı il tarixində əlavə edilmişdir, iddiaçıya münasibətdə tətbiq oluna bilməz və hazırkı mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.04.1998-ci il tarixli qərarı tətbiq olunmalıdır.
44. Həmin qərarı ləğv edən kasasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə istinad edərək bildirmişdir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin normativ qiyməti bazar dəyərindən aşağı olduğu üçün cavabdeh “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq torpağın satın alı nmasını sözügedən Əsasnamənin 6-1-ci bəndində nəzərdə tutulan qaydada əsaslı olaraq təklif etmişdir.
45. İşə təkrar baxan apelyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibəti 2019-cu ildə yarandığından hazırkı iş üzrə həmin zaman qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Tətbiq olunan maddi hüquq norması isə Əsasnamənin 6-1-ci bəndidir.
46. Həmin bəndə əsasən, torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
47. Apelyasiya məhkəməsinin aldığı “Ekspe rt” LTD müəssisəsinin 4 dekabr 2020-ci il tarixli rəyindən görünür ki, ünvan 1ndə yerləşən ərazidə satılan torpaq sahələrinin bir kv.metrinin bazar qiyməti 2019-cu ilin yanvar-fevral ayları üçün 1 manat 80 qəpik təşkil etmişdir. ünvan 1ndə yerləşən “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3.600 kv.metr torpaq sahəsinin bazar qiyməti 2019-cu ilin yanvarfevral ayları üçün 6.500 manat təşkil etmişdir.
48. Apelyasiya instansiyası məhkəməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi 3.600 kv.metr torpaq sahəsinin dəyərinin 36.000 manat təşkil etməsi barədə cavabdehin qiymətini “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun hesab etməmişdir.
49. Cavabdeh tərəfindən təqdim edilmiş rəy isə bir səhifədən ibarət olmaqla, qiymətləndirmə haqqında hesabat tərtib edilməmiş, hansı metodla qiymətləndirmənin aparıldığı, hansı məlumatlara əsasən qiymətin müəyyən edilməsi barədə heç bir qeyd aparılmamış, aparılmış təhlillər nəticəsində torpaq sahəsinə 36.000 manat qiymət qoyulduğu qeyd edilmiş, bu təhlillərin nədən ibarət olması rəydə açıqlanmamışdır.
50. Bununla yanaşı kollegiya qeyd edir ki, məhkəmənin təşəbbüsü ilə keçirilmiş qiymətləndirmə zamanı “Ekspert” LTD müəssisəsi tərəfindən verilmiş 27/E saylı 04 dekabr 2020-ci il tarixli rəydə ayrı-ayrı ekspertlərin, qiymətləndirici mütəxəssislərin ümumiləşdirilmiş rəylərinə, birja-bazar məmulatlarına, hüquqmüəyyənedici və texniki sənədlərə və s məlumatlara istinad edilmiş, plan-sxem, fotoşəkillər çəkilmiş, internet məlumatlarından istifadə e dilmiş, qiymətləndirmə zamanı uyğun satışların müqayisəsi metoduna üstünlük verilmişdir.
51. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi qənaəti əsaslı sayaraq bildirir ki, cavabdeh tərəfindən təqdim edilmiş rəy bir səhifədən ibarət olmaqla, qiymətləndirmə haqqında hesabat tərtib edilməmiş, hansı metodla qiymətləndirmənin aparıldığı, hansı məlumatlara əsasən qiymətin müəyyən edilməsi barədə heç bir qeyd aparılmamış, aparılmış təhlillər nəticəsində torpaq sahəsinə 36.000 manat qiymət qoyulduğu qeyd edilmiş, bu təhlillərin nədən ibarət olması rəydə açıqlanmamışdır.
52. Odur ki, məhkəmə kollegiyası da torpaq sahəsinin qiymətləndirilməsi barədə cavabdehin rəyini mötəbər sübut kimi qəbul etmək üçün əsas görmür.
53. Eyni əsasla məhkəmə kollegiyası apelyasiya məhkəməsinin aldığı qiymətlən dirmə hesabatını mötəbər hesab etmir.
54. Qiymətləndirmə aktında 2020-ci ildə aparılmış 5 alqı-satqıya istinad edilmiş, istinad edilən alqı-satqıların həqiqətən mübahisə olunan əraziyə aid mövcudluğu, hesabatda göstərilən məbləğdə alqı-satqı məbləği olması, notariat ofislərində müqavilələrin təsdiq olunması apelyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
55. Həm “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsi, həm də Əsasnamənin 6-1-ci bəndi tələb edir ki, qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün h allarda nəzərə alına bilər.
56. Əmlakın bazar qiymətinə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsində münasibət bildirilmişdir.
57. Apelyasiya instansiyası məhkəməsi Şabran şəhərində yerləşən mübahisə olunan 3.600 kv.m torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi barədə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmamışdır.
58. İddiaçı da iddia ərizəsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin müddəalarına istinad edərək Şabran rayon Notariat Kontoruna sorğu göndərilərək torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində həmin ərazidə satılan torpaqların qiymətinin müəyyən edilməsini məhkəmədən xahiş etmiş, lakin bununla bağ lı sorğular edilməmişdir.
59. Bəhs olunanların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün əhəmiyyət daşıyır.
60. Apelyasiya məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından cavabdehin kasasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, iş üzrə araşdırmanın aparılmasına zərurət olduğundan iddianın rədd olunması hissəsində şikayət təmin edilməməlidir.
61. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-34/2021 sa ylı, 9 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.