Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1335/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1nə qarşı “İddiaçı adının “Vəli”dən “Velli”yə, soyadının “Qasımov”dan “Kasumov”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1019/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AZ-İV seriyalı 401793 saylı 03 dekabr 2020-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən, iddiaçı 04 oktyabr 1968-ci ildə Gəncə şəhərində doğulmuş, atası kimi X6, anası kimi isə X3 qeyd edilmişdir.
2. P4661108 saylı ümumvətəndaş pasportuna əsasən, iddiaçının soyadı və adı “Kasumov Vəli” kimi qeyd edilmişdir.
3. AB-İ seriyalı 079688 saylı diploma əsasən, iddiaçının adı və soyadı “İddiaçı” kimi qeyd edilmişdir.
4. AZ-İ 682300 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, 04 oktyabr 1968-ci il təvəllüdlü X4 ilə 06 iyul 1974-cü il təvəllüdlü X1 arasında 07 iyul 2011-ci il tarixdə nikah bağlanmışdır.
5. AZ-İİ seriyalı 909703 saylı doğum haqqında şəhadətnaməyə əsas ən, 07 may 2012ci il təvəllüdlü X2, atası kimi X4, anası kimi X1 göstərilmişdir.
6. MYİ seriyalı 0142961, ******* və ******* saylı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin surətindən görünür ki, iddiaçının adı və soyadı İddiaçı kimi qeyd edilmişdir.
7. DYİ seriyalı ******* saylı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, iddiaçının adı və soyadı İddiaçı kimi qeyd edilmişdir.
8. Ukrayna Futbol Federasiyasının xx.xx.2013-cü il tarixli 258 saylı lisenziyasının surətinə əsasən, iddiaçının adı və soyadı Kasumov Velli kimi (ingiliscə) qeyd edilmişdir.
9. İddiaçı hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 05/Q-1475/15 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, xx.xx.2002-ci il tarixli “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlarının adları, ataların adları və soyadları dövlət dilində yazılır. Soyadının “Kasumov” və adının “Velli”yə dəyişdirilməsi şöbənin imkanı xaricindədir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı Bakı Cavabdeh2ndə Qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 05Q-35/68 saylı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, onun şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnamədə adı “Vəli”, soyadı “Qasımov” qeyd edildiyindən, soyadını “Kasumov”, adını “Velli” adına düzəliş edilməsinin Azərbaycan dilinə uyğun olmadığına görə şöbənin imkanı xaricindədir. Onun nikah və övladının doğum haqqında şəhadətnamələrində soyadı Azərbaycan dilinə uyğun “Kasumov”dan “Qasımov” soyadına, adı “Velli”dən “Vəli”yə dəyişdirilməsi məsləhət görülmüşdür.
11. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4918/2021 nömrəli, 31 may 2021-ci il tarixli qərarından görünür ki, iddiaçının hazırkı iş üzrə cavabdehə qarşı “doğum haqqında akt qeydində dəyişikliklərin edilməsi”nə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçının şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2127/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə, iddiaçının apellyasiya şikayətindən imtina sına əsasən apellyasiya icraatına xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
12. İddiaçı 16 mart 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “İddiaçı adının “Vəli”dən “Velli”yə, soyadının “Qasımov”dan “Kasumov”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı ərizəsində hazırkı qərarın 1-10-cu bəndlərində göstərilən məlumatları sadalayaraq qeyd etmişdir ki, sənədlərdə adının fərqli olması ona və onun ailə üzvlərinin mənəviyyatına mənfi təsir edir. Cavabdehin imtinasının əsassız və qanunsuz hesab etdiyindən, məhkəməyə müraciət etmişdir.
14. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət bildirilməmişdir.
15. Bak ı İnzibati Məhkəməsinin 2-1(112)-7132/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilməmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının soyadı doğum haqqında şəhadətnamədə göstərilən valideynlərinin soyadına əsasən “Qasımov”dur. Onun soyadının “Kasumov”, adının “Velli” kimi göstərilməsi ilə bağlı istinad etdiyi sənədlər isə ingilis dilində tərtib olunduğu üçün həmin ingilis dilində tərtib edilmiş sənədlərdə iddiaçının adı və soyadı “Kasumov Velli” (İddiaçı soyadının ingilis dilində yazılışı) göstərilmişdir. Göstərilənlərə əsasən “Kasumov” soyadı “Qasımov” soyadının ingilis dilində olan yazılışı olduğu və Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilində “Kasum” və ya “Velli” adların və “Kasumov” soyad ı mövcud olmadığı üçün məhkəmə iddiaçının iddiasını əsassız hesab etmişdir.
17. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1019/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7132/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 20 İddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin əsasını iddia tələbində göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə dair etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə (İPM) Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir....
24. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı: Bənd 1.1. İnzibati mübahis ələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştir akçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkün dür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
28. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
29. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir.
30. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük ş ərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanıl masını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
32. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı adının “Vəli”dən “Velli”yə, soyadının “Qasımov”dan “Kasumov”a dəyişdirilməsinə yönəlmişdir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh xx.xx.2002-ci il tarixli “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə istinadən tələbin təmin olunmasından imtina etmişdir.
33. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, iddiaçı daha əvvəl cavabdehə qarşı “doğum haqqında akt qeydində dəyişikliklərin edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(112)-4918/2021 nömrəli, 31 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2127/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə, iddiaçının apellyasiya şikayətindən imtinasına əsasən apellyasiya icraatına xitam verilmişdir.
34. İddiaçı hazırkı iddiada hər hansı yeni əsasa istinad etməmişdir.
35. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan, mübahisə ilə bağlı əvvəllər baxılmış qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan və hazırkı iddia ilə mübahisə eyni tərəflər arasında eyni predmetlə bağlı olmaqla hər hansı yeni əsasa istinad olunmadığından iddia mümkün sayılmamalıdır.
36. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1019/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı Cavabdeh1nə qarşı “İddiaçı adının “Vəli”dən “Velli”yə, soyadının “Qasımov”dan “Kasumov”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün s