Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1335/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə pensiya, arayış əsasında güzəştli stajın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-675/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxx 1961-ci ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus НЗ № 994933 nömrəli hərbi bilet, eləcə də ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, o, xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1984-cü il tarixdə 1 nömrəli Yol-Tikinti İdarəsinin Gədəbəy AsfaltBeton Zavoduna fəhlə işinə q əbul edilmiş, xx.xx.1986-cı il tarixli əmrlə asfalt beton qarışdırıcı sexə operator keçirilmiş, xx.xx.1997-ci il tarixli əmrlə tutduğu operator vəzifəsindən azad edilmişdir. xx.xx.1997-ci il tarixdə müqavilə yolu ilə operator vəzifəsinə qəbul edilmiş və müqavilə müddəti başa çatdığı üçün xx.xx.1999-cu il tarixli əmrlə vəzifəsindən azad edilmişdir. xx.xx.2000-ci il tarixli əmrlə "xxxx" Dövlət Şirkətinin 24 saylı Yol-İstismar İdarəsinə operator vəzifəsinə qəbul edilmiş, 24 saylı Yol-İstismar İdarəsinin adı xx.xx.2015-ci il tarixdən 33 saylı, xx.xx.2016-cı il tarixdən 32 saylı Yol İstismar İdarəsi adlandırılmışdır.
3. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə əlaqədar olaraq cavabdehə müraciət etmiş, cavabdeh 01 dekabr 2022-ci il tarixli məktubla müraciətin təmin edilməs indən imtina edərək bildirmişdir ki, onun işlədiyi qarışdırıcı operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququ yarandığı 01 fevral 2021-ci il tarixdən etibarən ona qanunvericiliyin tə ləblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan bu günədək ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə doğulmuşdur. xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək (02 il 04 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək 1 saylı Yol Tikinti İdarəsinin Gədəbəy Asfalt-Beton Zavodunda fəhlə peşəsində (01 il 09 ay 12 gün) işləmiş, xx.xx.1986-cı il tarixdən bu günədək həmin zavodda bitum qızdıran (bitumçu) və asfalt bişirən operator vəzifəsində işləyir. Beləliklə, 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixə kimi ümumi iş stajı 38 il 07 ay 14 gün (25 ildən artıq) təşkil etmiş, həmin staj illərinin 34 il 09 ay 28 gün (12 il 6 aydan artıq) müddətini xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da o, həmin Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də 60 yaşına çatdığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, hüququ yarandığı xx.xx.2021-ci il tarixdə n etibarən ona qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən bu günədək ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətinə imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır.
6. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.
7. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1966/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarı ilə (hakim X3) iddia tələbi təmin edilmiş, İddiaçı hüququ yarandığı xx.xx.20 21-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən bugünədək ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi peşənin adı əmək kitabçasında ümumi olaraq operator (qarışdırıcı operator) kimi qeyd edilsə də, gördüyü işlər bitumçu (bitum qızdıran) və asfalt-beton bişirməkdən ibarət olmuşdur ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulmuş “a) fəhlələr: asfalt və beton döşəyənlər, asfalt və beton qarışdıranlar, bitumçular” peşəsinə aid olmuşdur.
9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir.
11. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-675/2023 nömrəli iş üzrə 31 oktyabr 2023-ci il tarixli qərardadı ilə dəqiqləşdirmə barədə ərizə icraata qəbul edilmişdir.
12. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 2-1(104)-675/2023 nömrəli iş üzrə 31 oktyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X6 (məruzəçi), X1 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2-1(114)-1966/2023 nömrəli qərarı qismən, yəni “hüququnun yarandığı xx.xx.2021ci il tarixdən” hissəsində dəyşdirilmiş, “hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən” kimi müəyyən edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə münasibətdə isə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarında göstərilmiş hüququ yarandığı vaxt kimi-xx.xx.2021-ci il tarixi qeyd etməsi hissəsində düzgün nəticəyə gəlməmişd ir. İddiaçının hüququnun yarandığı tarix kimi xx.xx.2022-ci il tarixi qəbul edilməlidir. Belə ki, iddiaçının 60 yaşının tamam olduğu vaxt, yəni xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün həmçinin pensiya kapitalı da tələb olunurdu. İş materiallarından da göründüyü kimi birinci instansiya məhkəməsi bu hissə üzrə ümumiyyətlə araşdırma aparmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə edən dəyişikliklə (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir) əsasən sonradan həmin şərt aradan qalxdığından iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxt dedikdə xx.xx.2022-ci il tarix kimi başa düşülməlidir.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddian ın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu qeyd etmişdir.
16. İş materiallarına əsasən mübahisəli məqam iddiaçının işlədiyini iddia etdiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmamasıdır. Belə ki, iddiaçının xx.xx.1986-cı il tarixdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "x xxx" MMC-də işlədiyi qarışdırıcı operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun deyil. Qeyd edilən vəzifə sözügedən siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) nəzərdə tutulmamışdır.
17. İddiaçının işlədiyi qarışdırıcı operator vəzifəsi Siyahıda göstərilən asfalt-beton bişirənlər və bitumçular vəzifələrinə uyğun deyil. Hazırkı isin hallarından müəyyən olunur ki, iddiaçının işlədiyini iddia etdiyi vəzifə Siyahıda öz əksini tapmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli staj ı mövcud deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti x üsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyal arının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə
2. Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı 2.4.1. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə v erilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, d əyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Mə zahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş pensiya qanunvericiliyinə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edə bilmək üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) şəxsin 60 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması;
29. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. Tələb olunan yaşa malikdir. İşin bu halı da cavabdeh inzibati orqan tərəfindən qəbul edilir.
30. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdi m edilmiş əmək kitabçasında əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir və bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir.
31. Kassasiya şikayətinin mahiyyətindən görünür ki, cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etmə səbəbi kimi iddiaçının işlədiyi sahələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nda nəzərdə tutulmadığı olmuşdur.
32. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, o, xx.xx.1984-cü il tarixdə 1 nömrəli Yol-Tikinti İdarəsinin Gədəbəy Asfalt-Beton Zavoduna fəhlə işinə qəbul edilmiş, xx.xx.1986-cı il tarixli əmrlə qarışdırıcı sexə operator keçirilmiş, xx. xx.1997-ci il tarixli əmrlə tutduğu operator vəzifəsindən azad edilmişdir. xx.xx.1997-ci il tarixdə müqavilə yolu ilə operator vəzifəsinə qəbul edilmiş və müqavilə müddəti başa çatdığı üçün xx.xx.1999-cu il tarixli əmrlə vəzifəsindən azad edilmişdir. xx.xx.2000-ci il tarixli əmrlə "xxxx" Dövlət Şirkətinin 24 saylı Yol-İstismar İdarəsinə operator vəzifəsinə qəbul edilmiş, 24 saylı Yol-İstismar İdarəsinin adı xx.xx.2015-ci il tarixdən 33 saylı, xx.xx.2016-cı il tarixdən 32 saylı Yol İstismar İdarəsi adlandırılmışdır.
33. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin verdiyi xx.xx.2022ci il tarixli, 70 nömrəli güzəştli arayışında İddiaçı xx.xx.1986-cı il tarixdən hal-hazıra kimi Gədəbəy Asfalt-Beton Zavodunda bitum qızdıran və asfalt bişirən operator vəzifəsində işlədiyi, Azərb aycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiqlənmiş bu ixtisas siyahı üzrə 29.a bəndinə əsasən güzəştli sayıldığı, güzəştli stajının ixtisasa əsasən 34 il 09 ay 28 gün təşkil etdiyi göstərilmişdir.
34. Cavabdeh kassasiya şikayətinin dəlillərində iddiaçının işlədiyi həmin illəri güzəştli pensiya hüququ verən staj kimi nəzərə almayaraq, bunu onunla izah etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) asfal t-beton bişirənlər və bitumçular vəzifələri nəzərdə tutulmuşdur. 26 iyun 1984-cü il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında isə iddiaçının xx.xx.1986-cı il tarixdən bu günədək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-də qarışdırıcı operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi qarışdırıcıoperator vəzifəsi yuxarıda qeyd olunan asfalt-beton bişirənlər və bitumçular vəzifələrinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur.
35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli, 03 nömrəli məktubu ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1986-cı il tarixdən hal-hazıra kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən bitumçu (bitum qarışdıran) və asfalt-be ton bişirən (operator) peşələrində 32 nömrəli Yol İstismar İdarəsində (əvvəlki adı Gədəbəy 22 saylı Yol-Tikinti İdarəsi olmuşdur) işləmişdir. xx.xx.1986-cı il tarixdən hal-hazıra kimi işlədiyi vəzifə üzrə sosial sığorta stajı xx.xx.2023-cü il tarixə 37 il 01 ay 12 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Yol örtüyü üçün, emulsiya, mastika, qara büzücü materiallar və asfalt qarışıqlarının hazırlanmasında işlərin yerinə yetirilməsi, səyyar qarışdırıcı qurğuda asfalt qarışıqlarının hazırlanması. Bu və ya digər vəzifə xüsusiyyətlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29.a bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. 3
6. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1986-cı il tarixdən hal-hazıra kimi işlədiyi bitumçu (bitum qarışdıran) və asfalt-beton bişirən (operator) peşələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulmuş “a) fəhlələr: asfalt və beton döşəyənlər, asfalt və beton qarışdıranlar, bitumçular” peşəsinə aid iş xüsusiyyətləri ilə eynilik təşkil edir və bu səbəbdən də iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməlidir.
37. Eyni zamanda qeyd etmək lazımdır ki, iddiaçının işlədiyi müəssisədə onun çalışmış olduğu vəzifənin adının siyahıd a göstərilən addan qismən fərqlənməsi, həmin peşə ilə icra etdiyi funksiyalar tamamilə eyni olmuş iddiaçının pensiya hüquqlarının məhdudlaşdırılmasına əsas deyildir
38. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağı instansiya məhkəmələrinə ünvanlamış olduğu xx.xx.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü i şin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
39. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
40. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-675/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.