Məhkəmə qərarları › İş №2-1(102)-1336/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1336/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1336/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı xxxx X2 Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı xxxx X2 Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ve rilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-162/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xxxx X4 Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı nnn sahəsinin onun adına özəlləşdirilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 289 saylı sərəncamına müvafiq olaraq Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə bağladığı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində ona ayrılmış 945 nömrəli bağ sahəsinə dair hüquqlarının qeydiyyata alınması üçün DƏDRX-nin Bakı şəhəri İdarəsinə müraciət etmiş, cavabdehin müxtəlif tarixlərdə verdiyi cavab məktublarında ona imtina edilmiş, əsas kimi sözügedən bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluğun müəyyən edildiyi göstərilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, nnnbağ sahəsi ilə sxematik xəritə arasında olan uyğunsuzluğun aradan qaldırılaraq, 945 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1202/2019 nömrəli (sədrlik edən hakim Xalıq İmanov) qərarı ilə iddianın təmin edilməsi, nnn 0,12 ha olan 945 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apel yasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-162/2020 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, X5 Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Belə ki, sözügedən bağ sahəsi öz həqiqi yerindən 40 metr aralı məsafədə yerləşir, 945 nömrəsinin göstərilən sahəyə hər hansı aidiyyəti yoxdur və sxematik xəritəyə əsasən 1042, 1043 və 104 4 saylı bağ sahələrinin ərazisidir. Həmçinin, müvafiq torpaq sahəsi faktiki olaraq 1335,0 kvadrat metrdir. Bundan əlavə, müvafiq ünvanda hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. Qeyd olunan səbəbdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Beləliklə, yuxarıda qeyd olunanlardan da göründüyü kimi, yuxarıda qeyd olunan halla əsassız olaraq nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, ekspertiza keçirilməsi və üçüncü şəxslərin cəlb edilməsi barədə İdarənin vəsatətləri təmin edilməmiş, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materiall arı və şikayətdə qeyd olunan faktlar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış və nəticədə qanunsuz və ədalətsiz qərarlar qəbul edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)162/2020 nömrəli qərarının ləğv edilməsi və iddiaçının tələbinin tam təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasa siya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-162/2020 nömrəliqərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasınagəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normaları nın faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-162/2020 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)-1202/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Torpaq Məcəlləsinin 55, 66-cı maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 9, 10-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7, 15.1ci maddələrinə, «İnzibati i craat haqqında» Qanunun 15.2, 20.2-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə istinad edərək belə hesab etmişdir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kasasiya şikayəti qismən əsaslıdır. Belə ki, cavabdeh kasasiya şikayətində bildirir ki, «müvafiq bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Belə ki, sözügedən bağ sahəsi öz həqiqi yerindən 40 metr aralı məsafədə yerləşir, 945 nömrəsinin göstərilən sahəyə hər hansı aidiyyəti yoxdur və sxematik xəritəyə əsasən 1042, 1043 və 1044 saylı bağ sahələrinin ərazisidir». Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsaslıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarını dəyişdirilmədən saxlayarkən xx xxxxxx 2020-ci il tarixli qərarında göstərmişdir ki, «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxx 2018-ci il tarixli məktubu ilə daxil olmuş mütəxəssis rəyində 945 saylı torpaq sahəsinə yerində baxış keçirilərək torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüş, ümumi sahəsi 1318 kvadrat metr olan torpaq sahəsinin hasara alındığı müəyyən edilmiş, lakin 945 saylı bağ sahəsinin 1044, 1043 və 1042 saylı bağ sahələrinin bir hissəsi olması ölçmə işlər inin nəticəsi və konkret faktlar əsasında müəyyən edilməmişdir». Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi mütəxəssisin sözügedən rəyinə istinad edərkən onu tam və hərtərəfli araşdırmamaqla yanaşı, ümumiyyətlə həmin rəyi öz qərarında təhrif etmişdir. Belə ki, işin 64-cü səhifəsində olan həmin mütəxəssis rəyində yazılmışdır ki, «945 saylı bağ sahəsinin həqiqi ərazisi sxematik xəritəyə əsasən faktiki göstərilən sahədən 70 m qərb istiqamətdə 25x48 ölçüdə yerləşməlidir. Faktiki göstərilən sahə sxematik xəritəyə əsasən bağların sıra ardıcıllığına uyğun olmayaraq perpendikulyar istiqamətdə yerləşməklə 1044, 1043 və 1042 saylı bağların bir hissəsidir». Beləliklə, mütəxəssis rəyində mübahisəli bağ sahəsinin 1044, 1043 və 1042 saylı bağların bir his səsi olması qeyd edildiyi halda, apelyasiya instansiyası məhkəməsi həmin mütəxəssis rəyinə əsaslanmaqla yazmışdır ki, «Lakin 945 saylı bağ sahəsinin 1044, 1043 və 1042 saylı bağ sahələrinin bir hissəsi olması ölçmə işlərinin nəticəsi və konkret faktlar əsasında müəyyən edilməmişdir». Bu fakt onu deməyə əsas verir ki, apelyasiya instansiyası məhkəməsi mütəxəssisin adıçəkilən rəyini ümumiyyətlə araşdırmamışdır. Buna dəlalət edən apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarında öz əksini tapmış apelyasiya instansiyası məhkəməsinin başqa bir qənaəti də mövcuddur, belə ki, apelyasiya instansiyası məhkəməsi həmin qərarında yazır ki, «imtinaya əsas kimi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, bağ sahəsinin öz həqiqi yerindən 40 metr aralı məsafədə yerləşməsi ilə əsaslandırsa da, bu halların mövcudluğu təsdiq edən zəruri və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir». Lakin iş materiallarında olan (iş səhifələri 65, 66) iddia olunan torpaq sahəsinin sxemi və faktiki yerləşmə sxemi var ki, bunların da apelyasiya instansiyası məhkəməsi tərəfindən hansı səbəbə görə «zəruri və mötəbər sübutlar» kimi qiymətləndirməməsi aydın deyildir. Cavabdehin digər dəlili ondan ibarətdir ki, cavabdehin ekspertiza keçirilməsi və üçüncü şəxslərin işə cəlb edilməsi barədə vəsatətləri məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki cavabdehin bu dəlili əsaslıdır. Belə ki, sözügedən mütəxəssis rəyini nəzərə almaqla ən azından 1044 saylı bağ sahəsinin icarəs i X3 üçüncü şəxs qismində cəlb edilməli idi, çünki DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 945, 1044, 1043 və 1042 saylı bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat və 1043 və 1042 saylı bağ sahəsinə dair sənədlər İdarənin arxivində aşkar edilməmişdir. Həmin məktubla məhkəməyə göndərilmiş 945 və 1044 saylı bağ sahəsinə dair sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə bağlanmış xx xxxxxx 2005-ci il tarixli, 36390 nömrəli müqavilə ilə Ləhiş bağlar sahəsində 0,12 hektar torpaq sahəsi olan 945 saylı bağ sahəsi İddiaçı, həmin idarə ilə bağlanmış x xxxxxx 1998ci il tarixli 21862 nömrəli müqavi lə ilə 0,12 hektar torpaq sahəsi olan 1044 saylı bağ sahəsi X1 icarəsinə verilmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə həqiqətə nail olunması üçün sözügedən bağ sahələri və onların yerləşmələrinin dəqiqləşdirilməsi və bağlı ekspertiza keçirilməli və bu məsələ öz dəqiq və düzgün həllini tapmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəl lənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, əlavə sübutların araşdırılması zəruri olduğundan, təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-162/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar