Məhkəmə qərarları › İş №2-1(102)-1336/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1336/2021

14.09.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1336/2021 14.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iş üzrə (Açar sözlər: polis əməkdaşına əlavə işə cəlb edilməsinə görə əlavə haqq ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxrından əlavə işləməsinə görə əlavə haqqın hesablanması və verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli, 2-1(105)-12/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 19.07.1999-cu il tarixindən 01.03.2017-ci il tarixinədək Azərbaycan Respublikası Cavabdeh Sumqayıt Şəhər Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləmiş, Azərbaycan Respublikası Cavabdeh 01.03.2017-ci il tarixli, 231 ş/h nömrəli əmrinə əsasən (öz arzusu ilə) daxili işlər orqanlarından xaric olunmuşdur.

2. İddiaçı tərxis olunmayla əlaqədar son haqq-hesab, gecə pulu və gücləndirilmiş iş rejimində xidmət apardığı vaxta görə hesablanmış əlavə vəsa itin, həmçinin xəstəliklə əlaqədar müavinətin ödənilməsi məqsədilə cavabdehə müraciətlər etmiş, cavabdeh isə 12.06.2017-ci il tarixli və 31.07.2018-ci il tarixli məktublarla iddiaçının müraciətlərini təmin etməkdən imtina etmişdir.

3. Cavabdeh 12.06.2017-ci il tarixli imtinasını belə əsaslandırmışdır ki, gücləndirilmiş iş rejimində xidmət aparmasına görə əlavə əmək haqqının ödənilməsi xərclər smetasında nəzərdə tutulmamış, eyni zamanda idarənin maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar gecə növbəsinə görə əlavə ödənişlərin heç bir əməkdaşa, o cümlədən iddiaçıya ödənilməsi mümkün olmamışdır. İdarənin maliyyə vəziyyəti sabitləşdikdən sonra gecə növbəsinə görə əlavə vəsaitin ödənilməsi məsələsinə baxıla bilər.

4. Cavabdeh 31.07.2018-ci il tarixli məktubunda isə qeyd etmişdir ki, Nazirlər Ka binetinin 20.04.2000-ci il tarixli 73 nömrəli qərarına əsasən daxili işlər orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə bir aylıq əməkhaqqı məbləğində (ərzaq payı əvəzinə verilən pul kompensasiyası istisna olmaqla) pul müavinəti verilir. Lakin Sumqayıt ŞMİ-nin təqdim etdiyi 24.07.2018-ci il tarixli arayışda son üç ildə iddiaçı tərəfindən İdarənin mühasibatlığına stasionar müalicə aldığı barədə tibbi arayışı təqdim etmədiyi üçün iddiaçının xəstəliklə əlaqədar müavinətin ödənilməsinin qanunazidd hesab edildiyi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı 19 iyun 2019-cu il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respu blikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt Şəhər Mühafizə İdarəsində işlədiyi dövrdə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməsinə görə qanunvericiliyə müvafiq sürətdə müəyyənləşdirilən əlavə haqqın hesablanması və verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, 19.07.1999-cu il tarixdən 01.03.2017-ci il tarixədək Azərbaycan Respublikası Cavabdeh Sumqayıt Şəhər Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləmiş, Azərbaycan Respublikası Cavabdeh 01.03.2017-ci il tarixli, 231 ş/h nömrəli əmrinə əsasən “Azərbaycan Respublikasının daxili i şlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndinə əsasən (öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə) daxili işlər orqanlarından xaric olunmuşdur. Xidmət illərində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməsinə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqqın ödənilməsi ilə bağlı cavabdehə yazılı müraciətlər etsə də, müraciətləri öz həllini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən ona ünvanlanmış 12.06.2017-cı il tarixli və 31.07.2018-ci il tarixli cavab məktublarında göstərilmişdir ki, idarənin maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar gecə növbəsinə görə əlavə ödənişlərin ona ödənilməsi mümkün olmamışd ır. Beləliklə də, cavabdeh, idarənin maliyyə vəziyyətinin çətinliyini bəhanə gətirərək ona qanuni haqqı olan pulun verilməsindən imtina etmişdir.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2-1(085)1234/2019 saylı qərarı (hakim Zaur Pirverdiyev) ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əlavə xidmətə cəlb olunması və ya bununla bağlı cavabdeh tərəfindən hər-hansı inzibati aktın qəbul edilməsi müəyyən olunmamışdır.

9. Həmin qərardan iddiaçıya apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-12/2021 saylı, 19.03.2021-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Hökümə Babayeva, hakimlər – Zaur Məmmədov və Fu ad Məmmədov) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2-1(085)1234/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçı altı günlük iş rejimindən və günlük 8 saatdan əlavə işə cəlb edilməmişdir.

12. Məhkəmə qərarı iddiaçıya 21.04.2021-ci il tarixində təqdim edilmiş, iddiaçı 16.05.2021-ci il tarixində məhkəməyə ərizə təqdim edərək dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, məhkəmənin 20.05.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və 04.06.2021-ci il tarixində iddiaçı vəkillə təmin olunmuşdur.

13. İddiaçı 07.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-12/2021 saylı, 19.03.2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh orqan məhkəmənin sorğularına hər dəfə heç bir sübutla təsdiq olunmayan arayışlar təqdim etməklə cavab vermiş, işə baxan həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi cavabdeh orqan tərəfindən təqdim edilmiş arayışlara əsaslanaraq qanunsuz və ədalətsiz qərarla r qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 izahat verərək kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Polis haqqında” Qanunu n 35-ci maddəsinin İ hissəsinə əsasən polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir.

19. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati akt ın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

20. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

21. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

22. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qa ydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Hazırkı qərarın 18-ci bəndində göstərilən normanın məzmunundan görünür ki, polis əməkda şlarına istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə əlavə haqq verilir. İddiaçı da bu hala istinad edərək sözügedən ödənişlərin ona ödənilməsini xahiş edir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından görünür ki, iddiaçının xidmətdə olduğu bazar (istirahət) günlərinin müqayisəli təhlili aşağıdakı şəkildə olmuşdur: 05.02.2012-xidmətdən sonra 07.02.2012-ci il tarixdə istirahət edib; 13.05.2012-xidmətdən əvvəl 12.05.2012-ci il tarixdə istirahət edib; 20.08.2012-xidmətdən əvvəl 19.08.2012-ci il tarixdə istirahət edib; 01.09.2012-xidmətdən sonra 02.09.2012-ci il tarixdə istirahət edib; 23.09.2012-xidmətdən əvvəl 20-21.09.2012-ci il tarixlərdə istirahət edib; 27.10.2012-xidmətdən sonra 28.10.2012-ci il tarixdə istirahət edib; 25.11.2012-xidmətdən sonra 26.11.2012-ci il tarixdə istirahət edib; 16.12.2012-xidmətdən sonra 17.12.2012-ci il tarixdə istirahət edib; 30.12.2012-xidmətdən əvvəl 29.12.2012-ci il tarixdə istirahət edib; 04.01.2013-xidmətdən sonra 05.01.2013-cü il tarixdə istirahət edib; 07.01.2013-xidmətdən sonra 08.01.2013-cü il tarixdə istirahət edib; 20.01.2013-xidmətdən sonra 21-22.01.2013-cü il tarixlərdə istirahət edib. 24-25.01.2013-xidmətdən sonra 27-28-29.01.2013-cü il tarixlərdə istirahət edib; 05.06.02.2013-xidmətdən sonra 08-09-10-11-19 fevral 2013-cü il tarixlərində xidmətdən icazə verilib; 31.03.2013-xidmətdən əvvəl 30.03.2013-cü il tarixdə istirahət edib.

28. İddiaçı kassasiya şikayətində göstərilən məlumatların 03.11.2020-ci il tarixli, 308 saylı arayış əsasında müəyyən edildiyini, arayışın isə mötəbər olmadığına istinad edir. Lakin apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, arayışda qeyd edilən xüsusatlar xidməti kitabçada da öz təsdiqini tapır.

29. Yəni, xidməti kitabçadan görünür ki, iddiaçı bir neçə dəfə qeyri iş günləri olan bazar günlərində, eləcə də bir neçə dəfə gücləndirilmiş iş rejimində xidmətdə olsa da, əvəzində ona bir gün əvvəl və ya sonra istirahət günləri verilmişdir. Bununla da iddiaçı altı günlük iş rejimindən və günlük 8 saatdan əlavə işə cəlb edilməmişdir

30. Beləliklə, iddiaçı altı günlük iş rejimindən və günlük 8 saatdan əlavə işə cəlb edildiyini iddia etsə də, inzibati orqan və məhkəmələrə bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, kassasiya şikayətində də həmin dəlilləri təsdiq edən heç bir mötəbər sübuta istinad olunmamışdır.

31. Məhkəmə kollegiyası əlavə olaraq edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

32. Beləliklə, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-12/2021 saylı, 19.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-12/2021 saylı, 19.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar