Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1336/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş ziyanın ödənilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2-1(103)-144/2023 nömrə li qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2011-ci il tarixli, 476 nömrəli sərəncamı ilə Qaçaq Nəbi küçəsində, 12 saylı binanın yaxınlığında cizgidə göstərilən ərazidə təqdim etdiyi layihə əsasında tikdiyi mövcud sahəsi 12 kv.m olan təsərrüfat otağının iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır.
2. X1 İttifaqı "xxxx" MMC tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş “Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid tikililərin qiymətləndirilməsi və istifadəsində olan torpaq sahələrinin inventarizasiyası”nda qeyd edilmişdir ki, obyektin mülkiyyətçisi X2r (iddiaçının əri), obyektin inventar dəyəri 18696 manat təşkil edir. Bundan əlavə, torpağın ümum i sahəsi 188.13 kv.m göstərilmiş, həmçinin həmin sənədin “Tikinti təsviri” hissəsində ümumi sahəsi 12 kv.m olan tikilinin 1988-ci ildə tikildiyi, hazırkı inventar dəyərinin 16296 manat olduğu qeyd edilmişdir.
3. İddiaçının “istifadəsində olan bağ sahəsinin və təsərrüfat otağının söküldüyü, o cümlədən yararsız vəziyyətə salındığı üçün tədbirlər görülməsinə dair” müraciətinə cavab olaraq cavabdehin xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 2016-cı ildə Xətai rayonu 261 saylı orta məktəbin əsaslı təmirindən sonra və yeni tədris ilinin başlanılması ərəfəsində açılışı ilə əlaqədar rayonun Q.Nəbi küçəsi 12 saylı yaşayış binasının həyətində abadlıq-quruculuq işlər i aparılmış, sakinlər tərəfindən vaxtilə qanunsuz çəpərlənmiş baxımsız bağ sahələrində sanitar təmizlik işləri görülmüş və ərazidə səliqə-səhman yaradılmışdır. Yaşayış binasının məhəllədaxili ərazisində iddiaçının istifadəsində olan və metal-torla çəpərlənmiş bağ sahəsində söküntü işləri aparılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2 sot torpaq sahəsində inşa edilmiş və hal-hazırda sökülmüş vəziyyətdə olan 12 kv.m sahəni təşkil edən təsərrüfat tikilisinin dəyərini, yəni 18696 (on səkkiz min altı yüz doxsan altı) manat və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 18726 (on səkkiz m in yeddi yüz iyirmi altı) manat məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Xətai rayon Bələdiyyəsi tərəfindən 2000-ci ildə yaşadığı mənzilin yanında həyat yoldaşı X3 Çernobil əlilliyi əsasında 2 sot torpaq sahəsinin sənədləşdirilməsinə icazə verilmişdir. Qeyd olunan torpaq sahəsində yerləşən və uzun müddət iddiaçının istifadəsində olan 12 kv.m təsərrüfat otağının onun adına sənədləşdirilməsinə dair cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixli, 476 nömrəli sərəncam verilmiş, lakin çıxarış almaq məqsədilə uzun müddət ərzində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə dəfələrlə müraciət etsə də, çıxarış ala bilməmişdir. Xəta i MKTB-nin 75 saylı Mənzil İstismar Kontoru tərəfindən 2016-cı ildə isə iddiaçının faktiki sahibliyində olan həmin sahə dağıdılmağa başlanmışdır. Dəfələrlə onların bu özbaşınalığının qarşısını almaq üçün 75 saylı Mənzil İstismar Kontorunun məsul şəxslərinə, cavabdehə, eləcə də Xətai rayonunun həmin sahə üzrə polis bölmələrinə müraciət etməsinə baxmayaraq, bütün cəhdləri nəticəsiz qalmışdır və həmin sahədə dağıntı işləri hal-hazırda da aparılmaqda davam edir.
6. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) 30 mart 2022-ci il tarixli, 21(112)-675/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi zərərin vurulduğunu bil dirsə də və həmin zərərin əvəzi olaraq cavabdehdən onun xeyrinə 18696 manat məbləğində pulun tutulmasını tələb etsə də, cavabdehin hərəkətləri nəticəsində ona maddi zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov) 2 fevral 2023-cü il tarixli, 21(103)-144/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-675/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışd ır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən fotoşəkillər təqdim edilsə də, həmin şəkillərdən qeyd olunan ərazidə hər hansı tikilinin mövcud olması müəyyən olunmur.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri və işin halları ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, cavabdehin xx.xx.2011-ci il tarixli sərəncamına əsasən ünvan 3 ünvanında yerləşən 12 kv.m sahəyə malik olan təsərrüfat tikilisi mövc ud olmuşdur ki, iddiaçının adına sənədləşdirilməsi qərara alınıb. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, eləcə də ona qarşı irəli sürülən iddia tələbinə münasibət bildirməmiş və nəticədə də işin halları hərtərtərəfli araşdırılmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya ) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair Protokol (1 saylı protokol): Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
18. Azərbaycan Resp ublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə e dilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müv afiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələnd irildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
22. İlk növbədə qeyd edilməlidir ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarına əsasən, cavabdehin x x.xx.2011-ci il tarixli, 476 nömrəli sərəncamı və X1 İttifaqı "xxxx" MMC tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş “Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid tikililərin qiymətləndirilməsi və istifadəsində olan torpaq sahələrinin inventarizasiyası” barədə Akt iddiaçının istifadəsində 12 kv.m təsərrüfat otağının olduğunu təsdiq edir. Eyni zamanda, iddiaçının istifadəsində olan 12 kv.m təsərrüfat otağının hazırda mövcud olmaması da işin tərəflər arasında mübahisələndirilməyən halıdır.
23. Hazırda iddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən 2 sot torpaq sahəsində inşa edilmiş və hal-hazırda sökülmüş vəziyyətdə olan 12 kv.m sahəsi olan təsərrüfat tikilisinin sökülməsi nəticəsində ona maddi ziyan vurulduğunu iddia edir. Cavabdeh isə iddiaçıya məxsus təsərrüfat tikilisinin onun tərə findən sökülmədiyini iddia etmiş, aşağı instansiya məhkəmələri də cavabdehin dəlilləri ilə razılaşmışdır.
24. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istifadəsində olan təsərrüfat subyektinin söküntüsü ilə bağlı işin halları aşağı instansiya məhkəmələri tərəfindən hərtərəfli araşdırılmamışdır.
25. Belə ki, iş materiallarında olan cavabdehin xx.xx.2019-cu il tarixli (iş v. 7) və xx.xx.2018-ci il tarixli (iş v. 102) cavab məktublarında “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 2016-cı ildə Xətai rayonu 261 saylı orta məktəbin əsaslı təmirindən sonra və yeni tədris ilinin başlanılması ərəfəsində açılışı ilə əlaqədar rayonun Q.Nəbi küçəsi 12 saylı yaşayış binasının həyətində abadlıq-quruculuq işlərinin aparıld ığı, sakinlər tərəfindən vaxtilə qanunsuz çəpərlənmiş baxımsız bağ sahələrində sanitar təmizlik işlərinin görüldüyü, ərazidə səliqə-səhman yaradıldığı, o cümlədən həmin ərazidə vaxtilə sakinlər tərəfindən zəbt edilmiş bağ sahələrinin söküldüyü qeyd edilmişdir.
26. Göründüyü kimi, mübahisəli tikilinin yerləşdiyi ərazidə abadlıq və söküntü işlərinin aparılması cavabdeh tərəfindən etiraf olunur. Bununla yanaşı, cavabdeh məhz iddiaçıya məxsus tikilinin onun tərəfindən sökülmədiyini iddia edir. Bu halın müəyyən edilməsi üçün isə işə baxan apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən 2016cı ildə sözügedən ərazidə abadlıq və söküntü işlərinin aparılmasına dair materialları tələb etməli, həmin ərazidə aparılmış tikinti işlərinin sənədləri ilə tanış olmalı, həmin icraat materialları əsasınd a iddiaçının istifadəsində olan tikilinin söküntüsünün cavabdeh tərəfindən həyata keçirilib-keçirilmədiyini müəyyən etməli idi. Eyni zamanda, qonşuluqda yerləşən oxşar tikililərin taleyi ilə də maraqlanmalı, zərurət olarsa, yerli baxış keçirməklə iddiaçıya məxsus təsərrüfat tikilisinin 2016-cı ildə sözügedən ərazidə aparılan söküntü və abadlıq işləri nəticəsində və cavabdeh tərəfindən sökülüb-sökülməməsi ilə bağlı halların müəyyən edilməsi üçün həmin ərazidə yaşayan sakinləri şahid kimi işə cəlb etməli, həmin dövrdə mübahisəli tikilinin yerləşdiyi ərazidə aparılan tikinti işlərini özündə əks etdirən video-foto şəkillərin mövcud olub-olmamasını araşdırmalı idi.
27. Digər tərəfdən, iş materiallarında olan Xətai rayon Polis İdarəsinin xx.xx.2019cu il tarixli qərarının məzmunundan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsinin əsası kimi iddiaçının ərizəsində göstərilən halların (iddiaçıya məxsus tikilinin 2016-cı ildə heç bir əsas olmadan Xətai rayon Mənzil Kommunal İstismar İdarəsi tərəfindən sökülməsi) mülki xarakterli mübahisəyə aid olmasına istinad edilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi həmin icraatın materiallarını da tələb etməmiş, təhqiqat orqanının hansı əsasla iddiaçının ərizəsində göstərilənlərin mülki xarakterli mübahisəyə aid olması nəticəsinə gəlməsi məsələsini araşdırmamışdır.
28. Eyni zamanda, iş materiallarında olan xx.xx.2018-ci il tarixli məktubunda iddiaçının sökülmüş təsərrüfat otağının yenidən bərpası üçün köməklik olunması ilə bağlı müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, sökülmüş olan təsərrüfat otağ ının yerləşdiyi torpaq sahəsi sakinlərin ümumi istifadəsində olan məhəllədaxili ərazidə yerləşdiyindən orada hər hansı tikinti-quraşdırma işlərinin aparılması məqsədəmüvafiq hesab edilmir.
29. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2018-ci il tarixli məktubun verilməsinə əsas olmuş iddiaçının ərizəsi tələb edilməli, həmin ərizədə qeyd olunanlar təhlil edilməli, iddiaçının hansı hallardan çıxış edərək sökülmüş təsərrüfat otağının yenidən bərpası üçün köməklik olunmasını xahiş etməsi məsələsi araşdırılmalıdır.
30. Nəzərə alınmalıdır ki, tikilinin vaxtilə mövcudluğu, hal-hazırda isə olmaması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddirsə, bu halda məntiqi cəhətdən sözügedən tikilinin söküntüsü 3 cür baş vermiş ola bilər: 1) söküntü iddiaçının özü tərəfindən aparılmışdır; 2) söküntü digər şəxs tərəfindən aparılmışdır; 3) söküntü dövlət orqanı və ya onun vəzifəli şəxsinin qərarı (yaxud hərəkəti) əsasında aparılmışdır.
31. İndiki halda isə iddianın əsaslılığı məhz yuxarıda sadalanan hallardan hansının faktiki baş verməsindən asılıdır. Bu isə işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yuxarıda sadalanan qaydada hərtərəfli araşdırılmasından sonra müəyyən edilə bilər.
32. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi işin hallarının araşdırılması prinsipini pozmuş, proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəs inə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir.
33. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 21(103)-144/2023 nömrəli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.