Məhkəmə qərarları › İş №2-1(102)-1337/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1337/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1337/2021 01.07.2021 ALİ MƏHKƏMƏ Kasasiya şikayətinin mümkün sayılmaması barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Zakir Quliyev (sədrlik edən və məruzəçi), Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi:

1. İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.12.2020-ci il tarixli **********4015 nömrəli qərarın lə ğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh vergi orqanının 15.01.2021-ci il tarixli **********6725 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. 3. 07 aprel 2021-ci tarixdə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili X1 ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-614/2021 nömrəli iş üzrə qəbul etdiyi 08.04.2021-ci il tarixli (hakim İsmayıl Quliyev) qərardadı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlə rin iddiaçıya geri qaytarılması qərara alınmışdır.

5. İddiaçı həmin qərardaddan şikayət verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-614/2021 nömrəli iş üzrə qəbul etdiyi 08.04.2021-ci il tarixli qərardadının ləğv edilməsini, iş üzrə məhkəmə icraatının bərpa edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.

6. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-334/2021 nömrəli, 18 may 2021-ci il tarixli (hakimlər Fuad Məmmədov, Zaur Məmmədov və Hökümə Babayeva) qərardadı ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-614/2021 nömrəli, 08 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddia ərizəsinin geri qaytarılması haqqında ərizəyə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

7. Sumqayıt Apelyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 2-1(105)334/2021 nömrəli, 18 may 2021-ci il tarixli qərardadından narazı qalan cavabdeh həmin qərardaddan kasasiya şikayəti vermişdir.

8. Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir.

9. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər.

10. Həmin Məcəllənin 83.1-ci maddəsində təsbit olunmuşdur ki, şikayət İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər.

11. Həmin Məcəllənin 35.3-cü ma ddəsində əsasən isə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

12. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yalnız elə qərardadlardan kasasiya şikayəti verilə bilər ki, Məcəllədə həmin qərardadın kasasiya qaydasında müstəqil mübahisələndirilməsi imkanı birbaşa təsbit edilmiş olsun.

13. Hazırkı işin hallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan şikayət verilə bilər. Apelyasiya instansiyası məhkəməsi isə sözügedən qərardadı ləğv edərək iddia ərizəsinin geri qaytarılması haqqında ərizəyə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, göstərmişdir ki, “İnzibati Prosessual Məcəlləyə əsasən iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmadığından və bununla bağlı imperativ norma olmadığından, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxararaq düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismə n təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-614/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin geri qaytarılması haqqında ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir.”

14. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi özünün qəbul etdiyi 2-1(105)-334/2021 nömrəli, 18 may 2021-ci il tarixli qərardadından Ali Məhkəmənin İnzibati kollegiyasına kasasiya şikayəti vermək hüququnun olmasını qeyd etməklə prosessual səhvə yol vermişdir.

15. Belə ki, analogiya üzrə iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulduğu halda, iddianın mümkün sayılması barədə qərardaddan şikayət nəzərdə tutulmamışdır.

16. Yəni, burada da məhz iddia ərizəs inin geri qaytarılması barədə şikayətin mövcud olması həmin qərardadın ləğv edilməsi və yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardaddan şikayətin verilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır.

17. Bu həmçinin o deməkdir ki, İPM-nin 83.4-cü maddəsində nəzərdə tutulduğu kimi “bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.”

18. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin icraata qəbul etməkdən imtina edilməli, kasasiya şikayəti mümkün sayılmamalıdır.

19. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 35.3, 83.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kol legiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Sumqayıt Apelyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar