Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1337/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işdən azad edilmə ilə bağlı əmrin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 54 nömrəli əmrini qanunsuz və əsassız olduğund an aid hissədə ləğv edilməsi, əmrin verildiyi tarixdən etibarən işə bərpa olunması, həmin tarixdən ona ödəniləsi ödənişlərin cavabdeh tərəfindən ona ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024cü il tarixli, 2-1(107)-16/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı hərbi qulluqçu, ehtiyatda olan leytenant İddiaçı Daxili İşlər Nazirliyinin X14 Hərbi Məktəb rəisinin 190 nömrəli xx.xx.2018-ci il tarixli nizami hissə üzrə əmri ilə Ali Hərbi Məktəbin dəyişən heyətinin siyahısına salınaraq bütün təminat növlərinə daxil edilmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər nazirinin 07 iyun 2022-ci il tarixli, Ə1579 ş/h001-22 nömrəli əmri ilə “leytenant” ilk zabit rütbəsi verilmişdir.
3. Daxili İşlər Nazirliyinin X14 Hərbi Məktəb rəisinin Ə431-385-22 nömrəli, xx.xx.2022-ci il tarixli nizami hissə üzrə əmri ilə xidmətini davam etdirmək üçün daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının sərəncamına göndərilmişdir.
4. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanın xx.xx.2022-ci il tarixli, 0111 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissənin 4-cü tədris bölüyünün 3-cü tədris taqımının komandiri vəzifəsinə təyin edilmiş leytenant İddiaçı Ali Hərbi Məktəb rəisinin Ə436-385-22 nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi təhsil müəssisəsini bitirməklə əlaqədar olaraq məzuniyyətə göndərilməklə xx.xx.2022- ci il tarixdə səhər yeməyindən sonra qazan təminatından çıxarılmışdır.
5. N saylı hərbi hissə komandirinin Ə609-388-22 nömrəli, xx.xx.2022-ci il tarixli nizami hissə üzrə əmrinə əsasən hissənin daimi şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir.
6. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2023-cü il tarixli 54 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 3-13-14-21/Ə248/2023 nömrəli nizami hissə üzrə əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə) müvafiq olaraq N saylı hərbi hissənin 4-cü tədris bölüyünün 3-cü tədris taqımının komandiri vəzifəsindən azad edilib hissənin daimi şəx si heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4 xx.xx.2023-cü il tarixli 54 nömrəli əmrini qanunsuz və əsassız olduğundan ona aid hissədə ləğv edilməsi, əmrin verildiyi tarixdən etibarən işə bərpa olunması, həmin tarixdən ona ödəniləsi ödənişlərin cavabdeh tərəfindən ona ödənilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən X4 54 nömrəli x x.xx.2023-cü il tarixli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Lakin o, həmin əmrlə razı deyil. Belə ki, onun hərbi xidmətdən ehtiyata buraxılmasına səbəb kimi kursant olduğu vaxtda hazırda təqsirləndirilən şəxs kimi məhkəməyə cəlb edilmiş barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.1, 29, 150.2.5, 151, 228.1, 232.2.3, 329.2.2 və 329.2.6-cı maddələri ilə cinayət işi aparılan şəxs X3 onu və onunla birlikdə xidmət edən digər iki şəxsi yalan vəd verərək aldadıb, daha sonra isə qorxudaraq və məcbur edərək öz çirkin əməlləri üçün istifadə etməsi olmuşdur. Həmin hadisə o, Ali Hərbi Məktəbdə oxuduğu vaxt baş vermişdir və həmin vaxt “Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin 6-cı maddəsinə əsasən o, müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular kate qoriyasına aid olmuş və onun ehtiyata buraxılması barədə Əsasnamənin 156-cı maddəsinin “ə” bəndi ona münasibətdə tətbiq edilə bilməzdi. Belə ki, Əsasnamənin 156-cı maddəsində qeyd edilir ki, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); Əsasnamənin 6-cı maddəsinə əsasən isə “Kursantlara hərbi təhsil müəssisələrində təhsil alan hərbi qulluqçular (zabitlərdən başqa) aiddir. Onlara müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular üçün müəyyən olunmuş vəzifələr şamil edilir”. Yuxarıda qeyd edilən Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinin tətbiq dairəsində “müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa” şərti vardır və Əsasnamənin 6-cı maddəsinə əsasən də o, kursant olaraq təhsil müəssisəsində təhsil alan hərbi qulluqçu olduğundan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün müəyyən olunan vəzifələr ona şamil edilməlidir. Yəni, o, Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinin təsir dairəsinə düşmür.
9. Hadisə (hüquq münasibətləri) baş verdiyi vaxt yəni 2022-ci ilin yanvar ayından sonra 1 ildən çox müddət ötdükdən sonra zabit olduğu və xidmət etdiyi müddətdə heç bir təqsirləndirici material və ya şübhə olmadığı halda onu kursant vaxtı uşaqlıq edib işlədiyi hər hansısa bir əmələ görə hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətməklə ittiham etmək absurddur və yolverilməzdir, həmçinin qanunsuzdur. Həmin vaxt onun etdiyi hərəkətə görə nəzərdə tutulan cəza növü onun zabit şərə finə ləkə sürəcək bir maddə ilə olmamalıdır. O, uşaqlıq etdiyinin fərqindədir, lakin buna görə onu şərəfsizliklə, ləyaqətsizliklə ittiham etmək doğru deyildir. Bundan başqa təqsirləndirilən şəxs X1 Hərbi Məhkəməsində öz əməllərinə görə qanun qarşısında cavab verməkdədir, onun barəsində olan cinayət işi hazırda davam etməkdədir. Qeyd olunan hadisə ilə bağlı məhkəmədə cinayət işi davam etdiyi və araşdırma aparıldığı bir vaxtda cavabdeh inzibati orqan tərəfindən bu araşdırmanın nəticəsi gözlənilmədən mübahisələndirilən əmr verilmişdir, halbuki əmr verilən vaxt onun zabit adına yaraşmayan hərəkətə yol verməsi müəyyən olunmamış və həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır. Onun baş vermiş hadisədə təqsirinin olması cinayət işinə baxan məhkəmə tərəfindən müəyyən olunmamış, əksin ə zərərçəkmiş şəxs qismində tanınmışdırsa onda niyə heç bir söhbət aparılmadan ən ağır maddə ilə ehtiyata buraxılmışdır.
10. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələri İntizam Nizamnaməsinin tələblərinə riayət etməmiş, müqəddəs vəzifələri yerinə yetirmək üçün daimi döyüşə hazır vəziyyətdə olmamış, möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmamış, Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməmiş, hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməmiş, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə səy göstərməmiş, namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa çalışmamışdır. Həmçinin iddiaçı hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmamış, yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etməmiş, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmamışdır.
11. Şəki İnzibati Məhkəməsinin 17 iyul 2023-ci il tarixli, e-2-1(116)-1763/2023 nömrəli qərarı il ə (hakim X5) iddia tələbi təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə) əsasən xidmətdən ehtiyata buraxılması qanuni olmuşdur.
13. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(107)-16/2024 nömrəli qərarı (hakimlər X2 (məruzəçi), X9 və X6) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 17 iyul 2023-ci il tarixli, e-2-1(116)-1763/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində “Hərbi xidmət keçmə haqqında” Əsasnaməyə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqe yi qanunsuz və əsassızdır.
18. Belə ki, “Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin 6-cı maddəsinə əsasən iddiaçı müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular kateqoriyasına aid olduğundan onun ehtiyata buraxılması barədə Əsasnamənin 156-cı maddəsinin “ə” bəndi ona münasibətdə tətbiq edilə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsi və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanu nuna uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar.
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar:... ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);
163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yara rlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər. ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. M übahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şə xsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. O na görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmə lərinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək bildirir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın nəticəsi ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsini n araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. 28. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.
29. Əsasnamənin 155-ci bəndində qeyd edilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfi ndən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar.
30. Məhkəmə kollegiyası qeyd edir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156-159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər.
31. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir.
32. Apelyasi ya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı, xx.xx.2022-ci il tarixdən N saylı hərbi hissənin 4-cü tədris bölüyünün 3-cü tədris taqımının komandiri vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi təhsil müəssisəsini bitirməklə əlaqədar olaraq məzuniyyətə göndərilmiş, xx.xx.2022-ci il tarixdən hərbi hissənin daimi şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmiş, Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2023-cü il tarixli 54 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3-13-14- 21/Ə248/2023 nömrəli nizami hissə üzrə əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə (hərbi qulluq çunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə) müvafiq olaraq N saylı hərbi hissənin 4-cü tədris bölüyünün 3-cü tədris taqımının komandiri vəzifəsindən azad edilib hissənin daimi şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır.
33. Cavabdeh orqan iddiaçı barəsində mübahisələndirilən əmrin qəbul edilməsini Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş 222 336 065-10 nömrəli, xx.xx.2023-cü il tarixli təqdimatla əsaslandırmışdır. Belə ki sözügedən təqdimatda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, kapitan X3 Azərbaycan Respublikası CM-in 134, 150.1, 29, 150.2.5, 151, 228.1, 232.2.3, 329.2.1 və 329.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işinin istintaqı zamanı R.Cəbrayılovun Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində kapitan rütbəsində xidmət edərkən “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Ali Hərbi Məktəbin 1-ci zabit hazırlayan tədris bölüyünün 1-ci taqımının kursantı İddiaçı və digərlərinə özünü Müdafiə Nazirliyində xidmət edən Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək vəzifəli gizli əməkdaşı kimi təqdim etməsi, onların da həmin xidmətə işə qəbul olunmaq arzusunun olmasını öyrənib bundan istifadə edərək həmin şəxsləri psixoloji cəhətdən özündən asılı hala gətirdikdən sonra Azərbaycan Respublikasının milli mentaliteti ilə, həmçinin hərbi qulluqçunun vəzifələri ilə bir araya sığmayan, hərbi xidmət mənafelərinə əhəmiyyətli ziyan vuran hərəkətlər etməsindən, qeyri-təbii yolla cinsi əlaqədə olmasından və digər qeyri-etik əməllərə yol verilməsindən bəhs olunur.
34. Odur ki, cavabdeh orqan İddiaçı hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətməsi qənaətinə gələrək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı bəndinin “ə” yarımbəndinə əsasən ehtiyata buraxmışdır.
35. İddiaçı kassasiya şikayətində mübahisələndirilən əmrdə istinad olunmuş təqdimatda qeyd olunan halların həqiqətə uyğun olmamasını və ehtiyata buraxılmanın “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun aparılmamasını (söhbətləşmə aparılmamış, şərəf məhkəməsi keçirilməmiş, hərbi-həkim komissiyasının müayinəyə göndərilməmiş və s.) bildirir.
36. Məhkəmə kollegiyası bildirir ki, yuxarıda qeyd edilən Əsasnamənin 155-ci bəndinin tələbinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156-159-cu maddələrindən birinin nəzərdə tut duğu əsasla icra edilir. Lakin, həmin bənddə hərbi qulluqçunun törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılması fərqləndirilir və birbaşa buraxılmanın bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilməsi vurğulanır.
37. Göründüyü kimi hərbi qulluqçunun ehtiyata buraxılması üçün bütün hallarda şərəf məhkəməsinin vəsatətinin olması imperativ qayda olaraq müəyyən edilməmişdir. İddiaçı, Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2023-cü il tarixli 54 nömrəli əmri ilə birbaşa ehtiyata buraxıldığından onun barəsində şərəf məhkəməsinin qərarı və vəsatəti ola da bilməzdi.
38. Digər tərəfdən istinad olunan Əsasnamənin 163-cü bəndində qeyd edilmişdir ki, bu Əsasnamənin 156-cı maddəsinin «ə» bə ndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. Hərbi-həkim komissiyasının müayinəsinə göndərilmənin özü də bütün ehtiyata buraxılanlara şamil edilmir.
39. İddiaçının ehtiyata buraxılması hərbi hissə komandirinin təqdimatı və şərəf məhkəməsinin vəsatəti əsasında baş vermədiyindən və ehtiyata buraxılmasının əsasını təşkil edən Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi birbaşa buraxılmanı nəzərdə tutduğundan onunla hərbi hissədə qarşıdakı buraxılma ilə bağlı söhbət aparıla da bilməzdi. İddiaçının şərəf məhkəməsində dinlənilməsi və hərbi-həkim komissiyasının müayinəsinə göndərilməsi isə Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinin tələbləri baxımından məcburi olmamışdır.
40. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırkı halda mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə) əsasən xidmətdən ehtiyata buraxılması qanuni olmuşdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul ol unduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
42. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-16/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.