Məhkəmə qərarları › İş №2-1(102)-1338/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1338/2019

16.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1338/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), 16.07.2019 Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı söküntü ilə ləaqədar kompensasiyanın ödənilməsi haqqında iddia tələbinə dairiş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən i nzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən dağıdılmış əmlakın əvəzi olaraq 240.000 manat ödənilməsinə dair qərar verilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 iyul 2018-cı il tarixli qərarı ilə (hakim Z.Tağıyev; iş No 2-1(82)-1773/2018) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov; iş № 21(103)-2457/2018) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 iyul 2018-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və həmin işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kolleg iyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və həmin işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş cavabdeh İcra Hakimiyyətinin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsas ən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 11 iyul 2007-ci il tarixli, “Dövlət əmlakının hüquqi və fiiki şəxslərə satılmasına dair” Şəhadətnam əyə əsasən, ünvan 1 ünvanında yerləşən 40.1 kv.m. qeyri-yaşayış sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya satılmışdır; Bakı şəhəri, Xətai rayonu ərazisində «Ağ şəhər» layihəsinin həyata keçirilməsi ilə əlaqədar iddiaçının mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsi sökülmüşdür. Söküntüyə görə iddiaçıya 64.850 manat məbləğində vəsait verilmişdir. İşin materiallarında olan, cavabdeh İcra Hakimiyyətinin 28 aprel 2014-cü il tarixli, 126 saylı sərəncamı ilə «Ağ şəhər» layihəsi» üzrə köçürülməyə məruz qalan, yaşayış və qeyriyaşayış sahələrinə görə, daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə, köçürmə işlərinin həyata keçirilməsi üçün tərkibi təsdiq edilmiş komissiya üzvlərinin və hazırki iş üzrə iddiaçının imzası ilə təsdiq edilmiş fevral 2015-ci il tarixli razılaşma aktının surətinə görə, iddiaçının mülkiyyətinə olmuş tikilinin əsas sahəsi 40,1 kv.m, əlavə yardımçı tikililərin sahəsi 33,0 kv.m, ümumi sahəsi cəmi 73,1 kv.m olmaqla, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin 1 kv.m üçün 20 faiz əlavə hesablanmaqla birlikdə tikilinin əsas sahəsinin 1 kv.m alqı-satqı orta bazar qiymətinin 1.000 manat, əlavə yardımçı tikililərin sahəsinin 1 kv.m-nin alqı-satqı orta bazar qiymətinin isə 750 manat olmaqla, ödənilməli olan kompensasiya məbləği cəmi 64.850 manat müəyyən edilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı, iddia ərizəsində, ona öd ənilmiş kompensasiya məbləği ilə razı olmadığını, sözügedən qeyri yaşayış sahəsinə görə əlavə 240.000 manat vəsaitin də ödənilməsini tələb etsə də, iş üzrə müəyyən edilir ki, O, özünə məxsus daşınmaz əmlaka görə, sökülən tikilinin 1 kv.m üçün 20 faiz əlavə hesablanmqla birlikdə, tikilinin əsas sahəsinin 1 kv.m üçün orta bazar qiymətinin 1.000 manat, əlavə yardımçı tikililərin sahəsinin 1 kv.m-nin orta bazar qiymətinin isə 750 manat olmaqla (Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən, sökülən tikilinin 1 kv.m üçün 20 faiz əlavə də daxil olmaqla) cəmi 64.850 manat kompensasiya ödənilməsi ilə razılaşmış və bu barədə razılaşma aktını imzalamışdır. Həmçinin iş üzrə müəyyən edilir ki, sözügedən daşınmaz əmlaka görə iddiaçıya 64.850 manat kompensasiya ödən ilməklə yanaşı, Bakı şəhəri, Natiq Əliyev küçəsi 46 saylı yaşayış binasının zirzəmisində 100 kv.m. olan qeyri-yaşayış sahəsinin (kommunikasiya xətlərinə və yükdaşıyıcı divarlara xələl gətirməmək şərti ilə) icarəyə verilməsinə və gələcəkdə onun adına özəlləşdirilməsinə etiraz olunmaması barədə cavabdeh İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə 236/1 saylı, 30 oktyabr 2015-ci il tarixli məktub ünvanlanmışdır. Göründüyü kimi, iddiaçıya sökülən daşınmaz əmlakı üçün kifayət qədər ədalətli kompensasiya ödənilmişdir. Bu əsaslara görə, iddiaçının iddia tələbi əsassız və qanunsuzdur, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Belə ki, «Torpaqların dövlət ehtiyacları üçün alınm ası haqqında» Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 3.1-ci bəndinə görə, bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və dəyişdirilməsi; sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; dövlət əhəmiyyətli dağ-mədə n sənayesi obyektlərinin tikilməsi. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə müvafiq olaraq alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada, bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyy ətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahiz ələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kol legiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar