Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1338/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı MMC-nin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1338/2020) Açar sözlər: icarə müqaviləsinin bağlanmasına dair inzibati aktın qəbul edilməsi Bakı şəhəri xx xxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddia çı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) icarə müqavilələrinin bağlanması barədə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-745/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İcarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra ƏMDK yazılacaq) ilə icarəçi İddiaçı MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 7488 /4965 saylı və xx xxxxxx 2015-ci il tarixli, 7487/4966 saylı icarə müqavilələrə əsasən, müvafiq olaraq Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 14 (registr № ***-*******4004) ünvanında yerləşən, ümumi sahəsi 471.4 kv.metr təşkil edən və Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 14 (registr №***-*******4-001) ünvanında yerləşən, ümumi sahəsi 1830.8 kv.metr təşkil edən, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BTRİB-nin Xətai telefon qovşağının balansında olan qeyri-yaşayış sahələri rabitə xidmətləri məqsədi ilə icarəçinin müddətli istifadəsinə verilmişdir. Sözügedən icarə müqavilələrinin 3.1-ci bəndlərində müqavilə müddətləri xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixədək müəyyən edilmişdir. Müqavilənin 8.2-ci bəndində müəyyən olunmuş şərtə gör ə, müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə xx.xx.2016-cı il tarixli, 1-09/0556 saylı məktub ünvanlayaraq bildirmişdirki, Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2012-ci il tarixli 763 nömrəli Fərmanına əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «X3» MMC yaradılmışdır və fəaliyyət göstərir. Həmin MMC-nin fəaliyyətinin səmərəliliyinin artırılması və bununla əlaqədar işlərin sürətləndirilməsi məqsədilə «Bakı Telefon Rabitəsi» İB-nin balansında olan binanın tam olaraq «X3» MMC-nini stifadəsinə verilməsi qərara alınmışdır. Bununla bağlı həmin binanın boşaldılması zərurəti yaranmışdır. Həmin binada İddiaçı MMC-nin istifadə etdi yi ofis sahələrinin, eyni zamanda telekommunikasiya vasitələri və qurğularının BTRİB-nin X4 balansında olan ünvan 2 ünvanda yerləşən ATS 71-in binasında boş olan sahələrə köçürülməsi qərara alınmışdır və bunun üçün tam şərait yaradılacaqdır. ƏMDK İddiaçı MMC-yə **********44 saylı, xx.xx.2016-cı il tarixli məktub göndərərək bildirilmişdir ki, icarədə olan sahələrə dövlət ehtiyacları üçün istifadə zərurətinin yarandığı barədə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2016-cı il tarixli, 1-09/0556 nömrəli məktubu daxil olmuşdur. Bağlanılmış müqavilələrin 8.3.5-ci bəndinə əsasən həmin sahələrə dair yeni müddətə icarə müqaviləsi bağlanmayacaq və icarə münasibətlərinə xitam veriləcəkdir. Bu səbəbdən, icarədə olan sahənin boşaldılması və balanssaxlayıcıya təhvi l verilməsinin təmin edilməsi zəruridir. Eyni zamanda məktubda göstərilmişdirki, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı MMC-nin ünvan 2 ünvanında, ATS 71-in binasında yerləşən qeyri-yaşayış sahələrində yerləşməsini təklif edir və icarə müqaviləsi əsasında istifadə edilməsinə etiraz etmir. Yeni icarə müqavilələrinin bağlanılması barədə iddiaçının müraciəti cavabdeh tərəfindən təmin olunmamışdır. Bundan sonra İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 14 ünvanında yerləşən 1830.80 kv.m və 471.40 kv.m olan qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə dair yeni icarə müqavilələrinin ba ğlanması barədə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx xxxxxx 2016-cı il tarixli, **********44 nömrəli məktubla icarəyə verilmiş sahələrdən dövlət ehtiyacları üçün istifadə zərurətinin yarandığını əsas gətirərək müqavilələrin 8.3.5-ci maddəsinə əsasən həmin sahələrə dair yeni müddətə icarə müqavilələrinin bağlanmayacağı və icarə münasibətlərinə xitam veriləcəyini bildirmişdir. Qeyd edilən məktub Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx xxxxxx 2016-cı il tarixli, 1-09/0556 nömrəli məktubu ilə əsaslandırılmışdır. İddiaçı tərəf daxil olmuş müraciəti aşağıdakı səbəblərdən əsassız hesab etmişdir: İddiaçı 1996-cı ildən etiba rən birgə müəssisə olaraq Azərbaycanda ilk özəl simli telefon operatoru kimi fəaliyyətə başlamışdır. Hazırda İddiaçı MMC 65000 nəfərdən artıq abunəçiyə telefon, internet və digər rabitə xidmətləri göstərir. ünvan 3 ünvanında İddiaçı-in istifadə etdiyi sahələr ATS quraşdırılması üçün inşa edilmiş texnoloji binadır və həmin binada 90-cı illərin əvvəllərində Rusiya istehsalı olan ATS quraşdırılmışdır. Lakin həmin stansiyanın normal işləməməsi səbəbindən bu ərazidəki əhali, müəssisə və təşkilatların yaxın məsafədən keyfiyyətli telefon rabitə xidmətləri ilə təmin edilməsi məqsədilə Rabitə Nazirliyinin israrlı təkidi ilə iddiaçı tərəfindən həmin texnoloji binada müasir tipli elektron ATS quraşdırılmışdır. İstismara yararsız xətt qurğuları və kabellər yenilənərək abunəçilərin telefon nömrələri cü tləşmədən ayrılmış və müasir telefon rabitə xidmətlərinin göstərilməsinə başlanılmışdır. Yeni rabitə avadanlıqları ATS binasında yerləşdirildiyi üçün müəssisənin fəaliyyəti üçün zəruri olan bütün rabitə qurğuları və köməkçi avadanlıqlar stansiyanın yerləşdiyi binaya uyğun tikilmişdir. Yeraltı kabel-kanalizasiya qurğuları da stansiyaların yerləşdiyi ATS binasına uyğun tikilərək, kabellər həmin texnoloji binaya çəkilmişdir. Bütün bunlara baxmayaraq, Komitənin həm xx xxxxxx 2016-cı il tarixli, **********44 nömrəli, həm də xx xxxx 2016-cı il tarixli, **********30 nömrəli məktublarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx xxxxxx 2016-cı il tarixli, 1-09/0556 nömrəli məktubuna əsaslanaraq həmin sahələrə dair yeni müddətə icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Cavabehi n etirazları: Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassız olduğuna görə qeyri-mümkün sayılmalıdır. Eyni zamanda, iddia hüquqi baxımdan da əsassızdır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçıya müqavilənin vaxtından əvvəl xitam veriləcəyi barədə deyil, müqavilənin müddəti bitdikdən sonra yeni müqavilənin bağlanılmayacağı barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-452/2019 saylı qərarı ilə (hakim X.İmanov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaysan Respublikası Prezid entinin x xxxxxxxx 1997-ci il tarixli 629 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısı kimi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Fərmanla müəyyən edilmişdir ki, dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda daşınmaz əmlakın icarəyə verilməsindən alınan haqqın 100 faizi, kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda isə 50 faizi dövlət büdcəsinə köçürülür, qalan hissəsi onların sərəncamında qalır. Hazırki mübahisədə müqavilə üzrə tərəflər Əmlak Məsələləri Dövlət Komitəsi və İddiaçı MMC hesab edilsə də, müqavilənin predmetini təşkil edən qeyri-yaşayış sahələri Azerbaycan Respublikası nın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olduğuna görə, həmin qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, icarə müqaviləsinin müddətinin uzadılması və sair hərəkətlərin edilməsi və bununla bağlı müvafiq inzibati aktın qəbul edilməsi üçün ilkin şərt - əmlakın balanssaxlayanın razılığı hesab olunur. İşə əlavə edilmiş, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar nazirinin Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanladığı xx.xx.2016-cı il tarixli, 1-09/0556 saylı məktubunda tərəflər arasında yeni icarə müqavilələrinin bağlanmasına etiraz edilmiş və qeyri-yaşayış sahələrinin boşaldılması üçün müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqanın hazırki vəziyyətdə iddiaçı tərəfə imtina etməsi və imtinaya əsas kimi göstərdiyi hallar qanuni və əsaslı olmuşdur. İddiaçının nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-745/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəçi), V.Ağayev və R.Nəcəfquliyev) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında göstərilmiş əsasları öz qərarında təkrarlamış və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığını bildirmişd ir. Məhkəmənin qeyd olunan qərarı iddiaçıya xx.xx.2020-ci il tarixdə göndərilmiş, iddiaçının nümayəndəsi xx.xx.2020-ci ildə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 8.1-ci bəndinə əsasən, daşınmaz dövlət əmlakı obyektlərinin mülki dövriyyəyə cəlb edilməsinə və öz təyinatına uyğun olaraq səmərəli istifadəsinə nail olmaq məqsədi ilə fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilir. İddiaçı ilə cavabdeh arasında yeni müddətə icarə müqa viləsinin bağlanmamasına əsas verən dövlət ehtiyaclarının mövcud olmamasına və buna dair Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hər-hansı qərar qəbul edilməməsinə baxmayaraq, cavabdeh yalnız üçüncü şəxsin xx xxxxxx 2016-cı il tarixli məktubunu nəzərə alaraq icarə münasibətlərinə xitam veriləcəyini bildirmişdir. Halbuki, icarə müqavilələrinin bağlanmayacağı bildirilsə də, faktiki icarə münasibətləri davam etdirilmiş, iddiaçıya icarə haqqının ödənilməsinə dair hesab fakturalar təqdim olunmuş, iddiaçı isə həmin fakturalar əsasında gecikmədən ödənişlər etmişdir. İcarə müqavilələrinin uzadılmaması isə, iddiaçıya telefon rabitə xidmətlərinin göstərilməsi üçün verilmiş lisenziyanın da müddətinin uzadılmamasına müəssisənin fəaliyyət göstərməsinin qeyri-mümkün olmasına gətirib çıxara bilər. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən çıxışlarda iştirak etməmişdir. Əsaslandırıcı hissə İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbayc an Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Lakin kassasiya şikayəti əsaslı deyil və aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, verilmiş iddia Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddiadır. Həmçinin iddia mümkün iddiadır. Yəni iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edənədək inzibati aktın qəbul edilməsi üçün inzibati orqana müraciət etmiş, inzibati orqan bundan imtina etmişdir. Azərbaycan Respublikası İPM-nin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsində deyilir ki, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüqu qlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur (İPM-nin 73.1-ci maddəsi). İşin hallarından göründüyü kimi, iddianın düzgün həlli üçün inzibati orqanın, balanssaxlayıcısı üçüncü şəxs olan əmlakın iddiaçıya icarəyə verilməsi üzrə hərəkətlərinin qanunauyğunluğu araşdırılmalıdır. Bu baxımdan işin halları təhlil olunduqda görünür ki, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktik şərtlərin mövcudluğu sübut olunmur. Bu cür sübut etmə vəzifəsi, İPM-nin 14.3-cü maddəsinə əsasən iddiaçının üzərinə düşür. Tərəflərin arasında bağlanmış icarə müqavilələrinin müqaviləyə xitam verilməsi qaydaları və əsasları müqavilələrin 8-ci bəndində müəyyən olunmuşdur. Həmin əsaslardan biri kimi müqavilənin müdd ətinin başa çatması göstərilmişdir. Tərəflər arasında bağlanmış icarə müqavilələrində müqaviləyə xitam verilməsi əsaslarından biri kimi həm də «icarəyə verilmiş əmlakdan dövlət və ya ictimai ehtiyaclar üçün istifadə zərurəti yarandıqda» göstərilmişdir (müqavilələrin 8.3.5-ci bəndi). İddiaçı da məhz bu şərtə istinad edərək, cavabdehin və üçüncü şəxsin mövqeyinin əmlakdan dövlət və ya ictimai ehtiyaclar üçün istifadə zərurətinin yaranması baxımından təhlilinə məhkəmənin diqqətini cəlb etmək istəyir. Lakin hazırda baxılan işdə müqavilənin bu şərtinin (yəni 8.3.5-ci bəndində göstərilən halın) olub-olmamasının araşdırılmasına zərurət yoxdur. Çünki müqavilənin qüvvədə olma müddətinin bitməsi, müqaviləyə xitam verilməsi üçün müstəqil və kifayətedici əsasdır və digər şərtlərin olubolmamasının araş dırılmasına ehtiyac qalmır. Həm də nəzərə alınmalıdır ki, iddiaçının tələbi müqavilə müddətinin uzadılması deyil, onunla yeni müqavilə bağlanması barədə qərar çıxarılmasıdır. İddiaçının icarə müddəti başa çatandan sonra da əmlakdan istifadə etməkdə davam etməsi və icarə haqqını ödəməsi ilə bağlı kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, bu hal apelyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticəyə təsir etmir. Çünki tərəflərin arasında bağlanmış icarə müqavilələrinin 8.6-cı bəndində müəyyən olunmuş şərtə görə, icarə müqaviləsinin müddəti başa çatdıqda onun yeni müddətə uzadılması məsələsinə icarəçinin yazılı müraciəti əsasında icarəyəverən tərəfindən baxılır. Göründüyü kimi, müqavilə müddəti bitəndən sonra icarəçinin icarə müqaviləsinin uzadılması barədə icarəyəver ənə ünvanlanan yazılı müraciəti, müqavilə münasibətlərini davam etdirməyə yönələn iradə ifadəsidir. Lakin bu müraciətin edilməsi, özlüyündə müqavilənin müddətinin uzadılmasına səbəb olmur. Bu cür müraciət, icarəyəverənin müqavilə müddətini uzatma məsələsinə baxması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə iddiaları üzrə inzibati məhkəmə icraatında sübut etmə vəzifəsi bəzi hallarda inzibati orqanın üzərinə düşür. Belə ki, İPM-nin 14.3cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmə vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Apelyasiya instansiyası məhkəməsi bu məsələ ilə bağlı da araşdırma aparmış və göstərmişd ir ki, hazırki mübahisədə müqavilə üzrə tərəflər Əmlak Məsələləri Dövlət Komitəsi və İddiaçı MMC hesab edilsə də, müqavilənin predmetini təşkil edən qeyri-yaşayış sahələri Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olduğuna görə, həmin qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, icarə müqaviləsinin müddətinin uzadılması və sair hərəkətlərin edilməsi və bununla bağlı müvafiq inzibati aktın qəbul edilməsi üçün ilkin şərt əmlakın balanssaxlayanının razılığı hesab olunur. Həqiqətən də hazırki iddia balanssaxlayıcının mənafeləri nəzərə alınmadan həll edilə bilməz. «İnzibati icraat haqqında» Qanunun mütənasibilik prinsipini müəyyən edən 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxilə ni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bu baxımdan iddia tələbi o halda uğurlu ola bilər ki, iddiaçının əmlakdan istifadə etmə mənafeləri, əmlak sahibinin həmin əmlakdan istifadə ilə bağlı mənafelərindən üstün olsun. Lakin bu cür üstünlük müəyyən olunmur. Bu isə o deməkdir ki, inzibati orqanın qeyd olunan əmlakın icarəyə verilməsindən imtina etməsi qanuni olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası o nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini təmin etməməkdə haqlı olmuş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublik ası İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-745/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1338/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1338/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver