Məhkəmə qərarları › İş №2-1(102)-1338/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1338/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1338/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə görə ödənilən kompensasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan X1rşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs olmaqla) kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş ü zrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-74/2021 nömrəli, 19 mart 2021ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi 15.08.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmış və ona RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

2. İddiaçı mülkiyyətində olan torpaq sahəsi Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşdüyündən ona kompensasiya ödənilməsi məqsədilə cavabdehə müraciət etmişdir.

3. Cavabdeh 03 dekabr 2018-ci tarixli, H-3/16/7711 nömrəli mə ktubla iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti işləri müvəqqəti dayandırılmışdır, sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa ediləcək. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı imtina cavabı ilə razılaşmayaraq, iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmiş, Abşeron rayonu, Novxanı kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış əsasında onun xüsusi mül kiyyətinə verilmiş 0.10 ha torpaq sahəsində yolların çəkilməsi və s. işlərin aparılması ilə əlaqədar vurulmuş zərərin əvəzi olaraq torpaq üçün 30.000 manat, dağıdılmış hasarın beton bünövrəsinə və daşın alınmasına çəkdiyi 5.200 manatın, 2014-cü ilə hazırki mal-material qiymətinin və həmin dövrlə indiki dövrdə valyuta fərqində müqayisədə ona dəyən 41.000 manat zərərin, ümumilikdə 76.200 manatın ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən ona məlumat verilmədən yararsız hala salınmışdır. Dəfələrlə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, ona kompensasiya ödənilməmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2-1(81)945/2 019 saylı qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-954/2019 saylı, 08 avqust 2019cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

8. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək bildirmişdir ki, mübahisəli yerə yerli baxış keçirilmiş, “X4” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilən ekspert rəyinə görə iddiaçıya aid əmlakın bazar dəyəri 75.000 manat hesablanmışdır. Həmin əmlak 2014-cü ildə plana düşmüş, qiymətləndirilmişdir. 6 il öncəki torpaqların bazar qiymətində bu gün kəskin artım olduğu üçün cavabdehdən 30.000 manat deyil, 75.000 (yetmiş beş m in) manat kompensasiya məbləğinin tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir.

9. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planına əsasən, Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində yolun tikintisi sahəsinə düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrinin, yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə torpaq sahəsi tikinti altına düşdüyü halda, həmin əmlak dövlət ehtiyacları üçün alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X2 tərəfindən tikilinin kadastr planı təqdim edilir. Bunda sonra isə əmlakın müstəqil qiymətləndirici olan "xxxx" MMC-nin rəyi əsasında dəyəri müəyyən edilir. Hazırda isə iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışla qeydə alınmışdır. Layihə çərçivəsində iddiaçının iddia etdiyi torpaq sahəsinə müdaxilə edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən edilmiş məbləğ həddindən artıq çoxdur.

10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-56/2020 saylı, 24 avqust 2020-ci il tarixli qərarı i lə (hakim: C.B.Məmmədov) iddia təmin edilmiş, iddiaçıya onun mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 75.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən, iddiaçı həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə 75.000 manat məbləğdə kompensasiya tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməlidir.

12. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd e dilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-74/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və F.Ə.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-56/2020 saylı, 24 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏT İNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:

16. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, hazırki iş üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin yolun tikintisi altına düşməsi işin mübahisəsiz halıdır və bununla bağlı cavabdehə ünvanlanmış məktubdan görünür ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində işlər dayandırılmışdır, layihə tikinti işlərinin başlanması zamanı kompensasiya məsələsinə baxılacaqdır. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçının tam istifadəsində olmaqla mülkiyyətind ədir.

17. Bundan əlavə, hazırda isə birinci instansiya məhkəməsi, eləcə də apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdə - naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır. Bu cür analoji işlərdə məhkəmələrin belə yanaşması dövlət büdcəsi qarşısında əsassız öhdəliklər yaradır. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə - naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyrimümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır.

18. Eyni zama nda, hazırda daşınmaz əmlak (o cümlədən torpaq) bazarında qiymətlərin aşağı düşdüyü nəzərə alınsa, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin 75000 manat dəyərində qiymətə satıla biləcəyi real və ağlabatan görünmür. Layihə çərçivəsində yolun tikintisi altına düşən 0.10 ha torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən, 1 kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 30.0 manat, cəmi isə 31.000 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Yəni, həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmışdır. Həmçinin, həmin torpaq sahəsinin təyinat ı əkin sahəsidir. Birinci instansiya məhkəməsinin, apellyasiya məhkəməsinin sorğusuna qiymət barəsində arayış təqdim edilmişdir və həmin arayışda qanunda nəzərdə tutulan bütün əlavələr də qeyd olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

21. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tut ulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir... 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.... 246.5. Bu Məcəll ənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir.... 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktın ın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 25. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5.1. İstifadədə, icarədə olmasından və t orpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar;... Maddə

23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir;... 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir;... Maddə

58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricis i əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

26. Azərbaycan Res publikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132. 3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

30. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi 15.08.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. Torpaq sahəsi Bilgəh-Sumqayıt avt omobil yolunun tikintisi altına düşmüş, bununla bağlı iddiaçı ona kompensasiya ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh onun tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti işlərinin müvəqqəti dayandırıldığını bildirib kompensasiya ödəməkdən imtina etmişdir.

31. Həmin imtina ilə razılaşmayan iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının kompensasiya tələbini əsaslı hesab edərək cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq ona 75.000 manat ödənilməsi nəticəsinə gəlmişdir.

32. Hazırda cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək kompensasiya məbləğini mübahisələndirir. Hesab edilir ki, məhkəmə iddiaçının tələ bini təmin edərkən ətraflı araşdırma aparmamış, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmişdir.

33. Cavabdehin kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0.10 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikin tisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür.

34. İş materiallarından görünür ki, tikinti altına düşən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisin iştirakı ilə iddiaçıya məxsus 0.10 ha torpaq sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi tikilən yolun içində olduğuna görə sərbəst giriş - çıxışı mümkün deyil, həmçinin torpaq sahəsi bütövlükdə tikinti altına düşür və 0.10 ha torpaq sahəsinin 30 iyun 2020-ci il tarixinə olan bazar dəyəri 75.000 manat təşkil edir.

35. Eyni zamanda, mütəxəssis rəyində torpaq sahəsinin yerləşdiyi yerlə bağlı nəqliyyat cəhətdən əlverişliliyi orta, sosial infrastruktura malik obyektlər il ə təmin olunması qənaətbəxş göstərilmişdir.

36. Məhkəmə kollegiyası 0.10 ha torpaq sahəsinin 75.000 manat qiymətləndirilməsi barədə mütəxəssis rəyini əsaslı hesab etmir. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.

37. İddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar cavabdeh tərəfindən müdaxilə baş verməsini təsdiq edən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlara sorğular etməmiş, alınacaq torpağa uyğun torpağın bazar qiymətini müəyyən etməmişdir.

38. Bəhs olunanların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün əhəmiyyət daşıyır.

39. Apelyasiya məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından cavabdehin kasasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

40. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-74/2021 saylı 19 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar