Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1338/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməməsinə görə cərimənin tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2023-cü il tarixli, 2-1(103)-832/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial X1 rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4368/2017 saylı, xx.xx.2017ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı 1977-1978-ci illərdə Ucar rayonu, Qazqumlaq kənd sabiq “Qafqaz” kolxozunun son hesablaşma cədvəllərinə əsasən işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə almaqla, 06 noyabr 2009-cu il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqısı əsasında təyin edilərək hesablanması və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial X1 rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4368/2017 saylı, xx.xx.2017ci il tarixli qərarından cavabdeh Azərbayc an Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X1 Rayon şöbəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2622/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)- 4368/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2622/2017 saylı xx.xx.2017-ci il tarixli qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, zərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)- 357/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2622/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4368/2017 saylı, xx.xx.2017ci il tarixli qərarı 1 mart 2018-ci il tarixdə icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir.
6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial X1 rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli xx/xx-2284 saylı və xx.xx.2018- ci il tarixli xx/xx-4189 saylı məktublarına əsasən məhkəməyə bildirilmişdir ki, qərar icra olunmuşdur..
7. İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş, qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli 2-1(82)-4368/2017 saylı məhkəmə qərarı üz rə cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün qərarın icrasını təmin etmək məqsədilə müvafiq məcburi tədbirlərin görülməsini xahiş etmişdir..
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon xidməti nümayəndəliyinin xx.xx.2020-ci il tarixli **********0 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı pensiya işinin araşdırılması zərurəti yarandığından xx.xx.2020-ci il tarixdən pensiyanın ödənişi aydınlaşma üçün dayandırılmışdır.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli **********2 saylı ərizəsinə əsasən İddiaçı iddiasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4368/2017 saylı, xx.xx.2017 -ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərarın çıxarılması xahiş olunmuşdur.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4368/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək İddiaçı 1977-1978-ci illərdə Ucar rayonu, Qazqumlaq kənd sabiq “Qafqaz” kolxozunun son hesablaşma cədvəllərinə əsasən işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə almaqla, 06 noyabr 2009-cu il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı əsasında təyin edilərək hesablanması və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bak ı şəhəri Suraxanı rayon Şöbəsinə həvalə edilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)4368/2017 saylı, 27 sentyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi və məhkəmə qərarının icrasının dayandırılması, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır.
11. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 21(82)-4368/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2663/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4368/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı qərardaddan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2663/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)346/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2663/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə sa xlanılması qərara alınmışdır.
15. Bakı İnzibati Məhkəməsi 11 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-4368/2017 saylı qərarının icra edilməsi və müvafiq məlumatın verilməsinə dair tələb barədə 11 aprel 2022-ci il tarixdə icra məktubu göndərmişdir.
16. Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 05 may 2022-ci il tarixli **********4 saylı müvafiq məlumatın təqdim olunmasına dair məktubunda bildirilmişdir ki, araşdırmanın nəticəsi olaraq İddiaçı qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şə rtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 31 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2020-ci il tarixli 02/2-226mat-20/1948 nömrəli məktuba əsasən sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olunmuşdur. Göstərilənlərə əsasən cinayət işi üzrə icraatın yekunlaşmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı Nazirliyə daxil olduqdan sonra adıçəkilən şəxsin əmək pensiyasının ödənişinin bərpa edil məsi və dayandırılma müddətində ödənilməmiş pensiya məbləğinin müvafiq kart hesabına köçürülməsi məsələsinə baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
17. Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-1(82)-4368/2017 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 21(82)- 4368/2017 saylı qərarının tam icrasını təmin etmədiyinə görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına 1000 (min) manat məbləğində cərimə təyin edilmişdir. (hakim: M.Hаcıbəyоvа).
18. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən qanunsuz olaraq qərarın icrası dayandırılmışdır. Qərarın icrasının dayandırılmasından kifayət qədər zaman keçmişdir və bu müddət ərzində qərarın icrası ilə bağlı müəyyən tədbirlərin görülməməsi əsaslı hesab edilə bilməz.
19. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2-1(103)-832/2023 nömrəli qərardadı ilə (hakimlər S.İ. Bəktaşi– sədrlik edən və məruzəçi, M.N. Tağızadə və K.H.Əkbərov) Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİ RAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
23. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununa uyğundur. Şikayətdə qeyd edilir ki, məhkəmə prosessual normanın tələblərini pozmuşdur. Belə ki, iddiaçının pensiyasının dayandırılmasına əsas olan şübhələr yaranması və bunun nəticəsində pensiyanın dayandırılması qərarın icra olunmaması kimi başa düşülməməlidir. Buna görə də məhkəmənin inzibati orqanı 1000 manat məbləğində cərimə etməsi qanunsuz və əsassız olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
25. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə t ətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktı nın qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qal dırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Hazırkı işdə iddiaçı əmək pensiyası ödənişinin bərpa edilməsi və dayandırılma müddətində ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi üçün məcburi icra tədbirlərinin təmin edilməsini xahiş etmişdir.
32. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən 2 saylı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4368/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı heç bir əsas olmadan, qanunsuz olaraq icrası dayandırılmışdır.
33. İşdən göründüyü kimi məhkəmə tərəfindən qan uni qüvvəyə minmiş məhkəmə qərarı icra olunmadığına görə cavabdeh orqan 1000 manat miqdarında cərimə edilmişdir.
34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarı aidiyyəti şəxslər, o cümlədən cavabdeh tərəfindən vaxtında və məzmununa uyğun şəkildə, mütənasiblik prinsipi nəzərə alınmaqla icra olunmalıdır. Məhkəmə qərarının qeyd olunan qaydada icra olunmaması (eləcə də onun icrasından əsassız yayınma) şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməli və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqini şərtləndirməlidir. Əks təqdirdə məhkəmə qərarı şəxsin hüququnun praktik müdafiəsi baxımından səmərəsiz və əhəmiyyətsiz olar, hüquqi müdafiə aktı qismində öz mahiyyətini itirərdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya sının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ həmçinin inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunmasını da ehtiva edir.
35. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinin müddəalarına görə, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarının icrasının təminatı qismində həmçinin Cinayət Məcəlləsində 306-cı maddə nəzərdə tutulmuşdur. Həmin norma ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının qərəzli olaraq icra edilməməsinə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən olunur. Nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür.
38. İPM-in 120.1-ci maddəsinin hazırkı mübahisəyə münasibətdə tətbiqinin istisna edilməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, həmin norma inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasını təmin etmək məqsədlərinə xidmət edir. Bu mənada nəzərə almaq lazımdır ki, məhkəmə qərarının aid olduğu iddianın növü həmin normanın qeyd olunan məqsədləri və məhkəmə qərarının icrasının təmin edilməsini zəmanət altına alan yuxarıda istinad olunan norma və prinsiplər baxımından hər hansı əhəmiyyət daşımır. Digər tərəfdən, həm də nəzərə alınmalıdır ki, inzibati proses hüququ doktrinasında öhdəliyin icrası haqqında iddia növü ümumi anlayışdır və həm məcburetmə haqq ında, həm də öhdəliyin icrası haqqında iddiaları özündə birləşdirən öhdəliyin icrası haqqında ümumi iddia kimi qəbul olunur. Başqa sözlə, həm öhdəliyin icrası haqqında, həm də məcburetmə haqqında iddialar öhdəliyin icrası haqqında ümumi iddia növünə aiddir.
39. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq vurğulayır ki, inzibati məhkəmə icraatı çərçivəsində cavabdehə münasibətdə öhdəlik nəzərdə tutan məhkəmə aktı məhkəmə qərardadı və ya qərarı İPM-in 120-ci maddəsinin təsir dairəsinə aid edilməlidir. Bundan fərqli yanaşma və həmin maddənin bu yanaşmadan fərqli təfsiri qeyd olunan məzmunlu məhkəmə qərarının və ya qərardadının icrasının cavabdehin iradəsindən asılı vəziyyətə salınması kimi qiymətləndirilməlidir.
40. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2023-cü il tarixli, 21(103)-832/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.