Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1339/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, Üçüncü şəxs x2 vəkili Hüseynzadə Vüqar Nadir oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı (üçüncü şəxslər: x3, x4 və x5) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 noyabr tarixli 2-1(103)2413/2018 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə icla sında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1998-ci ildə üçüncü şəxs x5 ilə nikaha daxil olmuş, onların nikahları 2010-cu il 24 noyabr tarixdə pozulmuşdur. 2004-cü il 15 noyabr tarixli “Mülkiyyət hüququ haqqında” Şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi x5in xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. x3 x4na qarşı borc tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi üzrə tərəfindən çəkilmiş xərclər kimi 296.244,5 manat məbləğin cavabdeh x5dən onun xeyrinə tutulmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2013-cü il 27 noyabr tarixli 2(006)-4760/13 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, x4ndan x3nu n xeyrinə ünvan 2 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət olan qeyri yaşayış sahəsi üzrə çəkilmiş xərclərin əvəzi kimi 296.244,5 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamənin icrası məqsədi ilə ünvan 2 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət olan qeyri yaşayış sahəsinin borc əvəzinə x1 adına keçirilməklə rəsmiləşdirilməsi barədə cavabdeh tərəfindən 2014-cü il 14 mart tarixli qərar qəbul edilmişdir. Həmin daşınmaz əmlak x1 adına qeyd alındıqdan sonra o, həmin əmlakı 2014-cü il 16 oktyabr tarixdə notarial qaydada təsdiq olunmuş AN-İ ******* saylı alğı-satqı müqaviləsinə əsasən x5na satmış və sonuncunun adına 2014-cü il 20 oktyabr tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçı 2017-ci il 5 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinə iddia ərizəsi ilə müraciət edərək Nəsimi rayon İcra Şöbəsinin icra məmuru x6 2014-cü il 14 mart tarixli “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” qərarının ləğv olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: Borc tələbi əvəzinə verilmiş həmin əmlak x7 ilə birgə nikahda olduqları dövrdə əldə olunduğundan, məhkəmə aktları ilə həmin əmlakın ½ hissəsinə onun paylı mülkiyyət hüququ tanınmışdır. İcra icraatı zamanı ona məlum olmuşdur ki, mübahisəli daşınmaz əmlak 2014-cü il 15 aprel tarixli çıxarışa əsasən x1, daha sonra isə 2014-cü il 16 oktyabr tarixli alğı-satqı müqaviləsi və 2014-cü il 20 oktyabr tarixli çıxarış əsasında x3un adına rəsmiləşdirilmişdir. Nəticədə, iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ötürülmüş iddia müddətinin bərpa olunmasını xahiş etmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 8 noyabr tarixli 2-1(81)-5692/17 nömrəli qərardadı ilə ərizə təmin olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 8 noyabr tarixli 2-1(81)-234/18 nömrəli qərardadı ilə x3 və x4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 yanvar tarixli 2-1(81)-234/18 nömrəli qərardadı ilə x5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 10 iyul tarixli 2-1(81)-234/18 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru x6 2014-cü il 14 ma rt tarixli “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” qərarı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı 2(006)-4760/13 nömrəli mülki işin materiallarına əsasən müəyyən edilir ki, 2013-cü ildə x3, birgə nikah dövründə əldə olunmuş mübahisəli əmlaka çəkilmiş xərclərin tutulmasına dair qaldırdığı iddiada Vəliyeva (Hüseynova) Humay Fərhad qızı cavabdeh və ya üçüncü şəxs qismində göstərməmiş, qaldırılan iddianın onun maraqlarına toxunmasına dair işə baxmış məhkəməyə məlumat təqdim edilməmişdir. Nəticədə icra məmuru tərəfindən icra mərhələsində “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.8-ci maddəsinin tələblərinə əməl olunmamış, üzərinə həbs qoyulmuş əmlak bütünlüklə tələbkara təklif edilmişdir. Üçüncü şəxslər x3 və x4 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını və ya mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs x5 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 noyabr tarixli 2-1(103)-2413/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı üçüncü şəxslər x4 və x3a 2019-cu il 2 yanvar, üçüncü şəxs x5ə 2019-cu il 3 yanvar tarixdə təqdim edilmişdir. Üçüncü şəxslər həmin qərardan 2019-cu il 1 fevral tarixdə kassasiya şikayəti vermişlər. Onlar qərarın ləğv olunmasını tələb edirlər. Kassasiya şikayətinin dəlilləri: Üçüncü şəxs x1 kassasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi iddianın mümkünlük məsələsini tam və obyektiv araşdırmamış, həmin məsələyə formal yanaşaq, buraxılmış müddətin bərpasını mümkün hesab etmiş, işi icraatına qəbul etmişdir. Məhkəmə tərəfindən müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi ilə bağlı 2017-ci il 8 noyabr tarixli qərardadı tamamilə əsassızdır. İddiaçı sözügedən qərar barədə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 2015-ci il 7 may tarixli məktubuna əsasən məlumat əldə edib. Həmin qərarı 2017-ci ili aprel ayında mübahisələndirməklə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İ PM) 38.1-ci və “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddələrində göstərilən müddəti ötürmüşdür. Lakin buna baxmayaraq, məhkəmə müddətin ötürülməsi əsası ilə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmək əvəzinə buraxılmış müddətin üzrlü hesab edilməsinə dair qərardad qəbul etmişdir. İşin mahiyyətinə gəlincə, icra məmuru “İcra haqqında” Qanunla onun üzərinə qoyulan bütün tələbləri tam və qüsursuz yerinə yetirmişdir. İcra məmuru borclu x4nun əmlak vəziyyəti, həmçinin onun hər hansı bank hesabının və orada pul vəsaitinin olub-olmaması ilə bağlı bir neçə aidiyyətı qurumlara müraciət etmiş, nəticədə onun adına yalnız hazırda mübahisələndirilən əmlak, yəni ünvan 3 ünvanında yerləşən 701,4 kv.m qeyri yaşayış sahəsinin olmasını aşkar etmişdir. Qanunla müəyyən edilmiş qaydada həmin əmlak üzərinə həbs qoyulması barədə müvafiq təqdimatla məhkəməyə müraciət etmiş, məhkəmənin 2014-cü il 13 fevral tarixli qərardadı ilə sözügedən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Məhkəmənin ikinci, yəni əmlak üzərində guya iddiaçının hüququnun tanındığı üçün borcun ona yönəldilə bilməməsi barədə “arqumentinə” gəlincə, məhkəmənin istinad etdiyi, Bakı Apellyasiya Məhkəməsinin 2012-ci il 27 aprel tarixli qətnaməsində iddiaçının hər hansı payı deyil, sadəcə olaraq həmin əmlakın birgə nikah dövründə əldə edilməsi faktı müəyyən edilmişdir. Ona görə də, həmin qətnaməyə istinad edilməsi tamamilə əsassızdır. Həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilərək onun üzərində payların müəyyən edilməsi ilə bağlı iddia tələbi üzrə icraat hələ davam etməkdədir, i şin icraatı apellyasiya instansiyası məhkəməsinin 2018-ci il 27 fevral tarixli qərardadı ilə dayandırılmışdır. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəllənin 225.1-ci maddəsinə hərfi mənada yanaşılsa, nikahda olan ərlə arvad tərəfindən əldə edilmiş bütün əmlaklar onların birgə nikah dövründə əldə edilmiş əmlakıdır. Əlbəttə bu sadəcə hüququn ümumi izahıdır. Əgər həmin əmlak adına rəsmiləşdirilməmiş ər və ya arvad tərəfindən mübahisələndirilirsə, həmin hüququn dolayısı ilə əmlak üzərində payın və onun həcminin müəyyən edilməsi yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarından sonra mümkündür. Lakin iddiaçının mübahisələndirilən qeyri-yaşayış sahəsi üzərində hər hansı payının tanınması və o payın bölünməsi ilə bağlı hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud de yil. Beləliklə, qeyd edildiyi kimi, sözügedən əmlakın birgə nikah dövründə əldə edilərək tərəflərin birgə mülkiyyətinə aid olması mübahisəsi hələ də davam etdiyi üçün və həmin əmlakın ümumi birgə mülkiyyət olub-olmaması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığı üçün icra məmuru tərəfindən verilmiş qərarın məhz bu əsasla qanunsuz hesab edilərək ləğv edilməsi tamamilə əsassızdır. Bundan başqa, qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəli qeyri-yaşayış sahəsi Nəsimi rayon Məhkəməsinin 2013-cü il 27 noyabr tarixli qətnaməsinin icrası məqsədilə, icra məmurunun 2014-cü il 14 mart tarixli qərarına əsasən borcun əvəzi olaraq ona verilmişdir. Yalnız 2014-cü il 17 mart Nərimanov rayon Məhkəməsi iddiaçının ərizəsini qismən təmin edərək, sözügedən qeyri-tarixdə yaşayış sahəsinə d air ½ pay hissəsində onun mülkiyyət hüququnu tanımışdır. Yəni sözügedən mübahisəli qeyri-yaşayış sahəsinə iddiaçının payı tanınmamışdan əvvəl həmin əmlak x3na verilmişdir. Belə olan halda, bu qərarın ləğv edilməsi onun mülkiyyət hüququnun pozulması deməkdir. Digər üçüncü şəxslərin kassasiya şikayətinin dəlilləri üçüncü şəxs x1 kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur. İşdə iştirak edən şəxslərin izahatları: Üçüncü şəxs x3un vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Digər üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin və digər üçüncü şəxslər in məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayətlər əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Şikayətlərin əsas dəlillərindən biri ondan ibarətdir ki, iddiaçı sözügedən qərar barədə DƏDRX -nin Bakı şəhər Ərazi İdarəsinin 2015-ci il 7 may tarixli məktubuna əsasən məlumat əldə edib. Həmin qərarı 2017-ci ili aprel ayında mübahisələndirməklə İPM-in 38.1-ci və “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddələrində göstərilən müddəti ötürmüşdür. Lakin buna baxmayaraq, məhkəmə müddətin ötürülməsi əsası ilə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmək əvəzinə buraxılmış müddətin üzrlü hesab edilməsinə dair qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini aşağıdakı səbəblərə görə əsaslı hesab etmir. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsind ə meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinin müddəalarına əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir (62.1.). Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır (62.2.). Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür (62.3.). Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt kütləvi informasiya vasitələrində dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır (62.4.). Yazılı inzibati aktın kütləvi informasiya vasitələrində dərc olunması qaydası müvafiq inzibati orqan tərəfindən müəyyən edilir (62.5.). “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinin tələblərinin iddiaçıya münasibətdə təmin olunduğuna dair işdə sübut yoxdur. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinin hazırkı işə tətbiqi üçün əsaslar yoxdur, belə ki, həmin norma inzibati iddianın deyil, inzibati şikayətin verilməsi müddətini müəyyən edir. Şikayətlərin digər dəlili ondan ibarətdir ki, icra məmuru “İcra haqqında” Qanunla onun üzərinə qoyulan bütün tələbləri tam və qüsursuz yerinə yetirmişdir. İcra məmuru borclu x4nun əmlak və ziyyəti, həmçinin onun hər hansı bank hesabının və orada pul vəsaitinin olub-olmaması ilə bağlı bir neçə aidiyyətı qurumlara müraciət etmiş, nəticədə onun adına yalnız hazırda mübahisələndirilən əmlak, yəni ünvan 3 ünvanında yerləşən 701,4 kv.m qeyri yaşayış sahəsinin olmasını aşkar etmişdir. Qanunla müəyyən edilmiş qaydada həmin əmlak üzərinə həbs qoyulması barədə müvafiq təqdimatla məhkəməyə müraciət etmiş, məhkəmənin 2014-cü il 13 fevral tarixli qərardadı ilə sözügedən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Məhkəmənin ikinci, yəni əmlak üzərində guya iddiaçının hüququnun tanındığı üçün borcun ona yönəldilə bilməməsi barədə “arqumentinə” gəlincə, məhkəmənin istinad etdiyi, Bakı Apellyasiya Məhkəməsinin 2012-ci il 27 aprel tarixli qətnaməsində iddiaçının hər hansı payı deyil, s adəcə olaraq həmin əmlakın birgə nikah dövründə əldə edilməsi faktı müəyyən edilmişdir. Həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilərək onun üzərində payların müəyyən edilməsi ilə bağlı iddia tələbi üzrə icraat hələ davam etməkdədir, işin icraatı apellyasiya instansiyası məhkəməsinin 2018-ci il 27 fevral tarixli qərardadı ilə dayandırılmışdır. Məhkəmə kollegiyası şikayətlərin həmin dəlilini aşağıdakı səbəblərə görə əsaslı hesab etmir. Üçüncü şəxslərin özlərinin də təsdiq etdikləri kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2012-ci il 27 aprel tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2012-ci il tarixli 1 noyabr qərarı ilə həmin qətnamə dəyişdirmədən saxlamışdır) mübahisəli daşınmaz əmlakın birgə nikah döv ründə əldə edilməsi faktı müəyyən edilmişdir. Belə olan halda, həmin əmlakda ümumi birgə mülkiyyətçilərin hər birinin hansı paya malik olduqları hazırkı məzmunda mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Cavabdeh mübahisələndirilən qərarla iddiaçının (icra icraatına cəlb edilməmiş maraqlı şəxsin) hüquq və vəzifələrinə dair məsələni onun iştirakı olmadan həll etmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən, qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, icraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətd ə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır. Həmin Qanunun 11-ci maddəsinin tələblərinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar (11.1.). İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 21-ci maddəsinin tələblərinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir (21.1.). Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nüma yəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur (21.2.). Cavabdehin mübahisələndirilən qərarı həmin normaların tələblərinin pozulması ilə qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibat i icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 noyabr tarixli 2-1(103)-2413/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1339/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1339/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver