Məhkəmə qərarları › İş №2-1(102)-1339/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1339/2021

11.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1339/2021 11.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Abşeron rayon Məmmədli Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (bələdiyyə torpağının ayrılması zamanı sxemin təsdiq edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İlkin Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı, vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Abşeron rayon Məmmədli Bələdiyyəsinə (bundan sonra cavabdeh) qarşı 2004-cü ildə cavabdeh tərəfindən verilən torpaq sahəsinə dair sxemin təsdiqlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulma sı tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-80/2021 nömrəli iş üzrə 03.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 13/142 saylı, 10.12.2004-cü il tarixli qərarından çıxarışa əsasən iddiaçıya fərdi evin tikintisi üçün 0,10 ha. torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 2004-cü ildə cavabdeh tərəfindən verilən torpağın sxeminin təsdiqlənməsini xahiş etmişdir. Cavabdeh 18.04.2019-cu il tarixli məktubla bildirmişdir ki, bələdiyyənin 10.12.2004-cü il tarixli qərarından çıxarış hal-hazırda hər hansı bir qərar qəbul edilməsi üçün yetərli deyildir. Əlavə olar aq X1 Bələdiyyəsinin qərarından çıxarış, torpağın alqı-satqısına dair akt və ödəniş qəbzi təqdim edilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət edərək 2004-cü ildə cavabdeh tərəfindən verilən sxemin təsdiqlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildə torpaq sahəsi almaq üçün Abşeron rayonu Məmmədli Bələdiyyəsinə müraciət etmiş və bələdiyyə tərəfindən ona fərdi evin tikintisi üçün 0,10 ha. torpaq sahəsi ayrılmışdır. İddiaçıya bələdiyyə tərəfindən 10.12.2004-cü il tarixli qərardan və torpağın yerquruluşu planından çıxarış təqdim edilmişdir. İddiaçı bələdiyyəyə köhnə manatla 86000 manat məbləğində pul ödəyərək ödəniş etməsini təsdiq edən sənəd verilməsini tələb etmiş, lakin sədr tərəfindən iddiaçıya bildirilmişdir ki, ona verilən qərardan çıxarış və torpağın planı torpaq sahəsinin ona satıldığını təsdiq edir, qəbzin verilməsinə ehtiyac yoxdur. İddiaçı istifadəsində olan torpaq sahəsinin qeydə alınması məqsədilə DƏDRX-ə müraciət etmişdir. Həmin İdarədən ona yazılı cavab verilmişdir ki, əvvəlcə rayon İcra Hakimiyyətinin memarlıq şöbəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyləri və torpağın sxeminin bələdiyyə tərəfindən təsdiq edilməsi zəruridir. İddiaçı ilkin olaraq Abşeron rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinə müraciət etmiş, lakin orada iddiaçıya bildirilmişdir ki, ilk olaraq sxem və bələdiyyə qərarı möhürlə təsdiqlənməlidir. Bundan sonra İcra Hakimiyyətinə müraciət edə bilər. Bu məqsədlə iddiaçı Məmmədli Bələdiyyəsinə müraciət etmiş, lakin bələdiyyədə iddiaçının sənədləri tapılmamışdır.

5. Cavabdeh iddiaya qarşı etirazında göstərmişdir ki, hazırki məsələ əvvəlki bələdiyyə sədrinin səhlənkarlığı ucbatından baş vermişdir. Faktiki olaraq göstərilən torpaq sahəsi iddiaçının istifadəsindədir, ev inşa edib, həmin evdə yaşayır və o evə, torpağa digər şəxslərin iddiası yoxdur. Lakin arxiv arayışı olmadığından bələdiyyə həmin qərarı təsdiq edə bilmir. İddiaçının təqdim etdiyi 10.12.2014-cü il tarixli Məmmədli kənd bələdiyyəsinin qərarından çıxarış hər hansı bir qərarın qəbul edilməsi, sxemin təsdiq edilməsi üçün yetərli deyildir.

6. Birinci instansiya mə hkəməsinin 18.09.2019-cu il tarixli 2-1(085)-1147/2019 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərarı ilə iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin satılmasına dair qərar qəbul edilsə də, tərəflər arasında alqısatqı aktı bağlanmamış, torpağın dəyərinin ödənilməsini təsdiq edən sənəd verilməmiş və yerli memarlıq və tikinti şöbəsinin və DT və XK-nın rayon şöbələrinin rəyləri alınmamışdır.

8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində birinci icraat

9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məh kəməsi) 08.01.2020-ci il tarixli 2-1(105)-49/2020 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Nazim Nəsibov və Aqil Abbasov) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 18.09.2019-cu il tarixli, 2-1(085)-1147/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2020-ci il tarixli 2-1(102)-1078/2020 nömrəli (hakimlər Xəqani Məmmədov - sədrlik edən və məruzəçi, Zakir Quliyev və İspəndiyar Şəfiyev) qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, apelyasiya instansiyası məhkəməsinin 08.01.2020-ci il tarixli 21(105)-49/2020 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

13. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əgər iddiaçı tərəfindən təqdim edilmiş bələdiyyə qərarının mötəbərliyi təsdiq olunarsa, bu zaman iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməyə subyektiv hüququnun da olması müəyyən olunur. Bundan sonra iddiaçıya düzgün iddia tələbi ilə məhkəməyə müraciət etməli olması istiqamətində yardım edilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəs inin sərhədləri yerində (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, plan və ölçünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən görülməli işlər bələdiyyə torpağının ayrılması prosesinin tərkib hissəsi olan bir prosesdir və müstəsna olaraq bələdiyyənin özü tərəfindən məcburi qaydada həyata keçirilməlidir. Beləliklə, əgər torpaq sahəsi ayrılarkən proses sonadək qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılmamışsa, iddiaçı torpaqayırma prosesinin qanunvericiliklə müəyyən edilmiş qaydada sona çatdırılmasını tələb etmək hüququna malikdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Apelyasiya instansiyası məhkəməsində işə təkrar baxılarkən Bələdiyyə qərarının həqiqiliyinin yoxlanılması üçün məhkəmə kollegiyası Abşeron rayon Dövlət Arxivinə sorğu vermişdir. Abşeron rayon Dövlət Arxivinin H-67 nömrəli, 15 aprel 2021-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin 13/142 saylı, 10 dekabr 2004-cü il tarixli qərarı Abşeron rayon Dövlət Arxivində aşka r edilməmişdir.

15. Apelyasiya instansiyası məhkəməsinin 03.05.2021-ci il tarixli 2-1(105)80/2021 nömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Məhəmmədəli Rzayev və Səyyad Qafari) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 18.09.2019-cu il tarixli, 2-1(085)-1147/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya bələdiyyə qərarı ilə həqiqətən torpaq sahəsinin ayrılması müəyyən edilmir və Məmmədli kənd bələdiyyəsinin qərarından çıxarışın mötəbərliliyi təsdiq olunmur.

17. Məhkəmə qərarı iddiaçıya 27.05.2021-ci il tarixində təqdim edilmişdir.

18. İddiaçı 14.06.2021-ci il tarixində kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

19. İddiaçının məhkəməyə müraciət etməsinin səbəbi ona aid olan sənədlərin arxivdə tapılmamasıdır. Əgər sənədlər arxivdə tapılsa idi, onun məhkəməyə müraciət etməsinə ehtiyac da olmazdı. Məhkəmə isə arxivdə sənədin tapılmamasını çıxarışın mötəbər olmaması kimi qiymətləndirir. İddiaçı sənədlər arxivdə olmadığı üçün məhkəməyə müraciət etmişdir və iddiasında da bunu göstərmişdir.

20. Ali Məhkəmənin qərarında da göstərilmişdir ki, əgər cavabdeh iddiaçıya aid sənədləri tapmaqda çətinlik çəkirsə, bu zaman inzibati orqan özü dövlət arxivinə müraciət etməli, sənədlərin olmamasının səbəblərini araşdırmalı və onların bərpası məsələ sinə baxmalıdır. Belə bir yükün iddiaçının üzərinə qoyulması yolverilməzdir. Lakin apelyasiya məhkəməsi bu göstərişi yerinə yetirməmiş və bələdiyyənin üzərinə heç bir öhdəlik qoymamışdır. Nəticədə qeyri-qanuni, ədalətsiz bir qərar çıxarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçı və onun vəkili kasasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər.

23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf şifahi məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdeh tərəfə təqdim olunmuş məhkəmə bildirişində, məhkəmə iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilmə sinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Torpaq Məcəlləsi: Maddə

47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ Bənd

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Maddə

56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları Bənd

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 25. “Bələdiyyə torpaqları nın idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

26. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin (bələdiyyə qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyası) 1-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qə rarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin əsasnamənin 13-cü və 17-ci bəndlərinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətinə alğı-satqı qaydasında verilir. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

27. Əsasnamənin hazırda qüvvədə olan redaksiyasına əsasən: Bənd

18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (tor paq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; Bənd

19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır; Bənd

20. Yerquruluşu işləri (planalma) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır; Bənd

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsini n planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir;

28. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı qaydaları”na Əlavədə torpaqların alğı-satqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır.

29. İnzibati Prosessual Məcəllə: Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərar 98.1. Ali Məhkəmənin inzibati müba hisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

31. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaların ın tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

33. İddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının kassasiya şikayəti üzrə birinci dəfə işə baxılarkən Ali Məhkəmənin qərarında da göstərilmişdir ki, əgər cavabdeh iddiaçıya aid sənədləri tapmaqda çətinlik çəkirsə, bu zaman inzibati orqan özü dövlət arxivinə müraciət etməli, sənədlərin olmamasının səbəblərini araşdırmalı və onların bərpası məsələsinə baxmalıdır. Belə bir yükün iddiaçının üzərinə qoyulması yolverilməzdir. Lakin Apelyasiya məhkəməsi bu göstərişi yerinə yetirməmiş, bələdiyyənin üzərinə heç bir öhdəlik qoymamış, qanunsuz və ədalətsiz bir qərar çıxarmışdır.

34. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya yardım etsə də, iddiaçı mövcud tələbi müdafiə etdiyini bildirmiş və tələbinin təmin edilməsini xahiş etmişdir.

35. Bundan sonra, iddiaçının təqdim etdiyi bələdiyyə qərarının mövcudluğunun və onun həqiqiliyinin yoxlanılması məqsədilə apelyasiya instansiyası məhkəməsi Abşeron rayon Dövlət Arxivinə sorğu vermişdir. Abşeron Rayon Dövlət Arxivinin H-67 nömrəli, 15 aprel 2021-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin 13/142 saylı, 10 dekabr 2004-cü il tarixli qərarı Abşeron Rayon Dövlət Arxivində aşkar edilməmişdir.

36. Yuxarıda istinad o lunan normalara əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətinə alğı-satqı qaydasında verilir. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

37. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.

38. Torpaqların alğı-satqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır.

39. Hazırkı mübahisə üzrə işdə iddiaçıya qanunvericiliklə nəzərdə tutulmuş qaydaya və tələblərə uyğun torpaq sahəsi ayrılmasını, habelə onun rəsmiləşdirilməsini təsdiq edən hər hansı rəsmi sənəd müəyyən edilməmişdir. Belə ki, qanunvericiliklə nəzərdə tutulmuş sənədlər, yəni torpaq sahəsinin alqı-satqı müqaviləsi, bu barədə müvafiq qəbz, torpaq sahəsinin təsdiq edilmiş planı və ölçüsü və bələdiyyə qərarı aşkar edilməmişdir. Həmçinin İddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha. torpaq sahəsinin ayrılması barədə cavabdehin 13/142 saylı, 10.12.2004-cü il tarixli qərarı arxivdə aşkar edilməmiş, cavabdeh də belə bir qərarın olmasını təsdiq etməmişdir. Eyni zama nda iddiaçı tərəfindən də həmin sənədlər təqdim edilmədiyindən, iddiaçıya bələdiyyə qərarı ilə qanuni əsaslarla həqiqətən torpaq sahəsinin ayrılması müəyyən edilmir. Bu baxımdan iddiaçının təqdim etdiyi qərardan çıxarışın mötəbərliyi təsdiq olunmadığından, sonrakı hərəkətlərin (sxem tərtib edilməsi və s.) yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə iddiaçı haqlı deyildir. Onun tələbi maddi-hüquqi əsasa söykənmir və qanunvercilikdə nəzərdə tutulmuş dispozisiya şərtlərinə cavab vermir.

40. Beləliklə, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 21(105)-80/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar