Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1339/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərtlərinə düzgün qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşın maz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair daşınmaz əmlakın plan-ölçü sənədinin ləğv edilməsi, dövlət reyestrindən çıxarışın, yeni plan və ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(103)-289/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının atası X6 17 mart 2013-cü il vəfat etmiş, iddiaçı vərəsə kimi tanınmış və miras əmlaka şəhadətnamə verilməsi üçün Bakı şəhəri, 27 saylı notariat kontoruna müraciət etmişdir.
2. Notariat kontoru tərəfindən 22 oktyabr 2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə iddiaçıya atasından qalmış və miras əmlakın siyahısına daxil olan Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 382b nömrəli 0.12 sot bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi barədə məktub göndərilmişdir.
3. Bundan sonra iddiaçı bağ torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması məqsədi ilə torpaq sahəsinin planı və ölçüsü sənədinin alınması üçün keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə müraciət etsə də, Bakı şəhər şöbəsi bağ torpaq sahəsinə dair sənədlərdə uyğunsuzluq olması əsası (müqavilədə 382b nömrəli bağ göstərildiyi halda, faktiki 814 saylı bağ sahəsindən istifadə olunur) ilə sənədləri icra etməkdən imtina etdiyindən o, iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 382b nömrəli bağ torpaq sahəsinin 814 nömrəli hesab edilməsini, həmin torpaq sahəsinin plan və ölçüsünün X2 adına tərtib edilməsi vəzifəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2014-cü il tarixli qərarına əsasən iddia təmin edilmişdir. 4. xx.xx.2014-cü ildə məhrum X2 adına Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 massivindəki 814 nömrəli bağ sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, plan-ölçü sənədində torpaq sahəsi 1000 kv.m göstərilmişdir.
5. Bundan sonra iddiaçı həmin torpaq sahəsinin 0,12 ha olmaqla dövlət reyestrində qeydə alınmaqla reyestrdən onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırmış, həmin iddia məhkəmənin 2-1(82)-44/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə rədd edilmiş, apellyasiya və kassasiya instansiyalarında qərar dəyişdirilmədən saxlanılmışdır.
6. Daha sonra, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-409/2018 nömrəli, 13 mart 2018-ci il tarixli qətnaməsi ilə X3 qanuni sahibliyində və istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu, Albalı-1 bağ massivində yerləşən 814 saylı 0,10 ha sahədən ibarət bağ sahəsinə tərəf açmaqla X7, X15, X13, X1, X11 və X14 tərəfindən özbaşına inşa edilmiş daş hasarın sökülməsi, bağ sahəsinə tərəf açılmış giriş-çıxış qapısı bağlanmaqla torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətinə qaytarılması və cavabdehlər tərəfindən zəbt o lunmuş 103 kv.m. ibarət torpaq sahəsinin boşaldılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8589/2018 nömrəli, 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(008)-409/2018 saylı qətnaməsinin qismən, yəni «bağ sahəsinə tərəf açılmış giriş-çıxış qapısının bağlanması» hissədə ləğv edilməsi, həmin iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli 2(102)3813/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8589/2018 nömrəli, 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. İddiaçı Bak ı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi, həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və planölçü sənədinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir.
8. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, hüquqmüəyyənedici sənədlərə əsasən torpağın sahəsi 1200 kv metr qeyd olunsa da, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə 1000 kv metr göstərilmişdir. Belə ki, bağ sahələrinin bölgüsünə dair sxematik xəritəyə əsasən faktiki torpaq sahəsinin bir hissəsinin qonşu bağ sahələrinə keçid yolu kimi nəzərdə tutulduğu müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Albalı1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X16 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi, həmin əmlak üzərində hüququn mərhum X4 məxsus olması barədə arayışın və həmin arayış əsasında Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinin onun adına daşınmaz əml akın dövlət reyestrində qeydə alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtina məktubunda qeyd olunan uyğunsuzluq qarşılıqlı razılaşma əsasında hasarın sökülməsi ilə aradan qaldırılmış olsa da, cavabdeh əsassız olaraq onun müraciətini icra etməkdən imtina etmişdir.
11. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, müvafiq iddia tələbi ilə bağlı məhkəmə mübahisəsi olmuş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-44/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarına əsasən iddia təmin edilməmiş, apellyasiya və kas sasiya instansiyalarında qərar dəyişdirilmədən saxlanılmışdır.
12. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(112)-1432/2022 nömrəli qərardadı (hakim M.T.Hacıbəyova) ilə iddia mümkün hesab edilməmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbində göstərilən məsələlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcud olduğundan və həmin aktlarda iddiaçının iddia ərizəsində göstərilən məsələlərə məhkəmələr tərəfindən baxılaraq müvafiq qiymət verildiyindən, o cümlədən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan iddia tələbi mümkün sayılmamalıdır.
14. İddiaçı həmin qərardad dan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(103)-289/2023 nömrəli qərardadı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(112)-1432/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi nin 2-1(82)-44/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, iddiaçının bəyan etdiyi hüquqlarla qeydiyyata alınmasını hesab etdiyi hüquqlar arasında ziddiyyətlərin mövcudluğu işin məhkəmə araşdırması ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, **********69 nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, mübahisəli sahənin bir hissəsi qonşu torpaq sahəsində olan yola düşür. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin torpaq sahəsi ilə bağlı imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göründüyü kimi, iddiaçı artıq eyni əsasla eyni inzibati orqana qarşı iddia qaldırmış, məhkəmə qərarları ilə onun iddiası təmin edilməmişdir.
17. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı qeyd edir ki, 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 2-1(82)-44/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə təmin edilməyən inzibati iş üzrə iddiaçının tələbi torpaq sahəsinin 0,12 ha olmaqla dövlət reyestrində qeydə alınmaqla reyestrdən onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. İddiaçının hazırkı iddiası isə A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi, həmin əmlak üzərində hüququn mərhum X4 məxsus olması barədə arayışı n və həmin arayış əsasında Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsindən ibarət olmuşdur. Göründüyü kimi, yanlış tərtib olunmuş A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi, arayışın və plan ölçü sənədinin verilməsi əvvəlki məhkəmələrdə mübahisə predmeti olmamışdır.
19. Bundan əlavə, 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(82)-44/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, mütəxəssislər tərəfindən sənədlərin icrası ilə bağlı müəyyən yoxlama-ölçü işləri aparılmış və məlum olmuşdur ki, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik planı ilə uyğunsuzluq təşkil edir, eyni zamanda qonş u bağ sahəsinə gedən yol nəzərə alınmamış və bağ sahəsi mübahisəlidir. Eyni zamanda qərarda göstərilmişdir ki, qonşu bağ sahəsinə gedən yol mövcud bağın sahəsindən keçdiyindən mübahisə predmeti aradan qaldırıldıqdan sonra hüquq müəyyənedici sənədlərin əsillərinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə təqdim edilməsi məqsədəuyğundur.
20. Bundan sonra iddiaçı tərəfindən X5 və qeyrilərinə qarşı qanuni istifadədə olan bağ torpaq sahəsində tikilmiş hasarın sökülməsi, həmin torpaq sahəsinə açılmış giriş-çıxış qapısının bağlanması və torpağın əvvəlki vəziyyətinə qaytarılmaqla zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 13 mart 2018-ci il tar ixli 2(008)-409/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)8589/2018 nömrəli, 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(008)-409/2018 saylı qətnaməsinin qismən, yəni «bağ sahəsinə tərəf açılmış girişçıxış qapısının bağlanması» hissədə ləğv edilməsi, həmin iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)3813/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8589/2018 nömrəli, 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli 2(103)-8589/2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş cavabdeh tərəfindən zəbt edilmiş 103 kv. m bağ torpaq sahəsinə tikilmiş hasar sökülmüş və zəbt olunmuş torpaq sahəsi cavabdehlər tərəfindən boşaldılmışdır.
21. Hazırkı halda, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X2 adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar faktiki istifadədə olan 1200 kv. metr torpaq sahəsinə uyğun gəlmədiyi üçün (200 kv. metr az göstərildiyi üçün) həmin sənədin ləğvi zərurəti yaranmışdır, hansı ki, həmin tələb əvvəlki məhkəmə işlərində mübahisə predmeti olmamışdır.
22. Bundan əlavə, kassator qeyd etmişdir ki, 2 saylı Ba kı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-44/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarında iddianın təmin edilməməsinin əsası qonşu bağ sahəsinə gedən yolla bağlı olmuşdur. Belə ki, məhkəmə qərarında qeyd etmişdir ki, “qonşu bağ sahəsinə gedən yol mövcud bağın ərazisindən keçir”. Lakin iddiaçı qonşuluqda olan 823a saylı bağ sahəsinə onun bağ sahəsindən keçən yol hissəsindən imtina etməyə hazır olduğunu cavabdehə müraciətində və məhkəmə iclaslarında bildirdiyindən, yəni imtinanın əsasını təşkil edən iddiaçının torpaq sahəsinin yol hissəsindən imtina etdiyini bildirdiyindən hesab edir ki, onun qalan torpaq sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. Kassasiya şikayətinə etiraz təqdim edilməmi şdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yax ud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qay dasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ap ellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
29. Belə ki, hazırkı iş üzrə iddiaçın ın tələbi aşağıdakılardan ibarətdir: - Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X16 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi; - həmin əmlak üzərində hüququn mərhum X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması; - həmin arayış əsasında Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması.
30. Qeyd edilməlidir ki, Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massi vində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X16 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi və həmin əmlak üzərində hüququn mərhum X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbləri ilə məhkəməyə müraciət etməmişdir.
31. Belə ki, iddiaçı daha əvvəl iki tələblə inzibati məhkəməyə müraciət etmişdir ki, bunlar: 382b nömrəli bağ torpaq sahəsinin 814 nömrəli hesab edilməsi və həmin torpaq sahəsinin plan və ölçüsünün X2 adına (iddiaçının adına) tərtib edilməsi vəzifəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsi (qanuni qüvvə də olan məhkəmə qərarı ilə iddia təmin edilmişdir) və torpaq sahəsinin 0,12 ha olmaqla dövlət reyestrində qeydə alınmaqla reyestrdən onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması (qanuni qüvvədə olan məhkəmə aktları ilə iddia rədd edilmişdir).
32. Göründüyü kimi, iddiaçının hazırkı qərarın 30-cu bəndində qeyd olunan tələblərlə məhkəməyə müraciəti iş materialları ilə təsdiq edilmədiyindən, həmin tələblərə münasibətdə iddianın mümkün sayılmaması barədə apellyasiya instansiya məhkəməsinin nəticəsi İPM-in 78-ci maddəsinə ziddir.
33. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində iddia tələbinin mümkünsüzlüyü ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsinin hüquqi mövqeyinin düzgün olmaması ilə bağlı dəlillər irəli sürmüş, lakin apellyasiya ins tansiya məhkəməsi tərəfindən şikayətin dəlillərinə münasibət bildirilməmiş, bununla da, İPM-in 87.8-ci maddəsinin tələbləri pozulmuşdur.
34. İddiaçının digər tələbi ilə (Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması) bağlı isə qeyd edilməlidir ki, sözügedən daşınmaz əmlak üzərində iddiaçının atasının mülkiyyət hüquqları qeydə alındıqdan sonra vərəsəlik şəhadətnaməsi ilə iddiaçı əmlak üzərində hüquqların qeydə alınması üçün cavabdehə müraciət edə bilər, o cümlədən imtina aldığı təqdirdə onun məhkəməyə müraciət hüququnun mövcudluğu istisna edilmir. Lakin, nə qədər ki, iddiaçının atasının adına əmlak qeydə a lınmayıb və miras əmlakın predmetini təşkil etmir, iddiaçının belə bir tələblə məhkəməyə müraciət etməsi üçün əsas yoxdur.
35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 21(103)-289/2023 nömrəli qərardadı qismən, “Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X16 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi və həmin əmlak üzərində hüququn mərhum X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulma sı”na dair iddia tələblərinin mümkün sayılmaması hissələrində ləğv edilsin. Həmin hissələrdə iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 21(103)-289/2023 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.