Məhkəmə qərarları › İş №2-1(102)-1339/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1339/2024

03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1339/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu püblik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi hakim), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respub likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu püblik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 21(104)-786/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli qərarından cavabdehin kassasiya şikayətinə əsasən inzibati işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ VƏ İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illəri onun sosial sığorta stajı kimi qəbul etməyərək, sığorta stajının 25 ildən az - 22 il 6 ay təşkil etdiyini qeyd edərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə xx.xx.2022-ci il tarixli imtina məktubu göndərmişdir.

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1993cü il tarixdən xx.xx.1994-cü il tarixdək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-880/2023 nömrəli iş üzrə xx.xx.2023-cü tarixli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, iddia çının xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

4. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti vermişdir.

5. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-786/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli qərarı qismən, iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissədə ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılaraq, iddia rədd edilmiş, qərar qalan hissədə, yəni iddiaçının xx.xx.1993cü il tarixdən xx.xx.1994-cü il tarixdək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti vermişdir.

7. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının cəmi 22 il 6 ay sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb edilən 25 il sığorta stajından azdır. İddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 10 ay sığorta stajına uyğun olaraq 17753,33 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 709.79 manat olmaqla, ümumilikdə 18463,13 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az oilmayan pensiya təminatına imkan vermir. İddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrlərin mötəbərliyinə əsaslı şübhələr olduğuna görə cavabdeh tərəfindən araşdırılması zərurəti yaranmışdır. X1 filial ının xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş “Yol İstismar” idarəsində xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti zamanı 2003-cü il tarixdə 3 ay əmək haqqı hesablanmış, 2004-cü il üzrə isə əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Samux rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arayışında iddiaçının “Yenikənd tinglik” sovxozunda xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti zamanı 1994-cü ildə 6 ay əmək haqqı hesablanması, 1995-ci il tarixdən 1997-ci il tarixədək əmək haqqı hesablanmaması bildirilmişdir. Həmçinin, sözügedən arayışa əsasən iddiaçı xx.xx.1994-cü il tarixli əmrlə süd maşınında işləmək üçün sürücü vəzifəsinə qəbul edilmişdir. İddiaçının əmək kitabçasınd akı qeyddə isə xx.xx.1993-cü il tarixdə işə qəbul edilməsi göstərilmişdir. Qeyd olunan uyğunsuzluqlar iddiaçının əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr yaratmışdır. Sığorta stajı hesablanarkən iddiaçının əmək haqqı almadığı dövrlər nəzərə alınmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 9. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli s ürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 10. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 6 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti lə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müd dətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir; Maddə 98-1. Kasasiya instansiyası məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi 98-1.1. Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikay ətinin mümkünlüyünə dair” 06 noyabr 2023-cü il tarixli 01/2023 nömrəli Qərardadı: Bənd

50. Göründüyü kimi İPM-də yalnız kassasiya şikayətinin əsaslandırılmış olmasına dair tələb nəzərdə tutulmuş, lakin “əsaslandırılmış şikayətin” nələri ehtiva etməli olduğu və ya özündə hansı məzmunda əsaslandırmanı ehtiva edən şikayətin “əsaslandırılmamış şikayət” kimi qəbul ediləcəyinə dair konkret tənzimləmələr gətirilməmişdir. Belə olan halda, şikayət hüququnun özünün təbiəti və şikayətin məhz hansı instansiya məhkəməsinə verildiyi nəzərə alınmaqla “əsaslandırılmış şikayətin” hansı meyarlar əsasında müəyyənləşdirilməli olduğu kassasiya məhkəməsinin özü tərəfindən həll edilməlidir; Bənd

55. Beləliklə, kassasiya şikayətində məhz yol verildiyi güman olunan hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər əks etdirilməlidir. Bu qaydada əsaslandırma elə bir şikayətin verilməsini nəzərdə tutur ki, şikayətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olduğu işin halları ilə əlaqəli şəkildə ətraflı təsvir edilməli, normaların yalnız sadalanması (qeyd olunması) ilə kifayətlənilməməli, onların hansı mənada tətbiq edilməli olduğuna dair münasibət əks olunmalı, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin konkret hansı normalara və nəyə görə zidd olduğu, beləliklə də, hüququn düzgün tətbiq edilmədiyi lazımi qaydada əsaslandırılmalıdır. Maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyinə dair dəlillər həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında (qərardadlarında) əks o lunmuş hüquqi mövqelərə istinadla əsaslandırıla bilər; Bənd

59. Bu zaman, şikayətin əvvəllər artıq Ali Məhkəmə tərəfindən baxılmaqla həll edilmiş mahiyyətcə eyni faktiki və hüquqi hallara söykənən işlərlə oxşar iş üzrə verildiyinə də diqqət edilməlidir. İşlərin oxşarlığının qiymətləndirilməsi adətən icraatda tərəflərin müqayisəsini, eləcə də istinad olunan müvafiq faktiki və hüquqi halların mahiyyətcə eyniliyini əhatə edir. Şikayətçidən gözlənilən odur ki, o, həqiqətən də mahiyyətcə yeni şikayət irəli sürməli, yəni, daha əvvəllər məhkəmə tərəfindən baxılmamış və qiymətləndirilməmiş yeni məlumatlara və dəlillərə istinad etməlidir. Bənd

60. Kollegiya həmçinin hesab edir ki, təcrübədə rast gəlinən şikayət hüququndan sui- istifadə hallarına da “əsaslandırılmamış şikayət” çərçivəsində qiymət ve rilməklə onların mümkünlüyü həll edilə bilər. Belə ki, ümumi hüquq nəzəriyyəsində şikayət hüququndan sui- istifadə hüququn ənənəvi olaraq nəzərdə tutulduğundan fərqli məqsədlə zərərli istifadəsi kimi qəbul edilir. Bir qayda olaraq, usandırıcı, açıq-aydın əsaslandırılmamış və şikayət hüququnun məqsədlərinə aşkar zidd olan, daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrar-təkrar məhkəməyə təqdim edilməsi, xüsusən də məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən, gərəksiz iş yükü yaradan, məhkəmənin ədalət mühakiməsinin maraqları naminə fəaliyyət göstərməsinə və icraatındakı işlərə lazımi qaydada baxmağa əngəl törədən və digər bənzəri hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər; Bənd

61. Qeyd edilənləri nəzərə almaqla kollegiya hesab edir k i, iş üzrə verilmiş kassasiya şikayətində hüququn məhkəmə tərəfindən düzgün tətbiq edilmədiyinin əsaslandırılmasına dair dəlillər əks olunmadıqda, eləcə də kassasiya şikayəti Ali Məhkəmə Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə qərarları (izahları), Ali Məhkəmənin kollegiyalarının İPM-in 98-1-ci, MPM-in 418-1-ci və CPM-in 419-1-ci maddələrində müəyyən edilmiş qaydada qəbul edilmiş qərardadları (qərarları), habelə baxılan konkret işlər üzrə çıxarılmış məhkəmə tərkiblərinin və Ali Məhkəmənin Plenumunun qərarları (qərardadları) ilə yaradılan mövcud məhkəmə təcrübəsində təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin dəyişdirilməsinə nail olmaq məqsədilə yeni dəlillərə istinadla əsaslandırılmadıqda, eləcə də şikayət hüquqund an sui-istifadə edildikdə, şikayət əsaslandırılmamış hesab edilə bilər. Bənd

68. Ali Məhkəmənin əsas funksiyası hüququn eyni cür tətbiq edilməsini və inkişafını təmin etməyə imkan verən vahid məhkəmə təcrübəsini yaratmaq, onun davamlılığına nail olmaq və həmin təcrübənin cəmiyyətin dəyişən ehtiyaclarına uyğun dəyişdirilməsini təmin etməkdən ibarətdir. Bu əsas məqsədə kassasiya məhkəməsi tərəfindən bütün şikayətlərə baxmadan da nail olmaq mümkündür. Əksinə, bir sıra hallarda kassasiya məhkəməsinə məhdudiyyətsiz müraciət imkanının mövcudluğu məhkəmənin özünün qaçılmaz olaraq vahidliyi təmin etmək əvəzinə, qeyri-müəyyənlik və ziddiyyətli presedent hüququ mənbəyinə çevrilməsinə gətirib çıxara bilir. Halbuki, məhz Ali Məhkəmə hüququn tətbiqindəki ziddiyyətləri və uyğunsuzluqları aradan qaldırma q, bununla da, məhkəmə sisteminə olan ictimai etimadı qorumaq üçün hüququn vahidliyini təmin etməlidir. Buna görə də, presedent hüququnun vahidliyi ilə bağlı mülahizələrlə kassasiya məhkəməsinə müraciət mexanizmləri arasında təbii əlaqə mövcuddur. Odur ki, əsaslandırılmamış şikayətlərə kassasiya məhkəməsində mahiyyəti üzrə baxılmaması Ali Məhkəmənin əsas funksiyası olan hüququn eyni cür tətbiq edilməsini və inkişafını təmin etməyə dair legitim məqsədə xidmət edir.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları Məhkəmələrə müraciət etmək hüququ mütləq deyil, məhdudiyyətlərə məruz qala bilər; belə məhdudiyyətlərə dolayı formada yol verilir, çünki məhkəməyə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehti yaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (Zubac Xorvatiyaya qarşı iş (Böyük Palata), xx.xx.2018, №40160/12, §77-78). Konvensiyanın 6-cı maddəsində Razılığa gələn dövlətlərin apellyasiya və ya kassasiya instansiyaları məhkəmələri yaratmaları təkid edilmir. Lakin belə məhkəmələr mövcuddursa, Konvensiyanın 6-cı maddəsinin təminatlarına əməl edilməsi tələb edilir. (Zubac Xorva tiyaya qarşı iş (Böyük Palata), §80, Platakov Yunanıstana qarşı iş, xx.xx.2001, №38460/97, §38). Bu, xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş, xx.xx.2003, №32190/96). Bundan əlavə, apellyasiya və ya kassasiya məhkəmələrinə münasibətdə Konvensiyanın 6-cı maddəsinin tətbiqi zamanı müvafiq instansiyadakı icraatın xüsusi şərtlərinə əməl edilməli, bu zaman, qanunvericiliyə uyğun olaraq milli səviyyədə həyata keçirilən məhkəmə icraatının bütünlüyü ilə kassasiya məhkəməsinin ümumi məhkəmə sistemindəki rolu nəzərə alınmalıdır. (Osu İtaliyaya qarşı iş, №36534/97, xx/xx/2002, §3233). Hüquqi məsələlər üzrə kassasiya şikayətinin qəb uledilənlik şərtləri apellyasiya şikayətinin qəbuledilənlik şərtlərindən daha da sərt ola bilər (Zubac Xorvatiyaya qarşı iş (Böyük Palata), §82-83). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 06 noyabr 2023-cü il tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

17. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin ed ilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: - Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır. - Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münas ibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır. - Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır. - Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmi şsə, şikayət əsaslandırılmamış hesab edilə bilər. - Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər.

18. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

19. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrüb əsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, cavabdeh iddiaçının ümumi stajının mövcudluğunu əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi və iddiaçıya əmək haqqı hesablanmaması yolu ilə mübahisələndirir, qeyd olunan uyğunsuzluqların iddiaçının əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr yaratdığını bildirir.

20. Halbuki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh inzibati orqan əmək kitabçasının mötəbərliyini şübhə altına alırsa, bu halı sübut etmək öhdəliyi məhz cavabdeh inzibati orqanın üzərinə düşür (2-1(102)-88/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(102)-7/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(102)-139/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(102)-162/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(102)-154/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(102)-1019/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(102)-2532/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(102)-2283/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarlar). Cavabdeh inzibati orqan sözügedən imtina əsaslarına istinad etməklə, ümumilikdə əmək kitabçasının mötəbərliyini şübhə altına almış, iddiaçının əmək kitabçasında aparılmış digər qeydlərlə bağlı araşdırma aparmamış, nəticə etibarilə iddiaçının pensiya hüququnun yaranması əsasları tam araşdırılmamış, formal olaraq pensiya təyin atından imtina edilmişdir. Halbuki cavabdeh inzibati orqan tərəfindən əmək kitabçasının mötəbərliyi şübhə altına alınırsa, bununla bağlı əsaslı araşdırma aparılmalı, formal olaraq deyil, bu cür şübhə məhz əsaslandırılmış şəkildə istinad edilməli, habelə pensiya hüququnun yaranması baxımından ona təsir edən bütün hallar, o cümlədən əmək kitabçasında əks olunmuş bütün digər qeydlərin əsaslılığı məsələsi aydınlaşdırılmalı idi. Bu baxımından, cavabdeh inzibati orqanın imtinasının əsası kimi əmək kitabçası və onda olan məlumatların həqiqiliyinə əsaslı şübhələrin olması halına istinad etməsi formal xarakter daşımaqla, inzibati icraatın aparılmasının norma və prinsiplərinin tələblərinə və mahiyyətinə zidd olmuş və nəticə etibarilə iddiaçının pensiya hüququnun əsassız olaraq məhdudlaşdırılmasına s əbəb olmuşdur.

21. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasında göstərilən dövrləri iş materiallarında mövcud olan digər sübutlarla əlaqəli şəkildə tədqiq etməklə iddiaçının həqiqətən əmək kitabçasında göstərilən işlərdə çalışdığı qənaətinə gəlmiş, yəni əmək fəaliyyətinə dair digər sübutlar iddiaçının qanunvericiliklə tələb olunan stajı topladığını təsdiq etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz qərında qeyd etmişdir ki, iş materiallarında olan əmək kitabçası və Samux Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 390 nömrəli arxiv arayışı ilə iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “Yenikənd tingçilik” sovxozunda işləməsi təsdiq olunur, “Yenikənd tingçilik” sovxozunun əmək haqqı kitablarında iddiaçının adının qeyd edilməməs i onun ziyanına şərh edilə bilməz. Çünki onun işə qəbul və işdən azad edilməsi müvafiq arxiv arayışı və əmək kitabçası ilə təsdiq olunur.

22. Bundan əlavə, hazırda qüvvədə olan pensiya qanunvericiliyi əmək kitabçasını stajın müəyyən olunması üçün mötəbər sübut kimi qəbul edir. İddiaçı müəyyən dövr ərzində əmək haqqı almadığından və sosial sığorta haqqı ödənilmədiyindən həmin müddətin onun sosial sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin arqumentlərinə gəlincə, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda (§11) xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edil mişdir. Digər tərəfdən, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz.

23. Göründüyü kimi, bir sıra digər işlərdə olduğu kimi cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi formal olaraq qeyd edilən əsaslara istinad edilmiş, iddiaçının pensiya hüququnun yaranmasına təsir edən bütün hallar araşdırılmamışdır.

24. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin t əcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dai r məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

26. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 90 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-786/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu püblik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının kassasiyası mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar