Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-134/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDAD (kassasiya icraatına xitam verilməsi barədə) iş № 2-1(102)-134/20 Bakı şəhəri xx xxxx 2020-ci il Açar sözlər: kassasiya şikayətindən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx xxxxx 2019-cu il tarixli, 2-1(107)-489/2019 saylı qərarından verilmiş kassasiya şikayəti üzrə icraat zamanı daxil olmuş ərizəyə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət torpaq kadastrı kitabında xx xxxx 2011-ci il tarixdə 1251 nömrə ilə uçota alınmış xxx2 saylı torpaq sahəsinin plan və ölçüsündə göstərilən 599,39 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xxx2 nömrəli torpaq sahəsinin plan və ölçüsü Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2004-cü il tarixli, 293 saylı sərəncamı ilə ona 599,39 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmiş və dövlət torpaq kadastrı kitabında xx xxxx 2011-ci il tarixdə 1251 nömrə ilə uçota alınmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair tələblə cavabdehə müraciət etmiş, cavabdeh isə elektron bazada torpaq sahəsinin 110 metr aralıda yerləşməsinə istinad etməklə onun tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı müvafiq hüquqmüəyyənedici sənədlər ə sasında aparılır və iddiaçı tərəfindən Mingəçevir şəhəri, 2-ci Günəşli küçəsində yerləşən 0,06 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi üçün müvafiq hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. İddiaçının təqdim etdiyi torpaq sahəsinin plan və ölçüsü isə texniki sənəd olmaqla hüquqların qeydə alınması üçün əsas ola bilməzdi. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər araşdırılmış, mübahisəli əraziyə baxış keçirilmiş, inventarlaşma işləri aparılmış, döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və araşdırma nəticəsində xxx2 nömrəli torpaq sahəsinin plan və ölçüsündə göstərilən torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsindən 110 metr məsafə aralıda yerləşməsi və üçüncü bir şəxsə m əxsus olması müəyyən olunmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(84)-101/2019 saylı qərarı ilə (hakim Vidadi Qasımov) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericilik xx xxxx 2006-cı il tarixədək torpaq sahələrinə mülkiyyət hüquqlarının vətəndaşlara verilmiş hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında qeydə alınmasını müəyyən etmişdir. İddiaçıda hər-hansı hüquqmüəyyənedici sənəd mövcud olmamış, habelə iddiaçının istinad etdiyi trpaq sahəsinin plan və ölçüsündə göstərilən torpaq sahəsi digər şəxsin mülkiyyətinə verilmiş, sonuncu isə həmin torpaq sahəsini və sahədə olan evi başqa şəxsə satmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və işin birinci instansiya məh kəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(107)-489/2019 saylı qərarı ilə (sədrlik edən Akif Eyvazov, hakimlər Rafail Əliyev və İmanverdi Şükürov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1, 8.0.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Daha sonra iddiaçı ərizə ərizə təqdim edərək bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(107)489/2019 saylı qərarından verdiyi kassasiya şikayətindən imtina edir və şikayətin mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş edir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onl arın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Hüquqi məsələlər Məhkəmə kollegiyası məruzəçinin məsələyə dair məruzəsinidinləyib, işin materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməli, kassasiya şikayəti geri qaytarılmalı və kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM): - 97.1-ci maddəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər; - 97.2-ci maddəsinə əsasən, şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir; - 97.3-ci maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar ü zrə yenidən şikayət vermə imkanını istisna edir. Məhkəmə kollegiyası göstərilmiş müddəalara əsaslanmaqla belə nəticəyə gəlir ki, kassasiya şikayətinin geri götürülməsi onu vermiş iddiaçının qanunla müəyyən edilmiş hüququ olduğundan və hazırki iş üzrə şifahi məhkəmə baxışı başlanmadığından, iddiaçının kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin olunmalı, kassasiya şikayəti geri gaytarılmalıdır. Eyni zamanda, cavabdehə izah etməklə məhkəmə kollegiyası qeyd edir ki Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 21(107)-489/2019 saylı qərarından onun tərəfindən yenidən şikayətin verilməsi istisna olunur. Bununla da, məhkəmə kollegiyası belə nitəcəyə gəlir ki, iddiaçı tərəfindən ona tanınan hüququndan istifadə edərək kassasiya şi kayətindən imtina edilməsi qanuna zidd deyildir və hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyinin pozulmasına səbəb olmur. Bu əsasla iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməklə, kassasiya icraatına xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 80, 97.1, 97.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş ərizə təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(107)-489/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri gaytarılsın və kassasiya icraaatına xitam verilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-134/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-134/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver