Məhkəmə qərarları › İş №2-1(102)-134/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-134/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-134/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ölmüş şəxsin adına çıxarış verilməsi tələbinin mümkün hesab edilməməsi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Qu liyev Zakir Müslüm və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2020-ci il tarixli 2-1(105)-168/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı atası X7 15.06.2001-ci ildə vəfat etmişdir. İddiaçı DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və yerləşdiyi 800 kv.metr torpaq sahəsinin v ahid əmlak kimi mərhum X2nun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.

2. Cavabdeh iddiaçının xahişini təmin etməmiş və iddiaçıya cavab verərək bildirmişdir ki, 1987-ci ilin mart ayında verilmiş texniki pasporta əsasən mərhum X5 aid olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 10 may tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və yerləşdiyi 800 kv.metr torpaq sahəsinin vahid əmlak kimi mərhum X2nun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınması və bu barədə dövlət reyes trindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 fərdi yaşayış evinin torpaq sahəsi fərdi ev tikintisi üçün 12 sentyabr 1958-ci ildə Sumqayıt şəhər X6 İcraiyyə Komitəsi tərəfindən protokoldan çıxarışla və 15 noyabr 1958-ci il tarixli müqavilə əsasında 800 kv.metr olmaqla X1 istifadəsinə ayrılmışdır. İddiaçının mərhum X2 1961-ci ildə bu fərdi yaşayış evinin torpaq sahəsini 800 kv.metr ölçüdə həmin şəxsdən pulunu ödəməklə almışdır. İddiaçının atası 1962-ci ildə bu ünvanda 1 mərtəbəli, üç otaqlı fərdi yaşayış evi tikmişdir. Həmin ildən də iddiaçının valideynləri bu ünvana köçərək yaşamışlar. İddiaçı xx.xx.1972-ci ildə anadan olmuş, bu evdə böyümüş, 15.09.1999-cu ildə ailə hə yatı qurmuş və hal-hazırda da bu ünvanda ailə üzvləri ilə yaşayır. 1987-ci ildə ünvan 1 fərdi yaşayış evinə müvafiq aidiyyatı orqanlar tərəfindən texniki pasport və ev dəftəri verilmiş, iddiaçı və ailəsi onun ailə üzvləri kimi pasport qeydiyyatına alınmışdır. Hal-hazırda atasının istifadəsi və sahibliyində olmuş bu evdə iki övladı və anası X4 yaşayır və pasport qeydiyyatındadırlar. X2 28 iyun 2001-ci ildə vəfat etmişdir. Hal-hazırda atasının qanun üzrə vərəsələri - həyat yoldaşı X4 və iddiaçı Orucova (Ağayeva) Məlahət Qasım qızıdır. İddiaçının atası sağ olarkən evin adına sənədləşdirilməsi üçün bir neçə dəfə aidiyyətı orqanlara müraciət etmiş, lakin üzrlü səbəblərdən evin sənədləşdirilməsini həyata keçirə bilməmişdir. Hal-hazırda iddiaçı fərdi yaşayış evini atasının adına sənədləşdirərək ç ıxarış almaq istəyir. Bununla əlaqədar fərdi yaşayış evinin və torpaq sahəsinin vərəsəlik qaydasında ailə üzvlərindən birinin adına keçirilməsi üçün aidiyyatı üzrə notariat orqanına müraciət etmiş, lakin notariat orqanı fərdi yaşayış evi və torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilmədiyini əsas götürərək xahişlərini təmin etməmişdir. Bundan sonra yaşadıqları və faktiki olaraq vərəsəliyi qəbul etdikləri fərdi yaşayış evinin və torpaq sahəsinin mərhum X2nun adına qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsələr də, cavabdeh orqan imtina cavabı vermişdir ki, fərdi yaşayış evinin və torpaq sahəsinin mərhumun adına qeydiyyata alınması üçün hər hansı hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə olunmamışdır. Hansı ki, fərdi yaşayış evinə dair Sumqayıt şəhər XDS-nin İK-nin TİB tərəfindən fərdi yaşayış evinə X3 adına 1987-ci il tarixli texniki pasport və həmin tarixli ev dəftəri əlavə olunmuşdur. 1962-ci ildən bu günə kimi heç kim tərəfindən onlara bu fərdi yaşayış evinə və torpaq sahəsinə dair irad və etiraz bildirilməmişdir.

5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2-1(085)-1032/2019 saylı qərarı ilə (hakim İ.Quliyev) iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və yerləşdiyi 800 kv.metr torpaq sahəsinin vahid əmlak kimi İddiaçı mərhum X2nun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan sənədlərlə həyətyanı torpaq sahəsinin ölçüsü göstərilməklə verilən texniki pasport və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi Corat qəsəbə nümayəndəliyində daimi saxlanılan təsərrüfat kitabında Corat qəsəbəsi, məhəllə 74, ev 105 ünvanı haqqında aparılmış qeydiyyatlar daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdir.

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2020-ci il tarixli 2-1(105)-168/2020 nömrəli qərarı ilə (hakiml ər H.Babayeva (sədrlik edən və məruzəçi), F.Zeynallı və Z.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2-1(085)-1032/2019 saylı qərarı ləğv olunmuş, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməmişdir.

9. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, yalnız üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinə dair tərtib olunmuş texniki pasportlar həmin torpaq sahələri üzərində hüquqların yaranması üçün əsas hesab olunur. Hazırki işin hallarından isə görünür ki, ünvan 1 fərdi yaşayış evinin torpaq sahəsi, fərdi ev tikintisi üçün 12 sentyabr 1958-ci ildə Sumqayıt şəhər X6 İcraiyyə Komitəsi tərəfindən protokoldan çıxarışla və 15 noyabr 1958-ci il tarixli müqavilə əsasında 8 00 kv.metr olmaqla X1 istifadəsinə ayrılmışdır.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətində iddia ərizəsində göstərilən işin faktik halları təkrarlanmış, əlavə olaraq qeyd edilmişir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü maddəsnə əsasən kəndlərdə, o cümlədən st atusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar və Sənədlərin siyahısının 2.4-cü maddəsnə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda hüquq müəyyənedici sənəd hesab edilmişdir. Göründüyü kimi, qeyd edilən Fərmanla “yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pa sport həyətyanı torpaq sahəsinin ölçüsü” göstərildiyi halda və 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxil edilmişdir. Bundan əlavə həmin Fərmanın 1.11-ci maddəsində Azərbaycan SSR-nin Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyası və Qiymətləndirilməsinə aid pasportlar yaşayış və bağ evlərinin habelə onların altında olan və ya belə evlərin tikintisi ayrılmış torpaq sahələrinin sənədləışdirilməsi üçün əsasdır və həmin siyahıya daxil edilmişdir. Bu sənədlər, yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair təsərrüfatbaşına kitablardan çıxarış Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən birinci instansiya məhkəməsinə verilmiş və apelyasiya məhkəməsinədə həmin kitaba baxış keçirilmişdir. Azərbaycan SSR-nin Koomunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyası və qiymətləndirilməsinə aid pasport (texniki) işə əlavə edilmişdir. Lakin apelyasiya məhkəməsi bu sənədləri nəzərə almamışdır. b. Kassasiya şikayətinə etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İşə baxılmasının vaxtı və yeri haqqında l azımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

14. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlmə sinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin ar ayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 16. “İnzibati icraat haqqında” Qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdı rsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğ u gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. İddiaçı məhkəmənin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (İPM-in 91-ci maddəsi). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, işə baxmış apelyasiya instansiyası məhkəməsi tərəfindən proses sual hüquq normaları düzgün tətbiq edilmədiyinə görə kassasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxışa göndərilməlidir.

19. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).

21. Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı atası tərəfindən əldə edilmiş torpaq sahəsi və orada inşa edilmiş fərdi yaşayış evinin mərhum atasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsini tələb edir. Apelyasiya instansiyası iddianın maddi hüquqi əsasını düzgün müəyyən etməmişdir. Belı ki, daşınmaz əmlaka mül kiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edən normativ akt “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanundur. Həmin Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən v ərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsi iddianın həlli üçün bu normaya istinad etməmiş, işin hallarını həmin norma əsasında təhlil etməmişdir. Məhkəmə kollegiyası həmçinin qey d edir ki, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 1.2-ci bəndinə əsasən, bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Adı çəkilən Təlimatın 2.4-cü bəndinə görə daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistem ləri vasitəsilə real vaxt rejimində əldə edilir. Təlimatın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında h üquqmüəyyənedici sənəd olaraq çıxarış və ya qeydiyyat vəsiqəsi verilməsi barədə fərqli tənzimləmə mövcuddur. Başqa sözlə, eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktlar ziddiyyətli olmaqla, normativ hüquqi aktların kolliziyası vardır və bu kolliziya, “Normativ hüquqi aktlar haqqında” Qanunun 2.6-cı maddəsinə əsasən, təlimata nisbətdə qanuna üstünlük verilməsi yolu ilə həll edilməlidir. Yəni iddia tələbi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinin müddəaları əsasında həll olunmalıdır. Bu mövqedən yanaşıldıqda iş materiallarından görünür ki, iddiaçı Qanunun 2.2-ci maddəsinin şərtləri baxımından uğurlu iddia tələbi irəli sürməmişdir. Həmin norma vərəsəyə daşınmaz əmlakın ölmüş valideynin adına qeydiyyata alınması barədə çıxarışın deyil, əm lakın ölmüş valideynə məxsus olması haqqında arayışın verilməsini nəzərdə tutur. Bu halda məhkəmə iddiaçı ilə işin hallarını bu baxımdan da müzakirə etməli, iddiaçıya uğurlu predmetli iddianı seçməkdə yardım etməlidir. Çünki Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Lakin işə baxmış məhkəmələr işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış, iddiaçı ilə bu cür mü zakirə aparıb, ona iddianın hüquqi əsasını təşkil edən maddi hüququ normasının dispozisiya şərtlərinə uyğunlaşdırılmış iddianın verilməsi üçün hüquqi yardım göstərməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd olunanlara əsasən kassasiya şikayəti qəsmən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan məhkəmə iddiaçı ilə işin hallarını ilk növbədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında ” Qanunun 22.2-ci maddəsinin dispozisiya şərtləri baxımından müzakirə etməli, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi üçün hüququ yardım göstərməli və bundan asılı olaraq iddianın həlli uçun sonrakı hüquqi dəyərləndirməni həyata keçirməlidir.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2020-ci il tarixli 2-1(105)-168/2020 nömrəli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndəriilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar