Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-134/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Xəzər rayon İcra və Probasiya şöbəsinə və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-134/2023) (Açar sözlər: dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Xəzər rayon İcra və Probasiya şöbəsinə və qeyrilərinə qarşı “icra sənədinin icra olunmas ı” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 oktyabr 2022-ci il tarixli 2-1(103)-2839/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə, Xəzər rayon İcra və Probasiya şöbəsinə və digərlərinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ARAZAVİA MMC-yə məxsus valyuta dəyişmə məntəqəsində manat etmək adı ilə 28 aprel 2017-ci il tarixində 16980 (on altı min doqquz yüz səksən) ABŞ dollar pulunu cinayət yolu ilə ələ keçirmələri və tam baxılmaması və xeyrinə qərar vermiş Bakı Apellyasiya Məhkəməsinə mülki kollegiyasına və icra şöbələrinə yazılı və şifahi dəfələrlə müraciət etməyinə baxmayaraq 2(103)-4/2019 saylı işin, icra sənədinin icra olunmaması və əksinə icra orqanları tərəfindən icra sənədinin saxtalaşdırılması və Ədliyyə Nazirliyi tərəfindən və bütün cavabdeh inzibati orqanlar tərəfindən bilərəkdən qərəzli halda işə, ailəsinə, imicinə hörmətsizlik edilməsi, sənədləri saxtalaşdıraraq cavab ərizələri göndərmələri və əsassız qərarlar göndərmələri və s. Azərbaycan Respublikasının qanunvericiliyinin və İnsan Hüquqları və X1 haqqında Konvensiyanın və Protokolların pozulmuş maddələrinin tələblərinə uyğun olaraq icra sənədinin öhdəliyin icra olunmaması və cavabdeh inzibati orqanların hərəkət və hərə kətsizliyinə görə cavabdehlərdən 1000 000 000 (bir milyard) tutularaq ödənilməsi və s. barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
2. Bakı İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2-1(112)-3595/2022 nömrəli qərardadı ilə (hakim A.Əhədova) iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli 2-1(103)-2839/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2-1(112)-3595/20 22 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 5 İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkil ilə təmin olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 oktyabr 2022-ci il tarixli 2-1(103)-2839/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə verən iddiaçı uzun müddətdir ki, müxtəlif iddialarla məhkəmələrə müraciət edir. Onun tərəfindən qaldırılan çoxlu sayda iddiaları mümkünsüz hesab edilmiş və hər dəfə iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə verilmişd ir. Göründüyü kimi, iddiaçı məhkəmədə əsassız iddialar qaldırmaqla süni şəkildə məhkəmə işlərini artırır. Dövlət hesabına təyin edilən vəkilə ödəniş dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir ki, həmin məbləğdən istifadə olunması hallarında məhkəmələr tərəfindən xüsusi həssaslıq göstərilməli, sui-istifadə hallarının qarşısının alınması üçün mümkün qədər diqqətli davranılmalıdır. Çünki əsas olmadığı təqdirdə hüququ olmayan şəxslərin dövlət hesabına vəkillə təmin edilməsi dövlət vəsaitinin təyinatından kənar əsassız yerə xərclənməsinə səbəb olmaqdadır.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ona dövlət büdcəsi hesabına vəkil təyin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəl illəri
9. İddiaçı kassasiya şikayətində qeyd edir ki, apellyasiya məhkəməsinin icraatında olan başqa inzibati işlə bağlı o,12 avqust 2022-ci il tarixdə vəkillə təmin olunmuşdur, lakin 51 gün sonra eyni məhkəmə kollegiyası fərqli cavabdehə qarşı yönələn mahiyyətcə eyni işə baxarkən onun vəkillə təmin edilmə barədə ərizəsini təmin etməyiblər. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh kassasiya şikayətinə dair etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, mə hkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pred metini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
16. Dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmə maddi cəhətdən vəkillə müqavilə bağlamağa maddi imkanı olmayan şəxslərin kassasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə edilməsi məqsədini daşıyır. Dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma üçün əsas meyar vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitin olmaması, yəni ərizəçinin aztəminatlı şəxslərə aid olmasıdır.
17. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçının aşkar surətdə əsassız və uğursuz kassasiya şikayəti verməsini də nəzərə alır. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq hazırkı məzmunda iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilir. Buna görə də, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi də qiymətləndirilə bilməz.
18. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 oktyabr 2022-ci il tarixli 21(103)-2839/2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.