Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-134/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kirayə müqaviləsinin bağlanması) 15.03.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2-1(103)-2101/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə ic raatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər XDS-nin İK tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli, 132377 nömrəli orderə əsasən, 26 Bakı Komissarı XDS İK-ın xx.xx.1972-c il tarixli, 40 nömrəli qərarı ilə X4 ailə tərkibi X9 və X11maqla Bakı şəhəri, Razin qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzili verilmişdir.
2. Bakı şəhəri Cavabdeh2 MKTB-nin 86 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020ci il və xx.xx.2021-ci il tarixli arayışlarda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı, tam kommunal şəraitli, təcrid olunmuş mənzili yerli icra hakimiyyətinə məxsusdur. Sahibi (kirayəçi) X8 xx.xx.1990-cı il tarixdə, X12 xx.xx.1989-cu il tarixdə, X9 xx.xx.1989-cu il tarixdə həmin ünvan üzrə qeydiyyatdan çıxıblar. Mənzildə X6 xx.xx.1989-cu il tarixdən və İddiaçı 1993-cü il tarixdən daimi qeydiyyatdadırlar. 3. 0451 nömrəli “Şəxsi Hesab” vərəqində Bakı şəhəri Cavabdeh2 MKTB-nin 86 saylı MKİS-nin rəisi Ə.Məmmədovun və mühasibi M.Əliyevin imzası və idarənin möhürü ilə təsdiqlənmiş xx.xx.2020-ci il tarixli qeyddən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzilinin sahibi (kirayəçi) X8 xx.xx.1990-cı ildə qeydiyyatdan çıxmışdır. Mənzildə X6 xx.xx.1989-cu il tarixdən və İddiaçı 1993-cü ildən daimi qeydiyyatdadırlar və yaşayırlar.
4. Rusiya Federasiyasında qeydiyyatda olan X1 adından etibarnamə əsasında nümayəndəsi X6 tərəfindən verilmiş və notarial təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, **********828 nömrəli ərizədən görünü r ki, X8 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 10 ünvanında yerləşən 45 saylı mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanması üçün sərəncam verilməsinə etiraz etmir.
5. X6 tərəfindən verilmiş və notarial təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, **********709 nömrəli ərizədən görünür ki, o, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 10 ünvanında yerləşən 45 saylı mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanması üçün sərəncam verilməsinə etiraz etmir.
6. İddiaçı Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzilinə dair onunla mənzil kirayə müqaviləsinin bağlanması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh müvafiq sənədlərin (evin orderi, RİH-in sərəncamı və s.) təqdim edilmədiyini əsas gətirərək, xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə (üçüncü şəxs X6) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1972-ci il tarixli orderə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzilinin icarədarı həmin mənzildən 1990-cı ildən qeydiyyatdan çıxıb Rusiyaya daim i yaşamaq üçün köçmüş X2. Eyni zamanda, həmin orderdə onun ailə üzvləri olan, 1989-cu ildə oradan qeydiyyatdan çıxmış X7 və X10 adları vardır. Hazırda həmin mənzildə İddiaçı və onun anası X6 yaşayır. İddiaçı orda doğulduğu vaxtdan, anası isə 1989-cu ildən yaşayır və daimi pasport qeydiyyatındadırlar. Onlardan başqa həmin mənzildə qeydiyyatda heç kim yoxdur. İndi isə onlar iddiaçının həmin mənzilin icarədarı olmasını istəyirlər. İddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, həmin mənzilə dair onunla kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsini xahiş etmişdir. Lakin cavabdeh özünün xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, onunla mənzil kirayə müqaviləsinin bağlanması barədə müvafiq sənədlər (order, sərəncam və s.) təqdim edilmədiyindən xahişi təmin olunmamışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, mübahisəli mənzil dövlət mənzil fonduna aiddir və icarədarı X8 1990-cı ildən qeydiyyatdan çıxmış, daimi yaşamaq üçün Rusiyaya köçmüşdür. Həmin səbəbdən də, iddiaçı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasını istəyir. Onunla qeydiyyatda olan anası da buna razıdır.
9. Cavabdeh tərəfindən iddiaya qarşı birinci instansiya məhkəməsinə hər hansı münasibət (etiraz) təqdim edilməmişdir.
10. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri Cavabdeh2 MKTB-nin 86 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışı təqdim edilmişdir. Həmin arayışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 45 saylı mənzildə X6 və İddiaçı qeydiyyatdadırlar.
11. Birinci instansiya məhkəməs inin sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, vətəndaşlara mənzillərə dair verilmiş orderlər Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Eləcə də, həmin məktubla keçmiş 26 Bakı Komissarı XDS İK-nın (indiki Səbail rayon İcra Hakimiyyəti) arxiv fondu üzrə xx.xx.1972-ci il tarixli, 40/3232 nömrəli qərarının təsdiq edilmiş kserosurəti təqdim edilmişdir. Həmin qərardan müəyyən olunur ki, yerli komitənin və işçilərin ümumi yığıncağının qərarı təsdiqlənərək X4 ailə tərkibi 3 nəfərdən (özü və iki uşağı) ibarət tərkibdə Bakı şəhəri, Razin qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzilinə dair order verilməsi qərara alınmışdır.
12. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Abdullayeva) 22 dekabr 2022-ci il tarixli, 2-1(112)-7649/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 2 ünvanında yerləşən mənzilə kirayə müqaviləsinin İddiaçı ilə bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1993cü ildən istifаdəsində оlаn mənzildən iddiаçı tərəfindən mаnеəsiz istifаdə еdilməsinə, qeydiyyatda olmasına bахmаyаrаq, mənzilə dаir cаvаbdеhin hər hаnsı bir sərəncаmı mövcud dеyildir. Hаlbuki, 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə оlmuş Аzərbаycаn SSR-in 1982-ci il 08 iyul tаriхli Qаnunu ilə təsdiq оlunmuş Аzərbаycаn SSR Mənzil Məcəlləsinin 51-ci mаddəsinə əsаsən, dövlət və ictimаi mənzil fоndu еvlərində yаşаyış sаhəsindən icаrə müqаviləsinə uyğun оlаrаq istifаdə еdilir. İnzibati o rqan tərəfindən qаnunvеricilik ilə müəyyən еdilmiş dövlət mənzil fоndunа dаir nəzаrəti həyаtа kеçirmək vəzifəsi yеrinə yеtirilməmiş, iddiaçının yaşadığı mənzil dövlət nəzаrətindən kənаrdа qаlmışdır, belə ki, həmin mənzilin kirayəçisinin mənzildən istifadə etməsinə baxmayaraq yeni kirayə müqaviləsi bağlanmamışdır. Həm 2009-cu ilin oktyabr ayının 1-nə qədər, həm də ondan sonra, yəni hazırda mənzil münasibətlərini tənzimləyən Mənzil Məcəllələrində iddiaçının istifadə etdiyi mənzilə dair kirayə müqaviləsinin onunla bağlanmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (haki mlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 20 iyun 2023-cü il tarixli, 2-1(103)-2101/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, o, doğulduğu vaxtdan yəni, 1993-cü ildən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 10 ünvanında yerləşən 45 saylı mənzildə qeydiyyatdadır və yaşayır. Mənzilin kirayəçisi X3muş və onun adına mənzilə dair order keçmiş 26 Bakı Komissarı XDS İK-nın (indiki Səbail rayon İcra Hakimiyyəti) xx. xx.1972-ci il tarixli, 40/3232 nömrəli qərarı əsasında ailə tərkibi 3 nəfər – özü və iki uşağı X9 və X11maqla verilmiş, onlar mənzildən 1990-cı ildən qeydiyyatdan çıxaraq, başqa yaşayış məntəqəsinə köçüb getmişlər və həmin mənzildə yaşamamışlar. Həmin vaxtdan mənzildə iddiaçının anası qeydiyyatda olmaqla yaşayır. Hazırda mənzildə qeydiyyatda olan iddiaçının anası X5 və əvvəlki kirayəçi X8 tərəfindən mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair notarial təsdiq olunmuş razılıq ərizəsi verilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının doğulduğu vaxtdan yəni, 1993-cü ildən anası ilə birgə mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 10 ünvanında yerləşən 45 saylı mənzildə qeydiyyatda olması və yaşaması işin mübahisəsiz halı olduğundan, cavabdehin sosial kirayə müqaviləsinin mənzilə ehtiyacı olan şəxslərlə bağlanmalı olması dəlili iddiaçının əleyhinə deyil, lehinə olan dəlil kimi qəbul edilməlidir. Cavabdehin apellyasiya şikayətinin 1993-cü ildən mübahisəli mənzildən iddiaçı tərəfindən maneəsiz istifadə edilməsinə, iddiaçının və anasının orada qeydiyyatda olmasına baxmayaraq, mənzilə dair Cavabdeh2 tərəfindən hər hansı bir sərəncam verilməməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan, yəni 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsinin icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən yaşayış sahəsini özbaşına tutmuş şəxslər bu Məcəllənin 89-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qaydada digər yaşayış sahəsi verilmədən çıxarılırlar. Göründüyü kimi, iddiaçı və anası 30 ilə yaxın bir dövrdə yaşadıqları və qeydiyyatda olduqları mübahisəli mənzildən yaşayış sahəsini özbaşına tutmuş şəxslər qismində nə çıxarılmamışlar (xüsusən nəzərə alınır ki, cavabdeh iddiaçıların yaşayış sahəsini özbaşına tutmuş şəxslər olmasına dair heç bir dəlil və mübahisəyə istinad etmir), nə də çıxarılmadıqları təqdirdə cavabdeh inzibati orqan 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 51-ci maddəsinin tələblərinə əməl etməyərək yaşayış sahəsindən yaşayış sahəsinin icarə müq aviləsinə uyğun olaraq istifadə edilməsinin təmin olunması üçün yaşayış sahəsinin icarə müqaviləsini bağlamamışdır.
18. Qeyd edilməlidir ki, 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Təqdim edilmiş sübutlardan görünür ki, mənzilin kirayəçisi X3muş və onun adına mənzilə dair order keçmiş 26 Bakı Komissarı XDS İK-nın (indiki Səbail rayon İcra Hakimiyyəti) xx.xx.1972-ci il tarix li, 40/3232 nömrəli qərarı əsasında ailə tərkibi 3 nəfər – özü və iki uşağı X9 və X11maqla verilmiş, onlar mənzildən 1990-cı ildən qeydiyyatdan çıxaraq, başqa yaşayış məntəqəsinə köçüb getmişlər və həmin mənzildə yaşamamışlar. Cavabdeh isə iddiaçının təqdim etdiyi bu sübutları təkzib edəcək hər hansı sübuta istinad etmir.
19. Cavabdeh şikayətində iddiaçının əvvəlki icarədarın qohumu olmadığına istinad edərək bildirir ki, vətəndaşın qohumluq münasibətləri olsa idi, kirayə müqaviləsi dəyişdirilə bilərdi. Qeyd edilməlidir ki, yenə 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hal lar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Hazırkı halda isə mübahisə qohumluq münasibətində olan şəxsin icarə müqaviləsinin dəyişdirilməsi ilə bağlı deyil, fərqli faktiki və hüquqi əsalara söykənir. Yəni işin faktiki halları olaraq iddiaçı və anası 30 ilə yaxın bir dövrdə yaşadıqları və qeydiyyatda olduqları mübahisəli mənzildən yaşayış sahəsini özbaşına tutmuş şəxslər qismində nə çıxarılmamışlar (xüsusən nəzərə alınır ki, cavabdeh iddiaçıların yaşayış sahəsini özbaşına tutmuş şəxslər olmasına dair heç bir dəlil və mübahisəyə istinad etmir), nə də çıxarılmadıqları təqdirdə cavabdeh inzibati orqan 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 51-ci maddəsinin tələblərinə əməl etməyərək yaşayış sahəsindən yaşayış sahəsinin icarə müqaviləsinə uyğun olaraq istifadə edilməsinin təmin olunması üçün yaşayış sahəsinin icarə müqaviləsini bağlamamışdır. Göründüyü kimi, iddiaçının iddia tələbinin hüquqi əsası 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 83-cü maddəsinin deyil, həmin Məcəlləsinin 51-ci maddəsinin təsiri altına düşür. Bundan başqa həmçinin, 2009-cu ilin оktyаbrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1.-ci, 4.0-cı, 4.0.2.-ci, 16-ci, 17.3.1.-ci, 17.4-cü, 18-ci, 59.1-ci, 135.1-ci mаddələrində iddiaçının istifadə etdiyi mənzilə dair kirayə müqaviləsinin onunla bağlanmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur.
20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsin i və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
21. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə olmuş Azərbaycan SSR-in Mənzil Məcəlləsi Maddə
51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsinin icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Maddə
83. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini n icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə
89. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yol verilir. Yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Ancaq yaşayış sahəsini özbaşına tutmuş və ya uçmaq qorxusu olan evlərdə yaşayan şəxslərin prokurorun sanksiyas ı ilə inzibati qaydada çıxarılmasına yol verilir. Vətəndaşlar yaşayış sahəsindən çıxarılarkən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna edilməklə, eyni zamanda başqa yaşayış sahəsi verilir. Maddə
98. Yaşayış sahəsini özbaşına tutmuş şəxslər bu Məcəllənin 89-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qaydada digər yaşayış sahəsi verilmədən çıxarılırlar. 24. 2009-cu ilin оktyаbrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların ( bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Maddə 4.0. Dövlət оrqаnlаrı və bələdiyyələr öz səlаhiyyətləri dахilində mənzil hüquqlаrının həyаtа kеçirilməsi üçün şərаit yаrаdır və bu məqsədlə: 4.0.2. müəyyən еdilmiş qаydаdа sоsiаl kirаy ə müqаvilələri əsаsındа və yа dövlət və yа bələdiyyə mənzil fоndu yаşаyış sаhələrinin kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrı yаşаyış sаhələri ilə təmin еdir. Maddə
16. Yаşаyış sаhələri üzərində mülkiyyət və digər əşyа hüquqlаrı Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsində və digər qаnunvеricilik аktlаrındа nəzərdə tutulmuş hаllаrdа və qаydаdа dövlət qеydiyyаtınа аlınmаlıdır; Maddə 17.3.1. Sоsiаl təyinаtlı mənzil fоndu – dövlət və bələdiyyə mənzil fоndlаrındаn sоsiаl kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrа vеrilən yаşаyış sаhələrinin məcmusudur; Maddə 17.4. Mənzil fоndu qаnunvеricilikdə müəyyən еdilmiş qаydаdа dövlət uçоtunа аlınmаlıdır; Maddə
18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəy yən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
25. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”
4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri 4.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: 4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək; 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydad a əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qəra rdadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldır ılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya i nstansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi 1993-cü ildən yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşadığı və istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması haqqında cavabdeh tərəfindən sərəncam verilməsinə nail olmaqdan ibarətdir.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzilinə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etd iyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
37. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 21(103)-2101/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.