Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1340/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1340/19 Bakı şəhəri 08 may 2019-cu il 08.05.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili Ağakişi Nağıyevin, cavabdeh Azərbaycan Respubikası Təhsil Nazirliyi nümayəndəsi XXXun və vəkili Vəkil iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2-1( 103)-2678/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respubikası Təhsil Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992-1994-cü illərdə “ibtidai sinif müəllimi” ixtisası üzrə təhsil almağı barədə XXX Asossiyası və X1 X2 AH №-0001226 saylı diplomunun dövlət nümunəli hesab edilməsi və cavabdehin hərəkətsizliyinin və 05 iyul 2018-ci il tarixli, Ə-7567/05-24 saylı məktubunun qanunsuz hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1992-ci il tarixdə XXX Asossiyası və X1 X2 Cəlilabad şöbəsinə daxil olmuş, 1994-cü il tarixdə ibtidai təhsil pedoqogika və metodikası ixti sası üzrə tam kursu bitirmiş, bu barədə diplom almışdır. Həmin tarixdən ibtidai sinif müəlliməsi kimi işləmiş, 2010 və 2017-ci il tarixlərdə ixtisasartırma kurslarında olmuş, 2015-ci il tarixdə diaqnostik qiymətləndirmədən keçərək 36 bal toplamışdır. Lakin cavabdeh onun təhsil aldığı kollecin lisenziyasız fəaliyyət göstərməsi əsası ilə diplomunu dövlət nümunəli təhsil sənədi hesab etməmişdir. Halbuki, cavabdehin X6 Komissiyasının 02 iyun 1993-cü il tarixli, 14/6 saylı qərarına görə, kollec orta ixtisas təhsil müəssisəsi statusu ilə qeydə alınmış, dövlət reyestrinə salınmış, sertifikat verilmiş, müəllim ixtisası üzrə kadrlar hazırlamaq hüququnun verilməsi, diplomların hüquqi qüvvə kəsb etməsi barədə qərar qəbul edilmişdir. Hesab edir ki, kollecin lisenziyasız fəaliyyət göstərməsi onun diplo munun etibarsızlığı və ya dövlət nümunəli olmaması üçün əsas ola bilməz. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli, 2-1(82)3427/2018 saylı qərarı (hakim Xaliq İmanov) ilə iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının təhsil aldığı kollec həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə uyğun şəkildə dövlət qeydiyyatına alınmış və qanuni əsaslarla fəaliyyət göstərdiyindən, həmin kollecin diplomunun tanınmaması üçün əsas mövcud deyildir. İddiaçıya diplom verildikdən 16 il sonra qüvvəyə minən Azəarbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli, 82 saylı “Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların ver ilməsi Qaydası” ona münasibətdə tətbiq edilə bilməz. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2-1(103)-2678/18 saylı qərarı ilə (sədrlik edən hakim Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təhsil aldığı müəssisə ilə bağlı X6 Komissiyası müvafiq qərar qəbul etsə də, müəssisənin tədris müəssisəsi kimi dövlət reyestrinə daxil edilməsi barədə Nazirlər Kabientinin müvafiq qərarı qəbul olunmamış, fəaliyyət göst ərməsi üçün ona sertifikat verilməmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu hər hansı təhsil sahəsi üzrə diplom dövlət nümunəli sənəd kimi tanına bilməz. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Təhsil haqqında” Azərbaycan Republikası Qanunun 8, “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 2, 13, 31-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” 29 iyul 1993-cü il tarixli 413 nömrəli Qərarının 7-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 1993-cü il tarixli, 60 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdində X6 Komissiyası haqqında” Əsasnaməs i ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv edilməsi, işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, cavabdeh ona verilmiş təhsil diplomunun dövlət nümunəli olmaması barədə bildirsə də, lakin bu nümunənin necə olması barədə sübutu təqdim etməmişdir. Habelə, cavabdeh onun təhsil aldığı müəssisənin sertifikat almadığını və qeydiyyatdan keçməməsi kimi dəlil üzrə sübutlarını təqdim etməmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən, belə sübutların təqdim edilməsi on un vəzifəsi olmuşdur. Digər əsas kimi bidirilmişdir ki, tətbiq edilmiş hüquq onun kollecdə təhsil aldığı müddətdən sonra qəbul edilmişdir ki, onun vəziyyətini ağırlaşdırmaq üçün istifadə edilə bilməzdi. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 149, “İnsan hüquqularının və əsas azadlıqlarının qorunması haqqında” Avropa Konvensiyasının 6-cı maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Cəlilabad rayon İcra Hakimiyyəti başçısının 03 dekabr 1992-ci il tarixli, 160 nömrəli sərəncamı ilə X5 Kollecinin Cəlilabad filialının əsasnaməsi təsdiq edilmiş və həmin filial rayon İcra Hakimiyyətində dövlət qeydiyyatından keçirilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 19 iyul 1990-cı il, 332 nömrəli qərarı ilə qeydə alınmış TEİ XXX Asossasiyasınын Nizamnaməsinə müvafiq olaraq 23 oktyab r 1992-cı il tarixli, 54 nömrəli qərarı ilə təşkil olunmuş “Təsərrüfat hesablı eksperimental alternatıv pedoqoji qız kollecinin” Əsasnaməsi 06 dekabr 1992-ci ildə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmişdir. “X2 qeydə alınması haqqında” Azərbaycan Respublıkası Təhsil Nazirliyinin X6 Komissiyasının 02 iyun 1993-cü il tarixli, 14/6 nomrəli qərarının 1-ci bəndi ilə X4 orta ixtisas təhsili müəssisəsi statusu ilə qeydə alınmışdır. Həmin qərarın 3-cü bəndində X4nə ibtidai təhsil pedaqogikası və metodikası, (ibtidai sinif müəllimi), məktəbəqədər pedaqogika (məktəbəqədər tərbıyə müəssisələrində tərbiyəçi) sinifdən xaric və məkdəbdənkənar işlər üzrə kadrlar hazırlamaq hüququ verilmişdir. Həmin qərarın 4-cü bəndində isə Neftçala qızlar kollecı tərəfindən verilmiş diploml arın hüquqi qüvvə kəsb edən sənəd hesab edilməsi qərara alınmışdır. 11 iyul 1994-cü il tarixli, AH seriyalı 000226 saylı diplomun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1992-ci il tarixdə XXX Asossasiyası və X3 X2 Cəlilabad şöbəsinə daxil olmuş və 1994-cü ildə ibtidai təhsil pedoqogikası və metodikası ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı hazırda həmin ixtisas üzrə Cəlilabad rayonu Sərhədabad kənd ümumi orta məktəbində müəllim işləyir, orta aylıq əmək haqqı 727,22 manatdır (Azərbaycan Respublikası Təhsil Nazirliyi 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 02 iyul 2018ci il tarixli, 353 nömrəli arayışı) Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05 iyul 2018-ci il tarixli, Ə-7567/05saylı cavab məktubunda XXX Asossasiyası və X3 X4 tərəfindən yazılmış AH seriyalı, 000226 nömrə li diplom blankının dövlət nümunəli təhsil sənədi hesab edilmədiyi bildirilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarının düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin verdiyi diplom dövlət nümunəli sənəd kimi tanına bilməz. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlillərinə görə, onun təhsil aldığı müəssisə yarandığı zaman qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən fəaliyyət göstərdiyindən, daha sonra qəbul edilmiş qanunvericiliyin tələbləri mübahisəyə münasibətdə təəbiq oluna bilməzdi. Məhkəmə kollegiyası dəlili əsaslı hesab etmir. İşin hallarından göründüyü kimi, iddiaçı 1992-ci il tarixdə XXX Asossasiyası və X3 X2 Cəlilabad şöbəsinə daxil olmuş, halbuki, iddiaçının ist inadına görə də, həmin müəssisənin yalnız 03 dekabr 1992-ci il tarixdə əsasnaməsi təsdiq edilmiş və rayon İcra Hakimiyyətində dövlət qeydiyyatına alınmışdır. “Azərbaycan Respublikasında tədris müəssisələrinin qeydiyyatdan keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 fevral 1992-ci il tarixli, 69 saylı qərarı ilə müəyyən edilmişdir ki, respublikada fəaliyyət göstərən dövlət və qeyri-dövlət mülkiyyətinə mənsub olan bütün tədris müəssisələri - ali, orta ixtisas, texniki-peşə və ümumtəhsil orta məktəbləri, litseylər, kolleclər, gimnaziyalar və onların müvafiq filialları, məktəbəqədər tərbiyə və məktəbdənkənar müəssisələr, menecer məktəbləri, müxtəlif hazırlıq, təkmilləşdirmə və ixtisasartırma kursları Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tərəfindən 1992-ci i l, martın 1-dən başlayaraq qeydiyyata alınsın. Maddənin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, 03 dekabr 1992-ci il tarixdə X2 Cəlilabad şöbəsinin təhsil müəssisə kimi icra hakimiyyətində qeydə alınmaqla təhsil müəssisəsi kimi fəaliyyətə başlanması artıq qanunsuz olmuşdur, çünki belə müəssisələrin həmin dövrdə fəaliyyətdə olan Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tərəfindən 01 mart 1992-ci il tarixindən qeydiyyata alınması müəyyən edilmişdir. Digər əsas iddiaçı bildirmişdir ki, cavabdeh ona verilmiş diplomun dövlət nümunəli sənəd olmaması və onun təhsil aldığı müəssisənin sertifikat almadığını və qeydiyyatdan keçməməsi kimi dəlil üzrə sübutlarını təqdim etməmişdir. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən razılaşmadığını qeyd edir. 30 dekabr 1992-ci il tarixindən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Təhsil Qanununun”: - 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir. Dövlət standartları müxtəlif tipli tədris müəssisələri haqqında Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq olunmuş xüsusi əsasnamələrlə müəyyən edilir və həyata keçirilir. Bu funksiyanı müstəqil surətdə həyata keçirmək üçün Xalq Təhsili Nazirliyi sistemində X6 Komissiyası yaradılır. Komissiyanın Əsasnaməsini hökumət təsdiq edir. - 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, (...) müəssisələri fəaliyyət göstərir. (...) Təhsil müəssisəsi təhsil qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaradılır, yenidən təşkil olunur, ləğv edilir. Təhsil müəssisəsi Azərbaycan Respublikası hökumətinin müəyyən etdiyi qaydada qeydiyyatdan keçdikdən sonra müstəqil hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnamə təhsil müəssisəsinin ali orqanında qəbul olunur və təhsili idarəetmə orqanı tərəfindən qeydiyyata alınır; - 31-ci maddəsinə əsasən, Xalq Təhsili Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə nəzarət edir; (...), zəruri normativ sən ədlər hazırlayan yüksək ixtisaslı mütəxəssislərdən ibarət X6 Komissiyası yaradır; mülkiyyət formasından asılı olmayaraq təhsil qanunvericiliyinin icrasına nəzarət edir; (...), habelə tabeliyində olubolmamasından və mülkiyyət formasından asılı olmayaraq, başqa təhsil müəssisələri və təhsil idarələrinin yaradılmasına, ləğvinə və yenidən qurulmasına rəy verir; təhsil müəssisəsinin açılması üçün lisenziya verir və onu qeydiyyata alır; təhsil müəssisələrinin yaradılması və ləğvi ilə əlaqədar vəsatət qaldırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 1993-cü il tarixli, 60 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdində X6 Komissiyası haqqında” Əsasnaməyə əsasən, Ekspert Komisiyyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədlə ri və maddi-texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərar çıxardır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edilir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. Sadalanmış qanunveriicliyin mübahisəli məsələyə ilə bağlı tələblərindən göründüyü kimi, Azərbaycan Respublikası X alq Təhsili Nazirliyinin yanında X6 Komissiyası yaradılır ki, həmin Komissiyanın təhsil müəssisəsi ilə bağlı qəbul etdiyi müsbət qərar əsasına daha sonra Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəssisənin qeydə alınması barədə qərar qəbul olunmalıdır. Yalnız bundan sonra müəssisə dövlət reyestrinə daxil edilməli və ona sertifikat verilməlidir. Qeyd edilmiş prosedura riayət edildiyi təqdirdə təhsil müəssisəsi təhsil qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaradılmış hesab edilir və müstəqil hüquqi şəxs statusu alır. İşin hallarından göründüyü kimi, iddiaçının təhsil aldığı müəssisə ilə bağlı Azərbaycan Respublıkası Təhsil Nazirliyinin X6 Komissiyasının 02 iyun 1993-cü il tarixli qərarı qəbul olunsa da, lakin həmin müəssisə ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinet inin qərarı qəbul edilməmişdir. Belə olan halda həmin müəssisənin dövlət reyestrinə daxil edilməsi və müvafiq sertifakatın verilməsi mümkün olmadığından, bununla bağlı cavabdeh tərəfindən hansı sübutların təqdim edilməli olduğu barədə iddiaçının dəlili anlaşılan deyiıdir. Diplomun dövlət nümünəli sənəd kimi qiymətləndirilməməsinə münasibətdə isə qanunvericiliyin tələbləri aşağıdakılardan ibarətdir. “Azərbaycan Respublikasının Təhsil Qanununun” 8-ci maddəsinin 1-ci bəndinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsinini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdi q edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” 29 iyul 1993-cü il trixli, 413 saylı qərarının 7-ci bəndinə əsasən, qeyd olunsun ki, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl tədris müəssisələri qeyri-qanunidir və bu tədris müəssisələrinin verdikləri təhsil sənədləri etibarsız sayılır. Belə müəssisələr müəyyən olunmuş qaydada yenidən təşkil edilmiş X6 Komissiyasının rəyi əsasında Nazirlər Kabinetində dövlət qeydiyyatından keçə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 1994-cü il tarixli, 58 saylı qərarı ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsas naməsi” təsdiq edilmiş və həmin əsasnamənin 3.5-ci bəndində müəyyən edilmişdi ki, Təhsil Nazirliyi (...) həvalə edilmiş vəzifələrə uyğun olaraq: - məzunların təhsil müəssisələrini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədlinin nümunəsini müəyyən olunmuş qaydada təsdiq olunmaq üçün təqdim edir, məzunların sayına müvafiq olaraq təhsil müəssisələrini sənəd blankları ilə təmin edir. Maddələrin tələblərindən göründüyü kimi, yalnız X6 Komissiyasının rəyi əsasında Nazirlər Kabinetində dövlət qeydiyyatından keçmiş təhsil müəssisələrini vahid formada dövlət sənədi olan diplom blankları ilə təmin edilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəzifəsi kimi müəyyən edilmişdir. Göstərilmiş qaydada yaradılmamış təhsil müəssisələrinin verdiyi diplomların isə etibarsız hesab olunması müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən dövlət nümünəli diplomun hansı tərzdə olması barədə hər hansı bir sübutun təqdim edilməsinə ehtiyac olmamış, çünki iddiaçının təhsil aldığı müəssisə qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatından keçmədiyindən, həmin müəssisənin verdiyi təhsil barədə sənədi etibarsızdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96. 8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2-1(103)-2678/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1340/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1340/2019
08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver