Məhkəmə qərarları › İş №2-1(102)-1340/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1340/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1340/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1340/2020) Açar söz: müharibə veteranı adının və vəsiqəsinin verilməsi, hərbi xidmət keçmənin hərbi biletlə yanaşı hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsbiq olunması, qanuni əsaslarla tərxis olunma. Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-117/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuşdur və hazırda Qax rayonun Güllük kəndində yaşayır. İddiaçının N-1994-cü illərdə Qax batalyonunun, N və N nömrəli hərbi hissələrin tərkibində Dağlıq Qarabağ və ətraf rayonlar uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(02 4)-401/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı müharibə iştirakçısı kimi ona müharibə veteranı adının verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ərizə ilə müraciət etmişdir. Komissiya iddiaçının tələbini təmin etməmiş və ona xx.xx.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il tarixli, N nömrəli hərbi hissə komandirinin yanvar-fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında onun xidməti barədə məlumat aşkar edilmədiyinə və Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulmadığına görə onun tələbi təmin olunmamışdır. Bununla razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təsdiq edilir. Bundan əlavə, onun N-cü il tarixdə elan edilmiş səfərbərliklə Qax rayon Hərbi Komissarlığından döyüş zonasına göndərilməsi təsdiq edilir. Döyüş bölgəsinə göndərilməsi və nizami hissə əmrlərinin verilməsi ilə bağlı rəsmiləşdirmələri aparmaq onun səlahiyyətində olan məsələ olmadığından onun həmin döyüş əmliyyatlarında iştirak faktını təsdiq edilən məhkəmə qətnaməsi əsas götürülməlidir. Cavabdehin etiraz dəlilləri: İddiaçı N və N nömrəli hərbi hissələrin tərkibində hərbi xidməti barədə məlumat yoxdur. Həmçinin iddiaçının Bu səbəbdən ona "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1540/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim R.Məcidov) iddianın rədd edlməsi qərara alınmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənə dlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar rəsmi aktlarla dəstəklənmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-117/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər M.Hüseynov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və V.Məlikov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2-1(84)-1540/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən s axlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-117/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və işin yenidən baxılması üçün göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində iddia ərizəsinə münasibətin «etiraz» forması mötərizədə «etiraz» göstərilsə də, cavabdeh mövqeyinin haqsız olduğuna və inadının əsassızlığına görə «münasibət» adlandırdığı məktubunda bir dəfə də olsun «etiraz» sözünü işlətməmişdir. Digər tərəfdən, iddia ərizəsini təmin etməməyi xahiş edən Müdafiə Nazirliyinin qeyri-müəyyən mövqe yi özünü bir daha onda biruzə verir ki, cavabdeh məsuliyyəti boynundan ataraq özünü əsil olmayan cavabdeh kimi qələmə verir. Deməli Müdafiə Nazirliyi dolayısı ilə iddianı əsaslı sayır, lakin özünə qarsı yönəldilməli olmadığını demək istəyir. Bu halda da Müdafiə Nazirliyinin mövqeyi yanlışdır. Belə ki, yarım il əvvəl mülki məhkəmə icraatı qaydasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəyə münasibət bildirən və ərizənin təmin edilməsinə etiraz etməyən Müdafiə Nazirliyi özünü əsil olmayan cavabdeh saymamışdır. Bundan keçən yarım il ərzində heç bir dəyişiklik olmadığı halda cavabdeh özünü cavabdeh bilmək istəmir. Məhkəmə işdə olan tələbnaməni almaq üçün sorğunu ona görə vermişdir ki, onun cinayət məsuliyyətinə cəlb olunub-olunmamağına dair cavab alsın. Bu cavabda onun heç vaxt hər hansı bir cinayətə görə, o cümlədən hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum olunmadığı, barəsində hər hansı bir cinayət təqibinin olmaması və ya cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmədyi göstərilir. Bu isə o deməkdir ki, məhkəmə yanlış olaraq istinad etiyi «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsindəki qeydin ona qətiyyən aidiyyatı yoxdur və o bu qanunun həmin maddəsinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs sayılır. Tərəflərin izahatları: İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhk əmə iclasına gəlməmişlər. Əsaslandırıcı hissə Kollegiya tərəflərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə məhkəmə iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İddiaçının vəkili teleqram göndərərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onun vəsatətini təmin etməmişdir. Çünki Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə mulamat verməklə kifayətlənməməli, həmçinin bunun üzürlü səbəbi barədə sübutu təqdim etməlidir. İddiaçı qanunun bu tələbinə əməl etməmiş, üzürlü səbəb barədə sübutu təqdim etməmişdir. Yəni mövcüd vəziyyətdə iddiaçının üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməməsi təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstə rilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Məhkəmələr gəldiyi nəticxəni onunla əsaslandırmışdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsində saxlanılan iddiaçıya məxsus qeydiyyat kartası tələb olunub işə əlavə olunmuşdur. Həmin sənədlə müəyyən olunur ki, iddiaçının xx.xx.1994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etməsi barədə qey diyyat vardır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «Qeyd» hissəsində müharibə veteranı sayılmasının istisna edən hallar müəyyən edilərək göstərilmişdir ki, «bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam veri lmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Məhkəmələr bu norma əsasında işin hallarını təhlil edərək hesab etmişdir ki, iddiaçının müharibə veteranı sayılması üçün «Veteranlar haqqında» Qanunda müəyyən edilmiş dispozisiya şərtləri mövcud deyil. Apelyasiya instansiyası məhkəməsinin kollegiyası cavabdehin imtinası ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir:...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayı n 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hi ssələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi hallarda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Adı çəkilən Əsasnamədən də görünür ki, hərbi biletlər “Müharibə veteranı” adı verilməsi üçün əsaslardan biridir. Lakin hərbi biletlə eyni vaxtda hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları əlavə olunmadığı təqdirdə, məsələnin həllinə formal yanaşılmamalı, işin bütün halları nəzərə alınmaqla qərar ç ıxarılmalıdır. Əgər iddiaçı bu cür sübutları təqdim etməmişsə, lakin məhkəmənin xidməti vəzifəsinə uyğun olaraq Müdafiə Nazirliyinə verdiyi sorğulara alınmış cavablar iddiaçının hərbi biletində əksini tapmış məlumatların həqiqiliyinə dəlalət edirsə və iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissədə xidmət etməsi və hərbi əməliyyatlarda iştirak etməsini aydın şəkildə birmənalı təsdiq edirsə, iddiaçının tələbi perspektivli ola bilər. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Re spublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli 422 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözlərivə “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Normanın məzmunundan da göründüyü kimi müharib ə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq öz qərarında iddiaçının N-1994-cü illərdə Qax batalyonunun, N və N nömrəli hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini iddia etsə də, qeyd olunan hərbi hissələrdə xidməti arxiv arayışları ilə öz təsdiqini tapmadığını göstərmişdir. Qax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019cu il tarixli 2(024)- 401/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş hallarla bağlı qeyd edilm əlidir ki, məhkəmənin qətnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995- ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamə ilə müharibə veteranı adının verilməsi üçün nəzərdə tutulmuş “hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər”ə aiddir. Lakin məhz həmin Əsasnamənin tələbləri baxımından məhkəmə qətnaməsi hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsasdır ki, araşdırma zamanı Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il tarixli, N nömrəli hərbi hissə komandirinin yanvar-f evral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumatlar mövcud deyildir. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normaların tələbləri baxımından iddiaçı «Müharibə veteranı» adının verilməsi üçün zəruri olan ilkin sübutları, yəni döyüşən hərbi hissədə xidmət etməsini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən sübutları təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki, hərbi qanunvericiliyin tələblərinin yerinə yetirməsini sübut etmədən hərbi qulluqçunun müəyyən dövr ərzində hərbi hissədə qalması və vəzifəsinin icrası zamanı hərbi xidmət keçməsi və hərbi qulluqçu statusu daşıdığı kimi qiymətləndirilməsi mümkün deyildir. Göründüyü kimi, iddiaçının xx.xx.N-cü ildə Qax rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə çağrılması və N nömrəli hərbi hissəyə təhvil verilməsi faktı mövcud olsa da, N nömrəli hərbi hissənin yalnız xx.xx.1992-ci il tarixdən xx.xx.N-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyindən iddiaçının həmin hərbi hissədə və ya digər hərbi hissələrdə hərbi qulluqçu olaraq xidmət keçməsi və qanuni əsaslarla tərxis olunması ilə bağlı hər hansı bir qeydiyyat mövcud deyil, onun qanuni əsaslarla ehtiyata və istefaya buraxılmasına dair əsaslı sübut yoxdur. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. İddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun əvvəlki in stansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə oxşardır və məhkəmələr həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas vermir. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(107)-117/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar