Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1340/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (işlədiyi dövrləri sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Nazim Mövsümovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı işlədiyi dövrləri sosial sığorta stajına daxil edilərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-216/2021 nömrəli iş üzrə 29.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı onun 20.10.197222.03.1974-cü illərdə 1 saylı Trestin 1 8 saylı Tikinti İdarəsində 2-ci dərəcəli dülgər vəzifəsində, 09.05.1974-27.05.1976-cı illərdə Sovet Ordusunda xidmətini, 06.07.1976-cı ildə 1 saylı Trestin 18 saylı Tikinti İdarəsində fəhlə kimi 05.11.1982-ci ilə kimi, 15.07.198316.06.1985-ci illərdə Azərbaycan Dəmir Yolları Bakı Vaqon DEPO-da sərnişindaşıma vaqonunda bələdçi, 06.08.1986-cı il tarixdən-10.11.1987-ci il tarixə kimi 1 saylı Trestin 11 saylı Tikinti Mexanizasiya İdarəsində 3-cü dərəcəli asfalt-betonçu, 13.01.1988-ci il tarixdən-18.04.1988-ci il tarixə kimi Sumqayıt “Yaşıllaşdırma” gülçülük İdarəsində 2-ci dərəcəli bağban-fəhlə, 04.05.1988-ci il tarixdən 26.12.1988-ci il tarixə kimi MPMK 23 saylı Trestin “Aqrarsənayetikinti-2”-də 3-cü dərəcəli dülgər, 02.01.1989-cu il tarixdən09.03.1989-cu il tarixə kimi Sumqayıt Sanitar təşvi qat Evində rəssam, 13.03.1989-cu il tarixdən-02.01.1990-cı il tarixə kimi Sumqayıt “Azneftkimyazavodtəmir”in İxtisaslaşdırılmış təmir-mexanizasiya sahəsində 2-ci dərəcəli fəhlə, 01.02.1990-cı il tarixdən-20.06.1996-cı il tarixə kimi Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər X5 nəzdində mühafizə bölməsində mühafizəçi, 25.06.1996-cı il tarixdən-28.02.2006-cı ilə kimi Azərkimyatikinti Tresti Mexanizasiya İdarəsində 6-cı dərəcəli avtomobil təmiri üzrə çilingər, 01.03.2006-cı il tarixdən-13.08.2009-cu il tarixə kimi "xxxx" firmasının Mexanizasiya sahəsində 6-cı dərəcəli avtomobil təmiri çilingəri kimi işlədiyi müddətlərin ümumi iş stajı kimi sosial sığorta stajına daxil edərək ona 64 yaşdan, yəni 01.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınma mış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək onun hərbi xidmət illəri və Əmək kitabçasında qeyd olunan müəssisələrdə ("xxxx" ASC-də işlədiyi illər daxil olmadan) işlədiyi dövrləri sosial sığorta stajına daxil edilərək ona hüququnun yarandığı tarixdən, yəni 01.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx. 1955-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, hal-hazırda, Sumqayıt şəhərində yaşayır. O, 20.10.1972-22.03.1974-cü illərdə Sumqayıt şəhərində əmək fəaliyyətinə başlayaraq 1 saylı Trestin 18 saylı Tikinti İdarəsində 2-ci dərəcəli dülgər vəzifəsində işləmiş, 09.05.1974- 27.05.1976-cı illərdə Sovet Ordusunda xidmət etmiş, 06.07.1976-cı ildə 1 saylı Trestin 18 saylı Tikinti İdarəsində işə başlayaraq 01.09.1976-cı ildən 3-cü dərəcəli dülgər vəzifəsində işləmiş, 01.08.1979-cu ildə həmin müəssisədə 2-ci peşə-bənna sənəti üzrə 4-cü dərəcə almış və 05.11.1982-ci ildə öz xahişi ilə işdən azad olmuş, 15.07.1983-16.06.1985-ci illərdə Azərbaycan Dəmir Yolları Bakı Vaqon DEPO-da sərnişindaşıma vaqonunda bələdçi vəzifəsində işləmiş, 06.08.1986-cı il tarixdən 10.11.1987-ci il ta rixə kimi 1 saylı Trestin 11 saylı Tikinti Mexanizasiya İdarəsində 3-cü dərəcəli asfalt-betonçu vəzifəsində işləmiş, 26.12.1988-ci il tarixdən 18.04.1988-ci il tarixə kimi Sumqayıt “Yaşıllaşdırma” gülçülük İdarəsində 2-ci dərəcəli bağban-fəhlə vəzifəsində işləmişdir. 04.05.1988-ci il tarixdən 26.12.1988-ci il tarixə kimi MPMK 23 saylı Trestin “Aqrarsənayetikinti-2”-də 3-cü dərəcəli dülgər vəzifəsində işləmiş, 02.01.1989-cu il tarixdən 09.03.1989-cu il tarixə kimi Sumqayıt Sanitar təşviqat Evində rəssam işində, 13.03.1989-cu il tarixdən 02.01.1990-cı il tarixə kimi Sumqayıt “Azneftkimyazavodtəmir”in İxtisaslaşdırılmış təmir mexanizasiya sahəsində 2-ci dərəcəli fəhlə vəzifəsində, 01.02.1990-cı il tarixdən 20.06.1996-cı il tarixə kimi Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər X5 nəzdində mühafizə bölməsində mühafizəçi vəzifəsində, 25.06.1996-cı il tarixdən- 02.02.1998-ci il tarixə kimi Azərkimyatikinti Tresti Mexanizasiya İdarəsində 6-cı dərəcəli avtomobil təmiri üzrə çilingər vəzifəsində, 01.09.1998-ci ildə həmin mexanizasiya İdarəsi Mexanizasiya sahəsi adlandırılıb və həmin tarixdə Azərkimyatikinti trestinin və 4 Nli TTQŞ-nin bazasında yaradılmış "xxxx" ATSC-nin Mexanizasiya sahəsində 6-cı dərəcəli avtomobil təmiri üzrə çilingər kimi işləməkdə davam etmiş, 17.01.2006-cı il tarixdə "xxxx" ATSC "xxxx" ASC adlandırılıb və 28.02.2006-cı ilə kimi həmin müəssisədə işləməkdə davam etmiş və göstərilən tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olmuş, 01.03.2006-cı il tarixdən 13.08.2009-cu il tarixə kimi həmin "xxxx" firmasının Mexanizasiya sahəsin də 6-cı dərəcəli avtomobil təmiri çilingəri kimi işləməkdə davam etmişdir. 01.11.2019-cu ilə kimi onun ümumi 34 il 3 ay 27 gün əmək stajı vardır. Əmək pensiyası almaq ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Sumqayıt şəhər şöbəsi ərizəsini rədd edərək bildirmişdir ki, tələb olunan ümumi iş stajınız olmadığına görə yaşa görə əmək pensiyası hüququnuz yoxdur, əmək pensiyası təyin edilməsi qanuna ziddir, narazı qaldığınız halda məhkəməyə müraciət edə bilərsiniz. Ona görə də, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, imtina əsassızdır. Çünki onun əmək kitabçası var, bundan əlavə işləməyini təsdiq edən sənədləri, hərbi biletini və sairə rəsmi sənədləri də cavabdehə təqdim etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
4. Birinci instansiya məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(118)1210/2020 nömrəli (sədrlik edən hakim Ceyhun Məmmədov) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hərbi xidmət illəri və əmək kitabçasında qeyd olunan müəssisələrdə ("xxxx" ASC-də işlədiyi illər daxil olmadan) işlədiyi dövrləri sosial sığorta stajına daxil edilərək ona hüququnun yarandığı tarixdən, yəni 01.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialının üzərinə qoyulmas ı qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1, 1.0.2-ci maddələrinə, Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” Qanunun 19.1, 19.2-ci maddələrinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na istinad etməklə belə hesab etmişdir ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur.
6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti ver ərək birinci instansiya məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(118)-1210/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.04.2021-ci il tarixli, 2-1(105)-216/2021 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Telman Quliyev və Gülnarə Tağızadə) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(118)-1210/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 12, 38-ci maddələrinə, Azərbaycan Respublika sı “Əmək pensiyaları haqqında” Qanununun 3.1, 4.1, 21.1, 22.1, 23.2 və 31.1-ci maddələrinə, Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” Qanunun 19.1-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1, 73.1, 87.6-cı maddələrinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə istinadən belə hesab etmişdir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
9. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş, iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrdə işləməsi ilə sorğularla əlaqədar vəsatəti təmin edilməmiş, iddiaçının işlədiyi mübahisəli illərlə bağlı müəssisənin arxiv sənədlərinin müəyyən edilməsi və qeyd edilən dövrlərin araşdırılması üçün heç bir cəhd göstərilməməsi nəticəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi də qeyd olunan nüansla bağlı heç bir əlavə araşdırma aparmamış, birinci instansiya məhkəməsinin qərarında qeyd olunanları köçürməklə kifayətlənmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının Sumqayıt Kimya Tikinti ASC-də işləyib işləməməsi ilə bağlı yuxarıda qeyd olunan illərə dair sorğu verilməmiş nəticədə işin hərtərəfli və obyektiv araşdırılmaması səbəbindən əsassız qərarın qəbuluna gətirib çıxarmışdır. İddiaçının işlədiyi "xxxx" ASC-ilə bağlı verilmiş sorğuda iddiaçın 2006-2009-cu illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda isə “Sığorta AS (hesabat)” alt sistemində İddiaçı məlumatları öz əksini tapmamışdır. Hətta iddiaçı özü qeyd olunan "xxxx" ASC-ilə bağlı məlumatların əmək kitabçasında necə yazıldığından xəbərsiz olduğunu bildirmişdir. Bütün bunlar iddiaçının əmək kitabçasındakı digər qeydlərini də şübhə altına alır. Lakin birinci instansiya məhkəməsi qeyd olunanlara əhəmiyyət vermə mişdir. Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialın **********5 nömrəli məktubundan da məlum olduğu kimi iddiaçının məcburi sosial sığorta haqları işlədiyi "xxxx" ASC tərəfindən ödənilməmişdir. Şəxsin işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirilmişdir. Məhz bu səbəbdən qeyd olunan illərin iş stajına daxil edilməsi qanunauyğun deyildir.
10. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(105)-216/2021 nömrəli qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etir az daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 29.04.2021-ci il tarixli qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəki lsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şik ayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 29.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasın a əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
19. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki qeyd etdiyi dəlillər əsassızdır.
20. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "xxxx" ASC-də işlədiyi illər daxil olmadan onun hərbi xidmət illəri və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir.
21. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddiaçıya aid sosial sığorta stajı müəyyən edərkən onun "xxxx" ASC-də işlədiyi dövrləri ümumiyyətlə nəzərə almamışdır.
22. Cavabdehin kasasiya şikayətində qeyd edilmişdi r ki, birinci instansiya məhkəməsinə tərəfindən verilmiş, iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrdə işləməsi ilə sorğularla əlaqədar vəsatəti təmin edilməmiş, iddiaçının işlədiyi mübahisəli illərlə bağlı müəssisənin arxiv sənədlərinin müəyyən edilməsi və qeyd edilən dövrlərin araşdırılması üçün heç bir cəhd göstərilməməsi nəticəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi də qeyd olunan nüansla bağlı heç bir əlavə araşdırma aparmamış, birinci instansiya məhkəməsinin qərarında qeyd olunanları köçürməklə kifayətlənmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının Sumqayıt Kimya Tikinti ASC-də işləyib işləməməsi ilə bağlı yuxarıda qeyd olunan illərə dair sorğu verilməmiş nəticədə işin hərtərəfli və obyektiv araşdırılm aması səbəbindən əsassız qərarın qəbuluna gətirib çıxarmışdır.
23. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki qeyd etdiyi bu dəlillər də əsassızdır.
24. Belə ki, iddiaçı 09.05.1974-cü il tarixdən 27.05.1976-cı il tarixədək hərbi xidmətdə olmuş (2 il 19 gün), əmək kitabçasına əsasən 20.10.1972-ci il tarixdən 22.03.1974-cü il tarixədək 1 saylı Trestin 18 saylı Tikinti İdarəsində (1 il 5 ay 3 gün), 06.07.1976-cı il tarixdən 05.11.1982-ci il tarixədək 1 saylı Trestin 18 saylı Tikinti İdarəsində (6 il 4 ay), 15.07.1983-cü il tarixdən 16.06.1985-ci il tarixədək Azərbaycan Dəmir Yolları Bakı Vaqon DEPO-da (1 il 11 ay 2 gün), 06.08.1986-cı il tarixdən 10.11.1987-ci il tarixədək 1 saylı Trestin 11 saylı Tikinti Mexanizasiya İdarəsində (1 il 3 ay 5 gün), 13. 01.1988-ci il tarixdən 18.04.1988-ci il tarixədək Sumqayıt “Yaşıllaşdırma” gülçülük İdarəsində (3 ay 6 gün), 04.05.1988-ci il tarixdən 26.12.1988-ci il tarixədək MPMK 23 saylı Trestin “Aqrarsənayetikinti-2”-də (7 ay 23 gün), 02.01.1989-cu il tarixdən 09.03.1989-cu il tarixədək Sumqayıt Sanitar təşviqat Evində (2 ay 8 gün), 13.03.1989-cu il tarixdən 02.01.1990-cı il tarixədək Sumqayıt “Azneftkimyazavodtəmir”in İxtisaslaşdırılmış təmirmexanizasiya sahəsində (9 ay 20 gün), 01.02.1990-cı il tarixdən 20.06.1996-cı il tarixədək Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər X5 nəzdində mühafizə bölməsində (6 il 4 ay 20 gün), 25.06.1996-cı il tarixdən 28.02.2006-cı il tarixədək Azərkimyatikinti Tresti Mexanizasiya İdarəsində (9 il 8 ay 4 gün), 01.03.2006-cı il tarixdən 13.08.2009-cu il tarixədək "xxxx" firmasında (3 il 5 ay 13 gün) işləmişdir.
25. Göründüyü kimi iddiaçının hərbi xidmət illəri və əmək kitabçasında qeyd olunan müəssisələrdə ("xxxx" ASC-də işlədiyi illər daxil olmadan) 30 il 11 ay 20 gün iş stajı olmuşdur.
26. Cavabdehin kasasiya şikayətinin iddiaçının 25.06.1996-cı il tarixdən 28.02.2006-cı il tarixədək (9 il 8 ay 4 gün) Azərkimyatikinti Tresti Mexanizasiya İdarəsində işlədiyi illərin qarşılıqlı yoxlanmasının mümkün olmaması ilə bağlı dəlilinə münasibətdə Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd edir ki, işdə şahid qismində dindirilmiş X3 və X2 əmək kitabçalarında qeyd edilmişdir ki, onlar 25.06.1996-cı il tarixdən - 28.02.2006-cı il tarixədək olan dövrdə Azərkimyatikinti Tresti Mexanizasiya İdarəsində işləmişdirlər.
27. X1 və X2 işə əlavə ifadələrində qeyd edilmiş dir ki, iddiaçı 25.06.1996cı il tarixdən 28.02.2006-cı il tarixədək Azərkimyatikinti Tresti Mexanizasiya İdarəsində işləmişdir.
28. İşə əlavə edilmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 10.11.2020-ci il tarixli **********351600 saylı məktubunda qeyd edilmişdir ki, Azərkimyatikinti Trestinin bazasında yaradılmış "xxxx" ASC 09.07.1998-ci il tarixdə D 2804 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, 17.01.2006-cı il tarixdən "xxxx" ASC (VÖEN **********) adlandırılmışdır.
29. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonraKonstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
30. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsin ə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır.
31. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdir mişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər.
32. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
33. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir.
34. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq, fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
35. Həmin Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.
36. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı həmin maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
37. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.
38. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləş dirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.
39. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
40. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1955-ci il tari xdə anadan olduğunu və 30 ildən çox iş stajının olduğunu nəzərə aldıqda ona 64,6 yaşında yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur.
41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 29.04.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.04.2021-ci il tarixli, 21(105)-216/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.