Məhkəmə qərarları › İş №2-1(102)-1340/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1340/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1340/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xid mətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 2-1(103)51/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri İcra Hakimiyyəti memarlıq və Şəhərsalma Baş idarəsinin 5 sentyabr 2005-ci il tarixli, 05/346 \05/-104 saylı iş üzrə ayrıc aktı ilə Zığ Bələdiyyəsinə fərdi yaşayış evləri tikmək üçün 3.5800 hektar torpaq sahəsi ayrılmışdır.

2. Bakı şəhəri, Suraxanı rayonu Zığ Bələdiyyəsinin 65 saylı, 31 oktyabr 200 7-ci il tarixli qərarı ilə Zığ qəsəbəsinin cənub-şərq hissəsində fərdi evin tikintisi üçün 300 kv.m torpaq sahəsi alqı-satqı qaydasında iddiaçının mülkiyyətinə ayrılmışdır.

3. Zığ bələdiyyəsi tərəfindən 9 noyabr 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktla iddiaçıya ünvan 1 ünvanında yerləşən 300 kv.m torpaq sahəsi 1560 manata satılmışdır.

4. İddiaçı cavabdeh orqana müraciət edərək, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasını və bu barədə reyestrdən çıxarışın verilməsini xahiş etmişdir.

5. Cavabdeh iddiaçıya **********12 saylı, 29 aprel 2019-cu il tarixli məktubla cavab verərək, ərizəyə əlavə olunmuş sənədlərin surət olduğunu, elektron kadastr baza məlumatına əsasən torpaqların alqı-satqısına dair aktın keçmi ş DTXK tərəfindən təsdiq edilmədiyini, həmçinin torpaq sahəsinin yerləşmə cizgisində ölçülərin və məlumat məsafələrinin göstərilmədiyini bildirmiş və həmin əsaslarla iddiaçının müraciətinin təmin olunmasından imtina edildiyini qeyd etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmasının və müvafiq çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti memarlıq və Şəhərsalma Baş idarəsi 5 sentyabr 2005-ci il tari xli 05/346 nömrəli 05/-104 saylı iş üzrə ayrıc aktı ilə Zığ Bələdiyyəsinə fərdi yaşayış evləri tikmək üçün 3.5800 hektar torpaq sahəsi ayımışdır. Bununla əlaqədar həmin ərazidə ayrılmış torpaq sahəsinin 1:5000 miqyasla cizgisi hazırlanıb təsdiq edilmiş və həmin cizgidə torpaq sahələrinin döngə nöqtələri və nöqtələr arasında olan məsafə qeyd edilmişdir. Ona görə də Zığ Bələdiyyəsi vətəndaşlara ayrılacaq torpaq sahəsinin ölçülərini dəqiqləşdirmiş və baş planı tərtib edərək təsdiq etmişdir. Zığ Bələdiyyəsinin 65 saylı, 31 oktyabr 2007-ci il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində 300 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı qaydasında onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin alqı-satqısına dair 09 noyabr 2007-ci il tarixli akt tərtib edilmiş və həmin akt onunla Zığ bələdiyyəsinin sədri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Sonradan torpaq sahəsinin guya Dövlət Neft Şirkətinə aid olduğu bildirilsə də, Dövlət Neft Şirkətinin ərazisinə aid olmaması barədə 5 aprel 2018-ci il tarixdə məktub verilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub-şərq hissəsində, R.Göyüşov küçəsində 300 kv.m. torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün alqı-satqı qaydasında onun mülkiyyətinə verilməsi barədə Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 65 saylı 31 oktyabr 2007-ci il tarixli Qərarı məlumat üçün 15 fevral 2018-ci tarixində DƏDRX-nə məlumat kimi verilmişdir. Satılmış torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinə cavabdeh 29 aprel 2019-cu il tarixli məktubunda bildirilm işdir ki, guya elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin alqı-satqısına dair akt keçmiş DTXK tərəfindən təsdiq edilməmişdir. Həmçinin bildirilmişdir ki, torpaq sahəsinin yerləşmə cizgisində ölçülər və məlumat məsafələri göstərilməmişdir. Bu səbəbdən ərizəsi təmin edilməmişdir. Hesab edir ki, cavabdehin verdiyi cavab əsassızdır. Qeyd edir ki, hazırda istifadəsində olan torpaq sahəsi 2003-cü ildən istifadəsində olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 21 may 2007-ci il tarixli, 2-1545/2007 saylı qətnaməsi ilə istifadəsində olan torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında satılması barədə qətnamə qəbul edilmişdir və Zığ bələdiyyəsi qətnaməni icra etmiş, torpağı ona satmışdır. Sonradan torpaq sahəsini elektron baza sistemində yerləşdirilməsi onun səlahiyyətində olmamışdır. Ümum iyyətlə, o zaman torpaq sahəsi barədə məlumatın elektron baza sisteminə yerləşdirilməsi qaydaları olmamışdır. İstifadəsində olan torpaq sahəsi həmin vaxt yerində naturada ölçülüb ona təqdim edilmişdir və hazırda istifadəsindədir.

8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2169/2019 saylı, 8 noyabr 2019-cu il tarixli qərarı ilə (hakim E.M.Mustafayev) iddia təmin edilmiş, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınması və çıxarışın verilməsi cavabdehə həvalə olunmuşdur.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qanuni öhdəliyinin icrasını i stisna edən faktiki şərtləri sübuta yetirə bilməmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində müəyyən olunmuş əsaslar mövcud olmadan iddiaçının müraciətindən imtina edilmişdir. Halbuki, işin hallarından da göründüyü kimi, sözügedən torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən iddiaçıya verilmişdir.

11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-791/2020 nömrəli 18 mart 2020-ci il tarixli qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və V.M.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsini n 2-1(82)- 2169/2019 nömrəli, 8 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. Onun torpağa dair belə bir əsas kimi istinad və təqdim etdiyi “Torpaqların alqı-satqısı”na dair akt keçmiş X4 Komitəsi tərəfindən təsdiq edilməmiş, evlə bağlı isə məhkəməyə hər hansı hüquqmüəyyənedici akt təqdim olunmamışdır.

14. İddiaçı həmin qərardan ka ssasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1581/2020 saylı, 12 avqust 2020-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Ə.Şəfiyev, hakimlər Z.M.Quliyev və R.S.Nəbizadə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-791/2020 saylı 18 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan işdə torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyənin qərarı və alqı-satqı aktı iddiaçı tərəfindən təqdim olunmuşdur. Bu sənədlər həm “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində, həm də Mülki Məcəllənin 14-cü maddəsində nəzərdə tutulan, hüququn yaranmasına səbəb olan əsaslardır. Həmçinin ərazinin baş-planından çıxarış da işə əlavə olunmuşdur və orada iddiaçının iddialı olduğu torpaq sahəsi əksini tapmışdır. Lakin işin hazırki vəziyyətində işə dair yekun qərarın qəbul edilməsi mümkün deyildir. Çünki iddianın təmin olunması üçün həm də iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin bələdiyyə tərəfindən verilmiş (bələdiyyə qərarı çıxarılan vaxtı iddiaçının faktiki istifadə etdiyi) torpaq sahəsi olub-olmaması, hansı təyinatlı torpaq sahəsinə aid olduğu, başqa şəxsin adına hüquqmüəyyənedici sənəd verilib verilmədiyi araşdırılmalıdır. Həmçinin qeyd olunmalıdır ki, torpaq sahəsinə iddiaçının hüquqlarının qeydə alınması uğu rla həll olunarsa, iddianın ikinci hissəsi, yəni yaşayış evinə dair hüquqların qeydiyyatı məsələsi də həll olunmalıdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 17 may 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi Bakı şəhəri, Suraxanı rayonu Zığ qəsəbəsində olan torpaq sahəsi naturada 303.kvm-dir. Müraciətə əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayonu Zığ Bələdiyyəsinin 65 saylı, 31 oktyabr 2007-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı, 24 dekabr 2014-cü il tarixli Sərəncamı və ayrıc aktı barədə e lektron bazada heç bir məlumat aşkar edilmədiyindən, müraciətlə təqdim edilmiş sxem və ayrıc aktına əsasən iddia edilən torpaq sahəsinin Zığ Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi və naturada göstərdiyi Bakı şəhəri, Suraxanı rayonu Zığ qəsəbəsində olan torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən ARDNŞ-nin “Azneft” İB “Qaraçuxur İNM”-nin ərazisidir. Mübahisələndirilən torpaq sahəsinin hər hansı şəxsin adına qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məqsədli təyinatına görə mübahisəli ərazi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşən dövlət mülkiyyəti torpağıdır.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 2-1(103)-51/ 2022 nömrəli qərarına əsasən (sədrlik edən A.Ə.Hüseyn, hakimlər A.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 noyabr 2019-cu il tarixli, 2-1(82)-2169/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

19. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli 2-1(103)-51/2022 nömrəli qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia ərizəsinə qarşı yazılı etirazda, eləcə də apelyasiya şikayətində qey d olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və düzgün tətbiq edilməmiş, işin faktiki halları qanunamüvafiq qaydada araşdırılmamışdır. Belə ki, indiyədək Bakı şəhəri ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələrinin elektron uçotunun aparılması və xəritələşdirilməsi həyata keçirilməmiş və həmin torpaq sahələri barədə məlumatlar elektron kadastr uçotu informasiya sisteminə və rəqəmsal kadastr xəritəsinə daxil edilməmişdir. Məhkəmə isə bu halları nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Mülki Məcəllə Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə v ə ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron po çt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa da ir sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstər ilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikay ətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi ka ssasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubu və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının hüququnun qeydə alınması üçün tələb olunan hüquqi əsasın mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış, həmçinin Ali Məhkəmə tərəfindən əvvəlki məhkəmə qərarında qeyd olunmuş göstərişlər (torpaq sahəsinin təyinatı, başqa şəxsin adına hüquqmüəyyənedici sənəd verilib-verilmədiyi və sair) yerinə yetirilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Mübahisəyə dair işin apellyasiya instansiyası məhk əməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 3 ünvanında müvafiq əraziyə aid torpaq sahələrində yerləşən fərdi yaşayış evləri cavabdeh inzibati orqan tərəfindən X2, X1 və digərlərinin adına qeydiyyata alınmış və onlara müvafiq çıxarışlar verilmişdir (müvafiq sənədlərin surətləri işə əlavə olunmuşdur). Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri, eləcə də cavabdehin analoji işlər üzrə inzibati praktikası baxımından, cavabdeh iddiaçıya münasibətdə də bərabər yanaşma prinsipinə uyğun davranmağa borcludur. Bu həm də ondan irəli gəlir ki, “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə görə, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər ü zrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

34. İstinad olunan həmin Qanunun 13-cü maddəsinə görə, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

35. Konstitusiya Məhkəməsinin Plenumunun “ X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir... Torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşıma qla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).

36. İddiaçının hüququnun qeydə alınması ilə bağlı mübahisənin həlli zamanı həmçinin nəzərə almaq lazımdır ki, kassasiya şikayətində cavabdehin istinad etdiyi xüsusatlar, o cümlədən Bakı şəhərinin ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin elektron uçotunun və xəritələşdirilməsinin həyata keçirilməməsi, eləcə də həmin torpaq sahələri barədə məlumatların elektron kadastr uçotu informasiya sisteminə və rəqəmsal kadastr xəritəsinə daxil edilməməsi kimi xüsusatlar iddiaçının hüququnun qeydə alınmasını istisna edən hallar kimi təfsir oluna və qiymətləndirilə bilməz. Bu baxımdan həmin əsaslar üzərindən iddiaçının hüququnun qeydə alınmasından imtina etməkdə də cavabdeh haqlı sayıla bilməz.

37. Qeyd olunmalıdır ki, apelyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir və bu səbəbdən məhkəmə kollegiyası, apelyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 21(103)-51/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar