Məhkəmə qərarları › İş №2-1(102)-1340/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1340/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1340/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 24.06.2023 Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə (üçüncü şəxslər: X3, X5 və X4) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2023-cü il tarixli, 2-1(103)-779/2023 nömrəli qərarından iddiaçı tərəfindən ver ilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1122028081 qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən ünvan 1, 1 saylı mənzildə xx.xx.1962-ci il təvəllüdlü X3, xx.xx.1993-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 qeydiyyatdadırlar.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan X3, X5 və X2 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli 101-8 037Ş-3222 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən sənədlərin hər hansı biri təqdim edildikdə keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən, 22a saylı evin 1 nömrəli mənzilində qeydiyyatda olan xx.xx.1962-ci il təvəllüdlü X3, xx.xx.1993-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 22a saylı evin 1 nömrəli mənzili onun mülkiyyətindədir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışına əsasən, xx.xx.1962-ci il təvəllüdlü X3; xx.xx.1993-cü il təvəllüdlü X5; xx.xx.2018-ci il təvəllüdlü X4 həmin mənzildə qeydiyyatdadırlar. Həmin şəxslərin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 22a saylı evin 1 nömrəli mənzilində qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, o cümlədən sərəncam vermək hüququnu əsassız olaraq məhdudlaşdırır. Bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə xx.xx.2022-ci il tarixli məktubla müraciət olunmuşdur.

7. Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-1(112)-7811 /2022 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia qismən təmin edilərək, üçüncü şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmçişdir.

8. Məhkəmə iddianın təmin edilən hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının qeydiyyatdan çıxarmaq istədiyi Z.Xəlillinin mübahisəli mənzilə hüquqları mövcud deyil, işdə onun həmin mənzildə yaşaması barədə sübut yoxdur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi Z.Xəlillinin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması hissəsində əsaslıdır və təmin edilməlidir.

9. İddianın təmin edilməyən hissəsi ilə bağlı qeyd edilmişdir ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər Fatma Yunanova və Aydı n Yunanov eyni ünvan göstəricilərinə malik başqa bir mənzildə yaşayırlar və həmin mənzil üzrə qeydiyyata alınmışlar.

10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2023-cü il tarixli, 21(103)-779/2023 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, R.Səmədov və X.Cəmilova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğ v edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətində qeyd edir ki, Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İddia ərizəsində göstərilən şəxslərin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 22a saylı evin 1 nömrəli mənzilində qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, o cümlədən sərəncam vermək hüququnu əsassız olaraq məhdudlaşdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzif ələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (-). Maddə

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmas ı Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların hə qiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında....

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada t əqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəmə sinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiy yət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları nəzərə alır.

24. Mübahisə ilə bağlı işin apellyasiya məhkəməsi tərəfində müəyyən edilmiş hallarından görünür ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər Fatma Yunanova və Aydın Yunanov iddiaçı ilə eyni ünvan göstəricilərinə malik başqa bir mənzildə yaşayırlar və həmin mənzil üzrə qeydiyyata alınmışlar.

25. Belə ki, apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyinin Həmkarlar Komitəsinin Rəyasət Heyətinin xx. xx.1999cu il tarixli iclasının 9 saylı protokolunun gündəlik məsələsi – Ailələr üçün yataqxana otaqlarının verilməsi haqqında qərarı ilə? ünvan 1 ünvanındakı ailələr üçün yataqxananın yaşayış sahəsi 31.3 kv.m olan 2 otaqlı 1 nömrəli mənzili X1 (4 nəfərdən ibarət ailə tərkibi ilə birlikdə) verilmişdir.

26. Belə olan halda, üçüncü şəxslər Fatma Yunanova və Aydın Yunanovun iddiaçının mülkiyyətində olan mənzildə deyil, həmin mənzillə eyni rekvizitlərə malik özlərinə məxsus fərqli mənzildə qeydiyyatda olmaqla yaşadıqları sübuta yetirilir.

27. Beləliklə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi barədə qərarını dəyişdirilmədən qüvvədə saxlamaqla düzgün nəticəyə gəlmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi müba hisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı üçüncü şəxslər Fatma Yunanova və Aydın Yunanovun qeydiyyatdan çıxarılması ilə bağlı tələb hüququna malik olmadığından, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun olmuşdur. Odur ki, məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 9 mart 2023-cü il tarixli, 21(103)-779/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar