Məhkəmə qərarları › İş №2-1(102)-1341/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1341/2020

14.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1341/2020 14.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Açar söz: qərardan şikayət vermə müddətinin üzrsüz səbəbdən ötürülməsi; müddətin bərpasından imtina GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-222/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx. xx.2020-ci il tarixində yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçının Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə əlaqədar olaraq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkməyə müraciət etmişdir. Sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçıya veteranlıq adı və veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək ona istinad etmişdir ki, o, xx.xx.1970-ci il tarixində Füzuli rayonunda anadan olmuş, Füzuli ətrafında gedən döyüşlər zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 1991-cı il tarixdə könüllü olaraq döyüş zonasına getmiş və N saylı hərbi hissəyə qoşulmuş, 1993-cü il tarixdə ordan tərxis olunmuşdur. 1998-ci ildə Qarabağ müharibəsində iştirak edən döyüşçülərin arxiv sənədləri Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən yığılaraq Müdafiə Nazirliyinə gondərilsə də onun müharibədə iştirakı haqqında arxiv sənədləri tapılmadığına görə göndərilməmişdir. Bununla əlaqədar cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh isə onun həmin dövrdə döyüşlərdə olması barədə heç bir məlumat olmadığı, haqqında arxiv arayışının olmadığını bildirmişdir. Məhz bu səbəbdən də cavabdeh müharibə veteranı olması ilə əlaqədar güzəştli imtiyazlardan istifadə etməsi üçün müvafiq arayış verməkdən imti na etmişdir. Məhkəmələrin mövqeyi: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1454/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1454/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından iddiaçı apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-222/2020 nömrəli qərardadına əsasən, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21(085)-1454/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə iddiaçının ərizəsi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı sözügedən qərardan şikayət vermə müddətini ötürmüş, müddətin ötürülməsinin üzrlü səbəbləri ni isə sübut edə bilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-222/2020 nömrəli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı səhhəti ilə əlaqədar olaraq qərardan vaxtında şikayət verə bilməmişdir və ona görə hesab edir ki, apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən ötürmüşdür. Kassator, İnzibati Prosessual Məcəllə və Mülki Prosessual Məcəllənin tələblərini rəhbər tutaraq Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-222/2020 nömrəli qərardadının ləğv edilməsini və Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 2-1(085)-1454/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından apellyasiya şikayəti veril məsi müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməsini və apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prose ssual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-222/2020 nömrəli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, müddətində inzibati məhkəmə vasitəsilə verilir. İşi n apellyasiya instansiyası məhkəməsində araşdırılan hallarından görünür ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının surəti xx.xx.2019-cu il tarixli müşayiətedici məktubla xx.xx.2019-cu il tarixində sifarişli-xəbərnaməli poçt vasitəsi ilə tərəflərə göndərilmiş və iddiaçının ünvanına göndərilmiş məhkəmə bildirişi xx.xx.2019-cu il tarixində xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Yuxarıda qeyd olunan inzibati prosessual normanın tələbinə əsasən, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti xx.xx.2019-cu il tarixində bitmişdir. Lakin, iddiaçı apellyasiya şikayətini xx.xx.2020-ci il tarixində məhkəməyə təqdim etmiş, bununla da qanunvericiliklə şikayət vermək üçün nəzərdə tutulan müddəti pozmuşdur. Bununla bağlı məhkəmə kollegiy ası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində şikayət vermənin qaydası, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı konkret qeyd olunduğundan göstərilən normanın tələbləri baxımından həmin qərardan şikayət vermə müddəti tərəfə yazılı məlumatın təqdim edildiyi gündən başlanı lmışdır. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından şikayət vermə müddəti xx.xx.2019-cu il tarixində bitmişdir. İddiaçı kassasiya şikayətinin dəlillərində müddəti üzrlü səbəbdən ötürdüyünü bildirsə də, məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Göründüyü kimi, qanunvericiliklə ötürülmüş müddətin bərpasına o halda yol verilir ki, müddət üzrlü səbəbdən ötürülmüş olsun. İddiaçı isə səhhəti ilə əlaqədar müalicə aldığını və bu səbəbdən va xtında şikayət verə bilmədiyini qeyd etsə də, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən bu hal öz təsdiqini tapmamış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının üzrsüz səbəbdən müddəti ötürdüyü nəticəsinə gəlmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ali Məhkəmə Kollegiyası göstərilənlərlə yanaşı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2007-ci il tarixli Qərarında Plenumun hüquqi mövqeyinə görə, “...imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur...Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilm əsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır...”. Məhkəmə kollegiyası qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» xx.xx.2003-cü il tarixli iş üzrə Qərarı da hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Sözügedən prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qər arına yenidən baxılmanı tələb edə bilməz. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALD İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-222/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar