Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1341/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan X1rşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə görə ödənilən kompensasiya 11.08.2021 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, vəkili Vəkil1 qızı, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi, bundan sonr a üçüncü şəxs) “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-75/2021 saylı, 19 mart 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış verilmişdir.
2. İddiaçıya məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sistemini n təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. İddiaçı torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 3 dekabr 2018-ci tarixli məktubla iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti işlərinin müvəqqəti dayandırılmış, sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa ediləcək. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 9 yanvar 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək RX seriyalı ******* saylı çıxarış əsasında onun xüsusi mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsində yolların çəkilməsi və s. işlərin aparılması ilə əlaqədar vurulmuş zərərin əvəzi olaraq torpaq üçün 30000 manat kompensasiya məbləğinin, evin və hasarın bünövrəsinə, daş çınqıla ödədiyi 9800 manat, 2014-cü ilə indiki mal-material qiymətinin və həmin dövrdən indiyə valyuta fərqində müqayisədə ona dəyən 45000 manat fərqin, ümumilikdə 84.800 manatın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən ona məlumat verilmədən yar arsız hala salınmışdır. Cavabdehin bildirdiyinə görə, həmin torpaq sahələri dövlət əhəmiyyətli yolların çəkilməsi üçün plana düşdüyündən mülkiyyətçilərə müvafiq kompensasiya ödənilməklə orada dövlət əhəmiyyətli yollar tikiləcəkdir. Bundan sonra rəhbərlik onlara müvafiq sənədləri toplamağı, heç bir yerə müraciət etməməyi, məsələni özləri yoluna qoyacaqlarını bildirmişlər. Sonradan onlar göstərilən sənədlərdən və cavabdeh tərəfindən verilən məlumatdan məbləğ barədə dəqiq məlumatları oldu ki, xüsusi mülkiyyətində olan torpaq sahəsində yolların çəkilməsinə görə ona torpağın hər sotuna 3000 manat olmaqla cəmi 30000 manat pul ayrılmışdır, bundan əlavə söküntü ilə bağlı dəymiş ziyan da ödəniləcəkdir. Lakin, dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh həmin məbləği ödəməkdən yayınaraq, büdcə də pul olmadığı üçün hal-hazırda pulu onlara ödəyə bilmədiklərini bildirmişlər. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2019-cu il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-956/2019 saylı, 16 sentyabr 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
7. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, mübahisəli yerə yerli baxış keçirilmiş, “X13” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilən ekspert rəyinə görə iddiaçıya aid əmlakın bazar dəyəri 75000 manat hesablanmışdır. Həmin ə mlak 2014-cü ildə plana düşmüş və qiymətləndirilmişdir. 6 il öncəki torpaqların bazar qiymətində bu gün kəskin artım olduğu üçün cavabdehdən 30000 manat deyil, torpağa dəymiş zərərin əvəzi olaraq 75000 manat kompensasiyanın tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş edir.
8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planına əsasən Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində yolun tikintisi sahəsinə düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrinin, yaşayış və qeyri-yaşayı ş obyektlərinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə torpaq sahəsi tikinti altına düşdüyü halda, həmin əmlak dövlət ehtiyacları üçün alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X2 tərəfindən tikilinin kadastr planı təqdim edilir. Bunda sonra isə əmlakın müstəqil qiymətləndirici olan "xxxx" MMC-nin rəyi əsasında dəyəri müəyyən edilir. Hazırda isə iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış ilə qeydə alınmışdır. Layihə çərçivəsində iddiaçının iddia etdiyi torpaq sahəsinə müdaxilə edilmişdir. Məhkəmə tərəfindən tə yin edilmiş ekspertizanın rəyi ilə razı deyil. İddiaçı tərəfindən tələb edilən məbləğ həddindən artıq çoxdur.
9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21.10.2019-cu il tarixli qərardadı ilə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2020-ci il tarixli ekspert rəyinə əsasən hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla iddiaçının mülkiyyətində olan 0,10 ha torpaq sahəsi tam olaraq tikilməkdə olan Azərbaycan Avtomobil Yolları X6-Sumqayıt-Novxanı avtomobil yolunun 28+700 km-də tikinti zolağında yerləşir.
10. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən 18.03.2020-ci il tarixli qərardadla Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mütəxəssis cəlb edilməklə iş üzrə məhkəmə tikinti və mühasibatlıq eksperti zası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.İddiaçı məxsus Bilgəh-Sumqayıt yolunun üzərində yerləşən torpaq sahəsinı sərbəst giriş-çıxış mümkündürmü? 2.Torpaq sahəsinin tikinti altına düşməyən hissəsi nə qədərdir? 3.İddiaçı məxsus Bilgəh-Sumqayıt yolunun üzərində yerləşən 0,10 ha torpaq sahəsinin bazar dəyəri nə qədərdir? 11. “X13” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş 30 iyun 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus 0,10 ha torpaq sahəsi tikintidə olan yolun döngə hissəsinin içində olduğuna görə sərbəst giriş-çıxış mümkün deyil, torpaq sahəsi bütövlükdə tikinti altına düşür, iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin 30 iyun 2020-ci il tarixinə olan bazar dəyəri 75.00 0 manat təşkil edir.
12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X7, 2-1(118)-57/2020 saylı iş) 24 avqust 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 75000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının müraciətinə cavabdehin verdiyi cavabdan 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, kompensasiya iddiaçıya ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya kompensasiya ödənişi yubadılır ki, bu halda iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun 74-cü maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququ yar anmışdır.
14. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X5-məruzəçi, X9 və X11, 2-1(105)-75/2021 saylı iş) 19 mart 2021-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qərarını mübahisələndirilən hissədə dəyişdirmədən saxlamışdır.
16. Cavabdeh 26 aprel 2021-ci il tarixdə qərarın surətini almış, 20 may 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətin in və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
17. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır.
18. Hazırda daşınmaz əmlak (o cümlədən torpaq) bazarında qiymətlərin aşağı düşdüyü nəzərə alınsa, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin ‘‘Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi 7500 0 manat dəyərində qiymətə satıla biləcəyi real və ağlabatan görünmür. Layihə çərçivəsində yolun tikintisi altına düşən 0.10 ha torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 30,0 manat cəmi isə 31000 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Yəni həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmışdır. Həmçinin həmin torpaq sahəsinin təyinatı isə əkin sahəsidir. Birinci instansiya məhkəməsinin, apellyasiya məhkəməsinin sorğusuna qiymət barəsində arayış təqdim edilmiş və həmin arayışda qanunda nəzərdə tutulan bütün əlavələrdə qeyd olunmuşdur. İddiaçıya məxsus daşınmaz ə mlak qiymətləndirilmiş və qiymətləndirilmə barədə hesabat qüvvədədir.
19. Məhkəmə təcrübəsində bu cür işlərlə əlaqədar hər hansı kompensasiya məsələsinə aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilməklə həmin ekspertizaya Maliyyə Nazirliyinin də mütəxəssisi cəlb olunur.
20. Maliyyə Nazirliyi tərəfindən müvafiq məktubla Ali Məhkəməyə müraciət edilərək, dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərində Nazirliyin ekspert və ya mütəxəssislərin iştirakının təmin edilməsi xahiş edilmişdir.
21. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 09.04.2010-cu il tarixli məktubu ilə rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiya məhkəmələrinə tövsiyə edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınm az əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər.
22. Qeyd olunan tövsiyəyə məhkəmə tərəfindən əməl edilməmiş və iddia tələbindən kənara çıxmaqla nəticədə qeyri-qanuni qərar qəbul edilmişdir.
23. Şikayət əsaslandırılarkən İnzibati-Prosessual Məcəllənin 12-ci, 58-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
26. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının icla sında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 27. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
28. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ta m ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə
157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqd a dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alın an torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (-). 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlə dən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqı nda Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 30. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istif adəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən ed ilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
31. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatla r göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
32. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
33. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv olunmalıdır.
35. Abşeron rayonu Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi 15.08.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. Torpa q sahəsi Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşmüş, bununla bağlı iddiaçı ona kompensasiya ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh onun tərəfindən həyata keçirilən “BilgəhSumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti işlərinin müvəqqəti dayandırıldığını bildirib kompensasiya ödəməkdən imtina etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul olunmuşdur.
36. Cavabdehin kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
37. Abşeron rayonu, Novxanı kəndində yerləşən xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,10 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdi q edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür.
38. İddiaçının mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin tam olaraq tikilməkdə olan Azərbaycan Avtomobil Yolları X6-Sumqayıt-Novxanı avtomobil yolunun 28+700 kmdə tikinti zolağında yerləşməsi Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2020-ci il tarixli ekspert rəyi ilə təsdiq edilir.
39. Bundan başqa, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisin iştirakı ilə alınmış 30 iyun 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus 0,10 ha torpaq sahəsi tikintidə olan yolun döngə hissəsinin içində olduğuna görə sərbəst gir işçıxış mümkün deyil, torpaq sahəsi bütövlükdə tikinti altına düşür və 0,10 ha torpaq sahəsinin 30 iyun 2020-ci il tarixinə olan bazar dəyəri 75.000 manat təşkil edir.
40. İkinci rəydə də iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bütövlükdə tikinti altına düşdüyü bildirilmişdir.
41. Cavabdeh iddiaçının mülkiyyətində olan və yolun tikintisi altına düşən 0,10 ha torpaq sahəsinin bazar qiyməti ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Məhkəmənin əldə etdiyi mütəxəssis rəyində torpaq sahəsinin bazar qiyməti 75.000 manat müəyyən olunmuşdur.
42. Mütəxəssis rəyində torpaq sahəsinin yerləşdiyi yerlə bağlı nəqliyyat cəhətdən əlverişliliyi orta, sosial infrastruktura malik obyektlər ilə təmin olunması qənaətbəxş göstərilmiş, torpaq sahəsinin bazar qiyməti müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası 0,10 ha torpaq sahəsinin 75.000 manat qiymətləndirilməsi barədə mütəxəssis rəyini əsaslı hesab etmir.
44. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.
45. İddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar cavabdeh tərəfindən müdaxilə baş verməsini təsdiq edən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlara sorğular etməmiş, alınacaq torpağa uyğun torpağın bazar qiymətini müəyyən etməmişdir.
46. Bəhs olunanların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün əhəmiyyət daşıyır.
47. Apelyasiya məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından cavabdehin kasasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, iş üzrə araşdırmanın aparılmasına zərurət olduğundan iddianın rədd olunması hissəsində şikayət təmin edilməməlidir.
48. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: K asasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-75/2021 saylı 19 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.