Məhkəmə qərarları › İş №2-1(102)-1341/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1341/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1341/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qeydiyyat nişanının təhkim edilməsi) 31.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “dövlət qeydiyyat nişanının təhkim edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2023-cü il tarixli, 2-1(103)-932/20 23 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə elektron qaydada müraciət edərək, 77 seriyası ilə müxtəlif hərflərdən ibarət 777 dövlət qeydiyyat nişanını almaq istədiyini bildirmiş, bunun hüquqi prosedurunun hansı qaydada olması ilə bağlı əsaslandırılmış məlumatın verilməsini xahiş etmişdir.

2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 016141011M-4221 nömrəli məktubda göstərilmişdir ki, iddiaçının avtomobilinə «77» kodla başlayan son rəqəmləri 777 olan dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsi ilə bağlı ünvanladığı elektron müraciətə baxılmış və bildirilmişdir ki, arzu etdiyi dövlət qeydiy yat nişanları hazırda sərfiyyatda olmadığından müraciətinin həlli mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan 2014-cü il istehsalı, şassi nömrəsi 1G1PC5SB1F7141444 olan «Chevrolet Cruze» markalı minik və 2011-ci il istehsalı, şassi nömrəsi WDF**********6467 olan «X2» markalı minik avtomobillərinin hər ikisinə 77 seriyası ilə başlayan «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 18.65.6.1-ci maddəsində göstərilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 777 olan, seriyası müxtəlif və ya eyni hərflərdən ibarət olan (nümunə 77+- 777 və ya 77++777) dövlət qeydiyyat nişanlarının dövlət rüsumu ödənilməklə təhkim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması (cavabdehə həvalə edilməsi) barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə cavabdehə rəsmi olaraq elektron qaydada müraciət edərək, bir sıra dövlət qeydiyyat nişanlarının dövlət rüsumunun ödənilməsi ilə ona məxsus olan avtomobillərə təhkim edilməsini xahiş etmişdir. Eyni ərizədə dövlət qeydiyyat nişanlarının əldə edilməsi ilə bağlı prosedur qaydaları da izah etməyi xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixdə istədiyi dövlət qeydiyyat nişanlarının sərfiyyatda olmaması ilə bağlı cavab verilmişdir. Bundan sonra, iki dəfə də cavabdehə rəsmi müraciət etsə də, bu gü nə qədər heç bir cavab verilməmişdir. Cavabdehin cavabı və ümumilikdə istədiyi dövlət qeydiyyat nişanlarının təhkim edilməsindən imtinası tamamilə qanunsuz və əsassızdır. Bu dövlət qeydiyyat nişanlarının təhkim edilməsi ilə bağlı heç bir qadağa yoxdur. Belə ki, Bakı şəhərində bir sıra nəqliyyat vasitələrində analoji dövlət qeydiyyat nişanları təhkim edilmişdir və hətta yeni yaranmış 77 seriyalı dövlət qeydiyyat nişanının ən son hərf kombinasiyalı **-ZZ-*** dövlət qeydiyyat nişanı artıq istismara verilmişdir.

5. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.

6. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli, 016-99756-1222 nömrəli məktubunda qeyd olunur ki, hazırda sərfiyyatda «77» kodla başlayan eyni və ya fərqli hərfləri n kombinasiyasından ibarət son rəqəmləri 777 olan dövlət qeydiyyat nişanları mövcud deyildir.

7. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2-1(112)-5908/2022 nömrəli qərarı (hakim P.A.Hüseynov) ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçıya və məhkəməyə ünvanlanmış məktublardan görünür ki, hazırda sərfiyyatda iddiaçının tələb etdiyi rəqəm və hərflərin kombinasiyasından ibarət olan dövlət qeydiyyat nişanları mövcud deyildir. Məhkəmə öz mövqeyini “X1” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2013-cü il tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitələrinə r əqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası»nın 1.2, 3.1, 3.3, 3.4, 3.5, 3.6-cı maddələri ilə əsaslandırmışdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2023-cü il tarixli, 2-1(103)-932/2023 nömrəli qərarı (hakimlər F.F.Babayev /sədrlik edən və məruzəçi/, E.C.Kazımov və G.T.Axundova) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2-1(112)-5908/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı qeyd edir ki, o, mülkiyyətində olan avtonəqliyyat vasitələrinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq 77-**-777 qeydiyyat nişanlarının təhkim edilməsi ilə bağlı cavabdehə elektron müraciətlər ünvanlamış, lakin cavabdeh tərəfindən iddiaçının hüquqları pozularaq qanunun tələbləri təmin edilməmişdir. Belə ki, müraciətlərə verilən cavablarda iddiaçının istəyinə uyğun dövlət qeydiyyat nişanlarının sərfiyyatda olmaması qeyd olunmuşdur. Halbuki Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” qanunun 18.65.6.1-ci maddəsinə əsasən iddiaçının tələb etdiyi növdən olan dövlət qeydiyyat nişanları üçün 1000 (min) manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir və orada sərfiyyat adlı məfhumdan (termindən) söhbət belə getməmişdir. İnzibati orqan bu hərəkətləri ilə iddiaçının vətəndaş olaraq konstitusion hüquqlarını pozmuşdur. Qeyd edilən qanunun tələblərinə əsasən, şəxs dövlət rüsumunu ödəməklə istədiyi dövlət qeydiyyat nişanının onun nəqliyyat vasitəsinə təhkim edilməsini tələb etmək hüququna malikdir. Qeydiyyat orqanı olaraq cavabdehin isə vəzifəsidir ki, həmin dövlət qeydiyyat nişanını avtomobilə təhkim etsin. Cavabdehin sərfiyyat anlayışından istifadəsi isə heç bir hüquq normasında əks edilməmişdir. Belə olan halda cavabdehin öz vəzifəsini icra etməyərək hansı hüquq normasına istinad etməsi qeyri-aydın qalır.

14. Bakı Apellyasiya Məhkəməsi işə baxan zaman maddi hüquq normalarını qərarda sadalamaqla kifayətlənərək həmin hüquq normalarını düzgün tətbiq etməyi unutmuşdur. Cavabdeh qurum heç bir normaya əsaslanmadan təhkim edilən dövlət qeydiyyat nişanın sərfiyyatda olmamasını bildirmişdir. Halbuki sadalanan hüquq normalarında da bu cür anlayış yoxdur. Əksinə qanunun tələblərinə əsasən vətəndaşın dövlət qeydiyyat nişanın seçilməsində sərbəstliyi əks edilmişdir. Lakin cavabdeh qurum bu sərbəstliyi faktiki olaraq süni şəkildə məhdudlaşdırmışdır. Məhkəmə «Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası»nın 3.1-ci bəndindəki tələbi görsə də, nədənsə cavabdeh qurumun bu cür şəraiti vətəndaş üçün yaratmadığını unudur. Cavabdeh qurumun fəa liyyət göstərdiyi inzibati binada heç bir terminal mövcud deyildir və hətta bu cür elektron seçim imkanı mövcud deyildir. Ancaq məhkəmə iddiaçının bu normaya əməl etmədiyini vurğulayır. Məhkəmə cavabdehin qanun pozuntusunu iddianın rədd etməsi üçün əsas kimi qəbul edir. Belə olan halda cavabdehin və məhkəmənin özünün əsaslandıra bilmədiyi “sərfiyyatda yoxdur” anlayışı heç bir qanunvericilik norması ilə izah edilə bilmədiyi halda, məhkəmənin hansı normaya əsasın iddiaçının nəyəsə əməl etməməsini bildirməsi və iddianı rədd etməsi tamamilə anlaşılmaz qalır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “X1” Azərbaycan Respublikasının Qanunu Maddə

27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ. Azərbaycan Respu blikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitəl ərinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxsl ərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.... İV-İ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 1) nəqliyyat vasitəsinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi; 2) nəqliyyat vasitə sinin dövlət qeydiyyatını və daimi uçota alınmasını, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı həmin fəaliyyəti həyata keçirən dövlət orqanında “bir pəncərə” prinsipinin təşkili; 3) nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi və texniki baxışı ilə bağlı hərəkətlərin fasiləsiz olaraq həyata keçirilməsi;... 6) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin, dövlət qeydiyyat nişanlarının verilməsinin elektron idarəetmə sistemi; 7) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəm və ya hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, habelə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2013-cü il tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”

3. Rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsi üçün müraciət edilməsi 3.1. Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün müraciət edən şəxs qeydiyyatimtahan məntəqəsində yerləşdirilmiş xüsusi elektron terminal vasitəsilə d övlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir və terminalın avtomatik olaraq çap edib verdiyi seçilmiş rəqəm və hərf kombinasiyasını, ödənilmiş dövlət rüsumunun məbləğini və aparılmış əməliyyatın nömrəsini, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini əks etdirən qəbzi nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir.... 3.3. Avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün qeydiyyatimtahan məntəqəsinə və ya internet vasitəsilə müraciət edə bilər. 3.4. Qeydiyyat-imtahan məntəqəsinə daxil olan şəxs xüsusi elektron terminala yaxınlaşaraq, şəxsiyyət vəsiqəsinin nömrəs ini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsini daxil edir və dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir. Bundan sonra elektron terminal avtomatik olaraq qəbz çap edir. Qəbzdə seçilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin kombinasiyası, ödənilmiş dövlət rüsumları, aparılmış əməliyyatın nömrəsi və şəxsin növbəsi əks olunur. 3.5. Şəxsin qəbzdə göstərilmiş növbəsi çatdıqda, o sənədləri qəbul edən pəncərəyə yaxınlaşaraq, şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və qəbzi təqdim edir. Qəbzdə göstərilmiş əməliyyatın qeydiyyat nömrəsi əsasında sənədləri qəbul edən şəxs elektron idarəetmə sistemi vasitəsilə təqdim edilmiş sənədlərin və əks edilmiş məlumatların düzgünlüyünü yoxlayır və sistem vasitəsilə avtomatik generasiya edilən ərizəni çap edir və imzalanması üçün şəxsə təqdim edir. Ərizədə şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi, mühərrik, ban və şassi nömrələri, habelə rəngi, dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin seçilmiş kombinasiyası, ödənilmiş dövlət rüsumları barədə məlumatlar əks olunur. 3.6. Ərizə imzalandıqdan və qəbul edildikdən, habelə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyh inə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra nəqliyyat vasitəsi mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinəyə təqdim edilir. Müayinədən keçən nəqliyyat vasitəsinə 30 (otuz) dəqiqə ərzində yeni dövlət qeydiyyat nişanı və yeni qeydiyyat şəhadətnaməsi verilir.[3] 3.7. Avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün internet vasitəsilə müraciət etdikdə, internet səhifəsində şəxsiyyət vəsiqəsinin nömrəsini, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsini, elektron poçt ünvanını daxil edir və dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu həmin səhifədə ödəyir. Bundan sonra internet səhifəsində avtomatik olaraq ərizə generasiya olunaraq şəxsin elektron poçt ünvanına göndərilir və bilavasitə internet səhifəsindən çap edilməsi imkanı təmin olunur. Ərizədə şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi, mühərrik, ban və şassi nömrələri, habelə rəngi, dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin seçilmiş kombinasiyası, ödənilmiş dövlət rüsumları, həmçinin qeydiyyat-imtahan məntəqəsinə gəlmə tarixi və vaxtı barədə məlumatlar əks olunur. 3.8. Şəxs həmin ərizədə göstərilən tarixdə və vaxtda qeydiyyat-imtahan məntəqəsinə gələrək, şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin dövl ət qeydiyyatı şəhadətnaməsini və imzalanmış ərizəni sənədləri qəbul edən pəncərəyə təqdim edir. Sənədləri qəbul edən əməkdaş onların uyğunluğunu yoxlayır. Şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra müayinədən keçən nəqliyyat vasitəsinə 30 (otuz) dəqiqə ərzində yeni dövlət qeydiyyat nişanı və yeni dövlət qeydiyyatı şəhadətnaməsi verilir....

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri süb utlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hədd ində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır.

22. Belə ki, İnzibati Pro sessual Məcəllənin 12-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

23. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

24. Bu baxım dan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

25. Hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olduğu işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı özünə məxsus nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 777 olan, seriyası müxtəlif və ya eyni hərflərdən ibarət olan dövlət qeydiyyat nişanlarının verilməsini tələb edir, cavabdeh isə imtinasını iddiaçının arzu etdiyi dövlət qeydiyyat nişanlarının hazırda sərfiyyatda olmaması ilə əsaslandırır.

26. Bununla bağlı, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, istənilən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, adından da bəlli ol duğu kimi şəxsin xüsusi mülkiyyətində deyil, dövlət mülkiyyətində olan əşyadır.

27. Həmçinin bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin nə əşya, nə də əmlak hüquqlarına həsr olunmuş maddələrində avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının həmin anlayışlara (yəni, əşya və əmlak hüququ anlayışlarına) daxil olmaması da müəyyən edilir.

28. Hazırkı işin hallarından göründüyü kimi, iddiaçı ona məxsus olmayan, dövlət mülkiyyətində olan əşyanı (dövlət qeydiyyat nişanını) tələb etməkdə subyektiv hüququnun mövcudluğunu əsaslandıra bilməmişdir.

29. Bundan başqa, hazırkı qərarın 16-17-ci bəndlərində qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edilməlidir ki, dövlət mülkiyyətində olan dövlət qeydiyyat nişanın verilməsi qaydalarında şəxsin istəyinə uyğun ol araq konkretləşdirdiyi dövlət qeydiyyat nişanın verilməsi nəzərdə tutulmamışdır.

30. Belə ki, “X1” Qanunun 29-cu maddəsinə görə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində müəyyən edilmiş yerlərdə bərkidilmiş fərdi qeydiyyat nişanıdır. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir.

31. Dö vlət qeydiyyat nişanında hazırda iki rəqəm (region kodu), iki hərf və üç rəqəm formatından istifadə olunur. Rəqəm və hərf qrupları defislə bölünür. İlk iki rəqəm avtomobilin qeydiyyat rayonunu bildirir.

32. Hazırda qüvvədə olan normalara əsasən şəxs rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanının alınması hüququna malikdir.

33. Buna müvafiq olaraq, dövlət qeydiyyat nişanının təyinatı baxımından cavabdehin müraciət edən şəxsin nəqliyyat vasitəsini yalnız dövriyyədə olan qeydiyyat nişanı ilə təchiz etmək öhdəliyi vardır. Qeyd olunan həmin öhdəlik şəxsin arzu etdiyi istənilən rəqəm və hərf kombinasiyasından ibarət qeydiyyat nişanın verilməsi anlamında təfsir oluna bilməz. Başqa sözlə, dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçmək imkanı dövriyyə yə buraxılmış qeydiyyat nişanları ilə məhdudlaşır. Başqa cür yanaşma, müxtəlif şəxslər tərəfindən eyni rəqəm və hərf kombinasiyaların seçildiyi təqdirdə çıxılmaz və həlli mümkün olmayan halların yaranmasını şərtləndirərdi.

34. Bu baxımdan şəxs dövriyyəyə buraxılmamış arzuladığı rəqəm və hərf kombinasiyasından ibarət qeydiyyat nişanını tələb hüququna istinad etməkdə haqlı sayıla bilməz.

35. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə qərarı ləğv olunmalı, yeni qərar qəbul edilməli və iddia mümkün sayılmamalıdır. İddia mümkün sayılmadığından iddiaçının kassasiya şikayətinin işin mahiyyəti ilə bağlı dəlillər inə münasibət bildirilməsini məhkəmə kollegiyası zəruri hesab etmir.

36. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2023-cü il tarixli, 21(103)-932/2023 nömrəli qərarı ləğv edilir. İddia mümkün sayılmır. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar