Məhkəmə qərarları › İş №2-1(102)-1341/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1341/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1341/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın hissəvi ləğv edilməsi, iddianın qeyri-mümkünlüyü, subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpağın mülkiyy ətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(104)-22/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Xanlar rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 368 nömrəli sərəncamına əsasən, Çaykənd kəndinin 1991-ci il aprel ayının axırlarında erməni quldurlarından azad edilməsində fəal iştirak edən Gəncə şəhər DİŞ mühafizə şöbəsinin bir qrup əməkdaşına yaşayış evlərinin ayrılması qərara alınmış və siyahıda İddiaçı adı da qeyd edilmişdir.

2. Xanlar rayon Dövlət Notariat Kontorunda xx.xx.1993-cü il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsi nə əsasən, sabiq Xanlar rayon XDS-nin İcraiyyə Komitəsinin sərəncamına götürülmüş Xanlar (Göygöl) rayonu, Çaykənd kəndində yerləşən 15/40A nömrəli ev İddiaçı satılmış, evə dair texniki pasport verilmişdir.

3. JN-612F (kod: 5080058) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Xanlar rayonu Çaykənd kəndində yerləşən 0,10 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir.

4. Xanlar rayonunun Çaykənd kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair cədvəldən görünür ki, Xanlar rayonu, Çaykənd kəndində həyətyanı torpaq sahələri ayrılmış subyektlərin siyahısında X2 adı qeyd olunmuşdur.

5. Göygöl rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-651/201 8 nömrəli qətnaməsinə əsasən, iddiaçı X3 mərhum X2 qanun üzrə vərəsəsi tanınmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, JN-612F (kod: 5080058) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilən Göygöl rayonu Çaykənd kəndində yerləşən, 0,10 ha torpaq sahəsi iddiaçı X1 mülkiyyətinə verilmişdir.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv siyahısına əsasən, Xanlar rayon Dövlət Notariat Kontorunda xx.xx.1993-cü il tarixdə təsdiq edilmiş yaşayış evinin alqı-satqı müqaviləsinə əsasən, Göygöl rayonu, Çaykənd kəndində yerləşən 15/40A nömrəli ev İddiaçı satılmışdır. Lakin sözügedən daşınmaz əmlak üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin plan-ölçü sənədi 3 saylı Gəncə Ərazi İdarəsinin qovluğunda aşkar edilməmişdir. Göygöl rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-651/2018 nömrəli icra vərəqəsi və qətnaməsi icra olunması üçün xx.xx.2018-ci il tarixdə Ərazi İdarəsinə daxil olmuşdur. Lakin daşınmaz əmlak üzərində məhkəmədə mübahisə davam etdiyi üçün sözügedən qətnamə bugünə kimi icra olunmamışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/7979 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan Xanlar rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 368 nömrəli sərəncamına əsasən, Çaykənd kəndində fərdi yaşayış evləri Gəncə şəhəri DİŞnin mühafizə şöbəsinin bir qrup əməkdaşına (İddiaçı 15/40A saylı ev) satılmışdır. Fərdi yaşayış fondu tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş texniki pasporta əsasən, Çaykənd kəndində yerləşən İddiaçı məxsus 15/40A saylı evin ümumi tikinti altı sahəsi 74,5 kv.m və həmin evin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 2390,7 kv.m təşkil edir. Tədqiq olunan torpaq sahəsi bir tərəfdən keçid ilə, üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Eyni zamanda, iş materiallarında olan Xanlar (Göygöl) rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrə li qərarı ilə JN-612F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Xanlar rayonu Çaykənd kəndində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi Fərrux Paşayevin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, xx.xx.1993-cü il tarixli r8-123-reyestr nömrəsi ilə təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən, İddiaçı adına tərtib olunmuş Göygöl rayonu, Çaykənd kəndində yerləşən fərdi yaşayiş evinin yerləşdiyi torpaq sahəsinə dair plan-ölçü sənədinə istinadən 0,23 ha (2300 kv.m) torpaq sahəsinin 0,09 ha (900 kv.m) hissəsi JN-612F (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Baxış zamanı aparılmış ölçü işləri nəticəsində İddiaçı istifadəsində olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və torpaq sahəsinin ölçüləri və digər texniki parametrlərinin texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Göygöl rayonu Çaykənd kəndində 15-ci məhəllə 40A nömrəli ünvanda yerləşən İddiaçı adına fərdi yaşayış fondu tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş texniki pasporta əsasən torpaq sahəsinin yerində sərhədləri müəyyən edilmişdir. Həmin torpaq sahəsinin eni 37 metr, uzunluğu 61,3 metr olmaqla, bir tərəfdən keçid ilə, üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuşdur.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfin dən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iş materiallarında olan İddiaçı adına verilmiş Göygöl rayonu, Çaykənd kəndində 15-ci məhəllə, 40A nömrəli ünvanda yerləşən yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsinin yerində müəyyən edilməsi mümkündür. Göygöl rayonu, Çaykənd kəndində 15-ci məhəllə, 40A nömrəli ünvanda yerləşən yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsi ilə JN-612F (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinin 0,09 ha hissəsi eyni ərazidə yerləşir. Göygöl rayonu, Çaykənd kəndində 15-ci məhəllə 40A nömrəli ünvanda yerləşən yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsi ilə JN-612F (kod: ********) nömrəli torpağın mü lkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsi 0,09 ha hissədə üst-üstə düşür. İddiaçı adına verilmiş Göygöl rayonu, Çaykənd kəndində 15-ci məhəllə 40A nömrəli ünvanda yerləşən yaşayış evinin texniki pasportunda göstərilən fərdi yaşayış evinin 3,7 kv.m hissəsi JN-612F (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsində yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə (üçüncü şəxslər X3 və X4 olmaqla) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Çaykənd kəndində yerləşən 15/40A nömrəli mülkünün torpaq sahəsinin bir hissəsinə verilmiş xx.xx.2005-ci il tarixli, JN-612F nö mrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Çaykənd kəndində yerləşən 26 sot torpaq sahəsində yerləşən 15/40A nömrəli ev onun mülkiyyətindədir. Üçüncü şəxslər qeyd edilən mülkün çöl qapısının qıfılını sındırıb torpaq sahəsini və evi zəbt etmişlər. Onların evdən çıxarılması barədə iddia qaldırarkən məlum olmuşdur ki, onların mərhum ataları X5 iddiaçının 26 sot həyətyanı torpaq sahəsinin bir hissəsinə dair öz adına xx.xx.2005-ci il tarixli, JN-612 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə almışdır. Şəhadətnamədə göstərilir ki, guya torpaq sahəsi həmin şəxsin mülkiyyətinə Xanlar rayon Aqrar İslahat Ko missiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən verilmişdir. Halbuki “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə uyğun olaraq vətəndaşların evlərinin qanuni istifadədə olan torpaq sahələri onların mülkiyyətinə verilməlidir. X2 qanuni istifadəsində heç bir mülk və torpaq sahəsi olmadığı üçün iddiaçının həyətinin torpaq sahəsinin bir hissəsinin onun mülkiyyətinə verilməsi mövcud qanunvericiliyə ziddir. Belə şəhadətnamənin verilməsi üçün hüquqi əsas olmalıdır. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarı isə yalnız torpaq sahəsinin X2 qanuni istifadəsində olduğu halda hüquqi əsaslardan biri olar. Özünü Ermənistan qaçqını kimi qələmə verən Fərrux Paşayevin həmin torpaq sahəsinə aidiyyəti olmamışdır. Onun torpaq şöbəsinə təqdim et diyi sənədlərin hamısı, o cümlədən Çaykənd qeydiyyatına düşmək üçün Bakı şəhərinin hansısa rayon icra hakimiyyətindən gətirdiyi məktub saxta olmuşdur. Məhkəmənin 2-1(83)-07/2019 nömrəli qərardadına əsasən mümkünsüzlüklə nəticələnmiş iş üzrə mütəxəssis rəyindən görünür ki, şəhadətnamə üzrə torpaq sahəsi onun sahəsi ilə üst üstə düşür.

12. Gəncə İnzibati Məhkəməsinin (hakim: Emin Axundov) 22 fevral 2022-ci il tarixli, 2-1(114)-159/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Göygöl rayonu, Çaykənd kəndində yerləşən 15/40A nömrəli mülkünün torpaq sahəsinin bir hissəsinə verilmiş xx.xx.2005-ci il tarixli, JN-612F nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmı şdır ki, xx.xx.2019-cu il tarixli, 133 nömrəli mütəxəssis rəyinə əsasən, xx.xx.1993-cü il tarixli r8123 reyestr nömrəsi ilə təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən, İddiaçı adına tərtib olunmuş Göygöl rayonu, Çaykənd kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair plan-ölçü sənədinə istinadən 0,23 ha (2300 kv.m) torpaq sahəsinin 0,09 ha (900 kv.m) hissəsi, JN-612F (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Belə olan halda, 27.xx.xx.2005-ci il tarixli, JN-612F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

14. Üçüncü şəxs X3 apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Əlizamin Abdullayev /sədrlik edən və məruzəçi/, Aygül İsgəndərova və Şamil Rzaquliyev) 20 dekabr 2023-cü il tarixli, 2-1(104)-22/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini araşdırmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Göründüyü kimi, Xanlar rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 368 nömrəli sərəncamına əsasən, Göygöl rayonu, Çaykənd kəndin də yerləşən 15/40A nömrəli yaşayış evi iddiaçının mülkiyyətinə verilsə də, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarı ilə X2 mülkiyyətinə verilmişdir. Belə olan vəziyyətdə iddiaçının evin onun mülkiyyətində olması ilə bağlı hüquqlarına əsaslanaraq digər şəxslə əlaqədar olan Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirməyə subyektiv hüququ yaranmır. Digər tərəfdən, Göygöl rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-651/2018 nömrəli qətnaməsi ilə iddiaçı X1 mərhum X2 qanun üzrə vərəsəsi tanınması, Göygöl rayonu Çaykənd kəndində yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN-612F (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilən 0,10 ha torpaq sahəsinin iddiaçı X1 mülkiyyətinə verilməsi qət edilmişdir. Şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir.

17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Üçün cü şəxs X3 tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə b ağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı ir əli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillə rini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müva fiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Hazırkı mübahisədə iddiaçının iddia tələbi Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarı ilə X2 mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinə dair JN-612F (kod: 5080058) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə yönəlmişdir. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, həmin şəhadətnamə Xanlar rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 368 nömrəli sərəncamına əsasən notarial qaydada təsdiq edilmiş xx.xx.1993-cü il tarixli alqısatqı müqaviləsi ilə ona satılmış Xanlar (Göygöl) rayonu, Çaykənd kəndində yerləşən 15/40A nömrəli evin yerləşdiyi torpaq sahəsinin bir hissəsinə verilmişdir. Əslində isə iddiaçının hüquqi marağı və məqsədi X2 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinin əsasında duran daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın iddiaçıya məxsus evin yerləşdiyi torpaq sahəsi il ə üst-üstə düşən hissədə ləğv edilməsinə nail olmaqdan ibarətdir.

28. İlk növbədə qeyd edilməlidir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatı əks etdirən sənəddir və ona bağlıdır. İddiaçının hüquqi marağının təmin olunması və məqsədinə çatması baxımından şəhadətnamə deyil, hüquqmüəyyənedici sənəd (hazırkı halda Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarı) əsasında daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə aparılmış dövlət qeydiyyatı hüquqi əhəmiyyət kəsb edir. Reyestrdə müvafiq qeydiyyat tam və ya hissəvi ləğv olunduğu təqdirdə, onun əsasında verilmiş şəhadətnamənin da tam və ya hissəvi olaraq artıq hüquqi əhəmiyyətini və hüquqa dair qeydiyyatı əks etdirən sənəd keyfiyyətini itirdiyi nə zərə alınmalı, həmin şəhadətnamə tam və ya hissəvi olaraq yararsız və etibarsız sənəd kimi qiymətləndirilməlidir. Bundan əlavə, həm də nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə qeydiyyatın ləğv olunması səbəbindən həmin əmlak barəsində hər hansı əməliyyatın aparılması da istisna olunur. Belə ki, daşınmaz əmlaka dair əməliyyatlar fiziki anlamda mövcud olan şəhadətnamə əsasında deyil, reyestrdəki qeydiyyat üzərindən aparılır.

29. Məhkəmə kollegiyası bu qərarın 27-28-ci bəndlərində ifadə olunmuş hüquqi mövqenin davamı kimi xüsusilə olaraq qeyd edir ki, reyestrdə qeydiyyatın ləğv olunması üçün ilk əvvəl həmin qeydiyyatın aparılmasının hüquqi əsası qismində çıxış edən hüquqmüəyyənedici sənəd, yəni hazırkı mübahisəyə münasibətdə Xanlar rayon Aqrar İslahat Komissiyasını n xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarı mübahisələndirilməli idi. Yalnız həmin qərarın ləğv olunduğu təqdirdə reyestrdə qeydiyyatın ləğvi tələb edilə bilərdi. Məhkəmə kollegiyası həmçinin iddiaçının nəzərinə çatdırır ki, müddətin buraxılması səbəbindən həmin qərarın mübahisələndirilməsi imkanı da itirilmişdir. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, 2011-ci il tarixədək (İPM-in qüvvəyə mindiyi tarixədək) mübahisələndirilməmiş inzibati aktlar həmin tarixdən sonra da mübahisə edilə bilməz.

30. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

31. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

32. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 33. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya insta nsiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

34. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. 35. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qan unlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”

36. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsinin ona ayrılmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd, yəni iddia edilən torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada iddiaçının mülkiyyətinə, icarəsinə və ya istifadəsinə verilməsini təsdiq edən sənədlərin mövcudluğu iş üzrə materiallarla müəyyən edilmir. İddiaçı tərəfindən də bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim olunmamışd ır.

38. İddiaçının istinad etdiyi Xanlar rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 368 nömrəli sərəncamı və həmin sərəncam əsasında xx.xx.1993-cü il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi Xanlar (Göygöl) rayonu, Çaykənd kəndində yerləşən 15/40A nömrəli evin iddiaçıya satılması ilə bağlıdır və həmin sənədlər iddia edilən mübahisəli torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada iddiaçının mülkiyyətinə, icarəsinə və ya istifadəsinə verildiyini təsdiq edən sənəd kimi qəbul oluna bilməz.

39. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia etdiyi torpaq sahəsinə hər hansı hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur və bu baxımdan hazırkı məzmunda iddia qaldırmağa iddiaçının subyektiv hüququ mövcud ola bilməz.

40. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

41. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(104)-22/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar