Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1342/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1342/19 Bakı şəhəri 12 iyun 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı və vəkili Könül Ələskərovanın, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cavabdeh nümayəndələri Nümayəndə və Vəkilnin iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2019-cu il tarixli, 2-1(103)-2934/2018saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 ildən artıq müddətə qanunsuz olaraq öz vəzifə öhdəliyini yerinə yetirməyərək onu işsiz qoymaqla vurduğu maddi və mənəvi ziyana görə 25.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 4 ildən artıq müddətdə qanu nsuz olaraq həbsdə saxlanılmış, çoxsaylı məhkəmə proseslərindən sonra nəhayət Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə bəraət almışdır. Azadlığa çıxdıqdan sonra iddiaçı “Təhqiqat İbtidai-İstintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsaslanmaqla cavabdehə edilmiş çoxsaylı müraciətlərinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə onu müvafiq işlə təmin etməmiş, həmçinin onun münasib işlə təmin edilməsinə dair iddiasının qismən təmin olunduğu məhkəmə qərarını icra etməmişdir. Bununla cavabdeh ona 23.424 manat məbləğində maddi və 1576 manat məbləğində mənəvi ziyan vurmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 06 no yabr 2015-ci il tarixdə işaxtaran vətəndaş kimi müvəqqəti qeydiyyata alınmış, iddiaçıya bir neçə müəssisədə vakant iş yerləri təklif olunsa da, iddiaçı yalnız öz kateqoriyasına uyğun iş yerində çalışmaq arzusunda olduğunu bildirməklə imtina etmişdir. Bundan başqa, iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilərək həmin proqrama qoşulması tövsiyyə olunmuş, iddiaçı əvvəlcə həmin proqrama qoşulmaq arzusunda olduğunu bildirsə də, sonradan bundan da imtina etmişdir. Məşğulluq Mərkəzinin vətəndaşlara əmək bazarında mövcud olan vakant iş yerlərinə göndəriş təqdim edərək, həmin iş yerlərinə vətəndaşın məcburi göndərilməsini və həmin müəssisədə işlə təmin olunmasını tələb etmək səlahiyyəti yoxdur. 2 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 2-1(82)3842/2018 saylı qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı maddi və mənəvi zərərin ödənilməsi barədə tələb irəli sürsə də, məhkəməyə zərərin tələbdə ifadə olunan miqdarının əsasını təşkil edən hər-hansı sübut təqdim edə bilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2018-ci il tarixli, 2-1(103)-2934/18 saylı qərarı ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdiril mədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının işlə təmin olunmasına dair məhkəmə qərarına qədər və həmin qərardan sonra qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və iddiaçının işlə təmin olunması üçün səlahiyyətləri daxilində xidməti vəzifəsindən irəli gələn bütün hərəkətləri etmişdir. Bunun əksinə olaraq iddiaçı isə, ona təklif olunan iş yerlərindən yayınmaqla cavabdehə qarşı kompensasiya tələbini irəli sürə bilməsi üçün müvafiq zəmin yaratmağa çalışmışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 556.1, 560.3.3, 1097.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunma sını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddia ərizəsində qeyd olunmuş iddianın əsaslarını təkrarlamış və bildirmişdir ki, məhkəmələr iddiaçının təqdim etdiyi sübutları nəzərə almadan cavabdehin öz səlahiyyətlərini qüsursuz yerinə yetirməsi qənaətinə gəlmişdirlər. Halbuki, iddiaçı ona təklif olunan “Sokar” Ekologiya İdarəsində vakant işə alınmaq istədiyini bildirmiş, lakin həmin idarədə ona münasib işin olmamasına istinad etməklə işə qəbul etməkdən imtina etmişlər, həmçinin təklif olunmuş bağ fəhləsi işinə də əmək kitabçasının olmaması əsası ilə qəbul edilməmişdir. Apellyasiya məhkəməsi isə, heç bir fakta əsaslanmadan cavabdeh tərəfindən iddiaçıya münasib işlə rin təklif olunduğunu, lakin iddiaçının ardıcıllıqla həmin işlərdən imtina etməsi nəticəsinə gəlmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onu müdafiə etmiş, şikayətin təmin olunaraq, apellyasiya məhkəməsinin qərarının ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onların izahatı dinlənilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 29 iyul 2013-cü il tarixdə iddiaçı barəsində bəraət hökmü çıxarılmış və o, məhkəmə iclas zalından dərhal buraxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-779/2013 saylı 29 iyul 2013-cü il tarixli hökmündən (onun və digər şahid ifadələrindən) görünür ki, iddiaçının məhkum edilməmişdən əvvəl onun daimi və stabil iş yeri mövcud olmamış, sadəcə, “ROK5” deyilən ərazidə və “Ulduz” zavodu sökülən yerdə şərikli tikinti materiallarını alıbsatmaqla məşğul olmuşdur. İddiaçı həb sdən buraxıldıqdan sonra işlə təmin olunması üçün cavabdehə müraciət etmiş və sonuncu tərəfindən 06 noyabr 2015-ci il tarixdə işaxtaran kimi qeydə alınmış, əmək bazarındakı mövcud iş yerləri barədə məlumatlandırılmış və ona “SOCAR” Ekologiya idarəsində laborant vəzifəsi (ə/h 380 manat), Biləcəri Bələdiyyəsində –nəzarətçi vəzifəsi (ə\h 200 manat) təklif olunmuş, lakin maaşın azlığı uzaqlığı və sair səbəblərdən həmin vəzifələrdən imtina etmişdir. İddiaçı Cavabdehnə qarşı “iş verilməsi haqqında” iddia tələbi ilə məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisad i Məhkəməsinin 2-1(82)-1894/2018 saylı 08 iyun 2017-ci il tarixli qərarı ilə onun iddia tələbi qismən təmin edilmiş, İddiaçı yaşı nəzərə alınmaqla onun işlə təmin olunması barədə müraciətinə yenidən baxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cavabdehnə həvalə edilmişdir. Cavabdeh orqan məhkəmə qərarının icrası çərçivəsində ona X1–bağ fəhləsi (ə\h 175 manat) işləri təklif olunmuş, lakin həmin idarə tərəfindən iddiaçının əmək kitabçası olmadığından işə qəbul olunmamış, bundan sonra 07 avqust 2017-ci il tarixdə Mərkəzə dəvət edilərək, ona mövcud olan vakansiyalar (iş yerləri) barədə məlumat verilmiş, lakin iddiaçı həmin vakansiyalara baxmaqdan imtina etmişdir. Cavabdeh tərəfindən 04 sentyabr 2018-ci il tarixdə bir daha ona əmək bazarında mövcud olan vakansiyalar haqqında ona məlumat verilərək “xxxx” MMC-yə kvota iş yerinə rəsmi göndəriş verilmiş, lakin həmin göndərişi almaqdan imtina etmişdir. Hüquqi məsələlər Azərbaycan Respub likası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verilmədiyi müəyyən olunmuşdur. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı apellyasiya məhkəməsinin bəaətverici qərarı ilə azadlığa buraxıldıqdan sonra müvafiq işlə təmin olunması ü çün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçını işlə təmin etmək məqsədilə iddiaçıya vakansiyalarla bağlı məlumat verməsinə baxmayaraq, iddiaçının işlə təmin olunması baş tutmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı, qanunsuz olaraq öz öhdəliyini yerinə yetirməyərək vurduğu maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın mümkünlüyü ilə bağlı aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır. Hazırkı iddia tələbinin növü Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş əlamətlərə uyğundur. Maddəyə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsindəvurulmuş ziyana görə kompensasi yanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. - 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, inzibati orqanın hərəkətsizliyi nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə həmin inzibati orqan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daş ıyır ki, inzibati orqanın hərəkətsizliyi nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən imtinaya dair qərarının mübahisələndiriməsi və komopensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməlidir. Qanunvericilik vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı ilk növbədə inzibati orqana müraciət edilməsini və inzibati orqan tərəfindən imtina cavabı alındıqdan sonra kompensasiyanın ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət olunmasını nəzərdə tutmuşdur. Lakin, iddiaçının ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi ilə cavabdehə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələblərinin və kassasiya şikayətinin dəlillərinin əsaslandırılması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə istinad etmişdir. Məcəllənin həmin maddəsinin tələbinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göründüyü kimi həmin maddə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzinin ödənilməsini nəzərdə tutumuşdur ki, göstərilən halların hazırkı iddia tələbinə və cavabdehə hər-hansı bir aidiyyəti yoxdur. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsi göndərici norma olmaqla inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqanların məsuliyyətinə dair məsələlərin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənməsini müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslər inin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Göstərilən maddənin tələblərindən aydın olduğu kimi, dövlət oranlarının, yerli özünüidarə orqanının və ya onların vəzifəli şəxslərinin öz vəzifələrinin icrası zamanı yol verdikləri qanunsuz hərəkət və ya hərəkətsizlik və ya qanuna və digər hüquqi akta uyğun gəlməyən inzibati aktları nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş zərərin əvəzi Azərbaycan Respublikası və ya müvafiq yerli özünüidarə orqanı tərəfindən ödənilir. Lakin, bu zaman müvafiq orqanın hərəkət və ya hərəkətsizliyinin v ə ya qəbul etdiyi inzibati aktın qanunsuz və hüquqazidd olması müəyyən edilməlidir. Hazırkı halda, iddiaçı dəymiş zərərə görə kompensasiyanın ödənilməsinə dair cavabdehə müraciət etmədiyindən, cavabdehin də bununla bağlı müvafiq hərəkətsizliyinin hüquqazidd olmasının müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi ilə bağlı qanunvericiliyin iddianın mümkünlük şərtləri ödənilməmişdir. Bu səbəbdən, iddiaçının kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2019-cu il tarixli, 2-1(103)-2934/2018 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cavabdehnə qarşı 4 ildən artıq müddətə qanunsuz olaraq öz vəzifə öhdəliyini yerinə yetirməyərək onu işsiz qoymaqla vurduğu maddi və mənəvi ziyana görə 25.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmasın. Hakimlər (imzalar
Məhkəmə qərarları › İş №2-1(102)-1342/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1342/2019
12.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver