Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1342/2021 14.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: vəfat etmiş hərbi qulluqçunun ailə üzvünün onun istifadə etmədiyi mənzillə təmin olunma hüququndan istifadəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi) qarşı “mənzil uçotuna götürülmə” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 03.05.2021-ci il tarixli 2-1(105)-206/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı əri X2 xx.xx.2018-ci il tarixdə onkoloji xəstəlikdən vəfat etmişdir. X2 27.07.1996-cı ildən 25.11.2016-cı ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 13.10.2016-cı il tarixli 0687 saylı əmri ilə xəstəliyə görə istefaya buraxılmış, 02.12.2016-cı ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində hərbi qeydiyyata alınmışdır.
2. İdddiaçı İddiaçı və onun mərhum əri X1 yaşayış yeri üzrə qeydiyyat ünvanları müvafiq olaraq Sumqayıt şəhərində və Bakı şəhər ində yerləşir. İddiaçı ərinin ölümündən sonra müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi üçün kompensasiya təyin edilməsi məqsədilə mənzil uçotuna alınması barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 15.05.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, X2 vəfat etməsi ilə əlaqədar ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli 174 saylı qərarının müddəaları mərhuma şamil edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Sumqayıt ş əhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 20 il hərbi xidmətdə olmuş X1 ölümündən sonra onun və ailə üzvlərinin mənzil uçotuna götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X2 ilə nikahlarını 01.02.2001-ci ildə rəsmi qaydada qeydiyyatdan keçirməklə ailə həyatı qurmuşlar. Rəsmi nikahdan 10.03.2002-ci ildə X3, 02.11.2004- cü ildə X5, 17.06.2010-cu il tarixdə X4 anadan olmuşlar. X2 Azərbaycanın Milli Ordusunun zabiti olmuş, onunla müxtəlif bölgələrdə qulluq yerində birgə yaşamışlar. Onların icarəsində, istifadəsində, mülkiyyətlərində mənzil, ev olmamışdır. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağ ırış Üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər İdarəsinin 17.04.2018-ci il tarixli 176 nömrəli arayışından görünür ki, mərhum əri X2 27.07.1996-cı il tarixdən 25.11.2016-cı il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 13.10.2016-cı il tarixli 0687 saylı əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsinə əsasən xəstəliyə görə istefaya buraxılmışdır. 02.12.2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlər Xidmətinin Sumqayıt şəhər İdarəsində hərbi qeydiyyata alınmışdır. Əri xidmətdə olduğu dövrdə hərbi qarnizonlarda xidməti mənzillə təmin olunmuşlar. 2016-cı ildə əri istefaya çıxdığı vaxt Sumqayıt şəhərinə qayıtmış və yuxarıda göstərdi yi kimi hərbi qulluqçu kimi qeydiyyata alınmışlar. Lakin mənzil növbəsinə dayanmamışlar. Bununla bağlı AR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Şöbəsinin arayışından görünür ki, əri 02.12.2016-cı il tarixdən hərbi qulluqçu kimi qeydiyyata alınmışdır. AR Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin arayışından görünür ki, mərhum əri mənzillə təmin olunmamışdır. Azərbaycan Respublikası Bakı şəhər, Yasamal rayonu İcra Hakimiyyətinin arayışından görünür ki, əri ehtiyyatda olan zabitlərin güzəştli mənzil uçotu növbəsinə götürülməmişdir. Bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdirinin imzası ilə təqdim olunmuş 15.05.2019-cu il tarixli məktubdan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Z.Fərəcova yazılmış ərizədə onun və ailə üzvlərinin mənzil uçotuna alınması xahiş edilsə də, cavab məktubunda tamamilə başqa bir məsələ ilə bağlı, yəni müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi ilə bağlı məsələ qeyd edilir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin ərizəsinə cavabı qanunsuzdur. İmtinanı qanunsuz və əsassız hesab edir. Bununla bağlı inzibati orqan, yəni Sumqayıt Şəhər İcra Hakimiyyəti inzibati akt qəbul edib onu və ailə üzvlərini mənzil növbəsinə götürməli idi.
6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, mərhum X2 Bakı şəhərində qeydiyyatda olduğu üçün mövcud qanunvericiliyə əsasən Sumqayıt şəhərində mənzil uçotuna alınmamışdır. Lakin müharibə əlil i mənzil uçotunda olub vəfat etdiyi halda növbə onun ailə üzvləri üçün saxlanılır.
7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2019-cu il tarixli 2-1(085)1118/2019 nömrəli qərarına əsasən (hakim İsmayıl Quliyev) iddianın təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə hərbi qulluqçu vəfat etdikdən sonra onun istifadə etmədiyi mənzillə təmin olunma hüququndan ailə üzvlərinin istifadəsi ilə bağlı hər hansı bir norma öz əksini tapmamışdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.09.2020-ci il tarixli, 2-1(105)-92/2020 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Hökümə Babayeva və Əsəd Məhəmmədəli) qəra rı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2019-cu il tarixli 2-1(085)-1118/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25.11.2020ci il tarixli, 2-1(102)-2254/2020 nömrəli qərarına əsasən (sədrlik edən Zakir Quliyev, hakimlər Rahib Nəbizadə və İspəndiyar Şəfiyev) iddiaçının kassasiya şikayətinin qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.09.2020-ci il tarixli, 2-1(105)-92/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, məhkəmələr iddiaçının qeydiyyatda olduğu yer üzrə, yəni Sumqayıt şəhərində onun və ailə üzvlərinin mənzil uçotuna götürülməsinin nədən mümkün olmamasını, yəni buna dair konkret hər hansı bir qadağanedici maddi hüquq normasının mövcud olduğunu qeyd etməmişdir. Bundan başqa, iş üzrə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi üçüncü şəxs qismində cəlb olunmalı idi. Həmçinin, məhkəmə X2 uzun müddət Sumqayıt şəhərində qeydiyyatda olması, Sumqayıt şəhər İdarəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi qeydiyyata alınması barədə dəlilləri araşdırmamışdır. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 16.02.2021-ci il tarixli qərardadı ilə Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli 2-1(105)-206/2021 nömrəli qərarına əsasən (sədrlik edən Fuad Məmmədov, hakimlər Səyyad Qafari və Elman Rəhimov) apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2019-cu il tarixli 2-1(085)-1118/2019 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilərək 20 il hərbi xidmətdə olmuş X1 (03.02.2018-ci ildə vəfat etmiş) ölümündən sonra İddiaçı və ailə üzvlərinin mənzil uçotuna götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə hərbi qulluqçunun ailə üzvünün onun istifadə etmədiyi mənzillə təmin olunma hüququndan istifadəsini qadağan edən hər hansı bir norma yoxdur. Bundan başqa, iddiaçı hərbi qulluğa Sumqayıt şəhərindən getmiş, istefaya buraxıldıqdan sonra Sumqayıt şəhərində hərbi qeydiyyata alınmışdır və onun Bakı şəhərində qeydiyyatda olması təhsil alması ilə bağlı olmuşdur.
18. Məhkəmə qərarı cavabdehə 20.05.2021-ci il tarixində təqdim edilmişdir.
19. Cavabdeh 16.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli 2-1(105)-206/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasi ya şikayətinin dəlillərinə görə mərhum X2 Bakı şəhərində qeydiyyatda olduğu üçün mövcud qanunvericiliyə əsasən Sumqayıt şəhərində mənzil uçotuna alınmamışdır. Mənzil Məcəlləsinin 55.1.7-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslər vəfat etdikdə mənzil uçotundan çıxarılırlar. Nazirlər Kabinetinin 24.07.2019-cu il tarixli 322 saylı Qərarına görə isə əlilliyi olan şəxs mənzil uçotunda olub vəfat etdiyi halda növbə onun ailə üzvləri üçün yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi mümkün olduğu təqdirdə saxlanılır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayəti ilə eyni m əzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
24. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Hərbi qulluqçuların statusu” haqqında Qanunun 12.1-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmə t yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.
26. Həmin Qanunun 12.10-cu maddəsinə əsasən hərbi qulluqçuların, həqiqi hərbi xid mətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər.
27. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar ü zrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
29. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
31. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati müb ahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisənin mahiyyəti ilə bağlı prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düz gün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, hazırkı qərarın 25-27-ci bəndlərində göstərilən normalardan görünür ki, qanunvericilikdə hərbi qulluqçuların mənzillə təmin olunmaq hüququ təsbit olunmuş, eyni zamanda hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun istifadə etdiyi güzəştlərdən ailəsinin də istifadə imkanı nəzərdə tutulmuşdur.
36. İşin mübahisəsiz hallarından məlum olduğu kimi, iddiaçının mərhum əri 27.07.1996-cı ildən 25.11.2016-cı ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Müdafiə Nazirliyinin Mənzilİstismar İdarəsinin 21 sentyabr 2018-ci il tarix li, 3828 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, X2 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə başladığı tarixdən, yəni, 27.07.1996-cı ildən Müdafiə Nazirliyində mənzil növbəsinə götürülmüşdür və yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların komissiyasına təqdim olunacaq siyahısına daxil ediləcəkdir.
38. Göründüyü kimi, iddiaçının mərhum əri X2 mənzillə təmin olunmaq hüququ olsa da, vəfat edənə qədər mənzillə təmin olunmamışdır. Hazırkı qərarın 35-ci bəndində göstərilən qaydaya uyğun olaraq mərhum X2 mənzillə təmin olunmaq hüququndan hazırda onun ailəsinin istifadə etmək imkanı vardır.
39. Cavabdeh kassasiya şikayətinin dəlillərində ona istinad edir ki, iddiaçının mərhum əri Bakı şəhərində qeydiyyatda olduğu üçün Sumqayıt şəhərində mənzil uçotuna alınmamışdır.
40. L akin, apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, X2 13.09.2013-cü il tarixdən 24.07.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında dinləyici qismində həqiqi hərbi xidmət keçmişdir və Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq küçəsi ev 13 ünvanına 11.10.2013-cü ildən qeydiyyata düşmüşdür. Q.Hümbətovun qeydiyyatda olduğu ünvan (ünvan 2 Mənzil İstismar Hissəsinin 2 nömrəli Mənzil İstismar Sahəsinin ərazi dairəsinə aid olmuşdur. X2 Ünvan1 ünvanında qeydiyyatda olması onun Hərbi Akademiyada təhsil alması ilə bağlı olmuşdur. O, hərbi qulluğa Sumqayıt şəhərindən getmiş və istefaya buraxıldıqdan sonra isə Sumqayıt şəhərində hərbi qeydiyyata alınmışdır.
41. Beləliklə, iddiaçının mərhum ərinin Bakı şəhərində qeydiyyatda olması mə nzil uçotuna alınmasından imtina üçün əsas ola bilməz. Lakin nə cavabdeh, nə də işə baxan birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamışdır.
42. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etsə də, vəfat etmiş hərbi qulluqçunun ailə üzvünün onun istifadə etmədiyi mənzillə təmin olunma hüququnu məhdudlaşdıran hər hansı qadağanedici hüquq normasına istinad etməmişdir.
43. Hazırkı qərarın 27-ci bəndində göstərilən normanın məzmunundan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmadığı təqdirdə vəfat etmiş hərbi qulluqçunun ailəsi onun istifadə etdiyi güzəştlərə hüququ saxlayır. Cavabdeh isə qanunvericilikdə göstərilən hər hansı başqa hala istinad etməmiş, belə bir halın mövcudluğu işə məhkəmələr tərəfindən baxılarkən də müəyyən ed ilməmişdir.
44. Göründüyü kimi, mərhum X2 istifadə etmədiyi mənzillə təmin olunma hüququndan iddiaçının istifadə etməsini qadağan edən hər hansı hal olmasa da, cavabdeh iddiaçının bu hüququnu təmin etməkdən əsassız olaraq imtina etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir.
45. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh im tinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli 2-1(105)-206/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli 21(105)-206/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.