Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1342/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: dövlət hesabına qaz xəttinin çəkilməsi və sayğacın quraşdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1972-ci il təvəllüdlü, FİN xxxxxxx) Cavabdehnə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üçüncü şəxs qismində cəlb olunmaqla) “dövlət hesabına qaz xəttinin çəkilməsi və sayğacın quraşdırılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2-1(103)805/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 sentyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Yelkən” b/y-nin, V sektoru, 365 nömrəli 0.05 ha. bağ sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 907 nömrəli reyestr kitabının 85967 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. İddiaç ı 22 iyul 2020-ci il tarixli ərizə ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, 365 nömrəli bağ ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin öz şəxsi vəsaiti hesabına qazlaşdırılmasına və abunəçi kodunun açılmasına köməklik göstərilməsini xahiş etmişdir.
3. Fərdi yaşayış evinin qazlaşdırılmasının qüsur aktına əsasən, adıçəkilən yaşayış evinin Neft ərazisində yerləşməsi əsası ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Yelkən” b/y-nın, V sektoru, 365 saylı 0.05 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə dövlət hesabına qaz xəttinin çəkilməsi və sayğacın quraşdırılması nın Cavabdeh İB tərəfindən həyata keçirilməsinə qərar verilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, hal-hazırda işlədiyi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Yelkən” bağçılıq sahəsində 365 saylı, 0.05 ha torpaq sahəsi ev tikmək üçün ona ayrılmışdır. 20 sentyabr 2019-cu ildə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** saylı qeydiyyat nömrəsi ilə çıxarış verilmişdir. O, yaşayış üçün ev tikmişdir. 22 iyul 2020-ci ildə Bakı şəhəri 2 saylı ASAN kommunal mərkəzə ərizə ilə müraciət edərək, küçələrindən keçən Cavabdeh İB-nin xəttindən onun evinə qaz çəkilməsi və sayğac quraşdırılmasını xahiş etmişdir. Təxminən 15 gün sonra Ədalət adlı nümayəndə gəlib əraziyə baxış keçirmiş, “Texniki şərt”in hazırlanacağını və ona məlumat veriləcəyini bildirmişdir. 18 avqust 2020-ci ildə ona zəng edərək məlumat verilmişdir ki, onların evinə qaz çəkilməsinə icazə verilmir. Halbuki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli Sərəncamı ilə bütün Bakı ətrafı qəsəbələrin qazla təmin olunması müvafiq dövlət qurumunun üzərinə bir vəzifə kimi qoyulmuşdur.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4084/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) hazırkı inzibati məhkəmə icraatına 3-cü şəxs qismind ə cəlb edilmişdir.
7. Üçüncü şəxs iddiaya qarşı etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, UTM WGS 84 koordinat sistemində X Y 423539,774 4469028,329 423543.700 4469008,290 423519.463 4469003,483 423515,469 4469023,319 koordinatlarda olan iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X1 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4084/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 10/2492 nömrəli, 6 avqust 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının adına verilmiş çıxarışa əsasən onun mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş və onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Hövsan qəsəbəsi, “Yelkən” bağçılıq sahəsinin, V sektoru, 365 saylı bağ evinə qaz xəttinin çəkilməsi, sayğacın quraşdırılması və texniki şərtin verilməsi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli q ərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş müvafiq tələblərə zidd deyil.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4084/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim: A.P.Oruczadə) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Yelkən” b/y-nin V sektoru, 365 nömrəli bağ sahəsində yerləşən fərdi yaşayış evinin texniki şərtlərə uyğun qazlaşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, “Yelkən” b/y, V sektoru 365 saylı bağ sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Odur ki, həmin bağ sahəsində yerləşən evə qaz xəttinin çəkilməsi, sayğacın quraşdırılması və texniki şərtin verilməsinin “Qaz təchizatı haqqında” AR Qanunu və “Qazdan istifadə Qaydal arı”nda nəzərdə tutulmuş müvafiq tələblərə zidd olmaması ekspertin rəyi ilə təsdiq olunur.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli 2-1(103)-805/2022 nömrəli qərarına əsasən (hakimlər: H.Ü.Həmidov- sədrlik edən və məruzəçi, E.E.Nağıyeva, C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4084/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh və üçüncü şəxs kassasiya şikayəti verərək Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli 2-1(103)-805/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) cavabdehin kassasiya şikayətinin dəlilləri
15. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 25.1-ci bəndinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Sazişə əsasən “X1 Limited” Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsində yerləşir. Lakin, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 20 sentyabr 2019-cu il tarixli, 567868 nö mrəli dövlət reyestrindən çıxarışa əsasən qanunsuz olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Lakin məhkəmə bu hüquq pozuntusuna qiymət verməmişdir. Həmçinin, fiziki şəxsin istehlakçı kimi qəbul edilərək sayğacla təchiz edilməsi üçün ilk növbədə tərəflər arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında alğı-satqı barədə” müqavilə bağlanmalıdır. İş üzrə tərəflər arasında belə bir müqavilə mövcud olmadığı üçün Qanunun bu maddəsi düzgün tətbiq edilməmişdir. b) üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri
16. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə qarşı yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərarın qəbul olunduğu məhkəmə iclasında cavabdeh və üç üncü şəxsin iştirakı təmin olunmamış, çəkişmə prinsipi, eləcə də İPM-in 15-ci maddəsinin tələbləri pozulmuşdur. Üçüncü şəxsin prosesdə iştirakının təmin olunmaması əlavə və ya təkrar ekspertiza barədə vəsatət vermək hüququnu da məhdudlaşdırmışdır. Apellyasiya instansiyası məhkəməsi isə bu xüsusatlara qiymət verməmişdir. c) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı etiraz (ərizə) təqdim edərək kassasiya şikayətlərinin əsassız olduğunu bildirmiş, hər iki şikayətin təmin olunmamasını xahiş etmişdir. Etirazda bildirilir ki, kassasiya şikayətlərində göstərilən hallar iş materialları ilə təkzib olunur. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Qaz təchizatı haqqında” Qanun Maddə 6. 6-cı hissə. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz pay layıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə13. 9-cu hissə. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 1-ci bənd: Qaz paylayıcısı – alqı-satqı müqaviləsi əsasında istehlakçının qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi vasi təsilə qazın çatdırılmasını, satışını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən şəxsdir, istehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. 1.2-ci bənd: Qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçıların qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə qazın çatdırılmasını, satışını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən hüququ şəcsdir, istehlakçı alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquq və ya fiziki şəxsdir. 4.2-ci bənd: Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qazpaylayıcı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz və saiti hesabına həyata keçirilir.
20. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlük də mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Eyni zamanda, məhkəmə kollegiyası bir daha vurğulayır ki, 20 sentyabr 2019cu il tarixli 567868 saylı dövlət reyestrindən çıxarışa, əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hal-hazırda qanuni əsaslarla iddiaçının xüsusi mülkiyy ətində olduğundan Bakı şəhəri, ünvan ünvanında yerləşən və xüsusi mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılmasından cavabdehin imtinası əsassızdır. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin qazla təchiz edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə torpaq sahəsinin neft ərazisi olmasını əsas gətirərək, iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və bununla da yuxarıda qeyd olunan “Qazdan istifadə Qaydaları”nın 4.2-ci maddəsinin tələblərini pozmuşdur
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbi qi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətləri rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2-1(103)-805/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 21(103)-805/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.