Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1342/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; kassasiya şikayətinin səlahiyyəti olmayan vəkil tərəfindən tərtib edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Bələdiyyəsinə qarşı "cavabdehin xx.xx.2017-ci il tarixli, 44/01 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzib ati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(108)4/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Bələdiyyəsinin xx.xx.2017ci il tarixli, 44/01 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-21(122)-683/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün hesab edilərək icraata götürülməsi barədə qərar q əbul edilməsini xahiş etmişdir.
4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinın İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(108)-4/2024 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(122)-683/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki P rosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tər tib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi əlavə olunur. 8. “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə: (Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuşdur). “Maddə
1. Əsas anlayışlar... 1.5. Vəkil orderi (bundan sonra - order) – müvəkkil ilə vəkil (vəkil qurumu ) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat)orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir....” KASSASİYANİN MÜMKÜNLÜYÜ
9. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
10. İPM-in 90.3-cü və MPM-in 67.1, 407.3 və 407.4-cü maddələrinin tələblərindən göründüyü kimi, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə order əlavə olunmalıdır.
11. İddiaçının kassasiya şikayəti vəkil tərəfindən tərtib olunub imzalansa da, şikayətə vəkilin birinci instansiya məhkəməsi üçün təqdim etdiyi orderin surəti əlavə edilmişdir. 12. “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci maddəsinə əsasən Vəkil orderi müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir.
13. İddiaçı ilə Vəkil1 arasında bağlanan müqavilə əsasında tərtib edilmiş və kassasiya şikayətinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli vəkil orderi tapşırığın Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində həyata keçirilməsi üçün verilən və yalnız birinci instansiya məhkəməsində vəkilin səlahiyyətlərini təsdiq edən sənəddir. Bu iş üzrə kassasiya şikayətinin tərtib e dilməsi üçün vəkilin səlahiyyətlərini təsdiq edən order kassasiya şikayətinə əlavə edilməmişdir.
14. Beləliklə, kassasiya şikayəti buna səlahiyyəti olmayan vəkil tərəfindən tərtib edilmiş və imzalanmışdır.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-1(108)-4/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.