Məhkəmə qərarları › İş №2-1(102)-1344/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1344/2019

15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1344/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1344/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi, iddiaçının vəkili Vəkil, üçüncü şəxs Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi X 1iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti) qarşı “bağ sahəsinə dair plan və ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Кollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)2578/18 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət “Bakı şəhər İcraiyyə Komitəsinin X1 v ə İstismarı Birliyi tərəfindən 17708 saylı, xxxx 1990-ci il tarixli icarə müqaviləsinə əsasən ona verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 19 c saylı bağ sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-188/2018 saylı, xxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi rədd edilmişdir (hakim-E.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Кollegiyasının (M.Tağızadə- sədrlik edən və məruzəçi, hakimlər V.Sadıqov və K.Abiyeva) xxxx 2018-ci il tarixli, 2-1(103)2578/18 saylı qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Мəhkəməsinin xxxx 2018-ci il tarixli qəra rıdəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Кollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-2578/18 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Кollegiyasıqərar qəbul edərkən Azərbaycan Respublikası İPM-in 2.2-ci, 2.2.3-cü, 34.1-ci, 35-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci, 4-cü maddəsinin 1-ci bəndinə, 48-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərinə, 49-cu maddəsinin 1-ci bəndinə, 56-cı maddəsi nin 1-ci bəndinə, 65-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 5-ci, 6-cı və 7-ci bəndlərinə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0-cı və 8.0.7-ci və 9.1-ci maddələrinə istinad etsə də, bunu əsaslandıra bilməmiş, sadəcə qanunların normalarını sadalamaqla kifayətlənmiş, məhkəmənin iddianın rədd olunması üçün göstərdiyi hallar tərəflərin iştirakı ilə müzakirə olunsaydı, onda ən azı iddiaçı tərəfin nümayəndəsi bildirərdi ki, iş üzrə iddiaçı olan İddiaçı sözügedən bağ sahəsi 1970-ci ildə deyil, 1990-cı ildə ayrılmışdır, sadəcə həmin bağ sahəsinin ayrılması barədə müqavilə X1 və istismarı birliyinin direktoru vəzifəsində olmuş T.T.Allahverdiyev tərəfindən imzalanarkən Bakı şəhər X3 icraiyyə komitəsinin ***** saylı, xxxx 86 tarixli Nizamnaməsinə və Bakı şəhər ic raiyyə komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 1970-ci il tarixli, 7 saylı protokolunun tələblərinə istinad olunmuşdur. İşə baxan hakim işləri qanuni həll etmək əvəzinə qeyd edilmiş həmin üç iş üzrə də 3-cü şəxs qismində iştirak edən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin mövqeyini müdafiə etməyə çalışmış, Apellyasiya Məhkəməsinin xxxx 2018-ci il tarixli Qərarı qəbul edilərkən cavabdehin və üçüncü şəxsin heç vaxt mübahisələndirmədiyi və işin düzgün həlli üçün heç bir əhəmiyyəti olmayan hallara istinad etməsi onu göstərir ki, məhkəmə işin düzgün həll edilməsi əvəzinə iddianın rədd edilməsi məqsədi ilə hətta iş üçün əhəmiyyəti olmayan hallara istinad etməyə çalışmış, işdən də göründüyü kimi məhkəmənin istinad etdiyi xxxx 2000-ci ildən sonra da 19 ildir ki, hə min torpaq sahəsi İddiaçı istifadəsindədir, həmin müqavilənin müddətinin başa çatmasına görə öhdəliklərə xitam verilməsi heç bir orqan və şəxs tərəfindən mübahisələndirilməyib, habelə məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci abzasının 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki b ağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli Qərarından belə məlum olur ki, iş üzrə üçüncü şəxs olan Bakı şəhər İcra Hakimiyyətinin X1 və İstismsrı Birliyi tərəfindən sözügedən arxiv sənədlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təhvil verilməməsi və ya kimlərsə tərəfindən sonradan bilərəkdən arxiv sənədlərinin yoxa çıxarılması iş üzrə iddiaçının təqsirindən baş vermişdir, məhkəmə tam aydınlaşdırılmamış və özü üçün şübhəli görünən halları araşdırmaq əvəzinə, onu da iddianın rədd olunması üçün əsas kimi qəbul etmişdir. Digər tərəfdən, məhkəmə belə hesab etmişdir ki, icarədarla icarəçi arasında bağlanmış müqavilədə istinad edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 1970-ci ildə qabul edilmiş 7 saylı Protokolu bağ torpaq sahələri verilmiş icarəçilərin adları barədə protokoldur. İddiaçı tərəfindən vəsatət verilərək həmin protokolun araşdırılması xahiş edilsə də, məhkəmə tərəfindən həmin vəsatət açıq saxlanılmış və nəticədə protokol araşdırılmamışdır. İddiaçı hesab edir ki, həmin protokol icarəçilərin adları barədə deyil, bağ torpaq sahələrinin verilməsinin ümumi qəbul edilmiş şərtləri barədə olmuşdur. Həmçinin sözügedən qərarın 6-cı səhifəsinin 4 və 5-ci abzaslarında məhkəmə iş üzrə İddiaçı 0.25 ha bağ torpaq sahəsinin verilməsini Bakı şəhər Soveti İcraiyyə Komitəsinin adı çəkilən qərarına uyğun hesab etmir. Əvvəla, sözügedən bağ torpaq sahəsinin ölçüsü müqavilə tərəflərinin razılığı əsasında müəyyən edilmiş, ikincisi, əgər məhkəmə bağ torpaq sahəsinin ölçüsünün artıq olmasını hesab edirdisə, onda iddianı qanuni bildiyi hissədə təmin edə bilərdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli Qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin nüma yəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən izahatı dinlənilmədi. Üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, hər hansı üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak ed ən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alan məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələləri n düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)2578/18 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqti sadi Məhkəməsinin xxxx 2012-ci il tarixli 2in(82)-2450/2012 saylı qərarı ilə iddia təmin edilərək, Bakı şəhər İcraiyyə Komitəsinin «X1 və İstismarı Birliyi»nin ****** saylı, xxxx 1990-cı il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 19 «c» saylı bağ sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazı İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 19 «c» saylı bağın sahəsi 2500 kv.m təşkil edir, torpaq sahəsi 19 «c» saylı bağ evi tikintisi üçün nəzərdə tutulmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya R X ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla bağ sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. İddia tələbinin rədd edilməsi barədə məhkəmə qərarını qüvvədə saxlayan apellyasiya məhkəməsi ona istinad etmişdir ki, iddiaçının mübahisəli bağ sahəsi ilə bağlı istinad etdiyi yeganə hüquqmüəyyənedici sənəd - X1 və İstismarı Birliyi (Birlik) ilə Seyidova (əvvəllər Əhmədova) Salatın Muxtar qızı (İcarədar) arasında bağlanmış **** saylı, xxxx 1990-cı il tarixli bağın icarəyə verilməsi haqqında müqavilənin arxiv əsasları ilə bağlı, Azərbaycan Respublikasi Dövlət X4 tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 3614 saylı, xxxx 2016-cı il tarixli məktubda, keçmiş Bakı şəhəri XDS İK-nin X1 və İstismarı Birliyinin və Bağlar təsərrüfatı məsələ ləri üzrə komissiyasının arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilərək, bununla əlaqədar bilavasitə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə müraciət etmək tövsiyə olunmuş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış ***** saylı, xxxx 2016-cı il tarixli məktubda, Bağlar təsərrüfatı departamenti tərəfindən tərtib olunan protokolların BŞİH-nin arxivinə təhvil verilmədiyi, bu məsələ ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (Əliyar Əliyev küç. 13) müraciət etməyin məqsədəuyğun olduğu, həmçinin Bakı şəhər İcra Hakimiyyətinin 1970-ci ilin qərarlarının Milli Arxivin Bakı filialında (Z.Bünyadov k üç.3) qorunub saxlanıldığı qeyd edilmiş, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xxxx 2016-cı il tarixli məktuba əsasən, nə Bakı Şəhər Bağlar Təsərrüfatının İstismarı və İnkişafı Birliyində, nə də, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində İddiaçı torpaq sahəsi ayrılması barədə heç bir sənəd aşkarlanmamış, İddiaçı xx xxx 1968-ci il təvəllüdlüdür, ona bağ sahəsi 1970-ci ildə, yəni iddiaçının 2 yaşı olanda ayrılmış, iş materiallarına iddiaçıya torpaq ayrılması barədə müqavilə əlavə olunsa da, müqavilənin ayrılmaz hissəsi olan torpaq sahəsinin təsdiq edilmiş planının mövcudluğu işin məhkəmə araşdırılması ilə müəyyən edilmir, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xxxx 1988-ci il tarixli ***** saylı qərar i lə 1988-ci ildən istifadəsinə bağ götürmüş vətəndaşlar üçün bağ torpaq sahəsinin ölçüsünün 0.12 hektardan artıq olmaması nəzərdə tutulsa da adı çəkilən müqavilə ilə iddiaçıya 0,25 hektar torpaq sahəsi ayrılmış, müqavilənin 3-cü maddəsində verilən torpaq sahəsinin ölçüsünün 0,12 hektardan artıq olmaması şərt olaraq nəzərdə tutulmuş, kollegiya həmin müqavilə ilə eyni vaxtda bir vətəndaşa ümumi sahəsi 0.25 ha olmaqla bağ sahəsinin ayrılmasını Bakı şəhər Soveti İcraiyyə Komitəsinin adı çəkilən qərarına uyğun hesab etmir, halbuki, müqavilədə Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının məsələləri üzrə komissiyasının 1970-ci il tarixli, 7 saylı protokolu fərdi və ya kollektiv şəxslər barəsində onlara bağ sahələrinin ayrılması ilə bağlı qəbul edilmişdir ki, iddiaçı həmin vaxt azyaşlı olmaqla kollektiv üzvü ola bilməzdi. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozuması və sübutların düzgün qiymətləndirilməməsi ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası MPM 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhk əməsinin hazırda qüvvədə olan 2-in(82)-1772/2012 saylı, xxxx 2012-ci il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 19 «c» saylı bağ sahəsinin icarəçisi hesab edilmiş, Bakı şəhər İcraiyyə Komitəsinin «X1 və İstismarı Birliyi» ilə İddiaçı arasında bağlanmış **** saylı, xxxx 1990-cı il tarixli icarə müqaviləsinə əsasən sahəsi 0,25 ha olan 19 «c» saylı bağ sahəsi 10 il müddətinə İddiaçı istifadəsinə verilmiş, bu illər ərzində torpaq sahəsi heç bir orqan tərəfindən mübahisələndirilmədən sonuncunun istifadəsində olmuş, heç bir fiziki və ya hüquqi şəxs torpaq sahəsinə dair hüquqları olduğunu bəyan etməmiş, torpaq sahəsi heç bir fiziki və ya hüquqi şəxsin istifadəsinə verilməmiş, iş materiallarındakı ekspert və mütəxəssis rəylərinə ə sasən torpaq sahəsi Xəzər dənizindən 95 metr məsafədə yerləşməklə, Xəzər dənizinin sahilboyu mühafizə zolağına (50 metr) düşmür, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin xxxx 2016-cı il tarixli məktubunda bağ sahəsinin arxiv qovluğunun olmadığı bildirilməmiş, Bakı şəhər İcra Hakimiyyətinin Aparatının xxxx 2016-cı il tarixli məktubunda Bağlar Təsərrüfatı Departamenti tərəfindən tərtib olunan protokolların BŞİH-nin arxivinə təhvil verilmədiyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xxxx 2017-ci il tarixli mütəxəssis rəyinə əsasən “xxxx” MMC-nin arxiv və elektron baza məlumatlarına əsasən İddiaçı adına 19 «c» saylı bağ sahəsinə verilmiş, sahəsi 0,25 ha olan çıxarış və plan ölçü koordinatları ilə onun iddia etdiyi və nümayəndəsinin naturada göstər diyi torpaq sahəsinin koordinatları üst-üstə düşdüyü, xxxx 2018-ci il tarixli digər mütəxəssis rəyində isə mübahisəli torpaq sahəsinin qərb qonşularının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi kadastr planları əsasında Hövsan bağ massivi kimi qeydə alındığı bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il xx 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolund an çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xxxx 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servi tutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqa nları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” “Torpa q islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla r əsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xxxx 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci abzasının 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin. fərdi, kollektiv və kooperativ bağla rın, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xxxx 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Beləliklə, iş materiallarından da göründüyü kimi, Bakı şəhər İcraiyyə Komitəsinin «X1 və İstismarı Birliyi» ilə İddiaçı arasında bağlanmış, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 19 «c» saylı bağ sahəsinin 10 il müddətinə, iddiaçının istifadəsinə verilməsinə dair ****** saylı, xxxxx 1990-cı il tarixli icarə müqaviləsi ləğv, yaxud etibarsız hesab edilməmiş, bundan əlavə qüvvədə olan məhkəmə qərarına əsasən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 19 «c» saylı bağ sahəsinin icarəçis i hesab edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il xxxx müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olaraq müəyyən edilmiş, Qanunun 10.2.1-ci maddəsinə əsasən isə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir, torpaq sahəsinə plan-ölçü sənədinin tərtib edilməsi isə qanunvericliklə bilavasitə cavabdehin xidməti vəz ifəsinə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xxxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzlu qlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xxxx 2015-ci il tarixli, 02 saylı qərarı ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Əsasnaməsinin 2.1.3-cü bəndinə əsasən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsini və verilməsini təmin edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apell yasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” xxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X2rşı, xxxx 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı in stansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya Məhkəməsi qərarında iddiaçının apellyasiya şikayətinin hər hansı dəlilinə ümumiyyətlə qiymət verilməmiş, onların nə üçün qəbul edilmədiyi qərarda əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müva fiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xxxx 2016-cı il tarixli Qərarında vurğulanmış hüquqi mövqe nəzərə alınmaqla və işdəki mövcud sübutlar düzgün qiymətləndirilməklə, mübahisənin qanuni və obyektiv həlli təmin edilməlidir. İş üzrə hərtərəfli məhkəmə araşdırması aparılması və sübutların yenidən qiymətləndirilməsi zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırkı halda kassasiya şikayətinin tam təmin edi lməsini mümkün hesab etmir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxxx 2018-ci il tarixli, 2-1(103)-2578/18 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2578/18 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiy a Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar