Məhkəmə qərarları › İş №2-1(102)-1344/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1344/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1344/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası; texnoloji qurğuların təmiri və çilingər peşəsi; 2 №-li Siyahı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Azərbaycan Resp ublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “57 yaşdan 24 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 2-1(103)570/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxxxxx 1962-ci il tarixində anadan olmuş, 1 sentyabr 1978-ci il tarixindən 31 iyul 1981-ci il tarixinədək Bakı şəhəri 29 nömrəli texniki peşə məktəbində təhsil almış, 31 oktyabr 1981-ci ildən 2 noyabr 1983-cü ilədək Sovet Ordusunda hər bi xidmət keçmiş.

2. İddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli 30 may 1981-ci il tarixli əmək kitabçasının məlumatlarına əsasən, o, 1 avqust 1981-ci ildə 5 saylı texnoloji sexində 4-cü dərəcəli xarrat vəzifəsinə qəbul olunmuş, 5 oktyabr 1981-ci ildə hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmiş, 20 dekabr 1983-cü ildə Lenin adına Yeni Bakı Neftayırma Zavodunun 5 saylı texnoloji sexində 4-cü dərəcəli xarrat vəzifəsinə qəbul edilmişdir. Ona 18 dekabr 1984-cü ildə 5 saylı texnoloji sexin 4-cü dərəcəli xarrat adı verilmişdir. O, 1 fevral 1987-ci ildə 5 saylı texnoloji sexin texnoloji qurğuların təmiri və xidmət üzrə 5-ci dərəcəli xarrat vəzifəsinə keçirilmiş, 1 dekabr 1987-ci ildə sexlərin yenidən təşkili ilə əlaqədar yeni ştat cədvəlinə əsasən əməyin yeni ödəmə şərtlərinə keçməklə əlaqədar 2 saylı sexin texnoloji qurğuların təmiri və xidməti üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə, 21 iyun 1987-ci ildə 10 saylı sexin texnoloji qurğuların təmiri və xidməti üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. 16 fevral 1990-cı ildə 10 saylı təmir-mexaniki sexi texnoloji qurğuların təmiri üzrə sahə adlandırılmışdır. İddiaçı 16 fevral 1990-cı ildə texnoloji qurğuların təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsində çalışmış, 1 oktyabr 1992-ci ildə işdən azad edilmiş, 2 oktyabr 1992-ci ildə Yeni Bakı neftayırma zavodu nəzdində XRTTİdən keçmə yolu ilə 13 saylı sexə texnoloji qurğuların təmiri və xidməti üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 1 fevral 1993-cü ildə orada texnoloji qurğuların təmiri və xidməti üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 1 avqust 2000-ci ildə həmin istehsalatın torpaq emalatxanasına 6-cı dərəcəli torpaqçı vəzifəsinə keçirilmiş, 10 iyun 2013-cü ildə təzə ştat cədvəlinə əsasən təmir-quraşdırma üzrə 1 saylı sexin nasos kompressor və armaturların təmiri və torpaq sahəsinin 6-cı dərəcəli torpaqçısı adlandırılmış, 22 aprel 2004-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22 aprel 2004-cü il tarixli 42 saylı əmrinə əsasən “Azneftyanacaq” neft emalı zavodu Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu adlandırılmış, 18 aprel 2014-cü il tarixdə təzə ştat cədvəlinə əsasən təmir quraşdırma üzrə 13 saylı sahənin nasos, kompressor, torna və armaturların təmiri üzrə xidmət sahəsinin 6-cı dərəcəli tornaçısı peşəsi sayılmışdır.

3. ARDNŞ-nin 9 sentyabr 2020-ci il tarixli arayışına əsasən iddiaçı 1 avqust 1981-ci ildən 5 oktyabr 1981-ci ilədək, 20 dekabr 1983-cü ildən 16 fevral 1990-cı ilədək Yeni Bakı neftayırma zavodunda işləyib, 2 oktyabr 1992-ci il tarixindən indiyədək Heydər Əliyev adına X1 işləyir. 1 fevral 1987 – 16 fevral 1990-cı il tarixlərində 5, 10, 2 nömrəli sexlərdə texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər, 2 oktyabr 1992 – 1 avqust 2000-ci il tarixlərində 13 nömrəli sexdə texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində işləyib. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.5 (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir.

4. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq məqsədilə 28 sentyabr 2020-ci il tarixində cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh 18 noyabr 2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 1 yanvar 2006cı il tarixinədək 12 il 6 aydan az (10 il 10 ay 14 gün) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin imt inası ilə razı deyil. Hesab edir ki, xx.xx.1990-xx.xx.1992-ci illər ərzində o zərərli iş şəraitində işləmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada ona müvafiq pensiya növü şamil edilərək verilməlidir.

7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya o zaman təyin oluna bilərdi ki, qanunvericiliyə dəyişiklik edilənə, yəni 1 avqust 1997-ci il tarixinədək həm 12 il 6 ayını 2 nömrəli siyahı üzrə güzəştli işlərdə çalışmalı, həmçinin ən azı 25 il ümumi iş stajına malik olmalıdır. Lakin, iddiaçının təqdim etdiyi sübutlardan göründüyü kimi, iddiaçının güzəştli pensiya hüququ verən peşələrdə çalışdığı müddət 10 il 10 ay 14 gün olmaqla qanunvericiliklə nəzərdə tutulmuş müddətdən azdır. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və işəgötürən SOCAR tərəfindən tərtib edilmiş 9 sentyabr 2020-ci il tarixli arayışdan göründüyü kimi, iddiaçı 10 fevral 1987 – 16 fevral 1990-cı illərdə və 2 oktyabr 1992 – 1 avqust 2000-ci illərdə, cəmi 10 il 10 ay 14 gün müddətində, Heydər Əliyev adına X1 texnoloji qurğuların təmiri üzrə çilingər vəzifəsində işləmişdir. İşəgötürən vermiş olduğu arayışda da iddiaçının məhz həmin illərdə işlədiyi peşəni ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələr olmasını qeyd etmişdir. SOCAR tərəfindən verilmiş qeyd edilən arayışda iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı qərarı ilə təsdiq olunmuş 2 saylı siyahısında olması qeyd edilsə də, həmin peşənin məhz hansı kod altında olması qeyd edilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 9 sen tyabr 2021-ci il tarixli, 2-1(112)-3416/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının müvafiq dövrlərdə 2 il 7 aydan artıq müddət “texnoloji avadanlıqların təmiri üzrə çilingər” işlədiyi Mexaniki təmir üzrə 10 nömrəli sex Təsərrüfat hesablı olmaqla və Təmir tikinti sahəsinin tabeliyinə verilməklə "Texnoloji avadanlıqların təmiri sahəsi" adlandırılsa da, işçilərin iş funksiyası da nəzərə alınmaqla onun əvvəlki peşəsi ilə eyni sahəyə, yəni “neft emalı” sahəsinə aid peşədir. Bu hal, işdə olan arayış, nizamnamə, əmr və digər sənədlərin surətləri ilə də təsdiq olunur və qeyd olunan xüsusatın təkzibi ilə bağlı cavabdeh inzibati orqanın hər hansı tutarlı dəlili yoxdur. İddiaçının 16 fevral 1990-cı il tarixindən 1 oktyabr 1992-ci il tarixinə olan müddətdəki həmin 2 il 7 aydan artıq iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 12-ci bölməsində 2130301a – 18547 kodla müəyyən edilən peşəyə aiddir və bu səbəbdən də onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 aydan artıq iş stajı toplanmış olur.

10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Apellyasiya instansiyası məhkəməsi 21 yanvar 2022-ci il tarixində SOCAR Heydər Əliyev adı na X3 sorğu ünvanlayaraq iddiaçının müxtəlif sexlərdə işlədiyi texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsinin funksiyalarının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının 12-ci bölməsində nəzərdə tutulan 2130301a – 18547 kodla müəyyən edilən peşənin funksiyası ilə eynilik təşkil edib-etməməsi barədə təfərrüatlı arayışın təqdim edilməsini xahiş etmişdir.

12. Sorğuya cavab olaraq təqdim edilmiş SOCAR Heydər Əliyev adına X2 7 fevral 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçının 1 fevral 1987 – 1 avqust 2000-ci il tarixlərində işlədiyi texnoloji qurğuların təmir və xidməti üzrə çilingər peşəsinin funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı i lə təsdiq edilmiş, bölmə Xİİ, 2130301a – 18547 kodla müəyyən edilən peşənin funksiyaları ilə eynidir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli 21(103)-570/2022 nömrəli qərarına əsasən (sədrlik edən X.A.Cəmilova, hakimlər M.N.Tağızadə, A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3416/2021 nömrəli qərarı iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın 24 sentyabr 2019-cu il tarixindən hesablanması göstərilməklə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı onun təhsil (2 il 10 ay 30 gün), hərbi xidmət dövrü (2 il 2 gün) və əmək kitabçasındakı məlumatlar nəzərə alı nmaqla 25 ildən artıq təşkil edir. Həmçinin, iddiaçının 1 fevral 1987-ci ildən 16 fevral 1990-cı ilədək (3 il 15 gün), 16 fevral 1990-cı ildən 2 oktyabr 1992-ci ilədək (2 il 7 ay 16 gün) və 2 oktyabr 1992-ci ildən 1 avqust 2000-ci ilədək (7 il 10 ay) işlədiyi “texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər” peşəsi güzəştli olub, onun bu peşədə iş stajı qeyd olunan dövrlər nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixinədək tələb olunan 12 il 6 aydan çox, yəni 13 il 6 ay təşkil edir. Bununla yanaşı, birinci instansiya məhkəməsi qərarında iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin olunmasını göstərsə də, qərarın nəticə hissəsində həmin tarixin 24 sentyabr 2019-cu il tarix olmasını dəqiq olaraq göstərməmişdir. Lakin bu hal məhkəmə kollegiyası tərəfindən kobu d pozuntu kimi qəbul edilmədiyi üçün nəticə etibarilə qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır.

15. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli 2-1(103)-570/2022 nömrəli qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubu və iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sübutlardan görünür ki, onun güzəştli pensiya hüququ verən peşələrdə çalışdığı müddət 10 il 10 ay 14 gün olmaqla qanunvericilikdə nəzərdə tutulmuş müddətdən azdır. Həmçinin, işəgötürənin v ermiş olduğu arayışda da iddiaçının məhz həmin illərdə işlədiyi peşənin ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələr olması qeyd edilmişdir. Həmin arayışda iddiaçının işlədiyi peşələrin 2 saylı Siyahıda olması qeyd edilsə də, həmin peşənin məhz hansı kod altında olması əks olunmamışdır. Halbuki, Ali Məhkəmənin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən, cavabdehin imtina məktubunda istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiya c yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadın lar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;

20. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qə rar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlill ərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Məhkəmələr tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı onun təhsil (2 il 10 ay 30 gün), hərbi xidmət dövrü (2 il 2 gün ) və əmək kitabçasındakı məlumatlar nəzərə alınmaqla 25 ildən artıq təşkil edir.

27. Cavabdeh iddiaçının tələb edilən güzəştli iş stajının olmadığına istinad edir ki, işin məhkəmələr tərəfindən araşdırılmış hallarına əsasən iddiaçının 1 fevral 1987 -ci ildən 16 fevral 1990-cı ilədək (3 il 15 gün), 16 fevral 1990-cı ildən 2 oktyabr 1992-ci ilədək (2 il 7 ay 16 gün) və 2 oktyabr 1992-ci ildən 1 avqust 2000-cı ilədək (7 il 10 ay) işlədiyi “texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİ bölməsinin “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2130301a-18547 şifrəsinə (texnoloji avadanlıqların təmiri üzrə çilingərlər) uyğundur. Beləliklə, iddiaçının 12 il 6 aydan çox, yəni 13 il 6 ay güzəştli iş stajının olması işin məhkəmələr tərəfindən araşdırılan halları ilə öz təsdiqini tapmışdır.

28. Yuxarıda göstərilənlərə əsasən cavabdehin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 2-1(103)-570/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə k ollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 21(103)-570/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar