Məhkəmə qərarları › İş №2-1(102)-1344/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1344/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1344/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “to rpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(107)-19/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 76 nömrəli rəydə qeyd edilmişdir ki, Balakən bələdiyyəsinin mülkiyyətinə aid olan sahədən Balakən şəhər sakini İddiaçı alqı-satqı yolu ilə sahibkarlıq məqsədi üçün 9 kv.m torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsi Balakən bələdiyyəsinin mülkiyyə tində olan ərazidir. Balakən bələdiyyəsinin müraciəti, mütəxəssis rəyi nəzərə alınaraq mövcud qanunvericiliyə əsasən alqı-satqı yolu ilə sahibkarlıq məqsədi üçün 9 kv.m torpaq sahəsinin Balakən şəhər sakini İddiaçı verilməsi məqsədəmüvafiq hesab edilir.

2. Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, H.Əliyev küçəsində İddiaçı mağaza tikmək üçün 3x3 metr ölçüdə 9 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır.

3. Həmin qərara əsasən H.Əliyev küçəsində İddiaçı mağaza tikmək üçün 3x3 metr ölçüdə 9 kv.m torpaq sahəsinin satılmasına dair Balakən bələdiyyəsinin sədri tərəfindən xx.xx.2004-cü il tarixli, 102 nömrəli sərəncam verilmişdir.

4. İddiaçı mağaza tikmək üçün satılmış 3x3 metr ölçüdə 9 kv.m torpaq sahəsinin yerquruluşu planı ha zırlanaraq Balakən bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. 5. 26.10.2004-cü il tarixli, 121 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən İddiaçı tərəfindən Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarı ilə ona satılmış 9 kv.m torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş və xx.xx.2004-cü il tarixdə tərəflər arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində xx.xx.2004-cü il tarixdə 278 nömrə ilə qeydiyyata alınmışdır.

6. Sözügedən torpaq sahəsinə dair İddiaçı adına A seriyalı, 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmışdır.

7. İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir.

8. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda müraciətin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinanı onunla əsaslandırmışdır ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən yerləşmə yeri ilə faktiki istifadə olunan yer fərqlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, alqı-satqı yolu ilə bələdiyyədən əldə etdiyi, ünvan 1 ünvanında yerləşən, dövlət torpaq kadastrı ki tabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı, 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin hazırda istifadə etdiyi yerdə, yəni tikdiyi mağazanın yerləşdiyi yerdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsini iddiaçı alqı-satqı yolu bələdiyyənin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarı ilə almışdır. İddiaçı bələdiyyənin həmin qərarını İcra Hakimiyyətinə təqdim edərək, memarlıq şöbəsinin razılığı əsasında onların göstərdiyi smeta sənədi və layihə əsasında həm in torpaq sahəsi üzərində mağaza tikmişdir. Həmin tarixdən indiyədək iddiaçı həmin mağazadan istifadə edir. Həmin torpaq sahəsinə dair A seriyalı, 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, həmin sənəd xx.xx.2013cü il tarixdə 33 nömrəsi ilə dövlət torpaq kadastr kitabında uçota alınmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müdiri tərəfindən təsdiq olunmuşdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən yerləşmə yeri ilə faktiki istifadə olunan yer fərqlidir. “Daşınmaz əmlakın dövlət reye stri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1.1-ci maddəsinə əsasən müraciətin təmin olunmasından imtina edilmişdir.

11. Məhkəməyə cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Balakən bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

13. Həmçinin birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

14. Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli icla s protokolunun arxiv nüsxəsindən görünür ki, iddiaçıya azad sahibkarlıqla məşğul olmaq üçün torpaq sahəsinin satılması qərara alınmışdır. İclas protokolunda satılmalı olan torpaq sahəsinin ölçüsü və yeri göstərilməmişdir.

15. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, Balakən rayon Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli iclas qərarı ilə iddiaçıya ünvan 1 ünvanında ayrılmış 9 kv.m torpaq sahəsinin naturada ölçüləri 12 kv.m olmaqla Balakən şəhərinin hüdudları daxilində TEKUİS məlumat bazasına əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlara və mülkiyyət növü isə dövlət mülkiyyəti kimi işlənilmişdir. İddia olunan torpaq sahəsinin faktiki istifadəçisi iddiaçıdır. Həmin torpaq sahəsinin ölçüləri yerləşmə vəziyyəti koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi A seriyalı, 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. İlkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi ilə A seriyalı 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi eyni torpaq sahəsidir.

16. Şəki İnzibati Məhkəməsinin (hakim: Fərid İsmayılzadə) 10 avqust 2023-cü il tarixli, e-2-1(116)-540/2023 nömrəli qərarı ilə iddia təmin edilməmi şdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, bələdiyyələr yalnız bələdiyyə mülkiyyətində olan torpaq sahələrini qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülkiyyətə, istifadəyə və ya icarəyə vermək hüququna malikdirlər. Lakin məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, Balakən rayon Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli iclas qərarı ilə iddiaçıya ünvan 1 ünvanında ayrılmış 9 kv.m torpaq sahəsinin naturada ölçüləri 12 kv.m olmaqla Balakən şəhərinin hüdudları daxilin də TEKUİS məlumat bazasına əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlara və mülkiyyət növü isə dövlət mülkiyyəti kimi işlənilmişdir. Belə olan halda, iddiaçının istinad etdiyi qərarı qəbul etmiş bələdiyyə, yəni daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmamışdır.

18. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

19. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında öz əksini tapan Balakən bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planına əsasən iddiaçının adına verilmiş ünvan 1 ünvanında yerləşən, dövlət torpaq kadastr kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı, 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsi Balakən şəhərinin hüdudları daxilində kateqoriyası yaşayış məntəqələri torpaqları, mülkiyyət növü isə dövlət mülkiyyətinə aid ərazi kimi işlənilmişdir. Həmin torpaq sahəsinin dövlət mülkiyyətinə nə vaxt keçməsi barədə məlumat idarədə aşkar edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına verilmiş ünvan 1 ünvanında yerləşən, dövlət torpaq kadastr kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı, 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin iddiaçıya verildiyi tarixdə kimin mülkiyyətində olması barədə məlumatlar idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında öz əksini tapmamışdır.

21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vəzirxan Məlikov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Günay Cavadova) 18 yanvar 2024cü il tarixli, 2-1(107)-19/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi b irinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

24. İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi 2004-cü ildə bələdiyyənin qərarı və torpaqların alqı-satqısına dair akta əsasən iddiaçıya satılmış, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması dövlət orqanı olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin rəyi ilə təsdiqlənmişdir. Göründüyü kimi, torpaq sahəsi satıldığı zaman bələdiyyənin mülkiyyətində olmuş və qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət ed ilməklə iddiaçıya satılmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin torpaq sahəsinin 2004-cü ildə mövcud olan hüquqmüəyyənedici sənədlərlə (torpaq xəritəsi, Balakən rayon ərazisini təsdiq edən xəritə, Balakən şəhərinin baş planı və s.) bələdiyyə mülkiyyətində olub-olmadığını aydınlaşdırmadan qərar qəbul etmişdir. Mübahisəli torpaq sahəsinin mülkiyyət mənsubluğu məsələsinin, habelə torpağın bələdiyyə torpağı və ya dövlət torpağı kateqoriyasına keçib-keçməməsi məsələsinin həlli üçün Balakən bələdiyyəsinə aid torpaqların məcmusu olan müvafiq akt araşdırılmalıdır ki, işdən görünür ki, həmin vacib sənəd məhkəmədə araşdırma predmeti olmamışdır

25. Torpaq sahəsini əldə edərkən həmin sahənin kimin mülkiyyətində olmasını aydınlaşdırmaq iddiaçının vəzifəsi deyildir. İddiaçı vicdanlı alıcı kimi bələdiyyə və dövlət orqanlarına müraciət edərək, dəyərini ödəyərək torpaq sahəsi əldə etmiş, üzərində mağaza binası tikmiş və 20 ilə yaxın bir müddət ərzində hər hansı bir dövlət orqanı, o cümlədən cavabdeh həmin torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması ilə bağlı iddiaçıya etirazını bildirməmişdir. İddiaçı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə müraciət etdiyi zaman cavabdeh mübahisəli torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən yerləşmə yeri ilə faktiki istifadə olunan yerin fərqli olduğunu əsas gətirərək ona imtina cavabı vermiş, məhkəməyə təqdim etdiyi rəydə isə iddiaçının faktiki istifadə etdiyi sahə ilə “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin üst-üstə düşdüyün ü və torpaq sahəsinin eyni torpaq sahəsi olduğunu bildirmişdir. Həmçinin mütəxəssis rəyində qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən dövlət mülkiyyəti kimi işlənmişdir. Buradan görünür ki, cavabdehin imtinası və məhkəməyə təqdim etdiyi mütəxəssis rəyi obyektiv və əsaslı deyildir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin imtina məktubu ilə məhkəməyə verdiyi mütəxəssis rəyi arasında olan fərqin nədən əmələ gəlməsi, hansı səbəbə görə cavabdehin iddiaçıya başqa, məhkəməyə isə başqa cavab verdiyini aydınlaşdırmamışdır. Eləcə də, apellyasiya instansiyası məhkəməsi “dövlət mülkiyyəti kimi işlənmişdir” sözünü araşdırmamış, TEKUİS məlumat bazasının nə vaxt, kim tərəfindən yaradılmasını, mübahisəli torpaq sahəsinin nə vaxt, kim tərəfindən, hansı qərara əsa sən dövlət mülkiyyəti kimi işlənməsini araşdırmamışdır.

26. Həmçinin mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən bütün mağaza binalarının altındakı torpaq sahələri eyni qaydada bələdiyyədən alınmış, mağazalar tikilmiş və həmin torpaqlar dövlət qeydiyyatına alınmışdır. Lakin iddiaçıya satılmış torpaq sahəsi qeydiyyata alınmır. Sağında və solunda yerləşən torpaqlar bələdiyyə mülkiyyəti olduğu halda, ortada olan mübahisəli torpaq sahəsi necə dövlət mülkiyyətində olmuş ola bilər? Nəticədə ətraf ərazidəki mağazalara müvafiq çıxarış verilsə də, iddiaçı əsassız olaraq qanunsuzluqla üzləşmişdir. Apellyasiya məhkəməsi qeyd edilənlərlə bağlı da zəruri araşdırma aparmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN H ÜQUQ

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər v ə ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üz ərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının v əzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan ş əxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 30. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilən tarixdə qüvvədə olan redaksiyada) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müv afiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. 31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxıl ır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasi ya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan z aman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

37. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəs b edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

38. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

39. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarı ilə ona satılmış 9 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.

40. İddiaçı eyni tələblə cavabdehə müraciət etmiş, cavabdeh isə sözügedən torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən yerləşmə yeri ilə faktiki istifadə olunan yerinin fərqli olduğunu əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

41. Cavabdehin imtinası ilə razıla şmayan iddiaçının qaldırdığı hazırkı iddianı birinci instansiya məhkəməsi təmin etməmiş və cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyinə istinadən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi üst-üstə düşsə də, sözügedən torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsi olduğundan, bələdiyyə həmin torpaq sahəsi üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmamışdır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmışdır.

42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi və iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd edir ki, inzibati mübahisə tam və müfəs səl araşdırılmamışdır.

43. Belə ki, iş üzrə materiallardan görünür ki, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarı ilə mağaza tikmək üçün iddiaçıya 9 kv.m torpaq sahəsinin satılması qərara alınmış, həmin qərara əsasən H.Əliyev küçəsində iddiaçıya mağaza tikmək üçün 3x3 metr ölçüdə 9 kv.m torpaq sahəsinin satılmasına dair Balakən bələdiyyəsinin sədri tərəfindən xx.xx.2004-cü il tarixli, 102 nömrəli sərəncam verilmişdir. Həmin torpaq sahəsinin yerquruluşu planı hazırlanaraq Balakən bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən sözügedən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş və xx.xx.2004-cü il tarixdə tərəflər arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində xx.xx.2004-cü il tarixdə 278 nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair iddiaçının adına A seriyalı, 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmışdır.

44. Həmçinin qeyd edilməlkidir ki, torpaq ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həmin dövrdə səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin 76 saylı xx.xx.2004-cü il tarixli bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin alqı-satqısına verilmiş rəyindən görünür ki, həmin torpaq sahəsinin Balakən bələdiyyəsinin mülkiyyətində olan ərazi olması müəyyən edilmişdir.

45. Cavabdeh tər əfindən məhkəməyə təqdim edilən mütəxəssis rəyində isə mübahisəli torpaq sahəsinin mülkiyyət növünün TEKUİS məlumat bazasına əsasən dövlət mülkiyyəti kimi işləndiyi qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi TEKUİS məlumat bazasının nə vaxt, kim tərəfindən yaradılmasını, mübahisəli torpaq sahəsinin nə vaxt, kim tərəfindən, hansı qərara əsasən dövlət mülkiyyəti kimi işlənməsini, həmçinin sözügedən torpaq sahəsinin satıldığı zaman bələdiyyənin mülkiyyətində olub-olmadığını, müvafiq bələdiyyənin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair sənədləri( bələdiyyə mülkiyyətinə ayrılan torpaq sahəsi barədə xəritə və ayrıc aktlarını) tələb edərək mübahisəli ərazinin 2004-cü ildə bələdiyyə mülkiyyətinə aid əraziyə aid olub-olmadığını araşdırmamışdır.

46. Həmçinin, iddiaçı mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən bütün mağaza binalarının altındakı torpaq sahələrinin eyni qaydada bələdiyyədən alındığını, mağazalar tikildiyini və həmin torpaqların dövlət qeydiyyatına alındığını bildirir. İddiaçının təqdim etdiyi sənədlərlə eyni olan sənədləri təqdim etmiş digər şəxslərin hüquqlarının qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunması məhkəmə araşdırması nəticəsində öz təsdiqini taparsa, həmin hal iddiaçıya münasibətdə bərabər yanaşma prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

47. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından h azırkı mübahisəyə münasibətdə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin tətbiqi imkanlarına, eləcə də həmin prinsiplərin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə qiymət verilməlidir.

48. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

49. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanla r tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.

50. Etimadın qorunması prinsipinə əsasən, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində qəbul etdikləri inzibati aktlara münasibətdə vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilər yaranmış olsun (bununla bağlı bax: “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhk əməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı).

51. Eyni zamanda, etimadın qorunması prinsipinin mahiyyətinə görə, inzibati orqanların inzibati praktikasına da fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim ) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərlə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

52. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktik ası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.

53. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdır ma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

55. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

56. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə g örə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti tə min edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(107)-19/2024 nömrəli qərarı ləğv edilsin. İş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar