Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1345/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı və vəkili Vəkil iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2748/18 saylı 12 de kabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 17.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-cı il təvəllüdlü iddiаçı Iddiaçı 09.11.1974-09.12.1977-ci illərdə hərbi xidmətdə olmuş, 06.02.1978-ci ildən 30.11.2017-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon Şöbəsinə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 30.03.2017-ci il tarixli 15/317 saylı imtina məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1.-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.01.2008-ci ildən güzəştli şərtlərlə pensiyanın təyin edilməs i vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-646/2018 saylı 15 avqust 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-646/2018 saylı 15 avqust 2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2748/18 saylı 12 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-646/2018 saylı 15 avqust 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının qanunla tələb olunan xüsusi iş stajı yoxdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2748/18 saylı 12 dekabr 2018-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısının 13-cü bölməsinin 1130000a-17531 və 113000b-23157 bəndlərinə əsasən xüsusi zərərli sahələrdə çalışmış və onun qanunla tələb olunan güzəştli iş stajı vardır. Kassator Azərbaycan Respublikası İnzibati icraat haqqında Qanunun 21, 24, 28,45, 61-ci maddələrinə, İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə, Mülki Prosessual Məcəlləsinin 386, 417.1.4, 418.1-ci maddələrinə istinad edərək Bakı Apellyasiy a Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2748/18 saylı 12 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2748/18 saylı 12 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2748/18 saylı 12 dekabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında ” AR Qanununun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin b bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər— kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsaaxırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci il in avqustun 1-dək hər il 06 ay artırılır. Yuxarıda qeyd olunan normaların məzmununa uyğun olaraq, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 20 il ümumi iş stajı, 10 il xüsusi iş stajı olmalıdır. İddiaçının 20 il ümumi iş stajının olması tərəflər arasında işin mübahisələndirilməyən hallarına aiddir. Hazırkı iş üzrə mübahisə predmeti iddiaçının güzəştli iş stajı məsələsidir. İddiaçı 02.06.1978-ci ildən 08.10.1985-ci ilədək “Azərelektroişıq” Bakı İstehsalat Birliyində “Avtomobil lampaları sexində” elektrik montyoru, 08.10.1985-ci ildən 01.06.1988-ci ilədək Mərkəzi Zavod Laboratoriyasında baş mühəndis –laborant, 01.06.1988-ci ildən 16.09.1991-ci ilədək həmin laboratoriyanda işıq texnikası üzrə mühəndis-laborant, 16.09.199 1-ci ildən 30.12.1992-ci ilədək “Zaman” Kiçik Dövlət Müəssisəsində mühəndis, 04.01.1993 –cü ildən 15.10.1994-cü ilədək “Azərelektroişıq” İB-də mühəndis-laborant, 15.10.1994-cü ildən 02.10.1995-ci ilədək elektrik avadanlıqları təmiri üzrə 5-ci dərəcəli elektrik montyoru, 02.10.1995-ci ildən 14.03.2007-ci ilədək hava ayırıcı qurğuların maşinisti, 28.03.2007-ci ildən 17.09.2014-cü ilədək “Azərtunelmetrotikinti” SC-də 4-cü dərəcəli yerüstü suvaqçı, 18.09.2014-cü ildən 31.11.2017-ci ilədək “Bakı Metropoliteni” QSC-də 3-cü dərəcəli dağ-mədən fəhləsi və 3-cü dərəcə ilə yerüstü fəhlə işləmişdir. Azərbaycan Respublikası “Azərelektroişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 33/7 saylı 18.03.2017-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçının “Azərelektroişıq” Bakı İstehsalat Birli yində “Avtomobil lampaları sexində” elektrik montyoru işlədiyi vəzifə və Mərkəzi Zavod Laboratoriyasında işlədiyi müxtəlif vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısının 13-cü bölməsinin 1130000a-17531 və 1130000b-23157 bəndlərinə uyğundur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısının 13-cü bölməsi “Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı” adlanır. Həmin bölmənin 1130000a—17531 bəndi ilə “civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr” nəzərdə tutulmuşdur. Həmin bölmənin 1130000b—23157 bəndi ilə “laborantlar” nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi ele ktrik montyoru peşəsi “Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı” bölməsində “civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr” peşəsi ilə uyğunluq təşkil etmir. Göründüyü kimi iddiaçının qanunla tələb olunan 10 il güzəştli iş stajının olması iş materialları ilə öz təsdiqini tapmadığından cvabdehin iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublika sı İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2748/18 saylı 12 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1345/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1345/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver