Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1345/2022 26.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.xxxx il təvəllüdlü; FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiy a Agentliyinə qarşı iş üzrə “müraciətə cavab verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 2-1(103)1541/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlilliyi 0280003AAFMA nömrəli göndəriş əsasında 12 oktyabr 2016-cı il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 12 oktyabr 2021-ci ilə kimi 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Onun əlilliyi 0280003AAFMA nömrəli göndəriş əsasında 9 iyul 2021-ci il tarixində yenidən qiymətləndirilmiş və Azərbaycan Respublikas ının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 9 iyul 2026cı ilə kimi 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
3. O, 9 avqust 2021-ci il tarixində cavabdeh Agentliyinə ərizə ilə müraciət edərək, elektron sistemdə ona qarşı edilən saxtakarlığın təcili bərpa edilməsini və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq 9 iyul 2021ci il tarixdən müddətsiz əlillik təyin edilməsinə köməklik edilməsini xahiş etmişdir.
4. Həmin müraciət 19 avqust 2021-ci il tarixində cavabdehə daxil olmuş, cavabdeh tərəfindən 23 sentyabr 2021-ci il tarixli məktubla cavablandırılaraq göstərilmişdir ki, X1 X2 və səbəb əlaqəsi barədə 25 iyun 2021-ci ildə keçirilən əyani komissiyanın müvafiq qərarına əsasən, ha zırda iddiaçı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" səbəbi ilə 12 oktyabr 2016-cı ildən beş il müddətinə ikinci dərəcə əlillik statusuna malikdir. Növbəti müayinə tarixi 12 oktyabr 2021-ci ildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bununla əlaqədar iddiaçı göndərişin (forma 88) tərtibi məqsədilə qeydiyyatda olduğu dövlət tibb müəssisəsinə müraciət etməlidir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək 19 avqust 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə edilən müraciətə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 27 iyun 1996-cı ildən 21 avqust 2013cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hazırda ehtiyatda olan zabit, Prezident təqaüdçüsü, 2014-cü ildən 2-ci qrup müharibə əlilidir. Müraciətinə əsasən 25 iyun 2021-ci ildə Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyinin göstərişi ilə o əyani müayinə olunmuş və əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Sonradan 30 iyun 2021-ci il tarixində Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən 0280003AAFMA nömrəli forma 88 yazılıb elektron sistemə daxil edildikdə, ona 9 iyul 2021-ci ildə 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Bu barədə 30 iyul 2021-ci il tarixinə kimi dəfələrlə, 30 iyul 2021-ci il tarixində isə axırıncı dəfə onun şəxsi kabinetinə cavabdehin cavab məktubu yerləşdirilərək orada göstərilmişdir ki, “0280003AAFMA nömrəli göndəriş əsasında 9 iyul 2021-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir". Eyni zamanda, bu barədə iddiaçının şəxsi kabinetində qeydiyyat var və sms vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. 24 aprel 2021-ci ildən 30 iyul 2021-ci ilədək iddiaçının elektron şəxsi kabinetinə cavabdeh tərəfindən qeyd edilən məzmunda 30 ədəd məktub yerləşdirilmişdir ki, bu məktubların heç biri poçt vasitəsi ilə ona göndərilməmiş, o, bu barədə məhkəməyə müraciət etmişdir. 5 avqust 2021-ci il tarixində iddiaçı şəxsi kabinetinə baxış keçirərkən görmüşdür ki, ümumi səhifədə əlillik qiymətləndirilməsi 5 rəqəmindən 4 rəqəminə düşmüş, əlilliyin axırıncı qiymətləndirilməsi sistemdən silinmiş, əlillik müddəti və diaqnoz dəyişdirilmişdir. Bu səbəbdən o cavabdehə dəfələrlə müraciət etmişdir. Hazırda yenə də onun elektron şəxsi kabinetində olan məlumatlara əsasən 19 avqust 2021-ci il tarixində müraciətinə cavabdeh tərəfindən cavab verilməyərək “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələbləri növbəti dəfə pozulmuşdur
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11238/2021 nömrəli 27 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim S.İ.Salahova) iddia mümkün sayılmamışdır.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Belə ki, o, cavabdeh tərəfindən təyin edilmiş əlilliyin müddəti və səbəbli əlaqəsinin dəyişdirilməsi ilə razılaşmamış, bununla bağlı cavabdehə müraciət etmişdir. İddiaçı müraciətinə cavab verilmədiyini iddia etsə də, işdən görünür ki, onun müraciəti cavablandırılmışdır.
9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin baxılması üçün Bakı İnzibati Məhkəməsində bax ılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli 21(103)-1541/2022 nömrəli qərardadına əsasən (sədrlik edən C.A.Yusifov, hakimlər H.Ü.Həmidov və V.M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11238/2021 nömrəli 27 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli 2-1(103)-1541/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kass asiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Məhkəmə iddianın qeyri-mümkün iddia olması qənaətini iddiaçının öz müraciətində cavabdehdən tələb etdiyi (arzuladığı) məsələnin müsbət həll edilməsi ilə əlaqələndirmişdir. İPM-in 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il tarixli 5 nömrəli qərarının məzmununa əsasən iddianın mümkünlüyü və əsaslılığının yoxlanılması halları fərqləndirilməklə sonuncunun məhkəmənin işə mahiyyət üzrə baxılmağa yönələn fəaliyyəti kimi şərh olunmuşdur. Başqa ifadə ilə, inzibati məhkəmə i craatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın mahiyyəti üzrə əsaslılığının araşdırılmasından ibarətdir. Bu da o deməkdir ki, iddia tələbində irəli sürülən tələbin cavabdeh tərəfindən icra edilməsi (iddia tələbinin əsassız olması) iddianın qeyri-mümkün olması üçün deyil, iddianın rədd edilməsi üçün əsas ola bilər (halbuki, iddia əsassız da deyildir).
14. Nəzərə alınmalıdır ki, İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan iddia ərizəsinin əsaslandırılması ifadəsi onun mahiyyəti üzrə əsaslılığını deyil, iddia ərizəsinin məzmununda iddiaçının konkret hansı hüququnun pozulmasına istinad etməsini nəzərdə tutur. Bu mənada işə baxan məhkəmələr İPM-in 35.1-ci maddəsini düzgün təfsir etməmişlər. b. Et irazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. K assasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bi lər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
17. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanı lmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 2
0. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsus ilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının apellyasiya şikayətindən irəli gələn tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından məlum olur ki, iddiaçının cavabdehə müraciəti bilavasitə əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olmuş və həmin məsələ də öz müsbət həllini taparaq cavabdeh tərəfindən onun arzuladığı səbəb əlaqəsi ilə əlillik təyin edilmiş və bu barədə onun elektron poçtuna məlumat yerləşdirilmişdir. Apellyasiya instansiyas ı məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 2-1(103)-1541/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 5 may 2022-ci il tarixli, 21(103)-1541/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.