Məhkəmə qərarları › İş №2-1(102)-1345/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1345/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1345/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövl ət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2-1(103)-1154/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Ləpələr" MTK üzvlərinin ümumi iclasının 7 yanvar 2013-cü il tarixli, 20 nömrəli protokolundan çıxarışa əsasən, iddiaçının MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Xətai rayonu, S.Vəzirov küçəsi 22 ünvanındakı çoxmərtəbəli yaşayış binasında 1-ci giriş, 1-ci mərtəbə, ümumi sahəsi 304 kv.m olan qeyri-yaşayı ş sahəsinin verilməsi qərara alınmışdır. 2. "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, "xxxx" MənzilTikinti Kooperativ üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında 20 nömrəli müqaviləsinə əsasən, kooperativ Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov 22 ünvanında "xxxx" MTK-ya məxsus binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 304 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 304 kv.m-dir. 3. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 20/A nömrəli maliyyə arayışına əsasən, iddiaçı "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsindəki yaşayış b inasının 1-ci blokun, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 304 kv.m olan qeyri-yaşayış sahəsini müqavilə əsasında almışdır və dəyərini tam ödəmişdir. Kooperativə borcu yoxdur.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 22 ünvanında yerləşən, sahəsi 255.5 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçının adına xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə, ********* nömrə ilə qeydiyyata alınmışdır.

5. Cavabdeh tərəfindən tərtib edilmiş iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair **********73-05301-083005 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli texniki pasporta əsasən, qeyri-yaşayış sahəsi 16 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Qeyri-yaşayış sahəsinin boş otağı nın ümumi sahəsi 232.3 kv.m, dəhlizinin ümumi sahəsi 3.4 kv.m, sanitar qovşağının ümumi sahəsi 6.5 kv.m, anbarının ümumi sahəsi 13.3 kv.m, cəmi qeyri-yaşayış sahəsinin əsas sahəsi 232.3 kv.m, köməkçi sahəsi 23.2 kv.m olmaqla, ümumi sahəsi 255.5 kv.m-dən ibarətdir.

6. İddiaçının müraciətinə cavab olaraq cavabdehin xx.xx.2019-cu il tarixli, **********28 nömrəli imtina məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təqdim edilmiş layihəsində göstərilən ümumi istifadə üçün nəzərdə tutulan lift dəhlizinin bir hissəsi iddiaçı tərəfindən istifadə edilməkdədir və bu səbəbdən ümumi sahədə fərq yaranmışdır. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabde hə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə ünvan 4 ünvanında, "xxxx" MTK-ya məxsus binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində onun adına xx.xx.2019-cu il tarixli, **********7 nömrə ilə aparılmış qeydiyyatda həmin daşınmaz əmlakın ölçüsünün 255.5 kv.m-dən 283.85 kv.metrə dəyişdirilməsi və buna uyğun dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 7 yanvar 2013-cü il tarixdə bağlanmış 20 nömrəli müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 22 ünvanında, "xxxx" MTK-ya məxsus binanın 1-ci blokun 1-ci mərtəbəsində yerləşən 304 kv.m qeyri-yaşayış sahəsini a dı qeyd olunan MTK-dan almışdır. Müqavilənin bağlandığı 7 yanvar 2013-cü il tarixdə MTK-dan aldığı qeyri-yaşayış sahəsinin dəyərini tam şəkildə ödəmişdir və MTK-ya borcunun olmadığına dair maliyyə arayışı da verilmişdir. Bundan sonra aldığı qeyri-yaşayış sahəsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət edilmişdir. 21 avqust 2019-cu il tarixdə tərtib olunmuş texniki pasportda ona məxsus olan qeyri-yaşayış sahəsinin ümumilikdə 255.5 kv.m olduğu göstərilmişdir, yəni texniki pasportda təxmini 50 kv.m az sahə qeyd olunmuşdur. Bununla əlaqədar olaraq cavabdehə yenidən müraciət edərək, onun "xxxx" MTK-dan aldığı 304 kv.m sahəni əhatə edən texniki pasportun tərtib edilməsi və buna uyğun çıxarışın verilməsini xahiş etmişdir. Cavabdehin verdiyi imtin a məktubunda belə əsas gətirilmişdir ki, ümumi istifadə üçün nəzərdə tutulan lift dəhlizinin bir hissəsi onun tərəfindən istifadə edildiyindən sahələr arasında fərq yaranır, həmin sahənin (tərəfindən istifadə edilən lift dəhlizinin) texniki pasporta daxil edilməsi mümkün deyildir. Hesab edir ki, cavabdeh tərəfindən verilən imtina tamamilə əsassızdır. O, yalnız ona satılmış 304 kv.m qeyriyaşayış sahəsindən istifadə edir, həmin sahə ona dəqiq ölçülərək ayrılmışdır və həmin sahəyə ümumi istifadə üçün nəzərdə tutulan lift dəhlizi və ya digər belə tipli sahə daxil deyildir. Cavabdeh məsələni hərtərəfli araşdırmadan, dəqiq ölçmə aparmadan imtina vermişdir. Buna görə də imtina əsaslı deyil, belə imtina yekunda onun hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır.

9. Cavabdeh tərəfindən idd ia tələbinə qarşı yazılı etiraz verilməmişdir.

10. Məhkəmə qərardadı əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/3584 nömrəli ekspert rəyində göstərilmişdir ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 22 ünvanında yerləşən binada iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin faktiki olaraq faydalı sahəsinin 283.85 kv.m (255.5+28.35) təşkil etdiyi müəyyən olunur. Eyni zamanda, həmin qeyri-yaşayış sahəsinin sahəsi oxdan-oxa hesablanarkən (divarların, arakəsmə divarların və sütunların altında qalan sahə nəzərə alınmaqla) sahənin 296.0 kv.m (12.6*15.5)+(6.85*14.7) təşkil etdiyi müəyyən olunur. "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 22 ünvanında yerləşən b inanın iddiaçıya ayrılmış 304 kv.m qeyri-yaşayış sahəsinin sxemində konkret ölçüləri və istiqaməti göstərilmədiyindən qərardadın ikinci və üçüncü sualları barədə tədqiqat aparmaq mümkün olmamışdır.

11. Bakı İnzibati Məhkəməsinin (hakim Ş.A.Həsənova) 15 sentyabr 2022-ci il tarixli, 2-1(112)-199/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 22 ünvanında, "xxxx" MTK-ya məxsus binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına xx.xx.2019-cu il tarixli, **********7 nömrə ilə aparılmış qeydiyyatda həmin daşınmaz əmlakın ölçüsünün 255.5 kv.m-dən 283.85 kv.metrə dəyişdirilməsi və buna uyğun dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Bir inci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə məhkəmə qərardadı əsasında keçirilmiş ekspert rəyində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyini təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçının mülkiyyətində ümumi sahəsi 283.85 kv.m olan daşınmaz əmlakın olması müəyyən edildiyindən, həmin hal ekspert rəyi ilə də təsdiqini tapdığından, eyni zamanda həmin sahə ilə bağlı hər hansı mübahisənin olması hazırki məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunsuz olmaqla, iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 21 fevral 2023-cü il tarixli, 21(103)-1154/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(112)-199/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının vəkili tərəfindən məhkəmə kollegiyasının iclasında təqdim olunmuş və işin materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi, mübahisəli qeyri-ya şayış sahəsinə (ictimai iaşə obyekti kimi (restoran) fəaliyyət göstərir) giriş-çıxış binanın küçə (çöl) hissəsindəndir və cavabdeh inzibati orqanının imtina məktubunda və apellyasiya şikayətində göstərdiyi lift dəhlizinin bu qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti yoxdur.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1 və 23cü maddələrinə, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad etdiyi kassasiya şikayətində qeyd edir ki, mübahisələndirilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə 255.5 kv.m təşkil etsə də, iddiaçının faktiki istifadəsində 283.2 kv.m mövcuddur. Təqdim edilmiş layihəyə əsasən faktiki iddiaçının istifadəsində olan obyektin 27.7 kv.m hissəsi ümumi istifadədə olan dəhliz sahəsinə düşdüyündən, texniki pasportda və çıxarışda ümumi sahəyə əlavə edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına ke çməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);... Maddə

9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X1 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.... Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üs ulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə

16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir.... 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericil ikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydi n qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inki şafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KAS SASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlilinə əsasən, mübahisələndirilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə 255.5 kv.m təşkil etsə də, iddiaçının faktiki istifadəsində 283.2 kv.m mövcuddur. Təqdim edilmiş layihəyə əsasən faktiki iddiaçının istifadəsində olan obyektin 27.7 kv.m hissəsi ümumi istifadədə olan dəhliz sahəsinə düşdüyündən texniki pasportda və çıxarışda ümumi sahəyə əlavə edilməmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, "xxxx" MTK üzvlərinin ümumi iclasının 7 yanvar 2013-cü il tarixli, 20 nömrəli protokolundan çıxarışa əsasən, iddiaçıya MTK-nın Xətai rayonu, S.Vəzirov küçəsi 22 ünvanınd akı çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 304 kv.m olan qeyri-yaşayış sahəsi verilmiş və iddiaçı pay haqqını tam ödəmişdir. Qeyd edilən sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

29. Lakin cavabdeh tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatı zamanı sahəsi 255.5 kv.m olaraq göstərilmişdir. Hazırkı inzibati mübahisənin əsasında da cavabdeh tərəfindən dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvin aradan qaldırılması təşkil edir.

30. İş üzr ə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/3584 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mübahisələndirilən qeyri-yaşayış sahəsinin faktiki olaraq faydalı sahəsi 283.85 kv.m (255.5+28.35) təşkil edir. İddiaçı hüquqmüəyyənedici sənədlə müəyyən edilən ölçüdən (304 kv.m) az olan və ona münasibətdə əlverişsiz vəziyyət yaradan bu halla bağlı razılığını iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verməklə bildirmişdir.

31. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının qeyd edilən rəyi iş materialları ilə tam uyğunlaşdığından və bununla bağlı hər hansı mübahisə olmadığından, həmin rəyin mötəbər hesab edilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələr əsasl ı olmuşdur.

32. Mübahisələndirilən daşınmaz əmlakın sahə artımının ümumi istifadədə olan dəhliz sahəsi hesabına yaranması ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, eyni dəlil apellyasiya şikayətində də göstərilmiş və apellyasiya məhkəməsi həmin dəlilin araşdırılması ilə əlaqədar mübahisələndirilən qeyri-yaşayış sahəsinin və ümumi istifadədə olan dəhliz sahəsinin fotoşəkillərinə əsasən müəyyən etmişdir ki, qeyri-yaşayış sahəsi ictimai iaşə obyekti kimi (restoran) fəaliyyət göstərir və giriş-çıxış binanın küçə (çöl) hissəsindəndir və cavabdeh inzibati orqanının imtina məktubunda və apellyasiya şikayətində göstərdiyi lift dəhlizinin bu qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti yoxdur.

33. Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sahə artımının ümumi istifadədə olan dəhliz sahəsi hesabına baş verməsi barədə dəlili əsassızdır.

34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 21(103)-1154/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar