Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1346/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 Xüsusi X1rşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1346/2020) Açarsözlər: pensiyanın yenidən hesablanması Bakı şəhəri xx xxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X2 Nazirliyi yanında Dövlət X5 Xüsusi X1rşı pensiyanın yeni dən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-800/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1970-ci ildə Quba rayonunda doğulmuşdur və Quba rayonun Yerfi kəndində yaşayır. İddiaçı daxili işlər orqanlarında xidmət illərinin yenidən hesablanması ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmiş, Azərbaycan Respublikası DİN tərəfindən cavabdehə təqdim edilmiş “Məlumat vərəqi”nə və iddiaçının ona əmək pensiyası təyin edilməsi barədə cavabd eh orqana ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən ona xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və bu zaman ona əvvəlki dövr üçün axırıncı 3 ilin (xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək dövrün) əmək pensiyası hesablanaraq ödənilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə Əmək və X2 Nazirliyi yanında Dövlət X7 Hərbi Qulluqçular və X4 İş İdarəsinə ərizə ilə müraciət edərək, pensiya almaq hüququnun yarandığı tarixdən, yəni xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üçün pensiyanın hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və **********5 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla iddiaçıya cavab verərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublik ası Qanununun 32.1-1-ci və 37.1.1-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, pensiya hüququnun yarandığı xx.xx.2006-cı il tarixdən yenidən hesablanması və xx.xx.2014-cü il tarixədək olan müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun daxili işlər orqanlarında təqvimi xidmət illəri 14 il 07 ay 07 gün, güzə ştli xidmət illəri 09 il 06 ay 24 gün, cəmi iş stajı və xidmət illəri 24 il 02 ay 01 gün təşkil etmişdir. Daxili İşlər Nazirliyi Daxili Qoşunlar komandanının 037 ş/h nömrəli, xx.xx.2005-ci il tarixli əmrinə əsasən baş leytenant hərbi rütbəsində xx.xx.2005-ci il tarixdən ehtiyata buraxılmışdır. Xidmət illərinin DİN tərəfindən düzgün hesablanmaması nəticəsində uzun illər pensiya hüququndan məhrum olmuşdur. İddiaçının müraicətləri nəticəsində DİN tərəfindən xidmət illəri yenidən hesablanmış və onun barəsində sonuncu tərəfindən “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət X6 təqdim olunan 01 saylı məlumat vərəqəsi tərtib olunmuşdur. Bundan sonra cavabdeh tərəfindən onun barəsində tərtib olunmuş məlumat vərəqəsinə əsasən 24 il 02 a y 01 gün xidmət illərinə görə xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edilməklə ona əvvəlki 3 il ödənilməsi üçün ödənilməmiş təqaüd hesablanmışdır. Cavabdehin etiraz dəlilləri: Cavabdehin etirazının dəlilləri, yuxarıda göstərilən imtina məktubunun məzmununa uyğundur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-4679/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci m addəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Məcəllənin 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4679/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 2-1(103)-800/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər M.Tağızadə (sədrlik edən və məruzəçi) Ü.Mayılov və K.Abiyeva) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4679/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının pensiya hüququ xidmətdən buraxıldığı vaxt artıq yarandığına görə ona təyin edilmiş əmək pensiyası xx.xx.2006-cı il tarixdən yenidən hesablanması və xx.xx.2014-cü il tarixədək olan müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə tələbi təmin edilməlidir. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbin in təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində işin faktik halları barədə iddia ərizəsində təsvir olunan hallar və apelyasiya şikayətində göstərilən hallar təkrarlanmış, əlavə olaraq göstərilmişdir ki, hazırda qüvvədə olan qanunvericilikdən göründüyü kimi, pensiya hüququ yaranmış şəxslər üçün pensiyanın hesablanması üçün qanunverici tərəfindən 3 şərt müəyyənləşdirilmişdir:
1. Pensiyanı almaq hüququnun yaranması;
2. Qanunun qüvvəyə minmə tarixindən tez olmaması;
3. Hüququ yaranmış şəxsin müraciət etmə tarixi. Məhz bu üç şərtin birlikdə mövcud olduğu halda qanunverici pensiyanın əvvəlki ən çoxu üç il üçün ödənilməsini göstərmişdir. Həmçinin qanunun 37.7-ci maddəsi də məhz qanunun 32.1-1-ci maddəsində göstərilən şərtləri n nəzərə alınmasını göstərir. Pensiya hüququ yaranmış və həmin hüququ yarandığı gündə deyil, ondan müəyyən müddət keçdikdən sonra müraciət etmiş şəxslərə pensiyanın ödənilməsi məhz onların pensiyanın ödənilməsi barədə müraciət etməsi günündən əvvəlki müəyyən dövr üçün ödənilməsi barədə müddəa həmçinin hal- hazırda qüvvədən düşmüş “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunda da nəzərdə tutulmuşdu. Belə ki, həmin Qanunun 43-cü maddəsində göstərilmişdir: pensiya təyin edilməsi haqqında ərizələri hərbi qulluqçular və onların ailə üzvləri müvafiq icra, hakimiyyəti orqanlarına təqdim edirlər. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbayc an Respublikası MPM-in 67-ci maddəsinə əsasən onun çıxışı dinlənilməmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, aşağı məhkəmə instansiyalarının müəyyən etdiyi işin faktik hallarından göründüyü kimi iddiaçı, pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsini tələb edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayara q, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.5-ci maddəsinə əsasən, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaş a görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. -9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunv ericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. -37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, hərbi qulluqçulara xidmət illərinə görə pensiyaların təyin edilməsi şərtləri “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsində öz əksini tapmışdı. Həmin maddənin a) bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququnun yaranması üçün başlıca hüquqi fakt kimi xüsusi əmək stajı çıxış edirdi. Əmək stajının bir növü olan xüsusi əmək stajı şəxsin müəyyən peşə və ya ixtisas üzrə əmək fəaliyyəti və ya əməyin xüsusi şəraitdə həyata keçirilməsi ilə müəyyən olunurdu. Xüsusi əmək stajı dedikdə, müəyyən əmək şəraitində və müəyyən vəzifələrdə həyata keçirilən işin müddəti başa düşülür. Həmin müddət xüsusi staja malik olan şəxslərə güzəştli şərtlərlə müəyyən sosial təminat növlərini, o cümlədən pensiya hüq uqunu əldə etmək imkanı verir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxsin pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan əmək stajını əldə edən hərbi qulluqçu fəaliyyət növünü dəyişə bilər və yaxud əmək fəaliyyəti ilə məşğul olmaya bilər. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs, xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminati haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, sadalanan normaların təhlili göstərir ki, iddiaçının hərbi qulluqçu kimi güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ artıq 2006-cı ildə yaranmışdır. Ona görə də iddiaçının xx.xx.2017-ci il tarixdə müraciət etdiyini nəzərə alaraq ona xx xxxx 2017-ci il tarixdə qüvvəyə minmiş dəyişikliklərə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 maddəsi tə tbiq edilməklə son 3 il üçün pensiya məbləğinin hesablanıb ödənilməli olması barədə cavabdehin mövqeyi əsaslı sayıla bilməz. Belə ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yuxarıda qeyd edildiyi kimi, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilənədək yaranmışdır və həmin Qanunun mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddələrinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbl əği müddətindən asılı olmayaraq ödənilir. (maddə 31.1, 32.1, 37.7) İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından kollegiya hesab edir ki, iddiaçının mübahisələndirilən pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləği ödənilməlidir. Cavabdehin həm imtina cavabının, həm də apelyasiya və kassasiya şikayətinin dəlillərindən göründüyü kimi pensiyanın ödənilməsinin mümkünsüz hesab edilməsinin əsasları kimi göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.1.1-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç i l üçün hesablanaraq ödənilir. Kollegiya həmin dəlilləri həm də aşağıdakılara əsasən əsassız hesab edir. İşin hallarına əsasən iddiaçı ehtiyata buraxıldığı günədək 20 təqvim ilindən artıq xidmət etmiş və bununla da onun pensiya hüququ məhz xidmətdən buraxıldığı vaxtdan yaranmışdır. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan, yəni xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 32.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi müddətləri, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilir. Azərbaycan Respublikası Kontitusiyasının 149-cu maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıra n və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının pensiya hüququ xidmətdən buraxıldığı vaxt artıq yarandığından, ona təyin edilmiş əmək pensiyası xx.xx.2006-cı il tarixdən yenidən hesablanması və xx.xx.2014-cü il tarixədək olan müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-800/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.