Məhkəmə qərarları › İş №2-1(102)-1346/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1346/2022

13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1346/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1956, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 2-1(103)-979/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1971 -ci ildə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Bakı Maliyyə-Kredit Texnikumuna daxil olmuş və 1975-ci ildə “Uçotun və hesablama işlərinin mexanikləşdirilməsi” ixtisası üzrə tam kursu bitirmişdir.

2. Hərbi biletə əsasən iddiaçı 04 may 1975-ci ildən 13 may 1977-ci ilə qədər hərbi xidmət keçmişdir.

3. Əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Azneft” İB-nin X4 İdarəsində mühasib (2 il 4 ay 17 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək X9 Çıxarma İdarəsində mühasib (2 ay 24 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "Azneft” İB-nin İmişli Şöbəsində böyük mühasib, yeməkxana növbətçisinin müavini, 4-cü dərəcəli aşpaz, böyük anbardar (16 il 10 ay 17), xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək İmişli rayonunda yerləşən Beynəlxalq “Dünyaya Baxış” X5 anbardar köməkçisi (7 il 11 ay 7) vəzifələrində işləmişdir.

4. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********1 nömrəli 05 mart 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti o rqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən İT-İ seriyalı ******* saylı xx.xx.1978-ci il tarixli əmək kitabçasına və ona əlavə edilmiş sənədlərə əsasən onun sosial sığorta stajı xx.xx.2006-cı il tarixinə kimi 8 il 3 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, İmişli rayon Dövlət Arxivinin 17 fevral 2021-ci il tarixli, 26 nömrəli məktubuna əsasən Quruda Neft və X3 X8 İmişli bölməsinin arxiv sənədləri saxlanılmadığına görə xx.xx.1980ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrləri sosial sığort a stajına əlavə etmək qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 sentyabr 1971-ci il tarixdən 01 iyul 2018-ci il tarixinə kimi əmək stajının düzgün hesablanması və pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan R espublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 65 yaşının tamam olduğu vaxtdan, yəni 15 yanvar 2021-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı işlədiyi dövrlər əmə k kitabçasında qeyd edilmişdir. Bütün bunlara baxmayaraq xx.xx.2006cı - xx.xx.2018-ci illərin arxiv arayışının olmaması cavabdeh tərəfındən bəhanə edilmişdir. Halbuki, iddiaçı SOCAR-dan arxiv arayışını şəxsi sorğusu əsasında əldə edərək cavabdeh orqana təqdim edilmişdir. Cavabdehin etirazları:

9. Cavabdeh iddia ərizəsinə dair yazılı etiraz təqdim etmiş və qeyd etmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Filiala ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Filialın xx.xx.2021-ci il tarixli, **********1 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblər i baxımından mümkün hesab edilməmişdir. 10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1956-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə yaranmışdır.

11. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmıs pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq (28800 manat) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Belə ki, iddiaçının xx.xx.2006-ci il tarixdən əvvəlki dövrlərə görə hesablanmış pen siya kapitalı 20499,87 manat təşkil edir. Həmin tarixdən hüququnun yarandığı tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində isə pensiya kapitalı qeydə alınmamışdır.

12. Beləliklə, Qanunun müvafiq maddəsində nəzərdə tutulmuş şərt, yəni 28800 manat kapital tələbi ödənilmir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır.

13. İddiaçının müba hisəli olmayan sığorta stajı 003552 №-li diploma əsasən xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil aldığı 3 il 6 ay, ******* №-li hərbi biletə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət keçdiyi 2 il 9 gün, ******* №-li əmək kitabçasına əsasən isə xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək işlədiyi 2 il 4 ay 16 gün, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək 2 ay 24 gün, həmin əmək kitabçası və SOCAR-ın xx.xx.2021-ci il tarixli, SOCAR**********80020123X00054 nömrəli əmək haqqı cədvəlləri barədə arxiv arayışına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi 16 il 10 ay 14 gün müddətdir ki, ümumilikdə 24 il 10 ay 4 gün təşkil edir.

14. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək İmişli rayonunda yerləşdiyi qeyd olunan “Dünyaya Baxış” X1 işlədiyini iddia etdiyi 6 il 11 ay 6 gün və xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək həmin müəssisədə işlədiyini iddia etdiyi 11 ay 30 gün müddətdir ki, bu da, ümumilikdə, 7 il 11 ay 6 gün təşkil edir. Mübahisəli dövrlər iddiaçının əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, həmin müəssisənin mövcudluğu, həmçinin iddiaçının həmin müəssisədə işləməsi və əməkhaqqı alması faktı sorğulara əsasən öz təsdiqini tapmamışdır.

15. Bu səbəbdən əmək kitabçasında sözügedən qeydlər mötəbər hesab edilməmiş və həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. İmişli rayon Dövlət Arxivinə ünvanlanan sorğuya xx.xx.2021-ci il tarixli, 71 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İmişli rayonunda fəaliyyət göstərmiş “Dünyaya Baxış” X2 sənədləri İmişli rayon Dövlət Arxivində saxlanılmır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə ünvanlanan sorğuya xx.xx.2021-ci il tarixli, 05/5128-15 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “X6” humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi 19 avqust 1994-cü il tarixdə 98 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Lakin müəssisənin fəaliyyəti ilə bağlı heç bir məlumat əks olunmamışdır.

16. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli, 01/3-1598 nömrəli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Beynəlxalq “Dünyaya Baxış” Humanitar Təşkilatına dair məlumat mövcud deyildir. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli, 4/1352 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Beynəlxalq “Dünyaya Baxış” Humanitar Təşkilatının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə, X7 filialına və İmişli rayon Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5883/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia tələbi təmin edilərək iddiaçıya 15 yanvar 2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

18. Birinci instansiya m əhkəməsi qeyd etmişdir ki, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Belə olan halda, cavabdeh inzibati orqanın iddiaçının əmək kitabçasında qeyd edilən 25 yanvar 1998-ci ildən 31 dekabr 2005-ci ilədək işləmiş olduğu müəssisənin sənədlərinin arxivdə mövcud olmaması səbəbindən əmək kitabçasındakı qeydlərin mötəbər hesab edilməməsi barədə gətirdiyi dəlili əsaslı deyildir. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının 25 yanvar 1998-ci ildən 31 dekabr 2005-ci il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Həmçinin arxiv sənədlərinin mövcud olmaması iddiaçının pe nsiya təminatı hüququnu məhdudlaşdıra bilməz. Qeyd olunanlara əsasən iddiaçının hərbi xidmət, təhsil müddətləri, əmək kitabçasında qeyd edilən işlədiyi müddətlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək artıq 32 il 11 ay 16 gün sığorta stajı mövcuddur.

19. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-979/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5883/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilm ədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayəti cavabdeh tərəfindən təqdim olunmuş imtina məktubu və iddia ərizəsinə dair etirazla eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Madd ə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: İİ. Əmək stajını təsdiq edən sənədlər

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyib sə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

29. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiy a şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadı ğı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırm aları yetərli hesab olunur.

35. Hazırkı iş üzrə müəyyən olunur ki, cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının ümumi stajının (25 ildən az olması) və pensiya kapitalının kifayət qədər olmaması təşkil edir. Belə ki, cavabdeh iddiaçının 25 yanvar 1998-ci il tarixdən 31 dekabr 2004-cü il tarixədək və 01 yanvar 2005-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək İmişli rayonunda yerləşdiyi qeyd olunan “Dünyaya Baxış” X1 işlədiyi müddəti mübahisələndirərək qeyd etmişdir ki, sözügedən dövrlərin iddiaçının əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, həmin müəssisənin mövcudluğu, həmçinin iddiaçının həmin müəssisədə işləməsi və əməkhaqqı alması faktı sorğulara əsasən öz təsdiqini tapmamışdır. Bu səbəbdən əmək kitabçasında sözügedən qeydlər mötəbər hesab edilməmiş və həmin dövrlər idd iaçının sığorta stajına daxil edilməmişdir. 36. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

37. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh orqan mübahisələndirdiyi 25 yanvar 1998-ci il tarixdən 31 dekabr 2004-cü il tarixədək və 01 yanvar 2005-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək iddiaçının İmişli rayonunda yerləşdiyi qeyd olunan “Dünyaya Baxış” X1 işlədiyi müddətin şübhəli olması ilə bağlı halları əsaslandıra bilməmiş, bu barədə mötəbər sübutları təqdim edə bilməmişdir.

38. Belə olan halda, iddiaçıya təhsil müddəti, hərbi xidmət dövrü və əmək kitabçasındakı qeydlərə əsasən 01 yanvar 2006-cı il tarixə 32 il 11 ay 16 gün sığorta stajının olduğu nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri - 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün digər şərtə - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinin yoxlanılmasına ehtiyac qalmamışdır.

39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-979/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar